Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1081/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1700 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37.40 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qətnamə # #### 2026-cı il tarixdə qəbul edilsə də, poçt vasitəsilə rəsmi qaydada göndərilərək cavabdehə təqdim edilməmişdir. Onun üçün elektron kabinet yaradılsa da, istifadə edə bilmədiyini (savadsız olduğunu) bildirir. Ona görə də, qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatı olmamışdır. O, qətnamənin poçt vasitəsilə rəsmi qaydada gələcəyini və bundan sonra apellyasiya şikayəti verə biləcəyini düşünmüşdür. Sənədin gəlmədiyini gördükdə, vəkillərdən elektron kabinetinə baxmasını xahiş etmişdir. Vəkil kabinetə baxarkən qətnamənin bura # #### 2026-cı il tarixdə yerləşdirildiyini müəyyən etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, elektron kabinetdən istifadə edə bilmədiyi üçün onun bundan xəbəri olmamışdır. Ona görə də, apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxdığını hesab edir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “EMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, # #### 2026-cı il tarixli qətnamə Cavabdeh adına elektron məhkəmə informasiya sistemi (e-mehkeme.gov.az) üzərində yaradılmış elektron kabinetə ##.##.2026-cı il tarixdə saat 16:20-də yerləşdirilmişdir. Ona görə də, Cavabdeh müddət bərpa ərizəsində göstərdiyi elektron məhkəmə informasiya sistemi üzərindən qətnamənin verilməməsilə bağlı məsələ mübahisələndirilə bilməz. Digər tərəfdən cavabdeh özü müddətin bərpası ilə bağlı ərizəsində qeyd edir ki, “Mən elə bilmişəm ki, qətnamə poçt vasitəsi ilə mənə rəsmi gələcək ondan sonra mən apellyasiya şikayəti verərəm.” Göründüyü kimi, cavabdehin məqsədi sübut təqdim etmək və işin araşdırmasında iştirak edərək dəlillər gətirmək deyil, sadəcə qətnamənin icrasını uzatmaq məqsədi ilə hərəkət edir. Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə vəsatətdə savadsızlığdan məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə məsələyə isə məhkəmə qiymət verərək, hesab edir ki, savadsızlıqla bağlı apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin ötürülməsi üzrlü səbəb hesab olunmamalıdır. MPM-nin tələbələri baxımından üzrlü hesab edilən halları sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür ki, sonuncu prosessual müddətin bərpa edilməsi barədə vəsatətinə müddətin buraxılmasının üzrlü səbəblərdən baş verməsini təsdiq edən hallar göstərməmişdir. Qərardaddan Cavabdeh şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in tələblərinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Qətnamədən apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmçinin posessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, həmin müddət keçdikdən sonra verilən şikayət və sənədlərə baxılmır, onları verən şəxsə qaytarılır. Bununla yanaşı, qeyd edilməlidir ki, MPM-in 10-1.1-10.1.3-cü maddələrinə əsasən elektron qaydada mülki işlər üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Beləliklə, məhkəmə tərkibi bildirir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən Çıxarışdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi Cavabdeh elektron kabinetinə # #### 2026-cı il tarixdə yerləşdirilmişdir (səh. 49). MPM-in 135.5-ci maddəsinin tələbləri baxımından prosessual müddətin hesablanması həmin gündən başlanıldığından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət # #### 2026-cı il tarixdə artıq başa çatmışdır. Apellyasiya şikayəti isə ## #### 2026cı il tarixdə verilmişdir ki, Cavabdeh prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməmişdir. O da qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki Lənkəran Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1081/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1081/2026
04.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver