Məhkəmə qərarları › İş №2(3-8)-738/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-738/2026

15.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-738/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh6, * saylı Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Əmirxan oğluna qarşı alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh6, * saylı Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Əmirxan oğluna qarşı “alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-923 kod 30105018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə 3,82 ha torpaq sahəsinin cavabdeh4 ilə cavabdeh3 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş ##.##.2006-cı il tarixli, 4-Ə-6-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh3 adına 0,327505 ha torpaq sahəsinə ##.##.2006cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın, qeyd olunan torpaq sahəsinin bağışlanmsı barədə cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş ##.##.2013-cü il tarixli, 4-Ə-1-** reyestr nömrəli bağışlama müqaviləsinin və 2,7899 ha torpaq sahəsinə dair ##.##.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın, cavabdeh2 ilə cavabdeh1 arasında qeyd olunan torpaq sahəsinin alqı-satqısı barədə * saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində Notariat kontorunda təsdiq edilmiş ##.##.2016-cı il tarixli, 4Ə- **** reyestr nömrəli, alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış hissəvi, yəni onun mülkiyyətində olmuş 0,33 ha hissədə etibarsız hesab edilməklə həmin qeydiyyatlar ləğv edilməsinə və JN- 0013 KOD 30105018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” üzrə 0,33 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa edilməklə həmin torpaq sahəsinə adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəmənin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, * saylı Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Əmirxan oğluna qarşı “alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-923 kod 30105018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə 3,82 ha torpaq sahəsinin cavabdeh4 ilə cavabdeh3 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş ##.##.2006-cı il tarixli, 4-Ə-6-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin, cavabdeh3 adına 0,327505 ha torpaq sahəsinə ##.##.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın, qeyd olunan torpaq sahəsinin bağışlanmsı barədə cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş ##.##.2013-cü il tarixli, 4-Ə-1-** reyestr nömrəli bağışlama müqaviləsinin və 2,7899 ha torpaq sahəsinə dair ##.##.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın, cavabdeh2 iləcavabdeh1 arasında qeyd olunan torpaq sahəsinin alqı-satqısı barədə * saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində Notariat kontorunda təsdiq edilmiş ##.##.2016cı il tarixli, 4Ə- **** reyestr nömrəli, alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış hissəvi, yəni onun mülkiyyətində olmuş 0,33 ha hissədə etibarsız hesab edilməklə həmin qeydiyyatların ləğv edilməsinə və JN- 0013 KOD 30105018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” üzrə 0,33 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddia tələbi rədd edilməsi qət edilmişdir. İddiaçı İddiaçı Qusar rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməsi, apellyasiya şikayətinin verilməsinin prosessual müddəti üzürlü səbəbdən buraxıldığından bərpa edilməsi, iddiaçı İddiaçı Qusar rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnamədən verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsilə müraciət edərək, iddiaçının apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı ərizə verərək apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli, apellyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası, qətnamədən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı İddiaçı Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar