Məhkəmə qərarları › İş №2(3-8)-784/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-784/2026

14.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-784/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən bağlanmış ##.##.2022-ci il tarixli, **** nömrəli nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair *(*-***)-****/**** nömrəli mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh ünvan 1 ərazisi ünvanı üzrə qeydiyyatdadır. Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh İddiaçı şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, nikahın pozulması tələbinə dair mülki işin Sumqayıt Şəhər Məhkəməsində baxılması qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, MPM-nin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməkdə çətinlik çəkdikdə, nikahın pozulması haqqında iddia iddiaçının yaşadığı yer üzrə məhkəməyə də verilə bilər. Hazırkı iş üzrə iddia ərizəsindən də görünür ki, onun azyaşlı övladı – ##.##.2023-cü il təvəllüdlü X3 onun himayəsində olmaqla, onunla birlikdə Sumqayıt şəhəri, X2, ev 3494 ünvanında yaşayır. Belə olan halda nikahın pozulmasına dair iddianın Sumqayıt Şəhər Məhkəməsində qaldırılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.5-ci maddəsinin tələblərinə tam uyğundur. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış barışız sazişinə əsasən tərəflər birgə nikahından doğulmuş ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atası İddiaçı yanında yaşaması barədə razılaşmışlar. Elektron Məhkəmə informasiya Sistemindən isə görünür ki, iddiaçı Sumqayıt şəhəri, X2,**** nömrəli bağ evində pasport qeydiyyatındadır. Həmçinin, iddiaçı barışıq sazişinə əsasən birgə nikahından doğulmuş ##.##.2023-cü il təvəllüdlü X3 onunla birlikdə yaşadığını iddia etməklə, bunun əksini təsdiq eədəcək hər hansı bir sübut da mövcud deyildir. Buna görə də iddiaçı Mülki Prosessual Məcəllənin 36.5-ci maddəsinə əsasən hazırki iddia ərizəsi ilə yaşadığı yerin məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(*-***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı və həmin qərardadla bağlı *(*-***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar