Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-924/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (elektrik enerjisindən istifadə üzrə hesablanmış borcun silinməsisübutetmə yükü) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. NİM AKT ****** saylı, ## ###### 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı Ceyranbatan 0670, mənzil 4217 ünvanında yerləşən mənzilinə baxış keçirilmişdir. “Elektrik enerjisindən istifadə qaydaları”-na (EEİQ) uyğun olaraq keçirilmiş baxış nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran sip xəttinin izolyasiyası pozularaq fərdi yaşayış evinin hasarının üst hissəsindən sip xəttinin həyətyanı hissəsinə çəkərək budaqlanma yolu ilə götürülmüşdür. Qoyuluş gücü naqilin en kəsiyinə əsasən S=2x 10 mm-lik aliminium naqil. Pq: ay= 11 kvt təşkil edir. Həmçinin kənar xətt abonentin özü tərəfindən ləğv edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar 1138,96 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpasına dair hesabat aparılmışdır.
2. - video materialdan görünür ki, mənzildə kənar xətt aşkar olunmuşdur və bu xəttdən istifadə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Sumqayıt şəhəri, A.Müzəffərov В ünvanda yerləşən evə (kod: 506130906704217) ##.##.2025-ci il tarixdə AKT NİM №****** saylı aktla hesablanmış 1153 manat əsassız borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, A.Müzəffərov В ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. ##.##.2025-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvana (abonent kodu - 506130906704217) qeyri-qanuni olaraq elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında AKT NİM №****** saylı akt tərtib olunmuşdur. Akta əsasən guya onlar iddiaçının yaşadığı ünvanda onun tərəfindən elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı fakt aşkar etmişlər. Ona görə də ona 1153 manat qanunsuz borc hesablanmış və hazırda həmin borc iddiaçıdan tələb olunur. Lakin, belə bir hal baş verməmişdir və akt tam əsassızdır. İddiaçı istifadəsində olan işıq xəttinə heç vaxt müdaxilə etməmiş və istifadə etdiyi elektirk enerjisinin dəyərini artıqlaması ilə daim ödəmişdir. Bütün bunların qanunsuz və əsassız olmasının iddiaçı tərəfindən bildirilməsinə baxmayaraq cavabdeh təşkilatın əməkdaşları iddiaçının iradlarına və tələblərinə məhəl qoymamışlar. Göründüyü kimi Cavabdeh ASC Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan eyni zamanda mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
5. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddiaçı İddiaçı akt əsasında hesablanmış 1153 manat borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində iddiaçıya məxsus elektrik hesabat sayğacına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran sip xəttinin izolyasiyası pozularaq fərdi yaşayış evinin hasarının üst hissəsindən sip xəttinin həyətyanı hissəsinə çəkərək budaqlanma yolu ilə götürülmüşdür. Qoyuluş gücü naqilin en kəsiyinə əsasən S=2x 10 mm-lik aliminium naqil. P qoy= 11 kvt təşkil edir. Həmçinin aktın tələb hissəsində kənar xəttin abonentin özü tərəfindən ləğv edilməsi açıqaşkar göstərilmişdir. Bundan əlavə olaraq kənar xətt aşkar edilən zaman mobil telefon vasitəsi ilə video qeydiyyat aparılmışdır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar NİM AKT ****** saylı akt tərtib edilərək 1138,96 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpasına dair hesabat aparılmışdır. İddiaçı isə ona akt əsasında 1153 manat hesablaşma aparıldığını qeyd edir. İddiaçının hal-hazırda 1181,53 manat məbləğində borcu vardır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”-nın (EEİQ) 8.17-ci bəndinə əsasən - İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Video çəkilişdəndə aydın görünür ki, mənzildə kənar xətdən istifadə olunmuşdur.
7. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçı İddiaçı yaşadığı Ceyranbatan 0670, mənzil 4217 ünvanında elektrik enerjisindən sayğacdan kənar istifadə etmiş, bununla bağlı hazırda onun 1138,96 manat borcu yaranmışdır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar NİM AKT ****** saylı akt tərtib edilərək 1138,96 manat məbləğində itirilmiş elektrik enerjisinin bərpasına dair hesabat aparılmışdır. İddiaçı isə ona akt əsasında 1153 manat hesablaşma aparıldığını qeyd edir. Buna görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. Buna görə də Enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilə bilməz.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı Qərarının 3.5, 8.2, 8.4, 8.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 399.1, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən ona təqdim edilmiş NİM AKT ****** saylı, ## ###### 2025-ci il tarixli akta və videogörüntüyə istinad etmişdir. O, Sumqayıt şəhəri, A.Müzəffərov В ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. ##.##.2025-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək barəsində (abonent kodu - 506130906704217) qeyri-qanuni olaraq elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında AKT NİM № ****** saylı akt tərtib etmişlər. Akta əsasən guya onlar yaşadığı ünvanda elektirk enerjisindən qanunsuz istifadə ilə bağlı fakt aşkar etmişlər. Bu səbəbdən ona borc hesablanmışdır. Lakin, belə bir hal baş verməmişdir və akt tam əsassızdır. İstifadəsində olan işıq xəttinə heç vaxt müdaxilə etməmiş və istifadə etdiyi elektirk enerjisinin dəyərini artıqlaması ilə daim ödəmişdir. Məhkəməyə təqdim olunmuş akt isə onun iştirakı olmadan tərtib olunub. Çəkilmiş videogörüntüdə isə ona məxsus yaşayış evinə kənar qanunsuz xəttin gəlməsini və ya onun sonradan kəsilməsini təsvir edən heç bir görüntü müşahidə olunmur. Məhkəmə göstərilən halları nəzərə almamış və qətnamədə bu hallara düzgün münasibət bildirməmişdir. Məhkəmə təqdim olunmuş sübutları və işin faktiki hallarını nəzərə almamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, cavabdeh müəssisə tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən ünvanına baxış onun iştirakı və məlumatı olmadan keçirilmişdir. Videogörüntü də iştirakı olmadan qeydə alınmışdır. Yaşadığı ünvanda hər hansı əlavə xətt çəkməklə elektrik enerjisindən qanunsuz istifadə etməmişdir. Cavabdeh qurumun təqdim etdiyi videogörüntüdən bir müddət sonra o da, çəkiliş etmişdir. Hər iki videogörüntü arasında müddət fərqi olmasına baxmayaraq, başqa heç bir fərq yoxdur. O, həmin ünvanda uzun illərdir ki, yaşayır. Hər ay elektrik enerjisinə ödənişləri icra edir. Aylıq sərfiyyatı 17-30 manat aralığında dəyişir. Yalnız keçən ilin yay aylarında elektrik enerjisi sərfiyyatı 80-90 manat civarında olmuşdur. Əgər hər hansı qanunsuz qoşulma etsəydi, bu qədər məbləğdə ödəniş etməkdən yayınardı. Məhkəmə bu halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. İddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı ərizəsində 1153 manat məbləğində pulun silinməsi tələb edir, lakin akt üzrə aparılmış hesabat 1138,96 manat məbləğindədir, qalan məbləğ qarşı tərəfin istehlak etdiyi elektrik enerjisinin dəyəridir, sərfiyat borcudur. Akt əsasında iddiaçıya hesablanmış borc sayğacdan kənar istifadə edilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış borcdur. Videogörüntüdə görünən göy və qırmızı rəngli kabellər əlavə xətlərdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi Nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. «Elektrik enerjisidən istifadə Qaydaları»nın (NK-ın 2005-ci il # ###### tarixli ** nömrəli)
Bənd 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X5 Agentliyi həyata keçirir. 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X5 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X5 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə.
16. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununu 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. AR Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir.
22. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.
23. Kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, “tərəflər arasında “Enerji təchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmışdır.
24. Araşdırılan işdən görünür ki, iddiaçı ərizəsində qeyd olunan borcun yaranma mənbəyi kimi guya iddiaçının ünvanında elektrik enerjisindən qanunsuz qoşulma faktının müəyyən edilməsini göstərmişdir. Halbuki bu hal həqiqəti əks etdirmir. Cavabdeh müəssisənin əməkdaşları onu əsassız şəkildə cərimələmişlər.
25. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsində istifadə olunan elektrik enerjisi ilə bağlı aparılan yoxlamanın nəticəsində abonent tərəfindən elektrik enerjisindən sayğacdan kənar istifadə halı müəyyən edilmiş və NİM AKT ****** saylı, ## ###### 2025ci il tarixli akta əsasən abonentə borc hesablanmışdır.
26. İddiaçının da tələbinin dəlili məhz həmin aktın əsassız olaraq tərtib olunması ilə bağlıdır.
27. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir.
28. Belə ki, yuxarıda istinad olunan “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
29. Cavabdeh tərəfindən iddiaçının qanunsuz elektrik xəttinə qoşulması ilə bağlı akt tərtib olunsa da, elektrik enerjisinin talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Cavabdeh təşkilat “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinin tələbinə əməl etməmiş, bu hissədə öz vəzifəsini formal aktın tərtibi ilə başa çatdırmışdır. İddiaçıya borc hesablansa da, borcun ödənilməsi üçün hər hansı hüquqi addım atılmamışdır. Bu hal isə özlüyündə məhkəməyə cavabdeh müəssisə tərəfindən tərtib edilmiş aktın mübahisənin nəticələndirilməsi üçün mötəbər və həlledici sübut kimi qiymətləndirməyə kifayət etmir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
31. Hazırkı halda elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi və bu istifadənin məhz iddiaçı tərəfindən edilməsi, bununla bağlı aktın doğruluğunu təsdiq etmək məhz cavabdeh müəssisənin üzərinə düşür.
32. İddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair cavabdeh müəssisə tərəfindən sadəcə aktın tərtib edilməsi və akt əsasında abonentə borc hesablanması yuxarıda sadalanan qanunvericilik normaların tələbləri baxımından kifayətedici hərəkət deyildir. Cavabdeh müəssisə göstərilən borc məbləğinin ödənilməsi istiqamətində qanunda göstərilən imperativ və zəruri prosedurları icra etməmişdir.
33. Hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus ünvanda elektrik enerjisindən qeyri-qanuni istifadə faktının mövcudluğu barədə cavabdehin müəssisənin dəlilləri ilə razılaşa bilmədiyindən, həmin tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər abonent elektrik enerjisindən qeyri-qanuni istifadə etməmişsə, buna görə zərəri də ödəməli deyil.
34. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı)
35. Birinci instansiya məhkəməsi isə mübahisəyə “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir ki, bununla da maddi hüquq normasının pozulması ilə nəticələnən və əsassız hesab olunan qətnamə çıxarmışdır.
36. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində ona məxsus Sumqayıt şəhəri, A.Müzəffərov В ünvanda yerləşən evə (kod: 506130906704217) ##.##.2025-ci il tarixdə AKT NİM № ****** saylı aktla hesablanmış 1153 manat borcun silinməsini xahiş etsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, həmin akt əsasında itirilmiş enerjinin bərpası məqsədilə 1138,96 manat zərər məbləği hesablanmışdır.
37. Sadalananları ümumiləşdirən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, “xxxx” ASC-nin NİM AKT ****** saylı, ## ###### 2025-ci il tarixli aktı əsasında iddiaçıya məxsus abonent koduna hesablanmış 1138,96 manat borc əsassız hesab edilərək, iddiaçıya məxsus abonent hesabından silinməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. “xxxx” ASC-nin NİM AKT ****** saylı, ## ###### 2025-ci il tarixli aktı əsasında hesablanmış 1138,96 manat borc iddiaçı İddiaçı məxsus Sumqayıt şəhəri, A.Müzəffərov В ünvanda yerləşən evə aid (kod: 506130906704217) abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.