Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-768/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İstehsalat Birliyi və cavabdeh1 QSC-yə qarşı fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi və dəymiş ziyana görə kompensasiyanın alınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi və dəymiş ziyana görə kompensasiyanın alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə İkram oğlunun, cavabdeh cavabdeh1 QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İstehsalat Birliyi və cavabdeh1 QSC-yə qarşı fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi və dəymiş ziyana görə kompensasiyanın alınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.cavabdeh2 İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış fərdi yaşayış evinin (tikinti obyektinin) məişət qaz qurğularının qaz təchizatı üçün verilən ##.##.2023-cü il tarixli TŞ- ******-**** nömrəli texniki şərtlərdən görünür ki, fərdi yaşayış evinin məişət qaz qurğularının qaz təchizatı üçün layihə sənədi bu texniki şərtlər əsasında “Tikinti Norma və Qaydaları” nın və “X6 Qaydaları” nın tələbləri nəzərə alınmaqla hazırlanması nəzərdə tutulmuşdur. 3.Fərdi yaşayış evinin (tikinti obyektinin) məişət qaz qurğularının qaz təchizatı üçün sorğu blankına əlavədən görünür ki, qaz sayğacının sxemi göstərilmişdir. 4.Sifarişçi İddiaçı ilə icraçı cavabdeh1 QSC arasında bağıanmış ##.##.2023-cü il tarixli müqavilədən görünür ki, icraçı sifarişçiyə məxsus Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən fərdi yaşayış evinin qazlaşdırılması işlərini müvafiq orqanın təsdiq etdiyi qazlaşdırma sxeminə və sorğu blankına əsasən, “Tikinti Norma və Qaydaları”na və “X6 Qaydaları”na, habelə bu müqavilənin * saylı əlavəsi olan razılaşma protokoluna uyğun olaraq yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin icraçı tərəfindən görüləcək işlərin müqavilə üzrə qiyməti sifarişçi ilə razılaşdırılmış qiymət əsasında hesablandığı göstərilsə də, qiymət məbləği göstərilməmişdir. 5.Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı İddiaçı ilə cavabdehlər cavabdeh2 İstehsalat Birliyi və cavabdeh1 QSC-yə qarşı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış qaz təchizatı üzrə müqaviləyə uyğun olaraq, 261 manat rüsum ödədiyini nəzərə alaraq, qaz çəkilişi işlərinin təxirə salınmadan və tam həcmdə yerinə yetirilməsi öhdəliyinin cavabdeh şəxslər üzərinə qoyulmasını, ona dəymiş ziyana görə cavabdehlərdən kompensasiya olaraq, 5000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında bildirmişdir ki, ##.##.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə təbii qaz çəkilişi ilə və abunəçi kodunun açılması ilə bağlı cavabdeh2 İstehsalat Birliyinin "xxxx" TQ QSC ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən işləri 22 iş günü ərzində icra olunacağını bildirsə də, artıq 2 il 5 ay keçməsinə baxmayaraq, qaz təchizatı ilə bağlı ümumiyyətlə işlər yerinə yetirilməmişdir. Bununla bağlı ondan 261 manat rüsum tələb edilmiş, o da həmin rüsumu tender işçisi Azər adlı şəxsə ödəmişdir. Lakin ona rüsumu ödəməyi barədə ödəniş qəbzi təqdim etməmişlər. Rüsumu ödəməyinə baxmayaraq, indiyədək iş icra olunmur, dəfələrlə etdiyi yazılı və şifahi müraciətləri nəticəsiz qalmış, verilmiş vədlər və müqavilə öhdəliyi yerinə yetirilməmişdir. Bu isə onun və ailə üzvlərinin həm maddi, həm mənəvi hüquqlarını pozur. "xxxx" TQ QSC-nin nümayəndəsi iddia edir ki, bu işdə onların guya hər hansı bir günahı yoxdur, "Azəriqaz” İB vətəndaşı sayğacla təmin etməli olduğu halda, onu sayğacla təmin etmir. Cavabdehlərin günahı ucbatından o, hər ay işıq puluna 150-200 manat pul ödəmişdir, nəticədə ona 5000 manat ziyan dəymişdir. Ona görə də ona ziyan dəymiş məbləği kompensasiya olaraq, cavabdehlərdən tələb edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında cavabdeh cavabdeh2 İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə İkram oğlu izahatında və etirazında bildirmişdir ki, hazırda Abşeron rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinə təbii qazın çəkilməsi və abunəçi kodunun açılması ilə bağlı cavabdeh2 İB və “xxxx” QSC ilə müqavilə bağladığını və 261 manat dövlət rüsumu ödədiyini bildirmişdir. Hal-hazıradək ünvanı üzrə fərdi qazlaşma həyata keçirilmədiyi üçün qeyd olunan öhdəliyin cavabdeh2 İBnin üzərinə qoyulması, ona dəymiş 5000 manat ziyana görə kompensasiya məbləğinin cavabdeh2 İB-dən və “xxxx” QSC-dən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə aşağıda qeyd etdiklərinə əsasən iddia ərizəsinə etiraz edir. Belə ki, iddiaçı İddiaçı ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən yaşayış evinin fərdi qazlaşması ilə bağlı müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası (icazəsi) olan podratçı tərəfindən icra edilir. Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, cavabdeh2 İB-nin yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra cavabdeh2 İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur. cavabdeh2 İstehsalat Birliyi tərəfindən iddiaçıya TŞ-********** saylı Texniki Şərt və digər zəruri sənədlər təqdim edilmiş və texniki şərtin 11-ci bəndinə əsasən texniki şərtlərin qüvvədə olma müddətinin 1 il olduğu qeyd edilmişdir. İddiaçı İddiaçı iddia tələbi ilə bağlı eyni məzmunlu ərizə ilə cavabdeh2 İB-nə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Müraciətin araşdırılmasının nəticəsi ilə bağlı ##.##.2025-ci il tarixli **-*-*/*-S-****-*/**** saylı məktubla cavabdeh2 İB-nin Rəhbərliyi tərəfindən müraciət müəllifinə cavab verilmiş və bildirilmiş ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması üçün verilmiş texniki şərtin etibarlılıq müddəti verildiyi tarixdən 1 (bir) il müddətinə qüvvədədir. Etibarlılıq müddəti bitdiyinə görə sözügedən fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi ilə əlaqədar müvafiq mülkiyyət sənədləri və şəxsiyyət vəsiqəsi ilə birlikdə aidiyyəti üzrə “Asan Xidmət” mərkəzinə müraciət etməlidir. Həmçinin məktubda qeyd edilmişdir ki, İddiaçı ödənişi podratçı təşkilata edib və podratçı təşkilatların cavabdeh2 İB - nə struktur tabeçiliyi mövcud deyildir. Məhkəmənin bir daha diqqətinə çatdırmaq istərdi ki, iddiaçı İddiaçı iddia ərizəsində 261 manat məbləğində ödəniş etdiyini qeyd etdiyi “xxxx” QSC podratçı təşkilatdır və cavabdeh2 İstehsalat Birliyinə struktur tabeçiliyi mövcud deyildir. Həmçinin qeyd etmək istərdi ki, Abşeron rayon Məhkəməsinin *(***)-****/**** saylı Qərardadı ilə iddiaçı İddiaçı məhkəməyə ünvanladığı ərizəsi əsasında cavabdeh2 İB-yə qarşı qaz çəkilişi işlərinin təxirə salınmadan və tam həcmdə yerinə yetirilməsi öhdəliyinin qoyulması ilə bağlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2023-cü il tarixli ***-VIQD nömrəli Qanunla müvafiq dəyişiklik edilmiş “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən-fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd etdiklərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən *(*-***)-***/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Habil Əhmədov) 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələrinə, 149-cu maddəsinin VII hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4, 324.1, 337.1, 337.2, 337.3 və 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.9-cu maddəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.1, 14.2, 80, 81, 88, 217.4 və 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 11.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 12.Apellyasiya şikayətinin dəlilləri 13.İddiaçı İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, cavabdehlərin üzərinə fərdi yaşayış evimin qazlaşdırılması öhdəliyinin qoyulmasını, ona dəymiş maddi ziyan, yəni 5000 manat kompensasiyanın cavabdehlərdən tutularaq, ona verilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)***/**** saylı qətnaməsini qanunsuz və əsassız hesab etdiyi üçün həmin qətnamədən apellyasiya şikayəti verir. Belə ki, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə cavabdeh2 İB tərəfindən ##.##.2023-cü il tarixdə texniki şərt verilmişdir. Həmin texniki şərt əsasında “xxxx” TQ QSC ilə müqavilə bağlanmış, qaz çəkilişi və abonent kodunun açılması üçün tələb olunan ödəniş edilmişdir. Lakin cavabdehlər uzun müddət ərzində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, fərdi yaşayış evinin qazlaşdırılması təmin olunmamışdır. Dəfələrlə etdiyi müraciətlərə, verilən vədlərə və gözləməsinə baxmayaraq iş icra edilməmişdir. Nəticədə o və ailə üzvləri uzun müddət qaz təchizatından məhrum olmuş, maddi və mənəvi zərərə məruz qalmışlar. Nə vaxtadək o və ailəsi qazsız qalmalıdır? Nə qədər daha əziyyət çəkməlidirlər? Bu cür neft-qaz ölkəsində yaşadıqları halda, nə üçün o bəzi məmurların ondan ödəniş alıb, işini icra etməməsinin qurbanı olmalıdır? Birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsasən evin hüquqmüəyyənedici sənədlərinin olmamasına və qanunvericiliyə edilmiş dəyişikliklərə istinad etmişdir. Lakin məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki: cavabdeh2 İB tərəfindən ona texniki şərt verilmiş, daha sonra həmin texniki şərt əsasında müqavilə bağlanmış və ödəniş qəbul edilmişdir. Əgər obyektin qazlaşdırılması mümkün deyildisə, cavabdehlər tərəfindən texniki şərtin verilməsi, müqavilənin bağlanması və ödənişin qəbul edilməsi izah edilməmişdir. Cavabdehlər əvvəlcə hüquqi münasibət yaradaraq onda əsaslı gözlənti formalaşdırmış, sonradan isə həmin öhdəliklərdən yayınmağa çalışmışlar. Bu davranış hüquqi müəyyənlik, vicdanlılıq və etimad prinsiplərinə ziddir. Məhkəmə texniki şərtin müddətinin bitməsini iddianın rədd edilməsinə əsas kimi göstərmişdir. Halbuki həmin müddətin keçməsi onun təqsirindən deyil, cavabdehlərin uzun müddət ərzində işləri icra etməməsi səbəbindən baş vermişdir. cavabdeh2 İB podratçı təşkilatı əsas gətirərək məsuliyyətdən yayınmağa çalışsa da, podratçı təşkilat məhz cavabdeh2ın texniki şərti və razılığı əsasında fəaliyyət göstərmişdir. Buna görə cavabdehlərin məsuliyyəti birlikdə qiymətləndirilməli idi. Məhkəmə sonradan qanunvericiliyə edilmiş dəyişiklikləri ona münasibətdə tətbiq etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinə əsasən şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların geriyə şamil olunmasına yol verilmir. Məhkəmə evi faktiki olaraq “özbaşına tikili” kimi qiymətləndirsə də, bununla bağlı qüvvəyə minmiş ayrıca məhkəmə qərarı mövcud deyil. Bu hal sübut olunmadan məhkəmə tərəfindən əsas kimi qəbul edilmişdir. 1. Azərbaycan Respublikası MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqəti müəyyən etmək üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmalıdır. Lakin iş üzrə: müqavilə, texniki şərt, müraciətlər, cavabdehlərin vədləri, uzun müddətli gecikmələr, ödəniş faktı tam araşdırılmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. 2. O xidmət alan istehlakçı kimi daha zəif tərəf olsa da, məhkəmə istehlakçı hüquqlarının pozulmasına lazımi hüquqi qiymət verməmişdir. 1. Cavabdehlərin hərəkətsizliyi nəticəsində o və ailə üzvləri uzun müddət qazsız qalmış, əlavə xərclər çəkməyə məcbur olmuş və ciddi məişət çətinlikləri yaşamışlar. Buna baxmayaraq məhkəmə maddi və mənəvi zərər məsələsini düzgün araşdırmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun deyil, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Odur ki,iddiasının əsassız rədd edildiyini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini Sizdən xahiş edir. Bundan başqa qeyd etmək istəyir ki,o bu iddianı 2-ci dəfə verir, 1-ci iddiasını hakim guya iddia düzgün tərtib olunmayıb deyə onu geri götürməyə məcbur etmiş,nəticədə o 2-ci dəfə eyni tərtib edilmiş iddianı vermiş və iddiası yenidən eyni hakimə düşmüşdür.Hansı ki, ilk iddiasında hakim perspektivli iddia olduğunu, hətta ona dəymiş ziyana görə kompensasiya tələbi qoyulmasını məsləhət bilmiş, nəticədə o 2-ci dəfə eyni iddianı kompensasiya tələbi ilə vermişdir. Lakin qarşı tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etdikdən sonra hakimin mövqeyi nədənsə dəyişmişdir. 15.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 16.Apellyasiya şikayətinə qarşı cavabdeh2 İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə İkram oğlu yazılı etiraz verərək, cavabdeh kimi etirazlarını nəzərə alaraq qeyd olunan əsaslarla *(*-*)-***/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin *(****)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Etirazı onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdehlər cavabdeh2 İstehsalat Birliyi və cavabdeh1 QSC-yə qarşı fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi və dəymiş ziyana görə kompensasiyanın alınması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış qaz təchizatı üzrə müqaviləyə uyğun olaraq, 261 manat rüsum ödədiyini nəzərə alaraq, qaz çəkilişi işlərinin təxirə salınmadan və tam həcmdə yerinə yetirilməsi öhdəliyinin cavabdeh şəxslər üzərinə qoyulmasını, ona dəymiş ziyana görə cavabdehlərdən kompensasiya olaraq, 5000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında bildirmişdir ki, ##.##.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə təbii qaz çəkilişi ilə və abunəçi kodunun açılması ilə bağlı cavabdeh2 İstehsalat Birliyinin "xxxx" TQ QSC ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən işlərin 22 iş günü ərzində icra olunacağını bildirsə də, artıq 2 il 5 ay keçməsinə baxmayaraq, qaz təchizatı ilə bağlı ümumiyyətlə işlər yerinə yetirilməmişdir. Bununla bağlı ondan 261 manat rüsum tələb edilmiş, o da həmin rüsumu tender işçisi Azər adlı şəxsə ödəmişdir. Lakin ona rüsumu ödəməsi barədə ödəniş qəbzi təqdim etməmişlər. Rüsumu ödəməsinə baxmayaraq, indiyədək iş icra olunmur, dəfələrlə etdiyi yazılı və şifahi müraciətləri nəticəsiz qalmış, verilmiş vədlər və müqavilə öhdəliyi yerinə yetir 18.Apellyasiya icraatı iştirakçılarının izahatları 19.Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi 20.Cavabdeh cavabdeh2 İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə İkram oğlu və cavabdeh cavabdeh1 QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 21.Tətbiq edilən hüquq 22.Azərbaycan Respublikasının Mülki Məcəlləsi 23.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 24.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 25.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 26.Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 27.Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 28.Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 29.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 30.Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 31.Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 32.Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır . 33.Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 34.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 35.Maddə 14.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 36.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 37.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 38.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 42.Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 44.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 45.Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 47.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. 49.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 50.Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 51.Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evinə təbii qaz çəkilişi ilə bağlı cavabdeh2 IB tərəfindən ##.##.2023-cü il tarixdə texniki şərt verilmişdir. Həmçinin, İddiaçı həmin texniki şərt, sorğu blankı və ona əlavə edilmiş fərdi yaşayış evinin qaz mənbəyinə qoşulma sxemi əsasında ##.##.2023-cü il tarixdə cavabdeh1 QSC ilə müqavilə bağlayaraq sifarişçiyə məxsus fərdi yaşayış evinin qazlaşdırılması işlərinin yerin yetirilməsi üçün müqavilə bağlamışdır. Lakin cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərinə görə İddiaçı yaşayış evinə qaz xəttinin çəkilməsi və dəymiş ziyana görə kompensasiyanın alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 52.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. 53.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 14.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 54.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qazlaşdırılması nəzərdə tutulan iddiaçıya məxsus evinin qeydiyyata alınması və ya evin inşa edilməsi üçün müvafiq məlumatlandırma icraatı ilə bağlı apellyator tərəfindən nə birinci instansiya, nə apellyasiya instansiya məhkəməsinə hər hansı sənəd təqdim edilməmişdir. Göründüyü kimi, qanunun tələbinə görə müvafiq sənədləri olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 55.Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 56.Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 57.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 58.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-768/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-768/2026
17.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver