Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-640/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Kravtsova İrina Vladimirovna, cavabdeh3, cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs * saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla) qarşı miras əmlakına yeganə vərəsə kimi tanınma tələbinə dair ilk, iddiaçı cavabdeh3 cavabdehlər İddiaçı, cavabdeh1 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsələr, mirasın qəbulu) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3, onun nümayəndəsi və vəkili Bünyətov Əbülfəz İbrahim oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Kravtsova İrina Vladimirovna, cavabdeh3, cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs * saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla) qarşı miras əmlakına yeganə vərəsə kimi tanınma tələbinə dair ilk, iddiaçı cavabdeh3 cavabdehlər İddiaçı, cavabdeh1 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Kravtsova İrina Vladimirovna tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 4 otaqlı yaşayış sahəsi 54.93 kv.m, köməkçi sahəsi 14.57 kv.m-dən ibarət olan */** nömrəli evin ** nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər DTİ və MHQ1-nin ##.##.2001-ci il tarixli ** nömrəli protokolu əsasında X23 adına qeydiyyata alınmışdır. 2.AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ##.##.2001-ci il tarixli texniki pasportunun surətindən görünür ki, ünvan 3, mənzil 52-nin sahibi X23. 3.AZ-İ seriyalı, ****** nömrəli, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ## ### 2011-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011 ilin 05 ayının 31 günündə 790 nömrə ilə qeyd edilmişdir. 4.AZ-II seriyalı,****** nömrəli, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ## ###### 2023-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023 ilin 02 ayının 28 günündə 296 nömrə ilə qeyd edilmişdir. 5.Ədliyyə Nazirliyi * saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı yazılmış ##.##.2023-cü il tarixli müraciətə cavabdan görünür ki,əmlaka dair vərəsələr arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququq haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. 6.##.##.2023-cü il tarixli, ****** nömrəli bəyannamənin surətindən görünür ki, ## ###### 2023-cü ildə AR, ünvan 6 ünvanında yaşayan X23 vəfat etmişdir. Qanuna görə varisləri qızları Kravtsova İrina Vladimirovna və İddiaçıdır. 7.IV-ЖГ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Pitişkina İrina Vladimirovna ##.##.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. X4 Aleksandroviç, anası X24. 8.İddiaçı ##.##.2023-cü il tarixdə notariat ofisinə yazılmış ərizədən görünür ki, o anası X23 miras qalmış əmlakı qəbul etmişdir.Ondan başqa vərəsə Kravtsova İrina Vladimirovnadır.Miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 9.V-ЖГ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ##.##.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X4 Aleksandroviç, anası X24. 10.İddiaçı ##.##.2023-cü il tarixdə notariat ofisinə yazılmış ərizədən görünür ki, ##.##.2023-cü ildə vəfat etmiş X23 miras qalmış ünvan 4 ünvanında yerləşən ** saylı mənzilə dair yalnız onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bu miras əmlak ilə bağlı müraciət edən digər vərəsələrə qeyd etdiyi şəhadətnamə verilməsini qanunsuz sayır. Belə ki, onlar anasının və atasının sağlığında həmin miras evdən öz paylarını almış və çıxıb getmişdirlər. Digər varislərin heç biri ata və anasına baxmamış, qulluq etməmiş, onların dəfnində iştirakları olmamışdır.Əgər ona miras əmlakına dair şəhadətnamə verilməzsə, bütün vərəsələrə notariat əməliyyatlarının aparılmasından imtina edilsin və bununla bağlı sənəd verilsin ki, məhkəmədə yeganə varis kimi tanınsın. 11.cavabdeh3 tərəfindən ##.##.2023-cü il tarixdə notariat ofisinə yazılmış ərizədən görünür ki, anası X23 miras qalmış əmlakı qəbul etmişdir.Ondan başqa vərəsələr Kravtsova İrina Vladimirovna və İddiaçıdır. Miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 12.AZ-T seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh3 ##.##.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1 Alekseyeviç, anası X34. 13.* saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışın surətindən görünür ki, X22 və X28 nikahı haqqında ## ###### 1971-ci il tarixli, *** nömrəli akt qeydi tərtib olunmuşdur.Nikah bağlandıqdan sonra ərə Pitişkin, arvada Pitişkina soyadı verilmişdir. 14.İddiaçı ##.##.2025-ci il tarixdə notariat ofisinə yazılmış ərizədən görünür ki, ##.##.2023-cü ildə vəfat etmiş anası X23 miras qalmış əmlaka dair açılmış vərəsəlik işində məhkəmə mübahisəsi olduğu üçün notariat hərəkətinin 10 gün müddətinə dayandırılmasını xahiş etmişdir. 15.Sumqayıt Şəhər Məhkəməsinin 2-722/2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhəri, 5-ci m/rayon, ev 6/53, mənzil 52 açıq hərrac yolu ilə satılaraq əldə olunan pulun 1/4 hissəsi və əlavə olaraq 1.500.000 (bir milyon beş yüz min) manat pul X10, qalan pul isə Pitişkina Yekaterina Yakovlevna, Pitişkin Vladimir Aleksandroviç və Pitişkina Natalya Vladimirovnaya verilməsi, X23, X22 və X35 müştərək qaydada 120.000 (yüz iyirmi min) manat ekspertiza xərci tutulub Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. 16.Sumqayıt Şəhər Məhkəməsinin 2-220/2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki,iddia tələbinin təmin edilməsi, cavabdeh3 Sumqayıt şəhəri 5-ci m-rn,ev 6\53 mənzil 52-ə istifadə hüququ itirilmiş hesab edilməsi, onun mənzildən çıxarılması qət edilmişdir. Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 1mk- 2742/2004cü
17. il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X16 Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2004-cü il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2004-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 18.## ######## 2004-cü il tarixli Ali Məhkəmənin qərarından görünür ki, Apellyasiya Məhkəməsinin ## #### 2004-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara almışdır. 19.AR TƏBİB PHŞ xxxx X3 Sumqayıt regional Vəkil Bürosuna ## ###### 2026-cı il tarixli müraciətə cavabdan görünür ki, ünvan 1 ünvanında yaşamış ##.##.1942-ci ildə anadan olmuş və ##.##.2023-cü ildə vəfat etmiş X21 yaxınlarına Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə ölümün səbəbi "Sol mədəcik çatışmazlığı qeyd edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, mərhum X19 "xxxx" publik hüquqi şəxsin tabeliyində olan ərazi üzrə * nömrəli Ailə Sağlamlıq Mərkəzinə heç bir halda müraciət etməmiş, həmin sahənin həkim terapevti Dilarə Piriyevanın dispanser qeydiyyatında olmamışdır. Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrində X19 ##.##.2023-cü il tarixədək (son iki il ərzində) ambulator və stasionar müalicədə olması, aparılan müalicə prosedurları barədə heç bir qeydə rast gəlinməmişdir. Birinci instansiya məhkəməsində icraat 20.İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun, ünvan 3 ünvanında yerləşən ** saylı mənzilə yeganə vərəsə tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X23 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 2 ünvanında yerləşən ** saylı mənzil miras əmlak kimi qalmışdır. Həmin 4 otaqlı mənzil ##.##.2001-ci ildən qeydiyyatda olan X22, İddiaçı və X7 razılığı ilə anasının mülkiyyətinə keçirilmişdir.Anasının ondan başqa daha 2 vərəsəsi vardır. Onlardan cavabdeh4 ilə o, doğma bacıdır (ataları eynidir), X7 isə ögey bacıdır (ataları ayrıdır). X9 Aleksandroviç ##.##.2011-ci ildən vəfat etmişdir. Məlum edir ki, anası X23 ##.##.2023-cü il tarixdə vəfat etməmişdən əvvəl cavabdehlər ümumiyyətlə anası ilə maraqlanmamış, onun qayğısına qalmamışlar. Anasının illərlə bütün əziyyətini və maddi xərclərini o çəkmiş, xəstə olan vaxt yanında qalan, ona qulluq edən, qayğısına qalan tək o olmuşdur. Anasının vəfatından sonra dəfndə cavabdehlərin heç biri iştirak etməmiş və harada dəfn olunub belə maraqlanmamışdırlar. Sanki onların anaları yox imiş. Lakin anasının ölümündən bir müddət keçmiş cavabdehlər vərəsəlik payı almaq üçün notariata ərizə ilə müraciət edirlər. O da öz növbəsində notariata müraciət edərək vərəsəlik haqqında şəhadətnamənin tək onun adına verilməsini xahiş etsə də, notariat tərəfindən digər vərəsələrə də şəhadətnamə verilməli olması ilə razılaşmadığı üçün ona ##.##.2023-cü il tarixli **** saylı məktubla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Belə ki, o,notariat ofisinə verdiyi ##.##.2023-cü il tarixli ərizə də göstərmişdir ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş X23 miras qalmış ünvan 3 ünvanında yerləşən ** saylı mənzilə dair yalnız onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin, bu miras əmlakı ilə bağlı digər vərəsələrə qeyd edilən şəhadətnamənin verilməsini qanunsuz sayır. Belə ki, onlar anasının və atasının sağlığında həmin miras evdən öz paylarını almış və çıxıb getmişdirlər. Digər varislərin heç biri atasına və anasına baxmamış, qulluq etməmiş və maddi xərc çəkməmişdirlər. Onların dəfnində və yas mərasimində də iştirakları olmamışdır. Əgər ona miras əmlakına dair qeyd etdiyi şəhadətnamə yalnız onun adına verilməzsə, xahiş etmişdir ki, bütün vərəsələrə notariat əməliyyatı aparılmasından imtina edilsin və bununla bağlı ona müvafiq sənəd verilsin ki, o bu məsələni yəni, yeganə varis olmağını məhkəmə qaydasında sübut etsin.Keçən müddət ərzində vərəsələrdən heç birinə qeyd edilən şəhadətnamə verilməmiş, o da gözləmə mövqeyində olaraq məhkəməyə iddia verməmişdir ki, bəlkə özləri başa düşərlər ki, onların bu miras əmlakda pay almağa mənəvi hüquqları yoxdur. Açığı onların öz paylarından onun xeyrinə imtina edəcəklərinə dair (miras payını bağışlama formasında) təkliflərini gözləmişdir. Lakin bu yaxınlarda * saylı Sumqayıt Regional «Asan Xidmət Mərkəzində Notariat Ofisindən rəsmi məktubla mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət olunmadığı halda vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi bildirilmişdir.Onun tərəfindən notariat ofisinə müraciət edilərək notariat əməliyyatının 10 gün müddətinə təxirə salınmasını xahiş edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.Belə ki, cavabdehlərdən cavabdeh3 ata və anasının sağlığında onları çox incidirdi. Atası və anası məcburi olaraq polisə şikayət ərizəsi ilə müraciət etmişdirlər, polis idarəsindən məhkəməyə yönləndirilmişdirlər. Buna görə aralarında dəfələrlə məhkəmə mübahisələri olmuş və Sumqayıt şəhər məhkəməsinin ##.##.2002-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin satılaraq əldə edilmiş pulun ¼ hissəsinin və əlavə olaraq 1.500,00 manat pulun X7, qalan pulun isə X23, X22 və ona verilməsi qət edilmişdir.Qeyd edilən məhkəmə qətnaməsinin icrası qaydasında mübahisəli evin satılmaması üçün onun tərəfindən həmin vaxt cavabdeh3 evdən düşən payı 1600 ABŞ dolları və 500 ABŞ dolları kompensasiya kimi bir otaqlı ev almaq üçün, 2100 ABŞ dolları məbləğində hüquq payı, pul verildi və o, ##.##.2003-cü il tarixdə yazılı iltizam verərək pulu qəbul etdiyini və heç bir iddiası olmayacağını göstərmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir. X7 qeyd edilən pulu alması Sumqayıt şəhər məhkəməsinin ##.##.2004-cü il tarixli qətnaməsi ilə də bir daha təsdiq edilmiş və bu qətnamə ilə onun mübahisəli mənzildə istifadə hüququ itirilmiş hesab edilmiş və mənzildən çıxarılması qət edilmişdir.Sumqayıt şəhər məhkəməsinin qeyd edilən qətnaməsi Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin MİÜMK-nın ##.##.2004-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2004-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.Beləliklə o, hesab edir ki, X7 mübahisəli mənzildən payının 2003-cü ildə aldığından, mənzildən istifadə hüququnu itirildiyindən və yuxarıda göstərdiyi hallar əsasında onun miras qalmış evə vərəsəlik hüququ tanına bilməz. Digər cavabdeh cavabdeh4 isə Azərbaycan Respublikasının ərazisində yaşamır, ölkənin vətəndaşı deyildir, 1992-ci ildən bəri Azərbaycan Respublikasını tərk etmiş və bir daha bura qayıtmamışdır. Onun mənzilə pay hüququnun tanınmasına heç bir əsaslar ilə razı deyil, həm də qeyd edir ki, bu payın tanınması ilə adının “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əlavə edilməsi ilə ona müəyyən problemlər yaradacaqdır. Belə ki, gün kimi aydındır ki, cavabdeh4 gəlib mübahisəli mənzildə yaşayan deyil, ona pul lazımdır və o evin satılmasına cəhd edəcəkdir, o isə buna qarşıdır, çünki azyaşlı uşağı ilə bu evdə yaşayırlar.Əgər onun adı mənzilə dair veriləcək çıxarışda olmazsa o özü onun payını hissəhissə olaraq ona ödəməyə çalışacaq və buna dair onunla razılığa da gələ bilər. Bunun üçün isə mənzilin mülkiyyət sənədinin yalnız onun adına olması zəruridir. Buna onun həm mənəvi, həm də qanuni haqqı çatır və o, buna görə məhkəmə müdafiə hüququmdan istifadə edir. 22.##.##.2025-ci il tarixdə cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun ##.##.2023-cü ildə vəfat etmiş X23 ölümündən sonra qalmış miras əmlakda,yəni ünvan 5 ünvanda yerləşən mənzildə İddiaçı, Kravtsova İrina Vladimirovnanın və cavabdeh3 vərəsəlik paylarının bərabər hissələrdə, hər birinə ¼ hissədə olmaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 23.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində digər vərəsələrin, yəni cavabdeh3vna va cavabdeh4 vərəsə kimi tanınmasına qarşı və özünün yeganə vərəsə kimi məhkəmə tərəfindən qəbul edilməsinə dair göstərdiyi dəlillər tamamilə əsassızdır. Heç bir qanuna söykənmədiyinə və onunla razılaşmadığına görə qarşılıqlı iddia ərizəsı ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bildirmək istəyir ki, o, anası X21 birinci nikahından olan qızıdır. Anası ikinci dəfə X25 nikaha daxil olmuş və həmin nikahdan üç qızı olmuşdur. Ögey atasının ona qarşı münasibəti həmişə pis olmuşdur. Ona qarşı həmişə kobud davranmış, onu incitmişdir. Anası isə ikinci ərinin sözündən çıxa bilməməsini ona dəfələrlə bildirmiş və dözməyi məsləhət bilmişdir.Anasının mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mkr,ev-6,man-52 ünvanında yerləşən mənzildə o, yəni cavabdeh3, anası X20, ögey X4 və ögey bacısı Pitişkina Nadejda yaşayan vaxt, ##.##.2001-ci ildə özəlləşdirilmişdir. Özəlləşməyə razılıq verərkən tələb etmişdir ki, onun payı çıxarışda ayrıca qeyd edilməlidir.Lakin mənzil özəlləşdirildikdən sonra məlum olmuşdur ki, onu aldadıblar və bundan sonra onun üçün qara günlər başlamışdır. Ögey ata onu təhqir edir, evdən çıxıb getməsini tələb edir, anasının isə ona söz deməyə cəsarəti çatmamışdır. İddiaçının ərizədə qeyd etdiyi kimi guya polis orqanlarında işələrinin olması yalandır.2002-ci ildə ögey atasının təkidi ilə anası X21 məhkəməyə müraciət edərək cavabdeh X10 ilə iddiaçılar arasında mənzilin dəyər qiymətinin müəyyən edilməsini,cavabdehə natura şəklində pay verilməsini və mənzildən çıxarılmasını xahiş etmişdir.Sumqayıt şəhər məhkəməsi onun etirazlarına baxmayaraq iddianı qismən təmin etmiş, Sumqayıt şəhəri, 5ci mkr,ev-6,mən-52 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, əldə olunan pulun ¼ hissəsi, və əlavə olaraq 1.50000(bir milyon beş yuz min manat pulun Slyota Margaritaya,qalan pulun isə X21, X22 və X18 verilməsi barədə ## ###### 2002-ci il tarixli qətnamə qəbul etmişdir. (hakim Teymur Qurbanov). Məhkəmə qətnaməsindən sonra iddiaçılar başa düşmüşlər ki, mənzilin auksionda satılması onlara sərf etmir və onu hədələməyə, şantaj etdərək qorxutmağa başladılar ki, onların təklif etdiyi pul məbləğinə razılaşmasa, ümumiyyətlə onu evdən qovaraq heç nə ödəməyəcəklər. Qəribə də olsa da məhkəmə icraçıları da onları müdafiə edir, ona təzyiq edirdilər ki, iddiaçıların təklif etdiyi pul məbləğini qəbul etsinlər. İddiaçılar məhkəmə qətnaməsini yerinə yetirməyərək, icraçılarla birlikdə ona təzyiq edəndən sonra o, Sumqayıt şəhər icra şöbəsində tərtib edilmiş bir akta imza etməyə məcbur edilmişdir. Həmin aktda qeyd edilir ki, ona iddiaçılar 3200 ABŞ dolları pul verməyi öhdələrinə götürür və o,pulu aldıqdan sonra üç ay ərzində mənzili tərk etməlidir. Lakin iddiaçılar ona məhkəmə qətnaməsinin qəbul ediləndən bir il sonra 08.2003cü ildə 1500 ABŞ dolları sonra da 500 dollar, cəmi 2100 dollar pul vermişlər. Bu pula nəinki bir otaqlı mənzil, heç yataqxanada almaq mümkün deyildi. O məcbur olub yenidən yaşadığı mənzilə qayıdıb yaşamaqda davam etmişdir. Lakin ögey X4 Aleksandroviçin təkidi ilə anası yenidən iddia qaldıraraq onun mənzildən istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və mənzildən pasport qeydiyyatından çıxarılmağı barədə iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə ərizə ilə müraciət etmişdirlər.Çünki, anası həmişə təklikdə ona deyirdi ki, ərinin sözünün əksinə gedə bilmir.Sumqayıt şəhər məhkməsinin ##.##.2004-cü il qətnaməsi ilə onların iddiası təmin edildi. Onun apellyasiya və kassasiya məhkəmələrinə müraciətləri nəzərə alınmamış və Sumqayıt şəhər məhkəməsinin ##.##.2004-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Nəzərə almamışdırlar ki, mənzil hərracda satılıb hissəsi və əlavə 150000(bir milyon beş yüz min manat ona pul verilməli idi, ona isə cəmi 2100 ABŞ dolları pul verilmişdir.Məhkəmə qətnaməsinin biri yerinə yetirilmədən, digər iddiaçılarla birlikdə bərabər payının müəyyən edidiyi halda onun razılığı olmadan onun mənzildəki payına xitam verilə bilməzdi.Həmin vaxtdan 2023-cü ilə qədər o, Sumqayıt şəhərinin müxtəlif ünvanlarında kirayə qalmışdır. Azərbaycan Respubliasının Konstitusiyasının 29-cu madəsinin 7-ci hissəsinə əsasən dövlət hər bir vətəndaşın vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinin bəzi müddəalarının həmin məcəllənin 1165-ci maddəsiilə əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2022-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindəki mövqeyə görə konstitusiyanın həmin norması miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq rnirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.Bu qərarda həmçinin qeyd edilir ki, Konstitusiyanın həmin maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə iki mənafeyin hüquqi baxımdan qorunması konstitusion təminat altına alınır. Miras qoyana əmlakının ona yaxın olan şəxslərə qalacağına, həm də miras qoyandan qalan miras əmlaka onun yaxınlarının varis olmalarına hüquqi təminat verir.Həmin qərarda bir daha vurğulanır ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. O da anasının mülkiyyətində olan əmlaka vərəsədir, və qanunla onun bu hüququ qorunur.İddiaçının öz ərizəsində 2003-cü ildə anası tərəfindən ona kompensasiya verməklə məhkəmə qaydasında mənzildən istifadə hüququma xitam verilməsi barədə göstərdiyi dəlillər heç də onun anasından qalmış miras əmlaka olan hüquqlardan mərhum etmir.Çünki, həmin vaxt ona müəyyən məbləğdə kompensasiya verilməklə mənzilə olan istifadə hüquqma xitam verilmiş, həmin az məbləğdə pula mən mənzil ala bilməzdi. Həmin pulu aldıqdan sonra o, 2023-cü ilə qədər Sumqayıt şəhərinin müxtəlif yerlərində kirayədə yaşamağa məcbur olmuşdur.Lakin bununla bərabər onun kompensasiya almağı onun anasından qalan miras amlakdan miras pay almaq hüququmu məhdudlaşdıra bilməz, onun miras əmlakdan pay almaq hüququnu ləğv edə bilməz və bu onun vərəsəlik hüququndan mərhum edilməyinə əsas vermir. Çünki, bu qane edici olmayan,təhdidlə ona verilən pul məbləği onun mənzildəki ¼ hissədə payına, təqdim edimiş sənədlərdən də göründüyü kimi ona məxsus olan hissənin müqabilində verilmişdir.O isə hazırda anasından qalan və onun mülkiyyətində olan miras əmlakdan miras payını tələb edir.Anası onu mirasdan mərhum etməmişdir və ondan qalan miras əmlakdakı payını almaq konstitusion hüququdur.Mərhum anası X21 ##.##.2022-ci ildə vəfat etmiş,miras əmlaka dair heç bir vəsiyyatnamə və ya sərəncam qoymamışdır.Belə ki, vərəsəlik hüquqna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu da ehtiva edir.Əgər mərhum anaları onları vərəsəlik hüququndan mərhum etmək istəsə,ya vəsiyyətnamə qoyar, ya da sağlığında mənzili iddiaçıya bağışlayaraq onun mülkiyyətinə keçirərdi. Ümumiyyətlə, bacısı Natalya Nasrullayeva ögey oduğu üçün onunla yola getmirdi, daima onu təhqir edir, evdən çıxıb getməyini istəmişdir. Digər bacıları ilə də anasının əlaqəsini kəsmiş və analarına yaxın getməyə imkan verməmişdir.Əksinə
25. o, anasının sağlığında notariusda əmlakına vəsiyyətnamə yazmasına mane olmuşdur. Azərbaycan Republikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın əmlakı başqa şəxslərə (vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.Həmin məcəllənin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanının birinci növbədə vərəsələri onun uşaqları, miras qoyanının ölümündən sonra doğulmuş uşaq, ər(arvad), valideyinlər (övladlığa götürülənlər) sayılırlar.Vərəsəlik haqqında Azərbaycan Respublikası MM-nin müvafiq maddələrinə nəzər salınsa heç bir halda gələcəkdə vərəsənin vərəsəlik hüququndan mərhum edilməklə, istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və onun gələcəkdə vərəsəlik hüquqndan mərhum edilməsi nəzərdə tutulmamışdır.Ona verilmiş kompensasiya məbləği onun bir müddət kirayədə yaşamağına imkan yaratmışdır. Ona görə o anasından qalmış miras əmlaka tam hüquqlu vərəsə sayılır.Miras əmlakı notariat ofisinə ərizə yazmaqla qəbul etmişəm və o, habelə digər bacıları Kravtsova İrina Vladimirovna və cavabdeh2 da anasından qalan miras əmlaka vərəsəlik şəhadətnaməsi almalıdırlar.O, anasının ölümündən sonra qanunla nəzərdə tutulmuş qaydada notariat ofisina miras əmlakı qəbul etməyi barədə ərizə ilə müraciət etmişdir. Yəni vərəsəlik açılandan sonra AR MM-nin 1243-cü maddəsində nəzərdə tutulan qaydada miras əmlakı qəbul etmişdir. Həmin maddəyə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bacısı İddiaçı anaları X32 ölümündən sonra onun mülkiyyətində olmuş mənzilin, yəni miras əmlakın tam şəkildə ona verilməsi barədə iddia verməklə onların paylarının da ona verilməsini istəyir və miras əmlakda payların bölüşdürülməsi ilə əlaqədar mübahisə yaranmasına səbəb olur. İddia ərizəsində bacıları İddiaçı qeyd edir ki, gözləyirmiş ki, onlar paylarını ona bağışlayacaq. Onda niyə hesab edir ki, onun mirasda payı yoxdur. Azərbaycan Respublikası MM-nin 1291ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli olan əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Əgər nəzərə alınsa ki, Sumqayıt şəhəri, 5-ci mkr,ev-6,man52 ünvanında yerləşən döpd otaqlı mənzildən ibarət olan miras əmlak tam şəkildə mərhum anasının mülkiyyətində olmuşdur və miras əmlakın bütün kütləsi də bundan ibarətdirsə, deməli miras əmlak vərəsələr arasında bərabər şəkildə ¼ hissədə bölünməlidir. Çünki, bacıları İddiaçı həmin mənzildə yaşasa da heç vaxt işləməmişdir. Anasının pensiyasının hesabına yaşayıb, əmlakın yaxşılaşdırılması üçün heç bir iş görməmişdir. Onları yaxına buraxmamış, onlar da abır-həyalarını gözləyərək konflikt olmasın deyə onu narahat etməmişdirlər. Anasının pulu ilə ona dava-dərman alıb, özünün dediyi kimi, guya ona baxmışdır. Azərbaycan Respublikası MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Onların rəsmi şəkildə qəbul etdiyimiz miras əmlak onların mülkiyyəti sayılır. Azərbaycan Republikasının Konstitusiyası vətəndaşların mülkiyyətinın toxunulmazlığına təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2022-ci il tarixli, ## ###### 2023-cü il tarixli qərarları da buna hesablanmışdır ki, vərəsələrin mülkiyyət hüququna ziyan vurulmasın. Onlar analarının dəfn mərasimini yerinə yetirmək üçün iddiaçıya 1000(bir) min manat AZN bank vasitəsi ilə pul vermişdir. Bununla bərabər hesab edir ki, məhkəmə iddiaçı tərəfindən verilmiş iddia ilə birlikdə onun tərəfindən verilən qarşılıqlı iddia ərizəsinə əsasən vərəsələrin müəyyən edilməsi, marhum X21mış miras əmlakda qanun üzrə vərəsələrin payının müəyyən edilməsi haqqında qanunvericiliyə uyğun olaraq, üç vərəsə İddiaçı, Kravtsova İrina Vladimirovnanın, cavabdeh2 və X7rnaqla, hər vərəsəyə 1/4 hissədə vərəsəlik payın müəyyən edilməsinə dair qərar qəbul etməlidir. 24.Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddianın icraata qəbul edilməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə2 İbrahim oğlu qarşılıqlı iddia ərizəsinə əlavə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın tələb hissəsində xahiş olunan birinci hissədə İddiaçı adı istisna olmaqla saxlanılmağı və aşağıda göstərilən ikinci hissə əlavə edilməsi,Azərbaycan Republikasş MMnin 1137-ci maddəsinə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ləyaqətsiz vərəsə hesab olunmaqla iddia ərizəsində göstərilən Sumqayıt şəhəri, 5-ci mikrorayon,ev 6/25,mənzil-52 ünvanında yerəşən əmlaka vərəsəlik hüququndan mərhum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə2 İbrahim oğlu ## ###### 2026-cı il tarixdə qarşılıqlı iddia ərizəsinə əlavə dəqiqləşmə ərizəsi (azaldılma) ilə məhkəməyə müraciət edərək, 2023-cü ildə vəfat etmiş X21 vəfatından sonra qalmış, Sumqayıt şəhəri, 5-ci mkr, ev6/53,mənzil-52-də olan miras əmlakdakı paylar vərəsələrin müəyyən edilmiş dairəsinə uyğun olaraq cavabdeh1 cavabdeh kimi cəlb edilməklə, vərəsələrin miras əmlakda paylarının hər birinə 1/5 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Cavadov İlqar Cəbir oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,qarşı tərəf vərəsə kimi müəyyən oluna bilməz. Vərəsəlik münasibətlərində ya 6 ay ərzində qəbul etməli, ya da ərizə ilə müraciət etməlidir. Bunlar olmadığına görə cavabdeh tərəf pay ala bilməzlər.2002-ci ildə Pitişkina Yekaterina və qeyriləri cavabdeh3 ev hüququnun itirilməsi üçün evi satsınlar. Bu barədə akt tərtib edirlər və cavabdeh3 bildirir ki, 3100 dollar verilsə, evdən çıxar. Ev satılmasa idi hərəsinə 1500 dollar düşürdü. 1600 dollar da üstünə qoyub Marqaritaya verdilər ki, evi tərk etsin. Lakin evdən qeydiyyatdan çıxmamışdır. Potensial vərəsə olsa da, hüququ yoxdur. Qarşılıqlı iddia ərizsəində qeyd olunan ata-ana münasibətləri isə bunun bu mübahisə ilə bağlı heç bir əlaqəsi yoxdur.İddia tələbi əsaslıdır, yetəri qədər sübut var. İlkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi. 28.##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı İddiaçı vəkilinin dediklərinə heç bir əlavəsi olmadığını bildirdi. 29.##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə2 İbrahim oğlu izahatında bildirdi ki, vərəsələrin dairəsi müəyyən olunarkən bir daha müəyyən edilmişdir ki, cavabdeh1 ərizə ilə müraciət edərək öz payından imtina etdiyini bildirmişdir. Onunla yanaşı Kravtsova İrina və Podimayeva Nadejda da müraciət etmişdir. Digər vərəsələrin olması barədə heç bir məlumat yoxdur. Miras kütləsi 1 nəfərə aiddir. O da X23. Pitişkina Yekaterina öz övladlarının hərəsinə 1 dənə ev alıb verə bilərdi.cavabdeh3 pay almamışdır, sadəcə evdən çıxması üçün kompensasiya məbləği verilmişdir.Pay alsaydı belə anasından qalan miras kütləsinə vərəsə idi.Mülki Məcəlləyə əsasən vərəslikdən imtina üçün yazılı şəkildə müqavilə olmalıdır. Miras əmlakı qəbul etməkdən imtina barədə ərizə daxil olmamışdırsa, o artıq miras əmlakı qəbul etmiş sayılır. Miras əmlakın kütləsi məlum, miras qoyan məlum, vərəsələr məlumdur. Buna görə də vərəsələrin dairəsinə uyğun vərəsələrin paylarınını müəyyən edilməsini xahiş etdi. 30.##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 vəkilinin dedikləri əlavəsi olmadığını bildirdi. 31.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilkin iddia üzrə cavabdehlər Kravtsova İrina Vladimirovna, X26, cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qanunvericiliyin tələbi baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. 32.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi mülki işə cəlb edilmişdir. 33.İlkin iddia üzrə iddiaçı İddiaçı məhkəmə çıxışı ilə bildirmişdir ki, cavabdeh3 iddiası həqiqətə uyğun olmayan məlumatlara əsaslanır və faktiki sübutlarla təsdiq olunmur.İlk növbədə bildirmək istəyir ki, guya onun bacılarının anası ilə ünsiyyətinə mane olduğu barədə iddialar həqiqətə uyğun deyil. Bacıları anaları ilə sərbəst şəkildə ünsiyyət saxlayır, onun yanına gəlir, zəng edir və əlaqə saxlayırdılar. O heç vaxt heç kimə mane olmamışdır.Həmçinin onun işləmədiyi və anasının pensiyası hesabına yaşadığı barədə iddia da yalandır. O daim işləmiş və bu, əmək kitabçası və elektron portal məlumatları ilə təsdiq olunur. Şəxsi vəsaiti hesabına ailə saxlanılmış, övlad böyüdülmüş və mənzildə imkan olana qədər təmir işləri aparılmışdır.Uzun illər ərzində məhz o, analarına qulluq etmiş, onun məişət şəraitini təmin etmiş və yaşayış yerinin saxlanılması ilə bağlı bütün xərcləri öz üzərimə götürmüşdür. Digər bacılardan kömək olmadan, (Nadejda və Marina şəxsi səbəblərdən dəfinə gələ və kömək edə bilməyəcəklərini bildirərək, könüllü şəkildə, onlardan kömək istəmədən (600 Nadejda və 400 Marina) 1000 (min) manat vəsait yardım göndəriblər). cavabdeh3 tərəfindən dəfələrlə öz iddiasında onun ünvanına edilmiş ərizədə göstərilənlərin hamısı tamamilə yalan və böhtandır, əsassızdır və heç bir sübutedici faktlarla təsdiqlənmir.O öz mövqeyinin doğruluğunu təsdiqləmək üçün bütün zəruri və obyektiv sübutları məhkəməyə təqdim etmişdir.Bundan əlavə, göstərilən halların həqiqiliyini təsdiq edən qonşuların da ifadələri və təsdiqləri mövcuddur.Həmçinin bildirmək istəyir ki, analarının beş qanuni varisi vardır. Onlardan yalnız üç nəfər - X7, Kravtsova İrina Vladimirovna və o, İddiaçı, qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etmişdirlər.Digər iki varis - cavabdeh2 və cavabdeh1 isə miras hüququnun rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətdə müraciət etməmiş və onların müraciət müddəti başa çatmışdır.Bu hal bir daha göstərir ki, miras məsələsi yalnız qanunla müəyyən edilmiş qaydada və müddətlər çərçivəsində həll olunmalıdır.Eyni zamanda qeyd etmək istəyir ki, cavabdeh3 məhkəməni çaşdırmağa cəhd edərək öz iddialarını irəli sürmüş, lakin bu iddiaları təsdiq edən heç bir obyektiv və ya sübutedici dəlil təqdim etməmişdir. Onun irəli sürdüyü iddialar yalnız subyektiv fikirlərə və əsassız ittihamlara əsaslanır.Bu səbəbdən hesab edir ki, onun tələbləri qanuni və faktiki əsaslara malik deyil və təmin edilməməlidir.Həmçinin bildirmək istəyir ki, varislərdən Kravtsova İrina Vladimirovna öz fikirini bildirərək məhkəməyə məktub göndərdi ki miras payından onun xeyrinə imtina edir.Beləliklə, faktiki olaraq mübahisə yalnız cavabdeh3 əsassız tələbləri ilə bağlıdır. Eyni zamanda bir daha qeyd edir ki, X7 hələ 2003-cü ildə bu mənzildəki payına görə tam həcmdə pul ödənilmişdir. O, həmin vəsaiti aldığını və bu əmlak üzrə heç bir iddiasının qalmadığını yazılı şəkildə təsdiq etmişdir.Bununla da o, mübahisəli mənzil üzərində bütün əmlak hüquqlarını itirmişdir və hazırda həmin mənzil üzrə hər hansı varislik hüququna malik deyil.Lakin bu iş üzrə əsas hal aşağıdakıdır. 2003cü ildə cavabdeh3 mübahisəli mənzildəki payına görə pul almışdır. O, pul vəsaitini aldığını və heç bir iddiasının olmadığını öz imzası ilə təsdiq etmişdir.Bu fakt məhkəmə qərarları ilə təsdiq olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə, dəyişdirilmədən qüvvədə saxlanılmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi-nin qərarı ilə, və yekun olaraq təsdiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi-nin qərarı ilə pay aldıqdan sonra o, həmin mənzil üzrə hər hansı əmlak hüququnu itirmişdir.Beləliklə, hazırda onun bu əmlak üzrə varis kimi tanınmasını tələb etmək üçün qanuni əsasları yoxdur. Bundan əlavə, anaları sağ olduğu müddətdə Marqarita nə ona qulluqda, nə maddi təminatında, nə də mənzilin saxlanılmasında iştirak etmişdir. Anasının vəfatından sonra dəfndə cavabdehlərin heç biri iştirak etməmiş və harada dəfn olunub belə bu günə kimi maraqlanmamışdırlar. 34.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, X23 miras qalmış qeydiyyat vəsiqəsi və texniki pasportun surəti ilə təsdiq olunmuş Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 4 otaqlı yaşayış sahəsi 54.93 kv.m, köməkçi sahəsi 14.57 kv.m-dən ibarət olan */** nömrəli evin ** nömrəli mənzilindən ibarət miras əmlak üzərində vərəsələr İddiaçı, Kravtsova İrina Vladimirovna, cavabdeh3, X26 və cavabdeh1 hər birinin 1/5 (beşdə bir) hissədə payları müəyyən edilməsi, məhkəmə xərcləri tərəflərin özünə aid edilməsi qət edilmişdir (hakim Aynur Behbudova). 35.Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 384.0.4, 1133.1, 1133.2, 1134, 1146, 1151.1, 1159, 1159.1.1, 1166, 1193, 1194, 1195, 1196, 1200, 1202.2, 1243, 1246, 1248.1, 1255, 1256, 1268.2, 1273-1 və 1291-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 36.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin “qarşılıqlı iddia tələbi təmin edilərək, “X23 miras qalmış qeydiyyat vəsiqəsi və texniki pasportun surəti ilə təsdiq olunmuş Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 4 otaqlı yaşayış sahəsi 54.93 kv.m, köməkçi sahəsi 14.57 kv.m-dən ibarət olan */** nömrəli evin ** nömrəli mənzilindən ibarət miras əmlak üzərində vərəsələr İddiaçı, Kravtsova İrina Vladimirovna, cavabdeh3, X26 və cavabdeh1 hər birinin 1/5 (beşdə bir) hissədə paylarının müəyyən edilməsi” hissəsinin ləğv olunması, miras əmlakda Kravtsova İrina Vladimirovnanın, İddiaçı və cavabdeh3 vərəsə kimi tanınması, cavabdeh3 əvvəl bu evdən hüquqi payının almasının nəzərə alınması, X26 və cavabdeh1 vərəsələr siyahısından çıxarılması və digər vərəsələrə kompensasiya təyin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 37.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bu iş üzrə qəbul olunmuş qətnamənin “qarşılıqlı iddia tələbi təmin edilərək, “X23 miras qalmış qeydiyyat vəsiqəsi və texniki pasportun surəti ilə təsdiq olunmuş Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 4 otaqlı yaşayış sahəsi 54.93 kv.m, köməkçi sahəsi 14.57 kv.m-dən ibarət olan */** nömrəli evin ** nömrəli mənzilindən ibarət miras əmlak üzərində vərəsələr İddiaçı, Kravtsova İrina Vladimirovna, cavabdeh3, X26 və cavabdeh1 hər birinin 1/5 (beşdə bir) hissədə paylarının müəyyən edilməsi” hissəsindən narazıdır. Beləki, X26 və cavabdeh1 notariusa müraciət etməyərək, mirası faktiki qəbul etməmiş, müddəti bərpa etdirməmişlər. Miras əmlakı qəbul edənlər Kravtsova İrina Vladimirovna, İddiaçı və cavabdeh3 olmuşdur. Qəbul olunmuş qətnamə hüquqlarını pozur, payını azaldır, qanunu yanlış tətbiq edir. Bundan əlavə qeyd edir ki, qəbul olunmuş qətnamə mübahisənin açıq şəkildə saxlanmasına səbəb olmuşdur. İddiaçı vərəsəlikdən artıq şəxslərin çıxarılmasını, mənzilin bir nəfərə verilməsini, kompensasiya mexanizmini tələb edir. Mənzilin naturada bölünməsi mümkün deyil. İddiaçı, yəni İddiaçı orada yaşayır, başqa evi yoxdur. Mənzil ona verilməlidir. Hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin “qarşılıqlı iddia tələbi təmin edilərək, “X23 miras qalmış qeydiyyat vəsiqəsi və texniki pasportun surəti ilə təsdiq olunmuş Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 4 otaqlı yaşayış sahəsi 54.93 kv.m, köməkçi sahəsi 14.57 kv.m-dən ibarət olan */** nömrəli evin ** nömrəli mənzilindən ibarət miras əmlak üzərində vərəsələr İddiaçı, Kravtsova İrina Vladimirovna, cavabdeh3, X26 və cavabdeh1 hər birinin 1/5 (beşdə bir) hissədə paylarının müəyyən edilməsi” hissəsin ləğv olunması, miras əmlakda Kravtsova İrina Vladimirovnanın, İddiaçı və cavabdeh3 vərəsə kimi tanınması, cavabdeh3 əvvəl bu evdən hüquqi payının almasının nəzərə alınması, X26 və cavabdeh1 vərəsələr siyahısından çıxarılması və digər vərəsələrə kompensasiya təyin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. MM-nin 1291-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. İddiaçı vərəsəlikdən artıq şəxslərin çıxarılmasını, mənzilin bir nəfərə verilməsini, kompensasiya mexanizmini tələb edir. Mənzilin naturada bölünməsi mümkün deyil. İddiaçı, yəni İddiaçı orada yaşayır, başqa evi yoxdur. Mənzil ona verilməlidir. 38.Sonradan ##.##.2026-cı il tarixli kollegiyanın iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə dəqiqləşdirmə verərək, məhkəmədən apellyasiya şikayətinin xahiş etdi hissəsini aşağıdakı kimi qəbul etməyi xahiş etdi: Miras əmlaka notariat orqanına müraciət etmiş 3 vərəsə arasında, yəni 1/3 hissəyə bölünsün. 39.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Kravtsova İrina Vladimirovna apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin “qarşılıqlı iddia tələbi təmin edilərək, “X23 miras qalmış qeydiyyat vəsiqəsi və texniki pasportun surəti ilə təsdiq olunmuş Sumqayıt şəhəri, 5ci mikrorayonda yerləşən 4 otaqlı yaşayış sahəsi 54.93 kv.m, köməkçi sahəsi 14.57 kv.m-dən ibarət olan */** nömrəli evin ** nömrəli mənzilindən ibarət miras əmlak üzərində vərəsələr İddiaçı, Kravtsova İrina Vladimirovna, cavabdeh3, X26 və cavabdeh1 hər birinin 1/5 (beşdə bir) hissədə paylarının müəyyən edilməsi” hissəsin ləğv olunması, miras əmlakda Kravtsova İrina Vladimirovnanın, İddiaçı və cavabdeh3 vərəsə kimi tanınması, cavabdeh3 əvvəl bu evdən hüquqi payının almasının nəzərə alınması, X26 və cavabdeh1 vərəsələr siyahısından çıxarılması və digər vərəsələrə kompensasiya təyin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 40.Kravtsova İrina Vladimirovna tərəfindən verilmiş apellyasiya şikayəti İddiaçı şikayəti ilə eyni əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 41.Cavabdeh cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə2 İbrahim oğlu apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2023-cü ildə vəfat etmiş X23mış miras əmlaka yeganə vərəsə kimi tanınması barədə ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsi cavabdeh cavabdeh3 qarşılıqlı iddia ərizəsini icraata qəbul etmiş və mərhum X27 ölümündən sonra qalmış miras əmlaka,Sumqayıt şəhəri,5-ci mkr-n,ev-6/23,mənzil-52 ünvanında yerləşən mənzildən ibarət miras əmlak üzərində bütün birinci növbə vərəsələr nəzərə alınmaqla, İddiaçı,Kravtsova İrina Vladimirovna,cavabdeh3,cavabdeh2 və cavabdeh1 hər birinin paylarının 1/5 hissıdə müəyyən edilməsi haqqında qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, miras əmlakda Kravtsova İrina Vladimirovnanın,İddiaçı və cavabdeh3 vərəsə kimi tanınması, cavabdeh3 əvvəl bu evdən hüquqi payının alınmasının nəzərə alınması, cavabdeh2 və cavabdeh1 vərəsələr siyahısından çıxarılması və digər vərəsələrə kompensasiya təyin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birincisi qeyd etmək lazımdır ki, iddiaçı ilk iddiadan fərqli bir iddia tələbi irəli sürdüyü üçün onun təqdim etdiyi şəkildə apellyasiya şikayətinə baxıla bilməz və Sumqayıt şəhər məhkəməsinin adı çəkilən qətnaməsi qanuni və əsaslı olduğu üçün qüvvədə saxlanılmalıdır. İlkin iddiada iddiaçının tələbi yeganə vərəsə hesab edilməsi barədə olduğu üçün, apellyasiya şikayətində əvvəlkindən fərqli yeni tələb sürülməsinə yol verilə bilməz. Birinci instansiya məhkəməsində vərəsəlrin dairəsi araşdırılan zaman məlum oldu ki, miras qoyanın ölümündən sonra 5 nəfər vərəsəsi qalmış, onların hamısı Sumqayıt şəhər məhkəməsinə müraciət edərək mras əmlaka dair mövqelərini bildirmişlər. Vərəsə cavabdeh2 miras əmlakdakı payından cavabdeh3 xeyrinə, cavabdeh1 isə İddiaçı xeyrinə miras əmlakdan imtina etdiklərini bildirmiş,Kravtsova İrina isə 6*****(altı yüz min) rubl müqabilində payını İddiaçı bağışlayacağını bildirmişdir. Məhkəmə, Miras əmlakın bölüşdürülməsi ilə əlaqədar qarşılıqlı iddia ərizəsinə əsasən vərəsələrin dairəsini,miras əmlakın kütləsini və həcmini müəyyən edərək haqlı olaraq miras əmlakda bütün birinci növbə vərəsələrin, 5 nəfər vərəsənin hər birinin payını 1/5 hissədə müəyyən etmişdir. cavabdeh2 öz miras payından cavabdeh3 xeyrinə,cavabdeh1 İddiaçı xeyrinə əmtina etdiklərini,Kravtsova İrina Vladimirovna isə ərisəsində göstərilən 6***** rubl pul məbləğində payını İddiaçı bağışlayacağını bildirmişdir. Əsas mübahisə predmeti isə cavabdeh3 miras əmlakda olan paydan ona düşən payın dəyərini pulla guya 2001-ci ildə aldığını iddia edir. Əslində isə həqiqət bundan ibarətdir ki, cavabdeh3 istifadə hüququnun xitam edilməsinə görə 2001-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsinə görə 2 ildən sonra 2003-cü ildə 2100 ABŞ dolları almışdır ki, həmin vaxt həmin pula bir otaqlı mənzil almaq mümkünsüz idi. Həmçinin, cavabdeh3 istifadə hüququna xitam verilməsi, onun anasından qalmış miras əmlakdan və vərəsəlik hüququndan mərhum edilməsi demək deyildir. Miras qoyan mərhum X21 mülkiyyətində olan əmlakı İddiaçı bağışlamamış, ona vəsiyyətnamə belə yazmamışdır. Digər vərəsələri də miras əmlakdan mərhum etməmişdir. Miras qoyan X8 Marqaritanı da miras əmlakdan və ya vərəsəlikdən mərhum etmək haqqında heç bir hərəkət etməmişdir. İddiaçı guya anası X44 baxması, ona qulluq etməsi və müalicəsi ilə məşğul olması da məhkəmədə sübutunu tapmadı. Vərəsələrdən biri, İddiaçı doğma bacısı cavabdeh2 məhkəməyə ünvanladığı ərizədə doğma bacısı olan iddiaçının haqqında yazdıqlarına nəzər yetirdikdə, görmək olar ki, ailədə münaqişə həmişə mövcud olmuşdur. Əsasən də cavabdeh3 miras qoyanın birinci nikahdan olan qızı olması və onun ikinci nikaha daxil olduğu əri X22rşı qeyri etik, qeyri-əxlaqi, mənəviyyata zidd hərəkətlər etməsi olmuşdur. Azərbaycan Respublikası MM-nin 392.1-ci maddəsinə əsaən sağ qalan şəxsin miras əmlkakı barəsində başqa şəxslərin bağladığı müqavilə etibarsızdır.eyni qayda sağ olan şəxsin miras əmlakında məcburi paylar və ya onun vəsiyyət tapşırığı barəsində bağladığı müqavilələrə də tətbiq olunurTərəflər arasında belə bir müqavilə olmamışdı, olsaydı belə etibarsız əqd hesab ediləcəkdi. Bütün bu qeyd edilənləri nəzərə alan birinci instansiya mıhkəməsi haqlı olaraq Natalya Nəsrullayevnanın ilkin iddia tələbini təmin etməmiş, cavabdeh cavabdeh3 verdiyi qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alnğınızı və iddiaçı İddiaçı apellyasiya şikayətinin rədd edilməsi, Sumqayıt şəhər məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.
Apellyasiya instansiyasında icraat Məhkəmə icraatı iştirakçılarının izahatları 42.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) nümayəndə1 apellyasiya şikayətinin dəqiqləşdirilməsiylə bağlı ərizə təqdim edərək, miras əmlakla bağlı notariat orqanına müraciət etdikləri üç nəfərə münasibətdə 1/3 payın müəyyən edilməsini xahiş etdilər. 43.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 və onun nümayəndəsi (vəkili) Bünyətov Əbülfəz İbrahim oğlu miras əmlakla bağlı notariat orqanına müraciət etdikləri üç nəfərə münasibətdə 1/3 payın müəyyən edilməsinə razı olduqlarını bildirdilər. 44.Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (## #### 2025-ci ilədək olan redaksiyada) 45.Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 46.Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 47.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 48.Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 49.1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 50.Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də, vəsiyyət üzrə vərəsə qəbul edir. 51.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 52.Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 53.Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 54.Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 55.Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 56.Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı 57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. 58.Qərarda göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi: 59.Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 60.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 61.Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 62.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 63.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 64.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 65.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 66.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 67.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri 68.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 69.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 70.Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissəsində, qarşılıqlı iddianı isə təmin edilmiş hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 71.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, ilkin və qarşılıqlı iddialarının qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir 72.İşin hallarından görünür ki, miras qoyan X23 X22 arasında olan ikinci nikahından 4 qızı - İddiaçı, Kravtsova İrina Vladimirovna, cavabdeh2, cavabdeh1 doğulmuşdur. X7 miras qoyan X23 birinci nikahdan olan qızıdır. X22 ## ### 2011-ci il tarixdə vəfat etmişdir. X23 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 2 ünvanında yerləşən ** saylı mənzil miras əmlak kimi qalmışdır. 73.İşdən həmçinin görünür ki, miras qoyan X23 5 vərəsəsindən yalnız İddiaçı, Kravtsova İrina Vladimirovna, X7 notariat orqanına müraciət edərək mirasın qəbulu ilə bağlı öz iradə ifadəsini bildirmişlər. 74.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. 75.Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə miras qoyan X23 ##.##.2023cü il tarixdə vəfat etdiyindən, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ## #### 2025-ci ilədək qüvvədə olan mirasın qəbulu ilə bağlı müddəalar baxımından hüquqi qiymət verilməlidir. 76.Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. 77.Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə ## #### 2014-cü il tarixli qərarı). 78.Məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. 79.İddiaçı, Kravtsova İrina Vladimirovna, X7 MM-nin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirası qəbul etmək arzusunda olduqlarını analarının vəfat etdiyi ##.##.2023cü il tarixindən başlayaraq 6 ay ərzində bəyan etmişlər, notariat kontoruna müraciət etmişlər, digər vərəsələr - cavabdeh2, cavabdeh1 isə mirasın qəbulu istiqamətində aktiv hərəkətləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. 80.Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilən işin mübahisəsiz faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, X23 ölümündən sonra miras əmlaka - ünvan 3 ünvanında yerləşən ** saylı mənzilə İddiaçı – 1/3 hissədə, Kravtsova İrina Vladimirovnanın - 1/3 hissədə, X7 – 1/3 hissədə miras payları müəyyən edilməlidir. 81.Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı). 82.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 83.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. 84.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, ilkin və qarşılıqlı iddialarının qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilərək, ünvan 3 ünvanında yerləşən ** saylı mənzilə İddiaçı – 1/3 hissədə, Kravtsova İrina Vladimirovnanın - 1/3 hissədə, X7 – 1/3 hissədə miras payları müəyyən edilməli, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməməlidir. 85.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia və qarşılıqı iddia qismən təmin edilsin. X23 miras qalmış ünvan 3 ünvanında yerləşən ** nömrəli mənzilinin 1/3 hissəsinə - İddiaçı, 1/3 hissəsinə - Kravtsova İrina Vladimirovnanın, 1/3 hissəsinə - X7 miras payları müəyyən edilsin. İlkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.