Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-837/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Ramiz Vəliyevə məxsus (abonentkodu: 011404300103220) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir.
2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ####### 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: 011404300103220) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etdiyi aşkar edilmişdir.
3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ##### 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Ramiz Vəliyevə məxsus (abonent kodu: 011404300103220) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir.
4. ## ##### 2026-cı il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu: 011404300103220) ## ###### 2021-ci il tarixli, ******* nömrəli akta əsasən 806,40 manat cərimə, ## ####### 2022-ci il tarixli, ******* nömrəli akta əsasən 2073,60 manat cərimə və ## ##### 2023-cü il tarixli, ******* nömrəli akta əsasən 3110,40 manat cərimə borcu hesablanmışdır.
5. Azərbaycan Dövlət Su X8 Su Meliorasiya Xidməti X2 X4 Sistemlərinin İstismarı İdarəsi tərəfindən ünvanlanmış ## ##### 2026-cı il tarixli, *-**-*-*/*-***/**** nömrəli məktubdan görünür ki, Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan İddiaçı ilə X4 Sistemlərinin İstismarı İdarəsi arasında müqavilə bağlanmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq ona hesablanmış cəmi 5993,56 manat borcun (cərimənin) əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ##.##.2021ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 806,40 manat cərimə, ##.##.2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2073,60 manat cərimə və ##.##.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 3110,40 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslanıb ki, iddiaçının Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evi vardır. Həmin ev iddiaçıya məxsus olsa da, orada yaşamamışdır. Lakin evə qaz və elektrik xətti çəkilmişdir və abonent kimi iddiaçı qeydə alınmışdır. Həmin evə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş və iddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında əvvəlcə kartla doldurulan qaz sayğacı quraşdırılmışdır. Sonuncu dəfə pandemiya dövründə iddiaçı məhdudiyyət vaxtı təqribən 2 aya yaxın müddətdə həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Məhdudiyyət yumşaldıldıqdan sonra isə iddiaçı yuxarıda qeyd edilən ünvana gedib ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Həmin vaxt qaz sayğacında 20 manat dəyərində istifadə olunmamış qaz qalmışdır. İddiaçı və ailəsi orada yaşamadıqlarından iddiaçı arada bir gedib evi yoxlamışdır. Bir dəfə də gedəndə görmüşdür ki, onun iştirakı olmadan və ona heç bir məlumat verilmədən kartla işləyən qaz sayğacını çıxarıb yerinə mexaniki tipli sayğac quraşdırılmışdır. İddiaçı həmin evi satmaq istərkən ona məlum olmuşdur ki, «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən evdə guya əlavə qaz xətti çəkməklə xətdən istifadə edilməsi ilə bağlı iddiaçıya müxtəlif aylarda, yəni ##.##.2021ci il tarixli, ******* nömrəli akt üzrə 806,40 manat cərimə, ##.##.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 2073,60 manat cərimə və ##.##.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 3110,40 manat cərimə olmaqla, ümumilikdə, 5993,56 manat cərimə yazılmışdır. Bunların heç birindən iddiaçının xəbəri olmamışdır. Bununla bağlı istər yazılı, istərsə də telefon vasitəsi ilə iddiaçıya məlumat verilməmişdir. Bundan əlavə həmin məhəllədə çəkilmiş ümumi qaz borusu iddiaçının və hasar qonşusunun həyət darvazasının üstündən yerüstü xətt kimi keçir və iddiaçının evinə qaz xətti həmin ümumi yerüstü borudan çəkilmişdir. Lakin Qaz İdarəsinin işçiləri hansı qonşununsa qapısına yeraltı xətdən çəkilmiş bir ədəd fotoşəkili iddiaçıya göstərməklə iddia edirlər ki, həmin qanunsuz xətdən iddiaçı da istifadə etmişdir. Halbuki əvvəla iddiaçı orada yaşamamış və qazdan istifadə etməmişdir. Qaz İdarəsinin əməkdaşları bir neçə formal akt tərtib etməklə guya iddiaçının həmin aktı imzalamaqdan imtina etdiyini qeyd etmişlər. Halbuki belə bir hal ümumiyyətlə olmamışdır və Qaz İdarəsinin əməkdaşları bu sənədi saxtalaşdırmışlar. Qeyd olunanlara əsasən iddia tələbi təmin edilməlidir.
9. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi iddia tələbinə etiraz ünvanlayaraq, göstərmişdir ki, müxtəlif illərdə iddiaçı İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edilməsi faktları aşkarlanmışdır. Qaz xəttinə qanunsuz qoşulma faktları barədə “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən ##.##.2021- ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı və ##.##.2023-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Yuxarıda qeyd olunan ##.##.2021-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya 7560 m3 təbii qaz sərfi — 806,40 manat, ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən — 17280 m3 qaz sərfi — 2073,60 manat və ##.##.2023-cü il tarixli, ******* saylı akta əsasən — 25920 m3 qaz sərfi — 3110,40 manat, ümumilikdə, 5990,40 manat dəymiş ziyan məbləği hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. Hazırda iddiaçının qeyd olunan ünvan üzrə təbii qaza görə borc məbləği 5996,56 manat təşkil edir və bu iddiaçının *************** saylı abonent saldosunda öz əksini tapmışdır. İddiaçı İddiaçı sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı fotoşəkillər də mövcuddur. Qeyd edilən aktlar uzun müddət əvvəl tərtib olunmuşdur. İddiaçıya məxsus evə ##.##.2024-cü ildə mexaniki sayğac quraşdırılmışdır, həmin vaxta qədər orada Smart tipli sayğac olub. Əvvəllər abonentə qaz sərfiyyatı ilə bağlı kağız daşıyıcıda bildiriş verilirdi. Elektron sistemə keçdikdən sonra isə vətəndaşa elektron qaydada SMS göndərilir. Bildirir ki, iddiaçının ##.##.2021-ci il tarixli, ******* saylı akta əsasən 90 gün, ##.##.2022-ci il tarixli, ******* saylı akta əsasən 180 gün, ##.##.2023-cü il tarixli, ******* saylı akta əsasən isə 180 gün müddətində təbii qazdan qeyri-qanuni yolla istifadə etməsi aşkar edilmişdir. Sözügedən aktlar əsasında yazılmış cərimə borcu iddiaçının evində sayğac dəyişdirilənədək hesablanmış cərimə borcudur. Əgər vətəndaş evdə 1 aydan artıq müddətə yaşamırsa, sərfiyyatın dayandırılması barədə «Azəriqaz» İstehsalat Birliyinə müraciət etməlidir. Lakin iddiaçının qeyd edilən fərdi yaşayış evində yaşamadığını təsdiq edən sənəd yoxdur. Həmçinin vətəndaşın sayğacdan istifadə etməməsi orada yaşamamasına dəlalət etmir. Belə ki, sayğacdan kənar qoşulma vasitəsilə qazdan istifadə edilə bilər. Göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir.
10. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı aktlardan ikisi 2022-ci ilin ###ın #-dək tərtib edilmişdir. ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 2022-ci il tarixli, ***-VIQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1ci maddə əlavə edilmişdir: Həmin maddənin məzmunundan görünür ki, 2022-ci ilin ###ın #-dən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin işin faktiki hallarından göründüyü kimi cavabdeh təşkilat “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələbinə əməl etməmişdir. Həmçinin ## ##### 2023-cü il tarixli, ******* nömrəli aktın da mötəbərliyinə kifayət qədər şübhələr mövcuddur. Belə ki, həmin akt birtərəfli qaydada tərtib olunmuş, iddiaçının iştirakı təmin edilməmiş və aktda iddiaçının adı səhv göstərilmişdir. Bu səbəbdən də məhkəmə həmin aktın da mötəbər sübut kimi qəbul edilməsini mümkün hesab etməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edib ki, iddiaçı İddiaçı məxsus (abonent kodu: 011404300103220) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə ##.##.2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 806,40 manat cərimə, ##.##.2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2073,60 manat cərimə və ##.##.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 3110,40 manat cərimə borcu silinməlidir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1.4.5, 11, 13.8-1 maddələri, İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi, Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi yaşayış evində 2021-ci ildə 2023-cü ilə qədər 3 dəfə qaz təsərrüfatına baxış keçirilmişdir. Qazdan istifadə qaydalarının yoxlanılması zamanı sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkarlanmış və qeyd olunan hüquqazidd fakt foto sübutlar və aktlarla sənədləşdirilərək qeydə alınmışdır. Abonent sayğacdan kənar qeyri-qanuni qaz xətti istifadə edərkən itirilmiş qazın sərfi ilə bağlı tərtib olunan aktları imzalamaqdan imtina etmişdir. İddiaçı təbii qazdan açıq-aşkar formada qeyri-qanuni istifadə nəticəsində 50760 m3 qaz, yəni 5990.40 manat dəyərində cavabdehə ziyan vurmuşdur. İddiaçı ##.##.2024cu ilin oktyabr ayına kimi smart tipli qaz sayğacı istifadəçisi olmuşdur. Qazdan qanunsuz istifadə etdiyinə görə məhz həmin tarixdə qaz sayğacı mexaniki sayğacla əvəzlənmişdir. İddiacının qaz saldosuna baxdıqda görünür ki, 2018-ci ildən 2021-ci ilə kimi hər hansı bir qeydiyyat və ödəmə sistemə düşməmişdir. Bu iddiaçının sayğacdan kənar qaz xəttindən qanunsuz istifadəsini sübut edir. Əgər iddiaçı o evdə yaşamırdısa nəyə görə “Azəriqaz” İBnə ünvanda yaşamaması barədə rəsmi müraciət etməmişdir? Bu məqamlara məhkəmə diqqət yetirməmiş və səthi yanaşmışdır. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik 2022-ci ilin may ayında edilmişdir. Məhz bu səbəbdən 2021-ci il tarixli, ******* saylı akt əsasında yazılmış 806.40 manat məbləğin silinməsi qanuna ziddir. “Azəriqaz” İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, iddiaçı məhkəməyə heç bir sübut və sənəd təqdim etmədiyi halda iddia təmin olunmuşdur. “Azəriqaz” İB tərəfindən kifayət qədər sənəd təqdim olunsa da, məhkəmə sübutlara heç bir hüquqi qiymət vermədən səthi və formal xarakterli qətnamə qəbul etmişdir. Müvafiq Aktlar və foto faktlarla ilə təsdiq edilmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti çəkilərək qazdan qanunsuz istifadə edilmişdir. Buna baxmayaraq məhkəmə hesablanmış məbləğin silinməsini qət etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ona aid ünvanda qaz sayğacından kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etmişdir. Bununla da iddiaçı tərəfindən “Azəriqaz” İB-yə yüksək məbləğdə ziyan vurulmuşdur. Bu faktı təsdiq edən aktlar tərtib edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin halları nəzərə almamış və iddianı bütünlüklə təmin etmişdir. Məhkəmənin mövqeyi obyektiv olmamış, gəldiyi nəticə isə qanunsuz olmuşdur. Ona görə də nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. Belə ki, cavabdeh qurum iddia edir ki, guya iddiaçı ona məxsus ünvanda qaz xəttindən sayğacdan kənar istifadə etmişdir. Bu halı təsdiq edən heç bir tutarlı sübut mövcud deyildir. Belə ki, iddiaçıya məxsus ev də daxil olmaqla, həmin ərazidə bütün evlərə qaz xətti borular vasitəsilə yerdən deyil, hündürlükdən çəkilmişdir. Cavabdehin iddiaçıya aid etdiyi qanunsuz xətt isə yeraltı kabel vasitəsilə çəkilmişdir. Belə bir hal isə reallıqla uzlaşmır. Mövcud vəziyyətə aydınlıq gətirilməsi üçün cavabdeh quruma yazılı suallarla müraciət etmiş, həmin müraciət də cavablandırılmamışdır. Əgər hər hansı qanunsuz qoşulma faktı mövcud olsaydı, abonentin qaz xətti dayandırılmalı, nöqsanla bağlı abonentə xəbərdarlıq edilməli idi. Cavabdeh müəssisə isə formal aktlar tərtib etməklə, iddiaçıya cərimə hesablamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, vəklinin izahatında qeyd etdiyi halları təsdiq edir. İddia tələbini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6, hissə 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsindənəzərdə tutulmuş X1 ilə tənzimlənir. (2022-ci il may ayından qüvvəyə minmişdir).
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1.Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları qismən düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
27. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız aktlar yazıldığını və müqabilində hesablanmış borcun silinməsini xahiş edir.
28. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Azəriqaz” İstehsalat Birliyi ilə cavabdeh İddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
29. İşdən görünür ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 3 il ərzində müxtəlif vaxtlarda cavabdehə məxsus ünvanda (abonent kodu: 011404300103220) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış və sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edildiyindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2021-ci il tarixli, ******* saylı, ## ####### 2022-ci il tarixli, ******* saylı və ## ##### 2023-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir.
30. İddiaçının abonent hesabına ## ###### 2021-ci il tarixli, ******* nömrəli akta əsasən 806,40 manat cərimə, ## ####### 2022-ci il tarixli, ******* nömrəli akta əsasən 2073,60 manat cərimə və ## ##### 2023-cü il tarixli, ******* nömrəli akta əsasən 3110,40 manat cərimə borcu hesablanmışdır.
31. Məhkəmə kollegiyası işin araşdırılan hallarından çıxış edərək qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin imperativ tələbindən müəyyən edilir ki, qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
32. Lakin işin faktiki hallarından göründüyü kimi cavabdeh təşkilat “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələbinə əməl etməmiş, bu hissədə öz vəzifəsini formal aktların tərtibi ilə başa çatdırmışdır. İddiaçıya borc hesablansa da, borcun ödənilməsi üçün hər hansı hüquqi addım atılmamışdır.
33. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə zidd olaraq aktlar abonentin iştirakı olmadan tərtib edilmiş, onların surəti abonentə təqdim edilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş prosedura riayət edilməmişdir. Bundan əlavə, aktlar inzibati icraatın başlanılması üçün aidiyyəti orqana göndərilməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçının sayğacsız qaz istifadəsinə yol verməsini və onun təqsirini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçının sayğacsız qaz istifadəsini və hesablanmış ziyanın əsaslılığını mötəbər sübutlarla təsdiq edə bilməmişdir.
34. İşin hallarını yuxarıda sadalanan qanunvericilik normaları ilə birlikdə təhlil edərək kollegiya qeyd edir ki, cavabdeh müəssisənin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvana dair ## ###### 2021-ci il tarixli, ## ####### 2022-ci il tarixli, ## ##### 2023-cü il tarixli aktlar tərtib edilmişdir. Qüvvədə olan qanunvericiliyin tələbi isə abonentin ünvanında qanunsuz qoşulma hallarının mövcudluğunu müəyyən edən aktın tərtibatından sonra cavabdeh müəssisənin üzərinə müvafiq qaydada (inzibati xəta və ya cinayət tərkibinin yaranmasından aslı olaraq) səlahiyyətli orqanlara müraciət edilməsi tələbini qoymuşdur.
35. İddiaçıya məxsus ünvana tərtib edilmiş aktlardan ## ####### 2022-ci il tarixli və ## ##### 2023-cü il tarixli aktlar Qanunun göstərilən müddəasının təsiri altına düşür. Göründüyü kimi həmin aktlar aktlar üzrə borc məbləğinin müəyyən edildiyi vaxtdan minimum 3 il keçsə də, cavabdeh müəssisə ona dəymiş ziyanın ödənilməsində marağını nümayiş etdirən qanuni hərəkət etməmişdir. Yuxarıda istinad olunan halların paralel təhlili hazırkı vəziyyətdə iddiaçının tələbinin göstərilən iki akt üzrə əsaslı olması qənaətinə gəlməyə imkan verir.
36. Lakin mübahisələndirilən digər ## ###### 2021-ci il tarixli, ******* nömrəli aktın “Qaz təchizatı” haqqında qanuna sonuncu dəyişiklikdən əvvəlki dövrə təsadüf etdiyi nəzərə alınarsa, həmin akt və ona uyğun tələbnamə üzrə hesablanmış borc məbləği əsaslı hesab edilməlidir. Konkret alda həmin aktın əsassız hesab edilməsinə dəlalət edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
37. Sadalananlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən əsassız olduğundan, qismən- «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: 011404300103220) ##.##.2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 806,40 manat cərimə borcunun silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən iddiaçı tərəfin kassasiya şikayəti hüququ istisna edilir.
39. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 387, 393, 402, 404 və 404-1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən - «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: 011404300103220) ##.##.2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 806,40 manat cərimə borcunun silinməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə (806,40 manat cərimə borcunun silinməsi hissəsində) təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələdə («Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: 011404300103220) ##.##.2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2073,60 manat cərimə və ##.##.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 3110,40 manat cərimə borcunun silinməsi hissələrində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh («Azəriqaz» İstehsalat Birliyi) tərəf tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.