Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-934/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, ##.##.2023cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacdan kənar yeraltı qeyri-qanuni qazdan abonent istifadə edir. (İstehlakçının nümayəndəsi Mustafayeva Meyxanım aktı imzalamaqdan imtina etmişdir).
2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, ##.##.2023cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edir. (İstehlakçının nümayəndəsi Mustafayeva Meyxanım aktı imzalamaqdan imtina etmişdir).
3. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, ##.##.2023cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edir. (İstehlakçının nümayəndəsi Mustafayeva Meyxanım aktı imzalamaqdan imtina etmişdir).
4. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, ##.##.2023cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edir. (İstehlakçının nümayəndəsi Mustafayeva Meyxanım aktı imzalamaqdan imtina etmişdir).
5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, ##.##.2023cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə aşkar edilmişdir. (İstehlakçının nümayəndəsi Mustafayeva Meyxanım aktı imzalamaqdan imtina etmişdir).
6. Cavabdeh İB tərəfindən ##.##.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicılərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın həcmi 1440 m3 müəyyən olunmuşdur. (Əsas ##.##.2023-cü il tarixli, “AKT” № *******)
7. Cavabdeh İB tərəfindən ##.##.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicılərindən PQ 3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın həcmi 1656 m3 müəyyən olunmuşdur. (Əsas ##.##.2023-cü il tarixli, “AKT” № *******)
8. Cavabdeh İB tərəfindən ##.##.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicılərindən PQ 2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın həcmi 756 m3 müəyyən olunmuşdur. (Əsas ##.##.2023-cü il tarixli, “AKT” № *******)
9. Cavabdeh İB tərəfindən ##.##.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın həcmi 864 m3 müəyyən olunmuşdur. (Əsas ##.##.2023-cü il tarixli, “AKT” № *******)
10. Cavabdeh İB tərəfindən ##.##.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicılərindən PQ 2-nin maksimal saatlıq qaz sərfi 0,475 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSQnin maksimal saatlıq qaz sərfi 2,6 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, radiatorun maksimal qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 33480 m3 müəyyən olunmuşdur. (Əsas ##.##.2023-cü il tarixli, “AKT” № *******)
11. Abonent saldosundan görünür ki, Abşeron, Abşeron, N **, Mehdiabad kəndi ünvanı üzrə *************** saylı abonentə (Abonent- Mustafayeva Meyxanım) 4582,92 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonent nömrəsi 011402800009900 olan fərdi yaşayış evində guya sayğacdan kənar qazdan istifadə olunması ilə əlaqədar qaz idarəsinin işçiləri tərəfindən iddiaçının iştirakı olmadan tərtib edilmiş ******* saylı, ## #### 2023-cü il tarixli AKT-ın, ## ##### 2023-cü il tarixli nömrəsiz AKT-ın, ******* saylı, ## ### 2023-cü il tarixli AKT-ın, ******* saylı, ## #### 2023-cü il tarixli AKT-ın, ******* saylı, ## #### 2023-cü il tarixli Akt-ın və ******* saylı, ## ##### 2025ci il tarixli AKT-ın ləğv edilməsi və həmin AKT-lar əsasında qanunsuz və əsassız olaraq hesablanmış 4582,92 manat pulun (cərimənin) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü il tarixdən Mehdiabad kəndində yerləşən sənədsiz evi almışdır. Evin qaz, su və işıq sayğacları var. Qaz sayğacı iddiaçının evi aldığı şəxsin adında qalmışdır. İddiaçı həmin sayğacı öz adına keçirə bilmir. Qazdan istifadəyə nəzarət Sumqayıt şəhər qaz idarəsi tərəfindən həyata keçirilir. Sumqayıt şəhər Qaz idarəsinin işçiləri iddiaçı evdə olmayanda və ona xəbər vermədən onun sənədsiz evində istifadə etdiyi 01140 2800009900 abonent kodlu sayğaca qanunsuz tərtib edilmiş Akt əsasında cərimə yazmışlar. İddiaçı bu AKT-ların yazılmasını sonradan, yəni bu yaxınlarda bilmişdir. Belə ki, Sumqayıt şəhərində fəaliyyət göstərən qaz idarəsinə qaz sayğacını öz adına keçirməsi üçün getmişdir. Orada ona bildirilmişdir ki, onun sayğacında borc var. Guya iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qazdan istifadə etdiyi üçün bir neçə dəfə onun sayğacı ilə bağlı AKT tərtib edilmiş və həmin aktlar əsasında cərimə yazılmışdır. Sayğac iddiaçının evi aldığı adamın adına olsa da, 2014-cü ildən, yəni iddiaçı evi aldığı vaxtdan həmin adam bu evdə yaşamır. O, evdə iddiaçı yaşayır. O və ailə üzvlərindən heç kim sayğacdan kənar qaz işlətməmişdir. Qaz idarəsinin də heç bir işçisi onların sayğacdan kənar qaz işlətməsi barədə iddiaçıya məlumat verməmişdir. Bu günə kimi onlar sayğacdan kənar qazdan istifadə etməmiş və heç bir qaz işçisi də qazdan istifadə ilə bağlı onların barəsində AKT tərtib etməmişdir. İddiaçının işlətdiyi qaz sayğacı ilə bağlı yazılmış aktlardan onun və ailə üzvlərinin heç birisinin xəbəri yoxdur. Bu aktları Sumqayıt Qaz idarəsinin işçilərinin nə vaxt və harada yazması və kimlərin bu aktları imzalaması barədə heç bir xəbərləri olmamışdır. Həmin sayğac iddiaçının evinə aid olan hasarın çöl hissəsində, yəni küçədə quraşdırılmışdır. Qaz idarəsinin işçiləri, ona demədən və onun iştirakını təmin etmədən, öz başına onun evinə aid sayğaca akt yazmışlar. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda iddiaçının imzası yoxdur və aktlarda iddiaçının ev aldığı və sayğac adına olan şəxsin adı yazılmış və guya o, da imzalamaqdan imtina etmişdir. Həmin adam 2014-cü ildən orada yaşamır. O, əgər orada yaşamırsa, imzalamaqdan necə imtina edə bilər. 2014-cü ildən həmin nömrəsiz evdə iddiaçı yaşayır və belə bir hadisədə olmayıb, həmin aktların tərtib edilməsindən iddiaçı xəbərsizdir. İddiaçıya verilmiş "Abonentin Saldosunda” onun 4582,92 borcu olduğu göstərilmişdir. Bu cərimə ilə o razı deyil. Qaz idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş AKT-larda göstərilir ki, guya sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar olunmuşdur. Onun iştirakı olmadan tərtib edilmiş AKT və digər sənədlər əsassızdır və heç bir hüquqi nəticə doğura bilməz. Həmçinin 2022-ci ildə "Qaz təchizatı haqqında Qanun”a edilmiş dəyişikliyə görə aşkar edilmiş qanun pozuntusu sənədləşdirildikdən sonra həmin sənədlər Enerji tənzimləmə agentliyinə göndərilməli, orada istehlakçının iştirakı ilə araşdırılmalı və protokol tərtib edilməli idi. Lakin cavabdeh tərəfindən bunların heç birisi edilməmişdir. Bu hərəkətləri ilə cavabdeh “Qaz təchizatı haqqında Qanun"un və Qazdan istifadə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarının tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməli, iddiaçıya hesablanmış əsassız borc məbləği silinməlidir.
14. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmşdır ki, Abşeron rayonu, N ** Mehdiabad kəndi ünvanında yaşayan İddiaçı məxsus qaz sayğacına (sayğac Meyxanım Mustafayevanın adınadı) cavabdehin əməkdaşları tərəfindən 2023-cü il ərzində 5 dəfə baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “Aktlar tərtib edilmişdir. Həmin Aktlar bunlardır: 1. ##.##.2023-cü il tarixli ******* saylı Akt üzrə 33480m3 -4017 manat. 2. ##.##.2023-cü il tarixli ******* saylı Akt üzrə 1440m3- 172,80 manat. 3. ##.##.2023-cü il tarixli ******* saylı Akt üzrə 864m3-103,68 manat. 4. ##.##.2023-cü il tarixli ******* saylı Akt üzrə 1656m3 – 198,72 manat. 5. ##.##.2023-cü il tarixli ******* saylı Akt üzrə 756m3 – 90,72 manat. Tərtib olunan aktların hamısı iddiaçının “Təbii Qazdan istifadə qaydalarına” zidd olaraq “Sayğacdan kənar qeyri-qanuni qaz xətti istifadə etdiynə görə tərtib olunmuşdur. Abonentin sayğacdan kənar xətt istifadə etməsi foto fiksə edilmiş və Aktla sənədləşdirilmiş, qeyd aparılmışdır. Belə ki,abonent sayğacdan kənar xətt cəkərək qazdan qeyri-qanuni istifadə etmişdir. Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi aktlaşdırılaraq sistemə işlənmişdir. Dövlət əmlakını taladığına görə iddiaçıya bildirilmişdir ki,vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İtirilmiş qaza görə abonentə 4582,92 manat (38196 m3) dəyər hesablanmışdır.
16. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Kazımov) iddia təmin edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olunub ki, sayğaca heç bir kənar müdaxilə olunmamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ##.##.2023-cü il tarixli ******* saylı Akt, ##.##.2023-cü il tarixli ******* saylı Akt, ##.##.2023-cü il tarixli ******* saylı Akt, ##.##.2023cü il tarixli ******* saylı Akt və ##.##.2023-cü il tarixli ******* saylı Akt qanunsuz hesab edilməklə ləğv edilməli və həmin aktlar əsasında Abşeron, Abşeron, N **, Mehdiabad kəndi ünvanına qaz sərfiyyatına görə hesablanmış 4582,92 manat borc məbləği silinməlidir.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 443.7, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11, 13-cü maddələrinə, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinin bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
19. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh İB-nin təqdim etdiyi kifayət qədər sənəd sübutlara heç bir hüquqi qiymət vermədən səthi və formal xarakterli qətnamə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə təqdim olunmuş sənədləşməni nəzərə almadan düzgün olmayan qətnamə qət etmişdir. İş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Qeyd edilənlərdən aydın görünür ki, aktlar və foto faktlarla təsdiq edilmişdir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti çəkilərək qazdan qanunsuz istifadə edilmişdir. Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı, ##.##.2023-cü il tarixli akt, ##.##.2023-cü il tarixli nömrəsiz akt, ******* saylı, ##.##.2023-cü il tarixli akt, ******* saylı, ##.##.2023-cü il tarixli akt, ******* saylı, ##.##.2023-cü il tarixli akt və ******* saylı, ##.##.2025-ci il tarixli aktlarla hesablanmış ümumilikdə 4582.92 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləğidir. Buna baxmayaraq məhkəmə hesablanmış məbləğin silinməsini qət etmişdir. Halbuki həmin borc məbləği sayğacdan kənar qeyriqanuni qaz xətti istifadə etməsi nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2023-cü ildə iddiaçıya məxsus ünvana cavabdehin əməkdaşları tərəfindən baxış keçirilərkən abonentin qaz xəttinə qanunsuz müdaxilə faktı müəyyən edilmiş və həmin fakt müvafiq aktlar və fotolarla rəsmiləşdirilmişdir. Ümumilikdə iddiaçıya məxsus ünvana 2023-cü il ərzində 5 fərqli ay üzrə 5 akt tərtib edilmiş, aktlar üzrə hesabat aparılmış və müvafiq cərimə abonent hesabına yüklənmişdir. İddiaçıdan tələb edilən borc qanunsuz istifadə etdiyi qaz sərfiyyatının dəyəridir. Lakin işə baxan məhkəmə bu halları düzgün qiymətləndirməmişdir. Ona görə də nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
25. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
26. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6, hissə 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (2022-ci il may ayından qüvvəyə minmişdir).
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız aktlar (təbii qazdan qeyri-qanuni istifadəyə dair tərtib edilmiş ## #### 2023-cü il tarixli, ## ##### 2023-cü il tarixli, ## ### 2023-cü il tarixli, ## #### 2023-cü il tarixli, ## #### 2023-cü il tarixli, ## ##### 2025-ci il tarixli aktlar) yazıldığını və müqabilində hesablanmış borcun silinməsini mübahisələndirir.
33. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh İstehsalat Birliyi ilə iddiaçı (abonent kimi Mustafayeva Meyxanım) arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
34. İşdən yenə müəyyən edilib ki, hazırda iddiaçı, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona yazılmış yuxarıda qeyd olunan aktlar əsasında hesablanan ümumilikdə 4582,92 manat borcun silinməsini tələb edir.
35. Apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, cavabdeh iddiaçı tərəfindən yaşadığı ünvanda qaz sayğacından qeyri-qanuni istifadə edildiyini və bu faktın müəssisənin əməkdaşları tərəfindən ünvana baxış zamanı aşkarlandığını, nəticədə müvafiq akatların tərtib edildiyini, dəyən ziyanın isə məhz həmin aktlara uyğun hesablandığını bildirir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
37. Belə ki, yuxarıda istinad olunan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələbindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
38. Maddənin məzmunundan aydın olduğu kimi, həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
39. Apellyasiya kollegiyası onu da qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar 2023cü ildə tərtib edilmişdir. Lakin cavabdehin tərtib etdiyi aktı(aktları) inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etdiyinə və müvafiq araşdırmalarla istehlakçının qazın talanmasında təqsirli olmasının müəyyən edildiyinə dair sübutlar təqdim etməsi iş materialları ilə təsdiqlənmir.
40. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə zidd olaraq aktlar abonentin iştirakı olmadan tərtib edilmiş, onların surəti abonentə təqdim edilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş prosedura riayət edilməmişdir. Bundan əlavə, aktlar inzibati icraatın başlanılması üçün aidiyyəti orqana göndərilməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçının sayğacsız qaz istifadəsinə yol verməsini və onun təqsirini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçının sayğacsız qaz istifadəsini, hesablanmış ziyanın əsaslılığını mötəbər sübutlarla təsdiq edə bilməmişdir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.
42. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
43. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 402, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.