Məhkəmə qərarları › İş №2(3-8)-812/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-812/2026

28.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-812/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanov Rüstəm İman oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İmanov Rüstəm İman oğlunun və cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə İkram oğlunun iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İmanov Rüstəm İman oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1943,40 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi və qanunsuz olaraq cəriməyə görə tutulmuş pulun cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı İmanov Rüstəm İman oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur, lakin ailə üzvləri ilə birlikdə həmin evdə yaşamamış, arabir evə baş çəkmişdir. Sözügedən yaşayış evi üzrə təbii qazdan istifadə zamanı bütün dövrlər ərzində qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etmiş, heç vaxt təbii qazdan qeyri-qanuni və ya qaydalara zidd istifadə etməmişdir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən müxtəlif tarixlərdə, yəni ## ###### 2018-ci il tarixində ******* nömrəli, ## ###### 2018-ci il tarixində ******* nömrəli, ## ##### 2018-ci il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Sözügedən aktlarda əsassız olaraq abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyinin aşkar edildiyi göstərilmişdir. Qeyd edilən aktlar tamamilə qanunsuz, əsassız və reallığa zidd tərtib edilmişdir. Onun bu aktların nə zaman və harada tərtib edilməsindən, ümumiyyətlə, xəbəri olmamışdır. Halbuki qanunvericiliyin tələbinə əsasən aktların tərtibi zamanı abonentin iştirakı təmin edilməlidir. Eyni zamanda hallar obyektiv sübutlarla təsdiqlənməlidir. Xüsusilə vurğulayır ki, heç vaxt onun və ailə üzvləri tərəfindən sayğacdan kənar xətt quraşdırılmamış, qazdan qanunsuz istifadə olunmamışdır. Onlar daim qanunun tələblərinə əməl etmişdirlər. Buna baxmayaraq, cavabdeh tərəfindən heç bir hüquqi və faktiki əsas olmadan, demək olar ki, ardıcıl şəkildə eyni məzmunlu və eyni uydurma əsasla üç dəfə akt tərtib edilmiş, dəymiş ziyan kimi ümumi olaraq 1943,40 manat məbləğində borc hesablanmışdır. Əlavə olaraq bildirir ki, aktlar tərtib edilərkən onun iştirakı təmin olunmadığı halda, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq aktın yekun hissəsində guya aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Halbuki o, aktların mövcudluğundan belə xəbərdar olmamışdır. Bu hal açıq şəkildə göstərir ki, aktlar sonradan, formal və saxta şəkildə doldurulmuşdur. Əgər həqiqətən də cavabdeh tərəfin iddia etdiyi kimi sayğacdan kənar qaz xətti mövcud olmuş olsaydı bunu təsdiq edən foto, video materiallar və digər sübutlar cavabdeh tərəfindən təqdim edilməli idi. Lakin aktlarda qeyd olunan halları təsdiq edən heç bir maddi və hüquqi sübut mövcud deyildir. Bu isə onu göstərir ki, cavabdeh tərəfin iddiaları əsassızdır və yalnız formal akt tərtibi ilə məhdudlaşır. Bu aktların heç bir hüquqi qüvvəsi yoxdur. Xüsusilə qeyd edir ki, əgər iddia edilən qanunsuz xətt mövcud olmuş olsaydı, 2018-ci ilin yanvar ayında tərtib edilmiş BRQSD-nin görəcəyi işlər barədə tələbnamədə nəzərdə tutulduğu kimi həmin xəttin ləğv edilməsi barədə göstəriş icra olunmalı idi. Bu fakt bir daha sübut edir ki, mövcud olmayan xəttin ləğv edilməsi mümkün olmadığı üçün cavabdeh tərəfindən heç bir real tədbir görülməmişdir. Əlavə olaraq qeyd edir ki, yazılmış cərimə borcundan onun sadəcə 2025-ci ilin dekabr ayında məlumatı olmuşdur. Necə olur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar 2018-ci il tarixində tərtib olunduğu və ona qanunsuz və əsassız olaraq borc yazıldığı halda, onun bu barədə məlumatı bu qədər uzun müddət keçdikdən sonra olur. Bu isə ciddi suallar doğurur. Belə ki, əgər doğrudan da qanun pozuntusu mövcud idisə, niyə bu barədə ona illər boyunca borc barədə xəbərdarlıq olunmamışdır. Bu hal da göstərir ki, həmin aktlar saxta tərtib edilmişdir. Bundan başqa, onun qaz üçün etdiyi ödənişlərdən qeyd edilən əsassız borca görə xeyli məbləğdə pul tutulmuşdur. Ona görə də cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş məbləğlər ona geri qaytarılmalıdır. Yəni əgər həqiqətən, qanunsuz istifadə halı vardısa, artıq ilk akt tərtib olunan ##.##.2018-ci il tarixində Cavabdeh İB dərhal onun qazını kəsməli idi. Bu da bir daha həmin aktların saxta olduğunu təsdiq edir. Cavabdeh İB tərəfindən tərtib edilmiş ## ###### 2018-ci il tarixində ******* nömrəli, ## ###### 2018ci il tarixində ******* nömrəli, ## ##### 2018-ci il tarixində ******* nömrəli aktlarda onun aktı imzalamaqdan imtina etməsi barədə qeyd əks olunmuşdur, lakin onun həmin aktların tərtib edilməsindən xəbəri olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq o, iddianın təmin edilməsini xahiş etdi.

3. Сavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə İkram oğlu iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, müxtəlif illərdə iddiaçı İmanov Rüstəm İman oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktları aşkarlanmışdır. Qaz xəttinə qanunsuz qoşulma faktları barədə Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2018-ci il tarixli, ******* saylı və ##.##.2018-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Yuxarıda qeyd olunan aktlara əsasən, yəni ##.##.2018-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya 4317 m3 təbii qaz sərfi – 863,40 manat; ##.##.2018-ci il tarixli, ******* saylı akta əsasən 4392 m3 təbii qaz sərfi – 878,40 manat; ##.##.2018-ci il tarixli, ******* saylı akta əsasən 1008 m3 təbii qaz sərfi – 201,60 manat olmaqla, ümumilikdə, 1943,40 manat dəymiş ziyan məbləği hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh İstehsalat Birliyi tərəfindən İmanov Rüstəm İman oğluna məxsus (abonent kodu: 011404300101050) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2018-ci il tarixli, ******* saylı və ##.##.2018-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 1943,4 manat borcdan 702,74 manat saxlanılmaqla, qalan 1240,66 manat cərimənin silinməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyindən 32,41 (otuz iki manat, qırx bir qəpik) manat dövlət rüsumunun tutularaq, dövlət nəfinə keçirilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İmanov Rüstəm İman oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə abonent kodu 011404300101050 olan sayğac üzrə Cavabdeh İstehsalat Birliyi tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında ##.##.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 92 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 863,40 manat məbləğində; ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında ##.##.2018ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 201,60 manat məbləğində; ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında ##.##.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 878,40 manat məbləğində olmaqla, ümumilikdə 1943,4 manat cərimə hesablanmışdır. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 863,40 manat məbləğində cərimənin hesabat müddətinin 92 gün və ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 878,40 manat məbləğində cərimənin hesabat müddətinin 120 gün qəbul edilməklə hesablanmasını əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh İstehsalat Birliyinin vəzifəsi olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 863,40 manat və ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 878,40 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (1) ##.##.2018-ci il tarixli, ******* saylı akta münasibətdə — 863,40 manat : 92 gün ≈ 9,3847 manat; 9,3847 manat x 30 gün ≈ 281,54 manat; 2) ##.##.2018-ci il tarixli, ******* saylı akta münasibətdə — 878,40 manat : 120 gün = 7,32 manat; 7,32 manat x 30 gün = 219,6 manat). Odur ki, Cavabdeh İstehsalat Birliyi tərəfindən İmanov Rüstəm İman oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə ##.##.2018-ci il tarixli, ******* saylı; ##.##.2018-ci il tarixli, ******* saylı və ##.##.2018-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 1943,4 manat borcdan 702,74 manat saxlanılmaqla, qalan 1240,66 manat borc silinməlidir.

6. Məhkəmə gəldiyi nəticəni “Qazdan istifadə qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti ## ### 2011-ci il tarixli ** saylı Qərarının 4.6, 4.7,4.8-ci bəndinə istinad edərək iddianı qismən təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Azəriqaz” İB tərəfindən tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilənlərdən aydın görünür ki, aktlar və foto faktlarla ilə təsdiq edilmiş iddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni qaz xətti çəkərək qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də CavabdehİB-yi tərəfindən tərtib olunan ##.##.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 863.40 manat,##.##.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 201.60 manat və ##.##.2018-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 878.40 manat, ümumilikdə 1943.40 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə hesablanmış məbləğin bir hissəsinin(1240.66 manat) silinməsini qət etmişdir. İddia tələbində qeyd edilən borc məbləği sayğacdan kənar qeyri-qanuni qaz xətti istifadə etməsi nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə İkram oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2018-ci ildə ünvan üzrə müxtəlif aylarda baxış keçirilib, 3 akt tərtib edilib, 1943,4 manat məbləğində itirilmiş qazın hesabatı aparılmışdır. Hesab edir ki, artıq məbləğ saxlanıla bilərdi. Məhkəmə qanunsuz qoşulma faktını təsdiq edir, sadəcə hesablama qaydasından narazıdır. Odur ki, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İmanov Rüstəm İman oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qanunsuz qoşulma olmayıb. Şikayətin təmin edilməməsini xahiş edir.

İşdə olan sübutlar

12. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İmanov Rüstəm İman oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: 011404300101050) sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.

13. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İmanov Rüstəm İman oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: 011404300101050) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.

14. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ##### 2018ci il tarixli, ******* saylı aktdan görünür ki, İmanov Rüstəm İman oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: 011404300101050) sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur.

15. ## #### 2026-cı il tarixli abonentin saldosundan görünür ki, İmanov Rüstəm İman oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu: 011404300101050) ##.##.2018-ci il tarixli, ******* saylı akt üzrə 863,40 manat; ##.##.2018-ci il tarixli, ******* saylı akt üzrə 201,60 manat; ##.##.2018-ci il tarixli, ******* saylı akt üzrə 878,40 manat olmaqla qeyd edilən aktlara görə cəmi 1943,4 manat məbləğində borc hesablanmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehin apellyasiya şikayəti üzrə tərtib edilmiş aktlar əsasında silinmiş borca dair hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izhatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməlidir.

20. Məhkəmə kollegiyası iddiaçının qətnamədən apellyasiya şikayəti verməməsi halında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh qaz təchizatı müəssisəsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ##### 2018-ci il tarixli, ******* saylı akt üzrə qazdan qanunsuz istifadə müddətini 120 gün müəyyən etməklə hesabat aparmışdır. Halbuki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2018-ci il tarixli aktın tərtib olunduğu vaxtdan ## ##### 2018-ci il tarixədək 60 gün müddət keçmişdir. Belə olduğu təqdirdə isə cavabdeh qaz təchizatı müəssisəsi tərəfindən qeyd edilən akt üzrə 60 gün artıq hesabat aparılması müəyyən edilməkdədir. İşə baxan birinci instansiya məhkəməsi isə həmin müddəti 30 gün götürməklə hesabat aparmışdır ki, birinci instansiya məhkəməsinin də nəticəsi əsaslı olmamışdır. Buna görə də məhkəmə kollegiyası həmin akt üzrə hesablanmalı olan zərər məbləğinin 60 gün müddətinə hesablanmaqla, 439,2 manat (7,32x60=439,2) məbləğində müəyyən edilməlidir. Belə olduğu təqdirdə isə əsassız hesablanmış məbləğin birinci instansiya məhkəməsinin müyyən etdiyi kimi 1240,66 manat deyil, 1021,06 (281,54+201,6+439,2=1021,06) manat olması, qalıq zərər məbləğinin isə 922,34 manat məbləğində olması müəyyən edilir.

21. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçıya məxsus ünvan üzrə ##.##.2018-ci il tarixli, ******* saylı, ##.##.2018-ci il tarixli, ******* saylı, ##.##.2018-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış cəmi 1943,4 zərər məbləğinin 1021,06 manatı silinməli, 922,34 manat isə saxlanılmaldır.

22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı İmanov Rüstəm İman oğluna məxsus ünvana dair (abonent 011404300101050) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2018ci il tarixli, ******* saylı akt üzrə 281,54 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt üzrə 201,6 manat, ##.##.2018-ci il tarixli, ******* saylı akt üzrə 439,2 manat zərər məbləği müəyyən edilməklə, hesablanmış cəmi 1943,4 manat zərər məbləğinin 1021,06 (min iyirmi bir manat, 06 qəpik) manatı silinməklə, 922,34 (doqquz yüz iyirmi iki manat, 34 qəpik) manat zərər məbləği müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar