Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-977/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Məmmədov Fuad Əli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə aralarında bağlanmış ##.##.2006-cı il tarixli, ** nömrəli akt qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul edərək, iddiaçı ilə aralarında bağlanmış ##.##.2006-cı il tarixli nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir.
3. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Fərid Yaqubov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
4. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, nikaha xitam verilməsi barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət edilmədən, birbaşa məhkəməyə müraciət edildiyindən, işə məhkəmədə baxılmalı olmaması əsası ilə hazırki iş üzrə icraata xitam verilməli, iddiaçıya qeyd olunan məsələ ilə bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır.
5. Iddiaçı İddiaçı həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət vermişdir.
6. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, o, cavabdehlə nikahın pozulması ilə bağlı ilk olaraq Şamaxı Rayonunda Mediasiya Təşkilatına müraciət etmişdir. Iş materiallarında olan Mediasiya Arayışından görünür ki, nikahın pozulması ilə əlaqədar cavabdeh Cavabdeh xəbərdar edilsə də mediasiya prosesinə gəlməmişdir. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadında yazılmışdır ki, məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul edərək, iddiaçı ilə aralarında bağlanmış ##.##.2006-cı il tarixli nikahın pozulmasına etiraz etmədiyini demiş və həmçinin bildirmişdir ki, iddiaçı ilə birgə nikahdan olan iki övladı artıq yetkinlik yaşına çatmışdır. Bu qərardadda yazıldığı kimi o, isə məhkəməyə ərizə ilə müraciət edərək, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və barışıq üçün vaxt verilmədən, cavabdehlə aralarında olan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsi isə sadəlövhcəsinə cavabdeh Cavabdeh sözlərinə inanaraq iş üzrə icraata əsassız olaraq xitam verib yazmışdır ki, guya nikahın pozulmasına cavabdeh razıdır və birlikdə gedib Qeydiyyat şöbəsində boşana bilərlər. Halbuki, cavabdehin məhkəməni aldadaraq “guya nikahımızın pozulmasına razıdır” deməkdə məqsədi onu süründürmək və boşanma prosesini ləngitməkdir. Əgər o, nikahın pozulmasına razı olsaydı mediasiya prosesində iştirak edərdi. Əslinin elektron nüsxəsini bu ərizəyə daxil etdiyi ## #### 2026-cı il tarixli Azərpoçt qəbzindən görünür ki, o, cavabdehlə nikahın pozulmasından ötrü X1 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. ## #### 2026-cı il tarixdə Qeydiyyat Şöbəsinə gedib həmin ərizənin nəticəsi ilə maraqlanarkən bildirilmişdir ki, cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixinədək vaxt verilib, əgər cavabdeh həmin vaxtadək X1 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə gəlməzsə, bu halda nikahın pozulmasına dair ərizənin icrasından imtina aktını ona verəcəklər və həmin sənədi məhkəməyə təqdim edəcək. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli xitam qərardadından şikayət etmə müddəti keçməsin deyə o, bu şikayəti vermişdir. Eyni zamanda bu şikayətə daxil etdiyi ## #### 2026-cı il tarixli Azərpoçt qəbzini sübut kimi məhkəməyə təqdim edib xahiş edir ki, bu şikayəti məhkəmənin icraatına qəbul edilməklə ## #### 2026-cı il tarixinədək iş üzrə icraatın dayandırılması qanunamüvafiq olar. Beləliklə, əgər cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixinədək bu qərardadda tövsiyyə olunduğu kimi nikahın pozulması üçün X1 Xidmət Mərkəzindəki Qeydiyyat şöbəsinə gəlsə belə halda nikah pozulacaqdır və bu barədə məhkəməni məlumatlandırmaqla hazırki şikayəti geri götürəcək. Yox əgər, cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixinədək nikahın pozulması üçün X1 Xidmət Mərkəzindəki Qeydiyyat şöbəsinə gəlməzsə, bu halda veriləcək imtina aktını elektron məhkəmə kabineti vasitəsilə iş materiallarına daxil edəcək, həmçinin əslini də məhkəməyə təqdim edəcək ki, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunsun və cavabdehlə onun nikahı məhkəmə qaydasında pozulsun. Odur ki, hesab edir ki, haqlı və əsaslı şikayəti təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunaraq bu mülki işin məhkəmə icraatı davam etdirilməli və onunla cavabdeh Cavabdeh ilə aralarında bağlanmış ##.##.2006-cı il tarixli, ** nömrəli akt qeydinin pozulması barədə qətnamə çıxarılmalıdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
10. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası (...) 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)
11. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.
12. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
14. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
16. Mülki Prosessual Məcəllənin (MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, nikaha xitam verilməsi barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət edilmədən, birbaşa məhkəməyə müraciət edildiyindən, işə məhkəmədə baxılmalı olmaması əsası ilə hazırki iş üzrə icraata xitam verilməli, iddiaçıya qeyd olunan məsələ ilə bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır.
18. Hazırkı iş üzrə iddiaçı tərəfindən qeydiyyat şöbəsinə müraciət edildiyi və həmin orqan tərəfindən nikahın pozulmasından imtina edildiyi sonradan iş materiallarına əlavə edilmiş Şamaxı Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin ##.##.2026-cı il tarixli məktubu ilə təsdiq olunur.
19. Belə ki, Şamaxı Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı nikahın pozulması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Cavabdeh nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən nikahın pozulması qeydiyyat orqanında mümkün olmamış və iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
20. Kollegiya qeyd edir ki, iddiaçı nikahın pozulması üçün HYPERLINK "https://eqanun.az/framework/605" \o "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri"müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyindən və nikahın pozulmasının məhkəmədənkənar həyata keçirilməsi baş tutmadığından Ailə Məcəlləsinin 19cu maddəsinə görə hazırda mövcud mübahisəyə məhkəmədə baxılması zərurəti yaranmışdır. Prosessual qənaət prinsipi baxımından və işə məhkəmədə baxılmasına mane olan hal aradan qalxdığından, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.