Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-65/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı mülki iş üzrə (icra mümkünsüzlüyü, öhdəliyin pozulması, icra mümkün olmadığına görə öhdəliyin xitamı və əmlakın dəyərinin ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə (sonuncu iclasda iştirak etmir), Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, onun nümayəndəsi və vəkili Vəkil (sonuncu iclasda iştirak etmir), Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. X1 və satıcı Cavabdeh MTK-nın sədri X9 arasında bağlanmış ##.##.2018ci il tarixli, ** saylı müqavilədən görünür ki, alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m. olan, 3A otaqlı, ** nömrəli mənzilini kvadratmetri 680 manat olmaqla, ümumi dəyəri 89760 manat məbləğə satıcıdan almışdır.
2. X1 və satıcı Cavabdeh MTK-nın sədri X9 arasında bağlanmış ##.##.2018ci il tarixli, ** saylı müqavilədən görünür ki, alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m. olan, 2A otaqlı, ** nömrəli mənzilini kvadratmetri 680 manat olmaqla, ümumi dəyəri 55120 manat məbləğə satıcıdan almışdır.
3. Maliyyə arayışlarından görünür ki, Abdul Rahim tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda yerləşən binanın A giriş, 11-ci mərtəbədəki ümumi sahəsi 132 kv.m olan 3A otaqlı və ümumi sahəsi 81.06 kv.m. olan 2A otaqlı mənzillərə görə pay dəyəri kimi müqavilələrə müvafiq olaraq 89760 manat və 55120 manat pul vəsaiti Cavabdeh MTK-ya tam ödənilmişdir və MTK-ya borcu yoxdur.
4. Alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və satıcı Cavabdeh MTK-nın sədri X9 arasında bağlanmış ##.##.2019-cu il tarixli, ** saylı müqavilədən görünür ki, alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132.27 kv.m. olan, 3B otaqlı mənzilini kvadratmetri 550 manat olmaqla, ümumi dəyəri 72748 manat məbləğə satıcıdan almış, maliyyə arayışına əsasən, həmin mənzilin pay dəyəri kimi müqaviləyə müvafiq olaraq 72748 manat pul vəsaitini Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur.
5. Abşeron RPŞ QvŞV bölməsinin ##.##.2024-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, xxxx MTK, bina A, mənzil 65 ünvanda müvəqqəti qeydiyyata alınmışdır.
6. ##.##.2022-ci il tarixli akt və ##.##.2023-cü il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, xxxx MTK, bina A, mənzil 65 ünvana dair qaz və su kommunal xidmətləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adınadır.
7. Alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və satıcı Cavabdeh MTK-nın sədri X9 arasında bağlanmış ##.##.2020-ci il tarixli, **A saylı müqavilədən görünür ki, alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m. olan, 2A otaqlı mənzilini kvadratmetri 500 manat olmaqla, ümumi dəyəri 40530 manat məbləğə satıcıdan almış, maliyyə arayışına əsasən, həmin mənzilin pay dəyəri kimi müqaviləyə müvafiq olaraq 40530 manat pul vəsaitini Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur.
8. ##.##.2023-cü il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, xxxx MTK, bina 1, mənzil 70 ünvana dair qaz kommunal xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adınadır.
9. Azərbaycan Respublikasının Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2024-cü il tarixli, *-*-**/*/*- *********/**** saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş İdarənin İstintaq idarəsində AR Cinayət Məcəlləsinin 308.2 və 313- cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. Cinayət işi üzrə hazırkı vaxtadək X5 müraciəti istintaq orqanına daxil olmamış, qeyd edilən şəxsin zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməmiş, habelə sorğuda qeyd edilən mənzillə bağlı hər hansı müqavilə iş materiallarında müəyyən edilməmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh MTK ilə İddiaçı oğlunun adlarından olan ##.##.2018- ci il tarixli ** nömrəli müqavilənin 2-ci vərəqində Cavabdeh MTK-nın sədri Abbasov G” qrafasındakı imza və həmin müqaviləyə dair maliyyə arayışında “sədri” qrafasında imza, ##.##.2018-ci il tarixli ** nömrəli müqavilənin 2-ci vərəqində Cavabdeh MTK-nın sədri Abbasov G.” qrafasındakı imza və həmin müqaviləyə dair maliyyə arayışında “sədri” qrafasında imza - X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə Abdul Rahim arasında bağlanmış ## ### 2018-ci il tarixli 91 və ** nömrəli müqavilələrində və maliyyə arayışlarında olan möhür əksləri sənədlərin üzərinə birbaşa vurulmuşdur. Cavabdeh MTK-nın 2018-ci ildə istifadədə olan möhürün eksperimental və sərbəst əks nümunələri tədqiqata təqdim edilmədiyindən, tədqiq olunan Cavabdeh MTK ilə Abdul Rahim arasında bağlanmış ## ### 2018-ci il tarixli 91 və ** nömrəli müqavilələrində və maliyyə arayışlarında olan möhür əkslərinin müqayisəli tədqiqatı aparılmadı.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş Cavabdeh Mənzil-Tikinti kooperativi ilə Abdul Rahim oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikildiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A bloku, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.m. olan, 2A otaqlı ** nömrəli mənzilə dair # ### 2018-ci il tarixdə imzalanmış ** nömrəli müqavilə (i.v.103-104) və maliyyə arayışında (i.v. 105), eyni binanın A bloku, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132 kv.m olan, 3A otaqlı ** nömrəli mənzilə dair # ### 2018-ci il tarixdə imzalanmış ** nömrəli müqavilə (i.v.106-107) və maliyyə arayışında (i.v. 108) olan «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində “*AZƏRBAYCAN RESPUBLİKASI * Mənzil-Tikinti Kooperativi * AZERBAIJAN REPUBLIC * X8” mətni, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri» olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulmuşdurlar. Həmin möhür əksləri ekspertizaya təqdim olunmuş “xxxx” MTK-nın möhür nümunələri 2013-ci ildən 2022-ci ilin may ayına qədər istifadə olunan möhür - 11-04-2025” əlyazılan olan 3 vərəqdəki “*AZƏRBAYCAN RESPUBLİKASI * Mənzil-Tikinti Kooperativi * AZERBAIJAN REPUBLIC * X8” mətni, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir.
13. Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının vəkilinümayəndəsi Nümayəndə iştirakı ilə mübahisə predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 2 ünvanında inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m olan 3 otağa izole edilmiş ** №-li və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 2 ünvanında inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 11-ci mərtəbə, ümumi sahəsi 81,06 kv.m olan 2 otağa zole edilmiş ** №-li mənzillərə baxış keçirilmiş, baxış zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 2 ünvanında inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 11-ci mərtəbə, müqaviləyə əsasən ümumi sahəsi 132 kv.m olan 3 otağa izole edilmiş ** №-li mənzilin 1 mətbəx otağı, 1 qonaq otağı və 1 yataq otağı və giriş hissədən ibarət olduğu və həmin mənzildə Həsənov İlkin Bəhruz oğlunun yaşadığı müəyyən edilmiş, bundan əlavə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 2 ünvanında inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok 11-ci mərtəbə, ümumi sahəsi 81,06 kv.m olan 2 otağa izole edilmiş ** №-li mənzilə baxış zamanı təmirli qapısının olması müəyyən edilmiş, mənzildə yaşayışın mövcud olub-olmamasının dəqiqləşdirilməsi məqsədilə dəfələrlə qapı döyülərək çağırış edilmiş, lakin mənzildən hər hansı bir şəxs qapını açmamışdır. Apellyasiya icraatı zamanı əldə edilmiş;
14. “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli, 07-090/26 hesabatında qeyd edilib ki; Xırdalan şəhəri, H.Əliyev prospekti, 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.metr olan 3 otaqlı, ** nömrəli mənzilin (təmirsiz vəziyyətdə, hər kvadrat metrə uyğun dəyəri) bazar dəyəri 182.300.0 manat təşkil edir. Xırdalan şəhəri, H.Əliyev prospekti, 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.metr olan 7 otaqlı, ** nömrəli mənzilin (təmirsiz vəziyyətdə, hər kvadrat metrə uyğun dəyəri) bazar dəyəri 110.300.0 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və ya mənzilin dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m olan, 3 otağa izole edilmiş ** nömrəli və Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m olan 2 otağa izole edilmiş ** nömrəli mənzillərin iddiaçıya təhvil verilməsi, əks təqdirdə bugünkü bazar dəyərinə uyğun olaraq mənzillərin dəyərinin cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə ##.##.2018-ci il tarixdə 92 və ** saylı müqavilələr bağlanmışdır. Müqavilələrin 1-ci bəndinə əsasən müqavilənin əsas predmeti: Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m. olan ** nömrəli mənzili 3 otaqdan ibarət olub bir pay kimi verir və Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m. olan ** nömrəli mənzili 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqaviləyə əlavə olunmuş Maliyyə arayışında göstərilir: “verilir X5 ötəri ki, həqiqətən Cavabdeh MTK Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m. olan ** nömrəli mənzilin dəyərini tam ödəmişdir”. Həmçinin müqaviləyə əlavə olunmuş Maliyyə arayışında göstərilir: “verilir X5 ötəri ki, həqiqətən Cavabdeh MTK Xırdalan şəhəri, Heydər Əliyev pr., 2 ünvanda inşa olunan 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m. olan ** №-li mənzilin dəyərini tam ödəmişdir”. İddiaçı tərəfindən mənzilin pay dəyərinin ödənilməsinə baxmayaraq, mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir. İddiaçı X5 dəfələrlə cavabdehdən mənzilin təhvil verilməsini tələb etsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Halhazırda bina tam tikilmiş və istismara verilmişdir. Göründüyü kimi müqavilə bağlanan andan halhazırki müddətədək, yəni 6 ilə yaxın müddət ərzində cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
17. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən görünür ki, mübahisəli mənzillərlə bağlı məhkəməyə təqdim edilmiş ##.##.2018-ci il tarixli, 91 və ** saylı müqavilələrdə və maliyyə arayışlarında olan möhür MTK-nın möhürü olsa da, imza MTK-nın direktoru tərəfindən icra olunmamışdır. Bu Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı, ##.##.2025-ci il tarixli, */**** saylı və ##.##.2025-ci il tarixli, */*** saylı ekspert rəyləri ilə də öz təsdiqini tapır. İddiaçı isə həmin müqavilələrin hansı şəraitdə və kiminlə bağlanmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəməyə ünvanladığı ərizədə A blokunda cəmi 54 mənzilin mövcud olduğunu, iddiaçının iddia etdiyi mənzillərin mövcud olmadığını göstərmişdir. Müstəqil tələb irəli sürməyən III şəxslər də həmçinin iddia tələbini qəbul etməmişlər. Həmçinin qeyd edilən mənzillər üçüncü şəxslər tərəfindən müqavilə bağlanılaraq təhvil alınmışdır.
19. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında məhkəmə belə qərara gəlib ki, mübahisəli mənzillərlə bağlı təqdim edilən ##.##.2018-ci il tarixli, 91 və ** saylı müqavilələr Cavabdeh MTK-nın rəhbəri X9 tərəfindən imzalanmadığından həmin müqavilələr əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməli və iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən III şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı mənzilin təhvil verilməsi və ya mənzilin dəyərinin ödənilməsi tələbi təmin edilməməlidir. Həmçinin iddiaçıya ona dəymiş maddi ziyanla bağlı Cavabdeh MTK-ya qarşı iddia tələbi irəli sürmək hüququ izah edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 43.1, 43.2, 111.1, 111.2, 111.10, 324.1, 324.2, 324.4, 324.6, 337.1, 337.3, 337.4, 358.1, 389.1, 390.1, 646.1, 752.1, 752.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 101.7, 103.1, 115.0.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a )Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsassız və qanunsuzdur. İddiaçı tərəfindən mənzilin pay dəyərinin ödənilməsinə baxmayaraq, mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir. İddiaçı X5 dəfələrlə cavabdehdən mənzilin təhvil verilməsini tələb etsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Hal-hazırda bina tam tikilmiş və istismara verilmişdir. Göründüyü kimi müqavilə bağlanan andan hal-hazırkı müddətədək, yəni 6 ilə yaxın müddət ərzində cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İşə baxan məhkəmənin mövqeyi və gəldiyi nəticə yanlışdır. Alqı satqı müqaviləsində və kasa məxaric orderində imzalar və möhür Cavabdeh MTK-nın iradə ifadəsini göstərir və işin mübahisəsiz halıdır. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi, başqa tərəfə çatdığı andan etibarlı olur. Cavabdeh tərəf alqı-satqı müqaviləsinə imza ataraq və möhür vuraraq öz iradə ifadəsini bildirmişdir. Əgər müqavilədəki imza Cavabdeh MTK-nın səlahiyyətli nümayəndəsinin deyildirsə belə, möhür vurmaqla bu əqdi bəyənir və mübahisələndirmir. İddiaçı tərəfindən bütün subutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, evlərin alqı-satqısını təsdiq edən müqavilələr, kassa məxaric orderlər məhkəməyə təqdim edilib. Digər tərəfdən iş üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş Cavabdeh Mənzil-Tikinti kooperativi ilə Abdul Rahim oğlu arasında bağlanmış müqavilə və orderlərdə möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Bundan əlavə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının vəkilinin iştirakı ilə yerli baxış keçirilmiş və evlərin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmiş, digər tərəfdən işin faktiki halları ilə tanış olunmuşdur. Evlərdən birində olan sakin eyni halın olduğunu həmin evin başqa bir şəxsə də satıldığını qeyd etdi. Nəzərə alınmalıdır ki, ekspert rəyi məhkəmənin gəldiyi nəticə üçün digər sübutlar ilə eyni hüquqi qüvvəyə malikdir. Həmçinin ekpsert rəyi əsassız olduğu halda təkrar ekspertiza təyin edilə bilər. Yəni, məhkəmə ekspert rəyini araşdırmadan onu mötəbər sübüt kimi qiymətləndirib, hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutub, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqla haqlı deyil. Belə ki, ekspert rəyində imzanın cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı göstərilsə də, möhür təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən mənzillərin digər üçüncu şəxslərdən əvvəl alqı-satqı müqaviləsinə əsasən alındığı, hakimin yerli baxış zamanı və digər hallarla cavabdehin faktiki olaraq eyni binada hər bir mənzili bir neçə şəxsə satması, cavabdeh MTK-nın rəhbərliyi barədə cinayət işinin mənzillərlə bağlı olması göz ardı edilmişdir. Halbuki həmin hallar işin ciddi hallarıdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (nümayəndəsi və vəkili Vəkil) tərəfindən yazılı etiraz daxil olmuşdur.
24. Etirazda qeyd olunur ki, apellyasiya şikayəti iddia tələbinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 maraqlarına toxunan hissəsində əsassızdır. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin mənzili 2019-cu il tarixdə dəyərini ödəməklə alqısatqı yolu ilə əldə edib. Mənzili təmir edib və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bundan başqa iddiaçının mübahisələndirdiyi müqavilədəki imzanın MTKnın qanuni təmsilçisi tərəfindən icra edilməməsi ekspert rəyi ilə öz təsdiqini tapıb. Belə olan halda iddiaçı tərəfin müqavilə münasibətinə əsaslanaraq, mənzil tələb etməsi əsassızdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bildirdi ki, mübahisəli mənzili 2019-cu ildə qanuni əsaslarla, mənzilin dəyərini ödəməklə əldə etmişdir, hal-hazırda həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bu müddət ərzində iddiaçı da daxil olmaqla, heç kəs tərəfindən ona mənzillə bağlı mübahisə olduğu bildirilməmişdir. O, mənzilin təhvil verilməsi hissəsində apellyasiya şikayətindən imtinanın qəbul edilməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bildirdi ki, mübahisəli mənzildə yaşayır. Mənzili dəyərini ödəməklə əldə etmiş, mənzil ona təhvil verilmişdir. Mənzili təmir etdirmişdir. Mənzilə dair hər ay bütün kommunal ödənişləri icra edir. Həmin mənzilin təhvil verilməsi hissəsində iddia tələbini qəbul etmir. O, mənzilin təhvil verilməsi hissəsində apellyasiya şikayətindən imtinanın qəbul edilməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
27. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK ilə müqavilə bağlayaraq 2 mənzil almışdır. Mənzillərin dəyəri ödənilmiş, hətta iddiaçı öz atası ilə birlikdə mənzilə baxış keçirmişdir. Mənzil iddiaçıya təhvil verilmişdir, hətta evin təmirsiz vəziyyətdə şəkilləri də var. İddiaçı işi ilə əlaqədar Azərbaycana gəlib gedirdi. Pandemiyadan sonra iddiaçı mənzilin olmadığını görüb, müvafiq müraciət etmişdir. Bundan sonra MTKnın şəriklərindən birinin tutulduğu, barəsində cinayət işi olduğu bildirilmişdir. Lakin iddiaçı ölkə ərazisində olmadığı üçün həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla bağlı prokurorluğa müraciət etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində yetərli qədər sübut təqdim olunmadığı qeyd edilmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilə, kassa-məxaric orderi təqdim edilmişdir. İşin hallarından görünür ki, cinayət işi açılmışdır, MTK tərəfindən dələduzluq edilmişdir, müəyyən şəxslər aldadılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmiş, ekspert rəyində möhürün Cavabdeh MTK-ya aid olduğu, lakin imzanın həmin şəxsə aid olmadığı qeyd edilmişdir. Möhürün MTK-ya məxsus olması özü bir sübutdur. İşin faktiki halları göstərir ki, iddiaçıya qarşı dələduzluq edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı evin hazırkı bazar dəyərinin qiymətləndirilməsi ilə bağlı vəsatət vermişdir, lakin vəsatət əsassız olaraq təmin edilməmişdir. Hazırkı halda da iddiaçı mənzillərin dəyərinin ona ödənilməsini tələb edir. Mənzilin təhvil verilməsi hissəsində iddia tələbindən imtina edir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ekspert rəyində müqavilədəki imzanın həmin tarixdə direktor olan şəxsə aid olmadığı qeyd olunub. Möhürü isə hər hansı şəxs də götürüb istifadə edə bilər. Analoji nöqsan maliyyə arayışında da mövcuddur. Başqa sözlə iddiaçı tərəfin müqaviləsi mövcud deyil. Yəni mövcud olmayan müqavilə əsasında əqd üzrə münasibətlərdən danışıla bilməz. Ona görə də həmin əqdə əsaslanaraq mənzillərin təhvil verilməsinin tələb edilməsi qəbuledilməzdir. İddia tələbinin mənzillərin təhvil verilməsi hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hüquqlarına toxunur, ona görə iddia tələbini həmin hissədə qəbul etmir. Lakin mənzillərin dəyərinin ödənilməsi hissəsində iddia tələbinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxırlar.
29. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və müvafiq ekspert rəyinə uyğun məbləğlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh MTK-ya lazımi qaydada və vaxtında məhkəmə bildirişi göndərilməsinə baxmayaraq (Cavabdeh MTK-nın elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilmiş, habelə AZEMİS vasitəsilə MTK-nın qanuni təmsilçisi X9 adına qeydə alınmış 010-*****95 mobil nömrəsinə SMS bildiriş göndərilmişdir), cavabdeh MTK məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
32. “İnsan hüquqları və əsasazadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası: Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdənhər biri vicdanlılığıntələb etdiyi tərzdə,yənişərtləşdirilmiş vaxtda vəyerdəlazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddə 556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. 46. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməliolduğugündənalıcıya verildiyi və ya qabaqcadan ödədiyiməbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə77.1. Hərbir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsini yalnız “mənzillərin bazar dəyərinin cavabdehə ödənilməsinin təmin edilməyən” hissəsində mübahisələndirmişdir.(Digər hissədən, yəni mübahisəli mənzillərin təhvil verilməməsi hissəsinə dair apellyasiya şikayətindən imtina edilmişdir) .
36. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
38. Baxılan iş üzrə iddianın mahiyyətindən müəyyən edilir ki, tələb iki hissədən ibarət olmaqla, 1) müqavilə üzrə mənzillərin təhvil verilməsi, 2) bu mümkün olmadığı halda mənzillərin dəyərinin iddiaçıya ödənilməsindən ibarətdir.
39. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmiş, bundan narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasını xahiş etsə də, sonradan apellyasiya şikayətinin bir hissəsindən imtina etmiş, qətnaməni yalnız “mənzillərin bazar dəyərinin cavabdehə ödənilməsinin təmin edilməyən” hissəsində mübahisələndirmişdir.
40. Araşdırılan işin hallarından görünür ki, iddiaçı (alıcı) cavabdeh MTK ilə aralarında bağlanmış ##.##.2018-ci il tarixli, ** saylı müqaviləyə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m. olan, 3A otaqlı, ** nömrəli mənzilin kvadratmetri 680 manat olmaqla, ümumi dəyəri 89760 manat məbləğə satıcıdan (cavabdehdən) almışdır.
41. ##.##.2018-ci il tarixli, ** saylı müqavilədən görünür ki, iddiaçı (alıcı) Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m. olan, 2A otaqlı, ** nömrəli mənzilini kvadratmetri 680 manat olmaqla, ümumi dəyəri 55120 manat məbləğə satıcıdan (MTK-dan) almışdır.
42. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışlarından görünür ki, Abdul Rahim tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda yerləşən binanın A giriş, 11-ci mərtəbədəki ümumi sahəsi 132 kv.m. olan 3A otaqlı və ümumi sahəsi 81.06 kv.m olan 2A otaqlı mənzillərə görə pay dəyəri kimi müqavilələrə müvafiq olaraq 89760 manat və 55120 manat pul vəsaiti Cavabdeh MTK-ya tam olaraq ödənilmişdir və MTK-ya borcu yoxdur.
43. Baxılan işin digər hallarından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Cavabdeh MTK-nın sədri X9 arasında bağlanmış ##.##.2019-cu il tarixli, ** saylı müqaviləyə əsasən alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132.27 kv.m. olan, 3B otaqlı mənzilini kvadratmetri 550 manat olmaqla, ümumi dəyəri 72748 manat məbləğə satıcıdan almış, maliyyə arayışına əsasən, həmin mənzilin pay dəyəri kimi müqaviləyə müvafiq olaraq 72748 manat pul vəsaitini Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur.
44. Həmçinin alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və satıcı Cavabdeh MTK-nın sədri X9 arasında bağlanmış ##.##.2020-ci il tarixli, **A saylı müqaviləyə əsasən isə alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m olan, 2A otaqlı mənzilini kvadratmetri 500 manat olmaqla, ümumi dəyəri 40530 manat məbləğə satıcıdan almış, maliyyə arayışına əsasən, həmin mənzilin pay dəyəri kimi müqaviləyə müvafiq olaraq 40530 manat pul vəsaitini Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur.
45. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2018-ci il tarixli, 91 və ** saylı müqavilələr Cavabdeh MTK-nın rəhbəri X9 tərəfindən imzalanmadığından həmin müqavilələr əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməli və iddia tələbi təmin edilməməli, iddiaçıya ona dəymiş maddi ziyanla bağlı Cavabdeh MTK-ya qarşı iddia tələbi irəli sürmək hüququ izah edilməlidir.
46. Məhkəmə kollegiyası göstərilən yanaşmanı işin qanuni və ədalətli həlli yolu hesab etmir və qeyd edir ki, işə baxan məhkəmənin gəldiyi nəticə işin halları ilə ziddiyyət təşkil edir.
47. İddianı təmin etməyən birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərtib olunmuş (iddiaçıya məxsus olan) müqavilə və maliyyə arayışlarındakı möhür MTK-ya məxsus olsa da, imza MTK-nın direktoru tərəfindən icra olunmamışdır. Birinci instansiya məhkəməsi bununla bağlı mövqeyini əldə olunmuş ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə istinadən qeyd etmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, işin bu halı da düzgün araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş Cavabdeh Mənzil-Tikinti kooperativi ilə Abdul Rahim oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikildiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A bloku, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,06 kv.m olan, 2A otaqlı ** nömrəli mənzilə dair # ### 2018-ci il tarixdə imzalanmış ** nömrəli müqavilə (i.v.103-104) və maliyyə arayışında (i.v. 105), eyni binanın A bloku, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132 kv.m olan, 3A otaqlı ** nömrəli mənzilə dair # ### 2018-ci il tarixdə imzalanmış ** nömrəli müqavilə (i.v.106-107) və maliyyə arayışında (i.v. 108) olan «kənar dairənin içərisində azərbaycan və ingilis dillərində “*AZƏRBAYCAN RESPUBLİKASI * Mənzil-Tikinti Kooperativi * AZERBAIJAN REPUBLIC * X8” mətni, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri» olan möhür əksləri relyef klişe vasitəsi ilə sənədlərə birbaşa vurulmuşdurlar. Həmin möhür əksləri ekspertizaya təqdim olunmuş “xxxx” MTK-nın möhür nümunələri 2013-ci ildən 2022-ci ilin may ayına qədər istifadə olunan möhür - 11-04-2025” əlyazılan olan 3 vərəqdəki “*AZƏRBAYCAN RESPUBLİKASI * Mənzil-Tikinti Kooperativi * AZERBAIJAN REPUBLIC * X8” mətni, orta dairənin içərisində Cavabdeh mətni və Azərbaycan Respublikasının xəritəsinin qrafiki təsviri olan möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir.
49. Göründüyü kimi mülki iş materialları ilə bir daha təsdiq edilir ki, “xxxx” MTK-nın həmin dövrdəki (müqavilə tərtib olunan dövr) möhürü üzrə mübahisə predmeti olan sənədlərdəki möhür əkslərinin müqayisəli tədqiqatı aparılmışdır. Lakin birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
50. Birinci instansiya məhkəməsi iddia tələbini ümumilikdə rədd etməklə yanaşı, eyni zamanda qətnamədə (i/m 1-ci cild səh. 208 – qətnamənin əsaslandırma hissəsi) sonuncuya dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Bu zaman məhkəmə qeyd olunan ziyanla bağlı tələbin hazırkı iddia tələbində olması və iddiaçının əmlakın dəyərini (dolayısı ilə) dəymiş ziyanı tələb etməsi halını nəzərə almamışdır.
51. Cavabdeh MTK isə iddia tələbinə öz etirazını əvvəlcə müqavilədəki imzaların MTK-nın direktoruna məxsus olmaması, sonradan isə həmin binada iddiaçının istinad etdiyi ölçüdə və nömrədə mənzillərin olmaması ilə əsaslandırmışdır (i/m 1-ci cild səh 135).
52. Məlum olduğu kimi, müqavilə - iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanlarıdır. Şəxslər müqavilə növündə əqd bağlamaqla özləri üçün icrası məcburi olan öhdəliklər- hüquq və vəzifələr meydana gətirirlər.
53. Mülki hüquq münasibətlərinin iştirakçıları alqı-satqı və ya podrat yaxud onların hər ikisinin xüsusiyyətlərini özündə birləşdirən qarışıq müqavilə bağlaya bilərlər.
54. Hazırkı işdə tərəflər arasında ##.##.2018-ci il tarixli, 91 və ** saylı müqavilələr bağlanması mübahisə olunmur. ** saylı müqaviləyə əsasən iddiaçı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.m. olan, 3A otaqlı, ** nömrəli mənzilini kvadratmetri 680 manat olmaqla, ümumi dəyəri 89760 manat məbləğə, ** saylı müqaviləyə əsasən alıcı Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanda inşa olunan 2 girişli, 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.m. olan, 2A otaqlı, ** nömrəli mənzilini kvadratmetri 680 manat olmaqla, ümumi dəyəri 55120 manat məbləğə satıcıdan almışdır.
55. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışlarından görünür ki, sonuncu üzərinə düşən öhdəliyi yerinə yetirərək, yəni məbləği tam olaraq ödəsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, bunu binada cəmi 54 mənzilin mövcud olması, iddiaçının iddia etdiyi mənzillərin mövcud olmaması ilə əlaqələndirmişdir (i/m 1-ci cild səh 135).
56. Apellyasiya instansiya məhkəməsi cavabdehin etirazında göstərdiyi bu halı Mülki Məcəllənin 556.1-ci maddəsindəki mümkünsüzlük kimi qiymətləndirir və həmin normanı hazırkı işə tətbiq edərək, icra mümkünsüzlüyü, öhdəliyin pozulması və icra mümkün olmadığına görə öhdəliyə xitam verilməsinə dair aşağıdakı hüquqi mövqelərin diqqətə çatdırılmasını zəruri hesab edir.
57. Əvvəlcə onu qeyd etmək lazımdır ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir.
58. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur. Bu səbəblər bir neçə növdə ola bilər: təbii (məntiqi) mümkünsüzlük; faktiki mümkünsüzlük; hüquqi mümkünsüzlük.
59. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, inşa etdiyi binada müqavilə ilə üzərinə götürdüyü həcmdə mənzili inşa edərək iddiaçıya təhvil vermək cavabdehin risk dairəsinə daxil olan öhdəlik idi. Təcrübədən bəlli olduğu kimi, hər bir tikinti şirkəti inşa edəcəyi binada layihələndirdiyi mənzillərin sahəsini bilir və bilməlidir. Şirkət məhz bu layihələri nəzərə almaqla müştərilərlə müqavilələr bağlayır, üzərinə öhdəliklər götürür. Ona görə də tikinti şirkəti istər qanuni nümayəndəsinin, istərsə də xidmətindən yararlandığı digər şəxslərin mənzilin həcmi ilə bağlı verdikləri məlumatların dürüstlüyünə və icra edilə bilən olmasına görə məsuliyyət daşıyır. Həmin şəxslərin ucbatından mənzil sahəsinin müqavilədə doğru yazılmaması və ya binada tikiləcək ən kiçik mənzildən az sahədə kvadratmetrin qeyd olunması, yaxud plan-layihə sənədlərinin sonradan dəyişməsi bu məsuliyyəti aradan qaldırmır.
60. Bu kimi hallarda borclu olan tikinti şirkəti müqavilə öhdəliyinin pozulmasına görə kreditor qarşısında mülki hüquqi məsuliyyət daşıyır. Əgər müqavilədə razılaşdırılan həcmdə mənzilin kreditora təqdim edilməsi faktiki olaraq mümkünsüzləşib və ya həddindən artıq çətinləşibsə, bu zaman borclu, başqa icranı kreditora təklif edə bilər. Kreditor bununla razılaşmadıqda müqavilə öhdəliyinin pozulması nəticəsində düşdüyü bütün zərərlərin əvəzinin ödənilməsini Mülki Məcəllənin 443.1, 447.7-ci maddələrinə (və ya konkret müqavilə münasibətlərini tənzimləyən xüsusi normalara) əsasən borcludan tələb etməkdə haqlıdır.
61. Göründüyü kimi iddiaçı bildirir ki, mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq, MTK müqavilənin şərtlərini pozaraq mənzili ona təhvil verməmişdir. Halbuki, o, müqavilədə nəzərdə tutulmuş pulu tam olaraq ödəmiş, qarşı tərəf də bununla bağlı maliyyə arayışı vermiş, həmçinin mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Yaranmış vəziyyət onun hüquqlarının pozulması deməkdir.
62. Konkret vəziyyətdə iddiaçının MTK-ya qarşı aralarında yaranmış müqavilə münasibətləri üzrə mübahisədən doğan ziyan barədə iddia tələbinin təmin edilməli qənaətinə gələn apellyasiya kollegiyası qeyd edir ki, işə baxan məhkəmənin iddiaçı ilə MTK arasında bağlanmış müqavilələrin MTK rəhbərliyi tərəfindən imzalanmaması səbəbindən əhəmiyyətsiz əqd olması qənaəti ağlabatan yanaşma hesab edilə bilməz. 63 Faktiki vəziyyətdə mövcud müqavilənin MTK rəhbəri qismində kim tərəfindən icra edilməsinin müqaviləin etibarlılıq şərtləri baxımından əhəmiyyəti yoxdur. Belə ki, mübahisələndirilən müqavilələrdə MTK-nın möhürü mövcuddur, eyni zamanda müqavilələrdə satıcı qismində MTK rəhbəri kimi Gülməmməd Abbasovun adı qeyd edilmiş və sonuncunun adının qarşısından müvafiq imza icra edilmişdir. Həmin vəziyyətdə satıcı qismində faktiki imzanın hansı şəraitdə, kim tərəfindən və necə imza edilməsinin qeyri-müəyyənliyinə istinad etməklə cavabdeh MTK müqavilə üzrə münasiblətlərin yaranmadığı görüntüsünü yaratmaqla, məsuliyyətdən yayınmağa çalışır.
64. Apellyasiya instansiya məhkəməsi qeyd olunan vəziyyətdə mübahisənin qanuni və ədalətli həllinə nail olmaq məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və qiymətləndirici mütəxəssislər qarşısında iddiaçı ilə cavabdeh MTK arasında arasında bağlanmış müqavilələrə uyğun ölçüdə mənzillərin bazar dəyərinin müəyyən edilməsi barədə suallar qoymuşdur.
65. “xxxx” MMC-nin ## ### 2026-cı il tarixli, **-***/** nömrəli hesabatında qeyd edilib ki, Xırdalan şəhəri, H.Əliyev prospekti, 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 132 kv.metr olan 3 otaqlı, ** nömrəli mənzilin (təmirsiz vəziyyətdə, hər kvadrat metrə uyğun dəyəri) bazar dəyəri 182.300.0 manat təşkil edir.
66. Xırdalan şəhəri, H.Əliyev prospekti, 2 girişli 16 mərtəbəli yaşayış binasının A blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.06 kv.metr olan 7 otaqlı, ** nömrəli mənzilin (təmirsiz vəziyyətdə, hər kvadrat metrə uyğun dəyəri) bazar dəyəri 110.300.0 manat təşkil edir.
67. Bundan əlavə, kollegiya obyektiv həqiqətə nail olmaq məqədilə cavabdeh tərəfin (nümayəndəsinin) məhkəmə iclasında iştirakını zəruri hesab etmiş və ilk dəfə məhkəmə iclasını təxirə salmış, onlara təkrarən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat vermişdir. Lakin cavabdeh tərəf (nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğunu bildirsələr də, məhkəmə iclasında iştirak etməmiş, əksinə məhkəmə iclaslarından yayınmaqla ədalətli məhkəmə araşdırmasında maraqlı olmadıqlarını nümayiş etdirmişlər.
68. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda apellyatorun qanunla qorunan hüququ MTK tərəfindən pozulmuşdur. Faktiki vəziyyətdə cavabdeh MTK və ya direktoru (təsisçiləri) arasında kompromis mövqenin olmaması, üçüncü şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. İddia tələbi MTK-nın hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanla bağlı hissədə əsaslı və qanuni hesab edilməlidir.
69. Qeyd olunanları nəzərə alan kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, mübahisələndirilən müqavilələr üzrə mənzillərin dəyəri kimi (qarşılaya biləcəyi zərərlə birlikdə) müvafiq olaraq 182.300 manat və 110.300 manat məbləğində olmaqla ümumilikdə, 292.600 manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq, iddiaçı İddiaçı verilməlidir.
70. AR MPM-in 119.1-ci maddəsinin tələbini nəzərə alaraq kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün uyğun olaraq ödənilmiş 150 manat məbləğində dövlət rüsumu (100+50=150 – iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumlar) cavabdeh MTK-dan alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 395 manat (70+125+200) pul vəsaiti cavabdeh Cavabdeh MTK-dan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
71. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilsin. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MTK arasında bağlanmış ##.##.2018ci il tarixli, ** saylı müqavilə və ##.##.2018-ci il tarixli, ** saylı müqavilədə qeyd olunan mənzillərin real bazar dəyəri kimi, müvafiq olaraq 182.300 manat və 110.300 manat məbləğində olmaqla ümumilikdə 292.600 (iki yüz doxsan iki min altı yüz) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq, iddiaçı İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 395 (70+125+200) manat pul cavabdeh Cavabdeh MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 1700326621, AZ34CTRE**********0002088501, X14, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 150 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh MTK-dan alınaraq iddiaçı İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.