Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-668/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl qızının cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1944 (bir min doqquz yüz doqquz manat) cərimə məbləğinin ödənilməli olan 1459.50 (bir min dörd yüz əlli əlli qəpik) manatının əsassız hesab edilərək silinməsi, həmin cərimələrə görə onun qaz sayğacına ödədiyi puldan tutulan 484.5 (dörd yüz səksən dörd) manat pulun abonent hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin evə təbii qaz verilmiş və bununla bağlı smart-kart sayğac quraşdırılmışdır. Həmin sayğac onun evinin hasarının çöl tərəfində yerləşir. Keçən ildən indiyə kimi o təbii qazdan istifadə üçün əvvəllər etdiyi qədər ödəniş etsə də təbii qaz əvvəlkindən tez qurtarırdı. O da bunu sərfiyyat limitinin keçilməsi ilə əlaqələndirirdi. Lakin bu ilin yanvar ayında sərfiyyat limiti sıfırlansa da yenə qazın tez qurtardığını görmüşdür. Bu səbəbdən o internet saytında abonenet kodunun yazaraq borcunun olub-olmadığını dəqiqləşdirmək istəmişdir. Saytda 1000 manatdan çox məbləğdə borcunun olduğunu bilmişdir. Daha sonra "Azəriqaz” İstehsalat Birliyinin Abşeron İdarəsinə yaxınlaşaraq bu məsələni dəqiqləşdirməyə çalışmışdır. Ona bildirilmişdir ki, onun adına olan sayğacda (abonent kodu: 011412003820000) sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə aşkarlanmışdır. Ona təqdim olunan sənədlərə diqqət yetirdikdə ##.##.2022-ci il tarixli ******* saylı aktın tərtib edildiyini və bu akta əsasən 1944 manat cərimə edildiyii bilmişdir. Aktda "Mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlandı" yazılmışdır. Lakin onun sözügedən aktdan xəbəri olmamağına və cərimə yazılmağından məlumatsız olmağına baxmayaraq aktda əsassız olaraq qeyd edilmişdir ki, o aktı imzalamaqdan imtina etmişdir. Halbuki aktın tərtib olunması ilə əlaqədar ona məlumat verilməmiş nüsxəsi ona təqdim edilməmişdir. Həmçinin akt tərtib olunan zaman təbii qaz təchizatının dayandırıldığına dair də akt tərtib olunmuş və yenə də həmin akt barəsində ona məlumat verilməmiş, aktın da istehlakçı tərəfindən imzalanmalı olan hissəsi boş buraxılmışdır. Bildirmək istəyir ki, onun evinə verilən təbii qaz heç bir zaman dayandırılmamışdır. Akta əlavə edilmiş şəkillərdə isə qazdan qeyri-qanuni istifadə edilməsinə dair hər hansı fakt öz əksini tapmamışdır. Belə ki, şəkillərdən biri sayğacın fotoşəkli, digəri isə ona məxsus evin yanından keçən qaz borusunun şəklidir.
3. Cavabdeh Cavabdeh İstesalat Birliyinin nümayəndəsi iddiaya yazılı etiraz verilərək qeyd edlmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu Güzdək kəndində yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkarlanmışdır. Təbii qazdan qanunsuz istifadə halının fotoşəkilləri çəkilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmiş və qaz xəttinə qanunsuz qoşulma faktı barədə Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 16200 m3 təbii qaz sərfi - 1944,00 manat dəymiş ziyan məbləği hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Eminbəyli) iddia təmin edilmiş, ünvan 1 ünvanına (abonent kodu: 011412003820000) ##.##.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1944 (bir min doqquz yüz doqquz manat) cərimə məbləğinin ödənilməli olan 1459.50 (bir min dörd yüz əlli əlli qəpik) manatının əsassız hesab edilərək Cavabdeh İstehsalat Birliyi tərəfindən silinməsi, həmin cərimələrə görə İddiaçı İsmayıl qızının qaz sayğacına ödədiyi puldan tutulan 484.5 (dörd yüz səksən dörd) manat pulun Cavabdeh İB-dən tutularaq abonent hesabına geri qaytarılması, 39,44 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəf iddiaçıya məxsus ünvan üzrə qaz sayğacına onun tərəfindən qanunsuz qoşulması halını əsas götürərək, itirilmiş qaz sərfiyyatına görə akt tərtib edərək, həmin akta əsasən dəymiş ziyan məbləği hesablamışdır. Qeyd edilən halın müəyyən edilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin çölündə yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı ##.##.2022-ci il tarixli akt tərtib edilmiş və akta fotoşəkil əlavə edilmişdir. Məhkəmə həmin aktla bağlı onu qeyd edir ki, qeyd edilən aktın tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmiş, həmin akt cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilmişdir ki, bu hal isə qeyd edilən aktın mötəbərliyini şübhə altına alır. Həmçinin, həmin akta fotoşəkil əlavə edilsə də həmin fotoşəkil əsasında da məhz iddiaçıya məxsus ünvan üzrə qaz sayğacına qanunsuz müdaxilə olub-olmaması halının müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, qanunsuz hesab edilən xəttin ləğv edilməmişdən əvvəlki və sonrakı vəziyyəti ilə bağlı hər hansı bir fotoşəkillərin əlavə edilməməsi də həqiqətin aşkara çıxarılmasına maneə yaratmaqadadır. Cavabdeh tərəfindən isə həmin akta başqa heç bir sübut (videoçəkiliş və sair) əlavə edilmədiyindən, habelə məhkəməyə qeyd edilən halın müəyyən edilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edilmədiyindən, həmin aktın mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olmamışdır. Bununla da hazırkı mülki iş üzrə iddiaçının təqsirini, onun hərəkətləri nəticəsində qaz sayğacına qanunsuz müdaxilə olması halını, habelə bu müdaxilə nəticəsində cavabdehə maddi ziyan vurulması, vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır.
6. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8,13.9-cu maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktları ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2022-ci il tarixli ******* saylı akta əsasən 16200 m3 təbii qaz sərfi – 1944,00 manat dəymiş ziyan məbləği hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. Qeyd olunanlara baxmayaraq məhkəmə iddia tələbini təmin etmiş və 1944,00 manat borcun 1459,50 manatlıq hissəsinin silinməsi, ödənilmiş 484,50 manat məbləğin ona məxsus *************** saylı abonent hesabına geri qaytarılması barədə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
11. ##.##.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, sayğaca texniki baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə qazdan istifadə olunduğu aşkar edilmişdir.
12. Dəymiş ziyanın bərpasına dair ##.##.2022-ci il tarixli tələbnamədən görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 16200 m3 müəyyən edilmişdir. İcra olunacaq tədbirlər: sayğacdan kənar qeyriqanuni xəttin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması.
13. Abonent saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə *************** nömrəli abonent kodlu abonent İddiaçı İsmayıl qızının hesabına 2022-ci il üzrə 1944 manat borc akt üzrə hesablanmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticəni əsaslandırması ilə tam razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə faktının işin mübahisəsiz halı olmasını bildirsə də qaz xəttinə qanunsuz qoşulma ilə bağlı işin mübahisəsiz halı mövcud olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində verdiyi izahatında qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktdan xəbərdar olmadığını, ümumiyyətlə qazdan qanunsuz şəkildə istifadə etmədiyini iddia etmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində iş materialları ilə qaz xəttinə qanunsuz müdaxilə edilməsi faktının təsdiq edildiyini iddia etsə də buna dair hər hansı bir əsaslandırma aparmamışdır. Hərçənd ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, akta əlavə edilmiş fotoşəkillərlə isə iddiaçıya məxsus ünvan üzrə qaz xəttinə qanunsuz qoşulma halını müəyyən etmək mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
19. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.