Məhkəmə qərarları › İş №2(3-9)-15/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-15/2026

17.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-15/2026 17.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi ilə, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X6 Cavabdehnə (İB) qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X9 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 41148 kub metr qaz sərfiyyata görə hesablanmış 4937,76 manat məbləğində borcun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Masallı rayonu Köhnə Alvadı kəndində özünə məxsus fərdi yaşayış evi vardır. O, həmin evdə yaşamır, uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Onun evi qəzalı vəziyyətdə olduğundan evə quraşdırılan qaz sayğacından istifadə etmək məqsədəuyğun hesab olunmamış, lakin həmin qəzalı evdə Bambaşı kənd sakini X1 evi olmadığından özünə sığınacaq olaraq üç azyaşlı övladı ilə həmin evdə yaşamışdır. Bir neçə il həmin qəzalı ev tamamilə ilə uçduğu üçün evdə yaşayan Xəzər adlı vətəndaş qonşu yarım tikili binaya daşınmağa məcbur qalmışdır. Lakin, həmin evdə qaz xətti və qaz sayğacı olmadığından düşünüb ki, qazın verilməsi dayandırılmış, qaz sayğacından nazik bir şlanqla yarımtikiliyə qaz xətti çəkmişdir. Azəriqaz İB-nin əməkdaşları sayğaca və yarımtikiliyə baxış keçirmiş və torpaqdan sayğaca gedən dəmir boruya qaynaq olunmuş əlavə çıxıntı xətt aşkarlamışlar. Lakin həmin çıxıntı xətt onun yaşadığı evə qədər getmir, sadəcə çıxıntı və çıxıntının ağzını rezin boruyla sıxılmış formada aşkarlamışlar. Azəriqazın əməkdaşları onun burada yaşamadığını görüb həm Xəzər adlı şəxsin adını tərtib etdikləri aktda qeyd edərək imzayıblar və onun evində olmayan aqreqatları özlərinin tərtib etdiyi akta qeyd edərək ona böyük məbləğdə, hətta küllü miqdarda pul cəriməsi hesablayıblar. Azəriqaz əməkdaşları xətti aşkarlayanda evindəki aqreqatlara baxış keçirmədən elektron sayğac göstəricisinin sayğacı ilə hesablama aparıb mexaniki sayğaca böyük məbləğdə cərimə yazıblar. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi iddiaya yazılı etiraz etmiş, iddianın rədd edilməsini xahiş etmiş, etirazında göstərmişdir ki, Lənkəran X12 İdarəsinin Masallı Xidmət Sahəsinin əməşdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı rayonu Köhnə Alvadı kəndində yaşayan X7 məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğaca baxış keçirmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə görə 41148 kub metr olmaqla 4937,76 manat pul X2 abonent hesabına hesablanmışdır. İddiaçının bildirdiyinə görə, o, həmin evdə yaşamır, həmin evdə X3 yaşayır və xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilən zaman həmin aktda X.Məmmədovun şəxsiyyət vəsiqəsi qeyd edilib guya onun imzasına oxşar imza ediblər. Bu fərziyyə həqiqətə uyğun deyil. Əgər sənəddə kimin adının qabağında imza varsa, demək həmin imzanı həmin şəxs edibdir. Masallı Rayon Məhkəməsinin (hakim Coşqun Abdullayev) 20 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Lənkəran X12 İdarəsi tərəfindən Agaev İsraılin (X9) abunə hesabına 15 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış borcun azaldılaraq, 738.72 (yeddi yüz otuz səkkiz manat yetmiş iki qəpik) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Cavabdeh İB Lənkəran RQİİ tərəfindən iddiaçı X4 adına xx.xx.2023-cü il tarixli ******* saylı akt və həmin akt əsasında itirilmiş qazın bərpasına görə hesablanmış 41148 kub. metr qaza görə hesablanmış borcun 4937,76 manat kimi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni cavabdeh tərəfindən sayğacdankənar istifadə etməsi faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən itirilmiş qazın bərpası üzrə iddiaçının abonent bazasında 41148 kub metr olmaqla 4937,76 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsi faktı aşkar edilmiş (məhkəməyə video disk təqdim edilmişdir) və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin dəymiş ziyanın bərpasına dair tələbnaməyə (Qaz təchizatı haqqında qanunun 8.1 maddəsinə uyğun) istinad etməmişdir. Məhkəməyə təqdim etdiyi video disk sübut kimi qəbul edilməmişdir. Digər tərəfdən məhkəmə iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salınsa görərik ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı azdır. Prosessual məsələlər İddiaçı və cavabdehin təmsilçisi apellyasiya baxışında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının iştirakı olmadan keçirilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, 31 mart 2023-cü il tarixli, ******* nömrəli akta görə Cavabdeh İB-nin əməkdaşları Ağayev İsrailə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və təbii qazdan istifadə edilməsinə görə dəymiş ziyan məbləğinin hesablanması barədə akt tərtib edilmişdir. Akt, onu tərtib edən şəxslər və Xəzər Məmmədov adlı şəxs tərəfindən imzalanmışdır. Cavabdeh İB Lənkəran X12 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli hesabata görə, qaz işlədicilərindən, PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 135 gün, qənaətli su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Ümumilikdə 41148 kub/metr sərfiyyata görə ziyan hesablanmışdır. 2021-2022-ci illər üzrə istehlakçı Agaev İsraılə aid abonent hesabından çıxarış təqdim edilmişdir. Birinci instansiya məhkəməsində araşdırmadan o da bəlli olur ki, cavabdeh tərəfindən təqdim edilmiş və iş materialına əlavə edilmiş CD diskdə olan videogörüntülərə görə, İsrail Ağayevə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına gələn qaz xətti bağlı vəziyyətdə olsa da, fərdi yaşayış evinə qeyri qanuni yolla çəkilmiş qaz xətti ilə qazın gəlməsi aşkar edilmişdir. Həmçinin, bundan sonra evin qaz xəttinə rezin boru vasitəsilə uzaq məsafədən torpağın altı ilə qaz xəttinin çəkilməsi məlum olmuşdur. İzahatlardan bəlli olur ki, Cavabdeh İB əməkdaşları tərəfindən tərtib edilmiş akt üzrə sərf edilmiş (talan edilmiş) qazın dəyəri vurulmuş ziyan kimi hesablanaraq abonentin (iddiaçının) hesabına yazılmışdır. İddiaçı hazırki tələbində hesablanmış ziyanın qanunsuz sayılmasını tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olmuş «Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-ci bəndinə əsasən, bu Qaydaların 2.11-1ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin hallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində sayğacdan kənar xəttin mövcudluğu faktını etiraf etmişdir. Lakin iddiaçı sayğacdan kənar xəttin 1 il ərzində deyil, qısa bir müddət ərzində mövcud olduğunu bildirmişdir. Cavabdeh İB tərəfindən isə tərtib edilmiş akt əsasında bir illik (360 günlük) sərfiyyat hesablanmışdır. İlk növbədə qeyd edilməlidir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Bununla yanaşı, qanunsuz qoşulma faktı vardır. Mübahisəli hal borcun hansı müddətə hesablanması barədədir. Aktdan və tələbnamədən göründüyü kimi, ziyanın hesablanması barədə tələbnamədə qaz işlədicilərdən PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 135 gün, Qənaətli su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə hesablanmışdır. Məhkəmə hesb etmişdir ki, dəymiş ziyanın məbləği maksimium 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi. Aktın tərtib edildiyi əvvəlki aylarda qazın maksimal səviyyədə istifadə olunması ağlabatan deyil və bu barədə cavabdeh tərəf məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən iddiaçıya məxsus sayğac ən azı 3 aydan bir cavabdeh şirkətin əməkdaşları tərəfindən yoxlanılmalı idi. Şirkət tərəfindən qeyri-qanuni qoşulma aşkar edilməmişdən əvvəl konkret hansı tarixdə yoxlamanın keçirildiyini müəyyən etmək mümkün deyildir. Belə olan halda, qeyri qanuni qoşulma faktının aşkar edildiyi vaxtdan 3 ay əvvəl cavabdeh şirkət tərəfindən sayğacın yoxlanıldığını, həmin vaxt isə sayğaca qanunsuz qoşulmanın olmadığı qənaətinə gəlmək olar. Ona görə də məhkəmə yalnız son 3 aya münasibətdə dəymiş ziyanın bərpa olunmasını məqsədəmüvafiq hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 90 gün götürülməklə sutkanın 12 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, qaz xəttinə qanunsuz qoşulma faktı müəyyən edilsə də Qazdan istifadə qaydalarının tələbləri nəzərə alınmaqla sərfiyyat müddətinin 360 gün göstərilməsi əsaslı sayıla bilməz. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, borcun məbləği (vurulmuş ziyanın miqdarı) hesablanarkən «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin, “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinin tələbləri, akt üzrə borcun hesablandığı müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və s. nəzərə alınmalıdır. Qaz xəttinə qanunsuz qoşulma halı müəyyən edilsə də abonentin qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət, onun istifadəsində olan qaz qurğularının xüsusiyyətləri müəyyən edilmir. Halbuki, adı çəkilən Qaydaların 6.5-ci bəndinin tələblərinə görə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası kimi hallar nəzərə alınmalı idi. Cavabdeh şirkət tərəfindən iddiaçıya sutkanın 24 saatı və 360 günlük müddət nəzərə alınmaqla borc hesablanmışdır. Lakin sutkanın 24 saatı və 360 günlük müddət nəzərə alınmaqla borcun hesablanması əsaslandırılmamışdır. Cavabdeh tərəf apellyasiya şikayətində onu qeyd etmişdir ki, məhkəmə iddiaçının hesabından çıxarışdan olan məlumatları da araşdırmamışdır. Belə ki, SALDO-dan göründüyü kimi, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı azdır. Kollegiya bu arqumenti əsaslı saymır. Cavabdeh tərəf akt tərtib edilən vaxt üzrə hesabdan çıxarışı deyil, 2021-2022-ci illər üzrə abonent hesabından çıxarış təqdim edilmişdir ki, bu sənəddən də göründüyü kimi müvafiq mövsüm üzrə sayğac üzrə hesablanan və qaz sərfiyyatı və ödənişin məbləği cavabdehin hesabladığı kimi çox deyil. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçıya sutkanın 24 saatı və 360 günlük müddət nəzərə alınmaqla borcun hesablanması əsaslı sayıla bilməz. “Qazdan istifadə Qaydaları”nın tələblərinə görə, istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Bu baxımdan belə demək mümkündür ki, qaz paylayıcısı ən azı 3 aydan bir baxış keçirməli və aşkara çıxarılmış nöqsanlar barədə müvafiq akt tərtib etməli idi. Ona görə də aktın tərtib edilməsindən əvvəlki ən azı 3 aylıq müddət üzrə borcun hesablanması daha düzgündür. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-3392/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar