Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-888/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrəhimov Sadiq Abdulla oğlunun cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: elektrik enerjisi ilə təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı İbrəhimov Sadiq Abdulla oğlunun iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh ASC-nin enerji satış bazasında iddiaçı İbrəhimov Sadiq Abdulla oğlunun adına olmaqla, *************** saylı kod altında istehlakçı kimi qeydiyyatdadır.
2. R****** nömrəli, ##.##.2026-cı il tarixli aktdan görünür ki, istehlakçı İbrəhimov Sadiq Abdulla oğluna məxsus fərdi yaşayış evində elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunması yoxlanılmış və abonentin elektrik sayğacını dövriyyədən kənarlaşdıraraq, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir.
3. ##.##.2026-cı il tarixli, R****** saylı akta əsasən, Cavabdeh ASC-nin Şimal- Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 813,40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İbrəhimov Sadiq Abdulla oğlu cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş R****** nömrəli, ##.##.2026-cı il tarixli akt əsasında hesablanmış 800 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında o, ##.##.2026-cı il tarixdə 800 manat məbləğində cərimə edilmişdir. Həmin cərimə və aktla razı deyildir. Evdə olmadığı vaxt enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilməli olduğu və aktın bir nüsxəsini abonentə verməli olduğu halda, bunları etməyərək, akt tərtib olunmuşdur. Hesablanmış cəriməni əsassız hesab edir. Məhkəmə iclasında iddiaçı İbrəhimov Sadiq Abdula oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC tərəfindən tərtib olunmuş R****** nömrəli, ##.##.2026-cı il tarixli akt əsasında hesablanmış 813,40 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, o, elektrik enerjisindən sayğacdan kənar istifadə etməmişdir.
6. Eyni zamanda, məhkəməyə daxil olmuş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz ərizəsində göstərilmişdir ki, iddiaçının Şamaxı şəhəri, Sarı Torpaq kuçəsində yaşadığı fərdi yaşayış evi Cavabdeh ASC-nin enerji satış bazasında İbrəhimov Sadiq Abdulla oğlunun adına olmaqla, *************** saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. ##.##.2026-cı il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Şamaxı şəhəri, Sarı Torpaq küçəsində yerləşən İbrəhimov Sadiq Abdulla oğluna məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacını dövriyyədən kənarlaşdıraraq, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1-ci bəndinin tələbinə uyğun olaraq, ##.##.2026cı il tarixli, R****** saylı akt tərtib olunmuşdur. ##.##.2026-cı il tarixli, R****** saylı akta əsasən, Cavabdeh ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 30 gün uçun 0,084 manatla 200 kvt.s (dəyəri 16.80 manat), 0,10 manatla 100 kvt.s (dəyərı 10.00 manat) və 0,15 manatla 5244 kvt.s (dəyəri 786.60 manat), toplamda 813,40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzı olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq aşkar öz əksini tapır.
7. Şamaxı Rayon Məhkəməsinin (hakim F.Yaqubov) ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İbrəhimov Sadiq Abdulla oğlunun adına olmaqla, *************** saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Cavabdeh Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ##.##.2026-cı il tarixdə istehlakçı İbrəhimov Sadiq Abdulla oğluna məxsus fərdi yaşayış evində elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunması yoxlanılmış və abonentin elektrik sayğacını dövriyyədən kənarlaşdıraraq, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Tərib edilmiş akta əsasən, itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 813,40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar istifadə etməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Ona görə də məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın müvafiq bəndlərinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 26-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla analoji qaydada əsaslandırılmışdır. Şikayətdə göstərilir ki, iddiaçının Şamaxı şəhəri, Sarı Torpaq küçəsində yaşadığı fərdi yaşayış evi Cavabdeh ASC-nin enerji satış bazasında İbrəhimov Sadiq Abdulla oğlunun adına olmaqla *************** saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. ##.##.2026cı il tarixində Cavabdeh ASC-nin əməkdaşları iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirmişlər. Baxış zamanı abonentin elektrik sayğacını dövriyyədən kənarlaşdıraraq sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1-ci bəndinin tələbinə uyğun olaraq ##.##.2026-cı il tarixli, R****** saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən Cavabdeh ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 30 gün üçün 0.084 manatla 200 kvt.s (dəyəri 16.80 manat), 0.10 manatla 100 kvt.s (dəyəri 10.00 manat) və 0.15 manatla 5244 kvt.s (dəyəri 786.60 manat) toplamda 813.40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalanmaq niyyəti ilə məqsədli şəkildə etdiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq-aşkar öz əksini tapır. Məhkəmə isə bu halları nəzərə almamış, qətnaməsi yalnız onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evində elektrik enerjisindən sayğacdan kənar istifadə olunması və pozuntunun istehlakçı tərəfindən törədilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki məhkəməyə bununla bağlı akt, əlavə sənədlər və videoçəkiliş diski təqdim edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İbrəhimov Sadiq Abdulla oğlu apellyasiya şikayətinə etiraz edərək bildirir ki, yaşadığı ünvana cavabdeh tərəfindən hesablanmış borcun heç bir əsası yoxdur. O, elektrik enerjisindən qeyri-qanuni istifadə etməmişdir. Cavabdehin əməkdaşları gecə vaxtı əraziyə baxış keçirmiş, elektrik xəttinin üstündə olan balaca kabeli görüb, əsassız şəkildə akt tərtib edərək ona cərimə borcu hesablamışlar. Halbuki elektrik enerjisindən qeyri-qanuni istifadəsi olmamışdır. İşə baxan məhkəmə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
14. Cavabdeh Cavabdeh ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. «Elektrik enerjisidən istifadə Qaydaları»nın (NK-ın 2005-ci il # ###### tarixli ** nömrəli)
Bənd 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyi həyata keçirir. 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X3 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X3 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə.
17. Elektroenergetika haqqında AR Qanunu 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.
24. Kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, “tərəflər arasında “Enerji təchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmışdır.
25. Araşdırılan işdən görünür ki, iddiaçı ərizəsində qeyd olunan borcun yaranma mənbəyi kimi guya iddiaçının ünvanında elektrik enerjisindən qanunsuz qoşulma faktının müəyyən edilməsini göstərmişdir. Halbuki bu hal həqiqəti əks etdirmir. Cavabdeh müəssisənin əməkdaşları onu əsassız şəkildə cərimələmişlər.
26. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc məbləği cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsində istifadə olunan elektrik enerjisi ilə bağlı aparılan yoxlamanın nəticəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, R****** saylı akt nömrəli akta əsasən hesablanmışdır.
27. İddiaçının da tələbinin dəlili məhz həmin aktın əsassız olaraq tərtib olunması ilə bağlıdır.
28. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır və əlavə olaraq bildirir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən, ərazidə kənar xəttin olmasının aşkar olunduğunu bildirilsə də, həmin xəttin mövcudluğu, vardırsa iddiaçı, yaxud digər şəxslər tərəfindən istifadə edildiyini dəqiq müəyyən etmək mümkün deyil.
29. Digər tərəfdən məhkəmə kollegiyası işin araşdırılan hallarından çıxış edərək qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin imperativ tələbindən müəyyən edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
30. Lakin işin faktiki hallarından göründüyü kimi cavabdeh təşkilat “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinin tələbinə əməl etməmiş, bu hissədə öz vəzifəsini formal aktın tərtibi ilə başa çatdırmışdır. İddiaçıya borc hesablansa da, borcun ödənilməsi üçün hər hansı hüquqi addım atılmamışdır. Bu hal isə özlüyündə məhkəməyə cavabdeh müəssisə tərəfindən tərtib edilmiş aktın mübahisənin nəticələndirilməsi üçün mötəbər və həlledici sübut kimi qiymətləndirməyə kifayət etmir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
32. Hazırkı halda elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi və bu istifadənin məhz iddiaçı tərəfindən edilməsi, bununla bağlı aktın doğruluğunu təsdiq etmək məhz cavabdeh müəssisənin üzərinə düşür.
33. İddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair cavabdeh müəssisə tərəfindən sadəcə aktın tərtib edilməsi və akt əsasında abonentə borc hesablanması yuxarıda sadalanan qanunvericilik normaların tələbləri baxımından kifayətedici hərəkət deyildir. Cavabdeh müəssisə göstərilən borc məbləğinin ödənilməsi istiqamətində qanunda göstərilən imperativ və zəruri prosedurları icra etməmişdir.
34. Kollegiya qeyd edir ki, bu kimi mübahisələrin həllində işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
35. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
36. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus ünvanda elektrik enerjisindən qeyri-qanuni istifadə faktının mövcudluğu barədə cavabdehin müəssisənin dəlilləri ilə razılaşa bilmədiyindən, həmin tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər abonent elektrik enerjisindən qeyri-qanuni istifadə etməmişsə, buna görə zərəri də ödəməli deyil.
38. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı)
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
.