Məhkəmə qərarları › İş №2(3-8)-955/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-955/2026

11.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2(3-8)-955/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin mülki kollegiyasının hakimi Qafari Sәyyad Ağaәli oğlunun sәdrliyi vә mәruzәsi, hakimlәr X1 vә Mәmmәdov Fuad Əli oğlundan ibarәt tәrkibdә, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tәlәbinә dair mülki iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәtnamәsi ilә (hakim Ş.Hәxiyeva) iddia tәlәbinin qismәn tәmin edilmәsi, cavabdeh Cavabdeh 28600 (iyirmi sәkkiz min altı yüz) manat mәblәğindә pul vә 170,40 (bir yüz yetmiş manat, qırx qәpik) manat dövlәt rüsumunun әvәzinin alınaraq iddiaçı İddiaçı ödәnilmәsi, iddia tәlәbinin qalan hissәdә tәmin edilmәmәsi qәt edilmişdir. Cavabdeh Cavabdeh qәtnamәdәn apellyasiya şikayәti vermişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә cavabdeh Cavabdeh nümayәndәsi vә vәkili vәkil2 Sumqayıt Şәhәr Mәhkәmәsinin *(***)-****/**** nömrәli ## ###### 2025-ci il tarixli qәtnamәsindәn ##.##.2025-ci il tarixdә verdiyi apellyasiya şikayәtinin vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılması qәrara alınmışdır. Cavabdeh Cavabdeh qәtnamәdәn apellyasiya şikayәti vә buraxılmış müddәtin bәrpa edilmәsinә dair әrizә vermişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә cavabdeh Cavabdeh nümayәndәsi vә vәkili vәkil2 Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti verilmәsi müddәtinin bәrpa edilmәsi barәdә әrizәsinin tәmin edilmәsi, cavabdeh Cavabdeh nümayәndәsi vә vәkili vәkil2 Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpa edilmәsi vә apellyasiya şikayәtinin mülki işlә birlikdә baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İddiaçı İddiaçı bu qәrardaddan şikayәt vermişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadının dәyişdirilmәdәn saxlanılması, iddiaçı İddiaçı Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadından ##.##.2026-cı il tarixdә verdiyi şikayәt әrizәsinin baxılması üçün mülki işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İŞİN HALLARI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh Cavabdeh 29850 manat mәblәğindә pulun vә ödәnilmiş 180 manat dövlәt rüsumunun tutulub iddiaçıya ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsi mәhkәmәdәn xahiş etmişdir. İş üzrә yuxarıda göstәrilәn mәhkәmә aktı qәbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı İddiaçı qәrardaddan şikayәt verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026cı il tarixli qәrardadının lәğv edilәrәk, cavabdehin әrizәsinin rәdd edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Şikayәti onunla әsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi onun iddia tәlәbinә baxılan zaman cavabdeh mәhkәmәyә hәyat yoldaşı ilә birlikdә gәlib getmiş vә mәhkәmә qәtnamәsi qüvvәyә minәndәn sonra cavabdehlә Sumqayıt şәhәrindә rastlaşarkәn mәhkәmәnin qәtnamәsi ilә müәyyәn edilmiş 28.600 manat borcu nә vaxt qaytaracağını soruşduqda o, polisә şikayәt etmәklәrini irad tutaraq әgәr şikayәt etmәsәydi hissә-hissә ödәyә bilәrdi. İmkanı olan kimi ödәyәcәkdir. Cavabdeh әri ilә birlikdә