Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-675/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iş materiallarından görünür ki, ##.##.1965-ci il təvəllüdlü İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün kimi Şamaxı rayonunun Çuxuryurd kəndində məskunlaşmışdır.
2. Iş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan abonent İddiaçı 2016-cı ilin oktyabr ayına təbii qazdan istifadə ilə bağlı 1619,60 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1619,60 manat borc məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən Şamaxı rayonu, Çuxuryurd kəndində Kəlbəcər rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə məskunlaşmışdır. Həmin vaxta kimi təbii qazdan istifadəyə görə borcu olmayıb və ödənişlər dövlət tərəfindən həyata keçirilibdir. 2016-cı ilə qədər təbii qazdan istifadəyə görə borcla bağlı ona hər hansı bir bildiriş verilməmişdir. 2016-cı ilin oktyabr ayında cavabdeh Cavabdeh IB-nin əməkdaşları tərəfindən ******* nömrəli qaz sayğacı çıxardılıb, yenisi ilə əvəz edilərək, ****AZ************ nömrəli smart sayğac quraşdırılmışdır. Həmin vaxtdan etibarən abonent hesabına borc hesablanmışdır. Cavabdeh təşkilatın əməkdaşları qaz sayğacına baxış keçirmiş, ona 1619,60 manat borc hesablamışdırlar. O, bunu tam əsassız hesab edir.
5. Cavabdeh Cavabdeh IB-nin nümayəndəsi R.Ömərov iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı İddiaçı Cavabdeh X7 X3 Idarəsinin Şamaxı Xidmət Sahəsinin təbii qaz abonentidir və *************** nömrəli abonent kodu ilə qeydiyyatdadır. Hazırda onun istifadə etdiyi təbii qaza görə olan borcu Smart kart tipli qaz sayğacına vurulmuşdur. Məlumat üçün bildirilir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” ## ###### 2017-ci il tarixli **** nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il # ###### tarixindən vahid aylıq müavinət ödənilmişdir. Həmin Fərmana qədər isə hər bir köçkün və ya onlara bərabər tutulan şəxslərə adambaşına aylıq limit verilirdi. Həmin limit dövlət tərəfindən ödənilirdi, limitdən əlavə istifadə edilmiş təbii qazın dəyəri isə vətəndaşlar tərəfindən ödənilməli idi ki, əksər şəxslər həmin bu məbləğləri ödəniş etməkdən imtina etmişlər. Silinməsi xahiş edilən borc məbləği abonentin mənzilinə ilk dəfə sayğac quraşdırılan vaxtdan, yəni təxminən 2012-ci ilin avqust ayından 04 oktyabt 2016-cı ilə qədər, yəni mənzilə Smart kart tipli qaz sayğacı quraşdırılan dövrdən əvvəl məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq təbii qaz istehlak etməsi və həmin əlavə məbləğlərdən ödəniş edilməməsi nəticəsində yaranmışdır. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti,habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il # ###### tarixindən vahid aylıq müavinət ödənilir. Bildirilir ki, iddiaçı tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi nəticəsində debitor borcu yaranmışdır. 2012-ci ilin sonuna 60 manat, 2013-cü ilin sonuna 436 manat, 2014-cü ilin sonuna 639.80 manat, 2016-cı ilin sonuna 1619.60 manat debitor borc yaratmışdır. Göründüyü kimi iddiaçı tərəfindən mənzilində istifadə edilmiş təbii qazın dəyəri tam şəkildə ödənilməmiş, nəhayət debitor borc yaranmışdır. Abonentin mənzilində yaranmış borc *************** nömrəli abonent kodundan çıxarılmış saldodan da aydın görünür. Abonentin hazırda 1181.91 manat məbləğində borcu vardır ##.##.2016-cı il tarixdə mənzildə smart kart tipli qaz sayğacı quraşdırılmış və ödənişlərdən debitor borcuna tutulma aparılmışdır. Belə ki, iddiaçıya məxsus olan mənzilin qaz xətti üzərində quraşdırılmış sayğacın göstəricisi əsasında hesabat aparılmış sayğacın göstərici oxunaraq bununla bağlı iddiaçıya hər ay bildiriş təqdim edilmişdir. Iddiaçı tərəfindən hesabında olan borcun əsassız yazılmasına dair heç sübut yoxdur. Iddia tələbi tamamilə əsassızdır. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək iddiaçı İddiaçı 1619.60 manat borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
6. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini əsassız hesab edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilmiş, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hesablanmış 1619,60 manat borc məbləğinin iddiaçı İddiaçı abunə hesabından silinməsi, cavabdeh Cavabdeh Istehsalat Birliyindən 36,20 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə istehlakçıya verilmiş qazın dəyərinin qaz sayğacının göstəricilərinə əsasən, qaz paylayıcısı tərəfindən hər ay üzrə hesablanması, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim edilməsi, qazın sayğacla müəyyənləşdirilən hesabının istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilməsi və müvafiq hesabın istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildirişin göndərilməsi nəzərdə tutulmuşdur. Lakin, qanunla nəzərdə tutulmuş qeyd olunan tələblərin yerinə yetirilməsi iş materialları ilə müəyyən olunmur və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 77, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
11. Qətnamədən cavabdeh Cavabdeh Istehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, silinməsi xahiş edilən borc məbləği abonentin mənzilinə ilk dəfə sayğac quraşdırılan vaxtdan, yəni təxminən 2012-ci ilin avqust ayından 04 oktyabt 2016-cı ilə qədər, yəni mənzilə smart kart tipli qaz sayğacı quraşdırılan dövrdən əvvəl məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq təbii qaz istehlak etməsi və həmin əlavə məbləğlərdən ödəniş edilməməsi nəticəsində yaranmışdır. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Ümumiyyətlə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, hər bir məcburi köçkünə və onlara bərabər tutulan şəxsə yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il # ###### tarixindən vahid aylıq müavinət ödənilir. Bildirilir ki, iddiaçı tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi nəticəsində debitor borcu yaranmışdır. 2012-ci ilin sonuna 60 manat, 2013-cü ilin sonuna 436 manat, 2014-cü ilin sonuna 639.80 manat, 2016-cı ilin sonuna 1619.60 manat debitor borc yaratmışdır. Göründüyü kimi iddiaçı tərəfindən mənzilində istifadə edilmiş təbii qazın dəyəri tam şəkildə ödənilməmiş, nəhayət debitor borc yaranmışdır. Abonentin mənzilində yaranmış borc *************** nömrəli abonent kodundan çıxarılmış saldodan da aydın görünür. Abonentin hazırda 1181.91 manat məbləğində borcu vardır. ##.##.2016-cı il tarixdə mənzildə smart kart tipli qaz sayğacı quraşdırılmış və ödənişlərdən debitor borcuna tutulma aparılmışdır. Azərbaycan Respublikası MPM 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iddiaçıya məxsus olan mənzilin qaz xətti üzərində quraşdırılmış sayğacın göstəricisi əsasında hesabat aparılmış sayğacın göstərici oxunaraq bununla bağlı iddiaçıya hər ay bildiriş təqdim edilmişdir. Iddiaçı tərəfindən hesabında olan borcun əsassız yazılmasına dair heç sübut yoxdur. Iddia tələbi tamamilə əsassızdır. Göründüyü kimi qətnamə çıxarılarkən cavabdeh tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Istehlakçı hazırkı vəziyyətdə sayğac üzrə hesablanmış qaz sərfinin dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Istehlakı hazırda mübahisələndirdiyi sayğac üzrə aparılmış hesabata əsasən hesablanmış borcu ödəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Iddiaçı X8 məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
16. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın
17. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
18. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Iş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan abonent İddiaçı 2016-cı ilin oktyabr ayına təbii qazdan istifadə ilə bağlı 1619,60 manat borc hesablanmışdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün kimi, Şamaxı rayonunda məskunlaşmışdır. Iddiaçı istehlakçı kimi yaşadığı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən, ondan tələb edilən borc məbləği 2012-ci ildən başlayaraq, 2016-cı ilin oktyabr ayınadək hesablanmışdır. 2012-ci ildən iddiaçının yaşadığı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ünvanında Smart-kart tipli sayğac quraşdırılan tarixə, yəni 2016-cı ilin oktyabr ayına kimi təbii qazdan istifadə ilə bağlı hesabat aparılmamışdır. Iddiaçıya 2012-2016-cı illər ərzində istifadə olunmuş təbii qaz borcuna dair bildiriş təqdim olunmamışdır. Halbuki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
32. Cavabdehin apellyasiya şikayətinin dəlilinə görə tələb edilən borc məbləği iddiaçının məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq təbii qaz istehlak etməsi və həmin əlavə məbləğlərdən ödəniş edilməməsi nəticəsində yaranmışdır.
33. Lakin iş materiallarında olan abonent saldosundan 2012-2017-ci illər üzrə ümumiyyətlə iddiaçıya məcburi köçkün kimi müəyyənləşdirilmiş limitin miqdarı, limitin nəzərə alındığı, limitdən artıq təbii qaz istehlak edilməsi görünmür.
34. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.