yaşayır, o, şәhәrdә tez-tez onları bir yerdә olduqlarını görmüşdür. Sadәcә olaraq süni bәhanә gәtirәrәk vaxt uzatmaq üçün guya qәtnamәdәn ## #### 2026-cı ilә kimi xәbәri olmadığını bildirmişdir. İş materiallarından göründüyü kimi cavabdeh hәyat yoldaşı ilә birlikdә yaşamaqla birgә tәsәrrüfat aparır. Müddәtin bәrpası bәhanәsi ilә boşanmaqla bağlı guya mediasiya tәşkilatına müraciәt etdiyini bildirir. Lakin hәmin sәnәdin mәhkәmәyә tәqdim olunubolunmaması qeyri-müәyyәndir. Bundan әlavә,qeyd olunan qәtnamәnin onun әri vә ya başqası tәrәfindәn alınmasını tәsdiq edәn sәnәdin olub olmaması da müәyyәn deyildir. Sadәcә cavabdehin nümayәndәsinin yazdığı fikirlәri әsas götürәrәk qәtnamәdәn şikayәt vermә müddәtinin bәrpası barәdә qәrardad qәbul edilmişdir. Mübahisәlәndirilәn qәtnamә qanuni qüvvәyә minәndәn sonra icra olunması üçün icra idarәsinә ünvanlanmış vә o, icra mәmuru ilә әlaqә saxlayarkәn o, cavabdehi tapa bilmәdiklәrini vә onun barәsindә polisә axtarış verildiyini bildirәrәk ## ##### 2026-cı il tarixdә icraata başlanmaq haqqında qәrar qәbul edәrәk icraata başlanılmışdır. Bundan başqa, icra mәmurunun yanında olarkәn icra mәmuru kömәkçisi Nәrgizdәn Cavabdeh ilә әlaqә saxlayıb saxlamamasını soruşduqda sonuncu Xatirә ilә iki dәfә telefonla әlaqә saxlayaraq mәhkәmә qәtnamәsinin icrası ilә bağlı onlara icra işinin daxil olduğunu bildirdiyini vә bununla әlaqәdar olaraq icra idarәsinә gәlmәsini tәlәb etdiyini, әks tәqdirdә barәsindә axtarış verilәcәyini dediyini bildirmişdir. O, polis idarәsindә olarkәn dә bildirmişdilәr ki, Xatirәnin barәsindә axtarış işi açılmışdır. Odur ki, qeyd olunanlara әsasәn mәhkәmәnin qәtnamәsi rәsmi qaydada cavabdehә çatdırılmış hesab edilmәlidir. Onu da qeyd etmәk istәyir ki, qәrardadın tәsviri әsaslandırıcı hissәsindә qeyd olunub ki, guya mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımı qaydada xәbәrdar edilmәklәrinә baxmayaraq, iddiaçı yәni o, mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәyimin sәbәbi barәdә mәhkәmәni mәlumatlandırmamışdır. Bu tamamilә yalandır. Ona heç bir bildiriş vә ya mәlumat daxil olmamışdır, mәhkәmә iclasının keçirillmәsi ilә bağlı mәlumatsız olmuşdur. Yuxarıda qeyd olunanlara әsasәn, buraxılmış müddәtin bәrpa edilmәsi barәdә mәhkәmә qәrardadı lәğv edilәrәk müddәtin bәrpası barәdә әrizә müddәtin ötmәsinә әsasәn rәdd edilmәlidir. HÜQUQİ MƏSƏLƏLƏR Tәrәflәrdәn işә mәhkәmә iclasında baxılmasını istәdiklәri barәdә әsaslandırılmış vәsatәt daxil olmamış, hәmçinin mәhkәmә tәrәfindәn işә mәhkәmә iclasında baxılmasını zәruri edәn Azәrbaycan Respublikası Mülki Prossesual Mәcәllәsinin 397.2-ci maddәsindә nәzәrdә tutulan hallar aşkar edilmәmişdir. İş materiallarını araşdıraraq, şikayәtin dәlillәrini müzakirә edәrәk mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli vә onunla bağlı ## #### 2026-cı il tarixli qәrardadları lәğv edilmәli, buraxılmış prosessual müddәtin bәrpası barәdә vәsatәtә yenidәn baxılması üçün mülki iş Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılmalıdır. Birinci instansiya mәhkәmәsi vәsatәtin tәmin edilmәsini cavabdehin hazırki mәhkәmә mübahisәlәrinә görә әri ilә münasibәtlәrinin korlandığını, faktiki olaraq bir ünvanda yaşamadıqlarını vә bu sәbәbdәn әri Hacıbaba Mәdәtov tәrәfindәn qәtnamә ona tәqdim olunmadığından müddәtin ötürülmәsini üzrlü hesab etmәsi ilә әsaslandırmışdır. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin gәldiyi bu nәticәni aşağıdakı әsaslara görә qanuni vә әsaslı hesab etmir. Mәlum olduğu kimi Mülki Prosessual Mәcәllәsinin müddәalarına әsasәn mәhkәmә qәtnamәsindәn apellyasiya şikayәti qanunla müәyyәn edilmiş müddәtdә verilmәlidir. Buraxılmış prosessual müddәt isә yalnız onun üzrlü sәbәbdәn ötürüldüyü müәyyәn edildikdә bәrpa edilә bilәr. Prosessual müddәtin bәrpası institutunun tәtbiqi zamanı mәhkәmә yalnız şәxsin müddәtin ötürülmәsi barәdә formal izahı ilә kifayәtlәnmәmәli, müddәtin vaxtında hәyata keçirilmәsinә mane olmuş halların mövcudluğunu, hәmin halların şәxsin iradәsindәn asılı olubolmamasını, habelә tәqdim edilmiş sübutların bu halları tәsdiq edib-etmәdiyini araşdırmalıdır. Hazırkı iş üzrә birinci instansiya mәhkәmәsi cavabdehin mәhkәmә qәtnamәsindәn vaxtında apellyasiya şikayәti vermәmәsinin sәbәbi kimi qәtnamәdәn xәbәrsiz olmasını qәbul etmiş vә bu halı müddәtin bәrpası üçün üzrlü sәbәb hesab etmişdir. Halbuki, işin araşdırılan hallarından görünür ki, cavabdehin qәtnamәdәn faktiki olaraq hansı tarixdә xәbәrdar olması mәsәlәsi tam vә hәrtәrәfli müәyyәn edilmәmişdir. Belә ki, iddiaçı apellyasiya şikayәtindә qәtnamәnin qanuni qüvvәyә minmәsindәn vә icraata başlanılmasından sonra cavabdehin qәtnamә ilә müәyyәn edilmiş borcdan xәbәrdar olduğunu, hәtta onunla borcun qaytarılması barәdә söhbәt apardığını, hәtta icra icraatının başlanılmasından sonra icra mәmurunun kömәkçisi tәrәfindәn cavabdehlә telefon әlaqәsinin saxlanıldığını, ona mәhkәmә qәtnamәsinin icrası ilә bağlı icra sәnәdinin daxil olması barәdә mәlumat verildiyini vә icra idarәsinә gәlmәsinin tәlәb olunduğunu göstәrmişdir. Lakin qeyd olunan hallar üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn müvafiq şәxslәrin izahatlarının alınması, telefon әlaqәlәrinin vә onların mәzmununun hәr hansı sübutla tәsdiq edilib-edilmәmәsi, o cümlәdәn icra işi üzrә cavabdehә hansı sәnәdlәrin vә nә vaxt tәqdim edildiyinin müәyyәnlәşdirilmәsi istiqamәtindә kifayәt qәdәr araşdırma aparılmamışdır. Bununla yanaşı, әrizәni tәmin edәn aşağı instansiya mәhkәmәsi tәrәfindәn mövcud әrizәnin baxılması üçün mühüm әhәmiyyәt kәsb edәn hal kimi icra işini tәlәb edib cavabdehin qәtnamәnin könüllü icrası ilә bağlı bildirişin ona tәqdim edilmәsi vә s. kimi hallar barәdә mәlumatlı olması öyrәnilmәmişdir. Çünki iddiaçının icra icraatının başlanması, cavabdehin axtarışda olması, icra mәmurunun kömәkçisi tәrәfindәn cavabdehlә telefon әlaqәsi saxlanılması vә ona icra icraatının mövcudluğu barәdә mәlumat verilmәsi ilә bağlı dәlillәri dә prosessual müddәtin hansı tarixdәn etibarәn hesablanmasının müәyyәn edilmәsi baxımından әhәmiyyәtlidir. Bu baxımdan mәhkәmә kollegiyası hesab edir ki, müddәtin bәrpası mәsәlәsinin hәlli üçün qәtnamәnin cavabdehә mәhz rәsmi qaydada tәqdim edilib-edilmәmәsi ilә yanaşı, onun qәtnamәdәn faktiki olaraq xәbәrdar olduğu tarix dә әhәmiyyәtlidir. Çünki şәxs mәhkәmә aktından xәbәrdar olduğu vә hәmin aktdan şikayәt vermәk üçün real imkan әldә etdiyi halda, qanunla nәzәrdә tutulmuş prosessual hәrәkәti ağlabatan müddәtdә hәyata keçirmәlidir. Baxılan iş üzrә isә birinci instansiya mәhkәmәsi cavabdehin qәtnamәdәn xәbәrdar olmadığı barәdә әrizәsindә göstәrdiyi halları digәr sübutlarla müqayisәli şәkildә qiymәtlәndirmәmiş, iddiaçının bunun әksini tәsdiq edәn dәlillәri dә lazımi qaydada araşdırılmamışdır. Lakin qeyd edilәn halların mövcudluğu özlüyündә cavabdehin mәhkәmә qәtnamәsindәn konkret tarixdә xәbәrdar olduğunu birmәnalı olaraq tәsdiq etmir. Bu sәbәbdәn hәmin hallar müvafiq icra sәnәdlәri, tәqdimetmә barәdә mәlumatlar, telefon әlaqәsinә dair mövcud sәnәdlәr vә digәr obyektiv sübutlarla tәsdiq edilmәlidir. Prosessual müddәtin bәrpası üçün isә yalnız şәxsin subyektiv izahatının mövcudluğu kifayәt hesab edilә bilmәz. Üzrlü sәbәb elә hal olmalıdır ki, onun mövcudluğu şәxsin iradәsindәn asılı olmasın vә prosessual hәrәkәtin vaxtında hәyata keçirilmәsinә real maneә yaratsın. Bu baxımdan birinci instansiya mәhkәmәsinin yalnız cavabdehin nümayәndәsinin izahatını әsas götürmәklә, qәtnamәnin cavabdehә tәqdim edilmәsi vә onun qәtnamәdәn faktiki xәbәrdar olduğu tarixlә bağlı iş materiallarında olan digәr halları lazımi qaydada qiymәtlәndirmәdәn müddәtin bәrpası barәdә nәticәyә gәlmәsi әsaslı hesab edilә bilmәz. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn prosessual müddәtin ötürülmәsinin sәbәblәri tam vә hәrtәrәfli araşdırılmadan, hәmin sәbәblәrin üzrlü olmasını tәsdiq edәn kifayәt qәdәr obyektiv sübutlar müәyyәn edilmәdәn müddәtin bәrpa edilmәsi barәdә nәticәyә gәlinmişdir. Hәmçinin mәhkәmә kollegiyası hesab edir ki, prosessual müddәtin bәrpası barәdә әrizәnin tәmin edilmәsi üçün qanunla tәlәb olunan әsasların mövcudluğu lazımi qaydada müәyyәn edilmәdiyindәn, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrardadı әsaslı vә qanuni hesab edilә bilmәz. Bu baxımdan mәhkәmә kollegiyası hesab edir ki, iddiaçı İddiaçı şikayәti qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli vә onunla bağlı ## #### 2026cı il tarixli qәrardadları lәğv edilmәli, buraxılmış prosessual müddәtin bәrpası barәdә vәsatәtә yenidәn baxılması zamanı qәrardadın tәsviri vә әsaslandırıcı hissәsindә göstәrilәn nöqsanlar aradan qaldırılmaqla qanuni vә әsaslandırılmış mәhkәmә aktının qәbul edilmәsi üçün mülki iş Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılmalıdır. Mülki Prosessual Mәcәllәnin 398.0.2. maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin, şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Mülki Prosessual Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı şikayәti qismәn tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli vә onunla bağlı ## #### 2026-cı il tarixli qәrardadları lәğv edilsin. Cavabdeh Cavabdeh nümayәndәsi vә vәkili vәkil2 tәrәfindәn verilmiş buraxılmış prosessual müddәtin bәrpası barәdә vәsatәtә yenidәn baxılması vә mәhkәmә baxışının nәticәsi kimi qanuni vә әsaslandırılmış mәhkәmә aktının qәbul edilmәsi üçün mülki iş Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılsın. Qәrardad qәbul edildiyi andan qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar