Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-170/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh1 və Lənkəran Rayon * saylı Notariat Kontoruna qarşı «qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında ## ####### 2012 ci il tarixli, V-2v-03-**** reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, atası Nəsirov Ağahüseyn Feyzulla oğlu tərəfindən Kapitalbank ASC-nə miras qoyulmuş əmanətdən ona aid olan payın müəyyən edilərək ona verilməsi, atası mərhum Nəsirov Ağahüseyn Feyzulla oğlundan miras qalmaqla Lənkəran rayonu, Xolmili kəndində yerləşən həyətyanı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi, mərhum X1ndan miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Lənkəran rayon İcra Hakimiyyəti başçısının Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev barəsində və Lənkəran rayon * saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu Səfər İsmayılov barədə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün müvafiq orqanlara göndərilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1958-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində doğulmuşdur, hazırda Lənkəran rayonunun Xolmili kəndində qeydiyyatda olmaqla orada yaşayır. Atası Nəsirov Ağahüseyn Feyzulla oğlu ilə X1 1947-ci ildə evlənmişlər. Nikahlarını isə ## ######## 1956-cı ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 1948-ci ildə X15, 1950-ci ildə cavabdeh2 qızı, 1954-cü ildə cavabdeh4, 1956cı ildə cavabdeh1 və 1958-ci ildə o anadan olmuşdur. Atası Nəsirov Ağahüseyn Feyzulla oğlu ## ###### 2001-ci il tarixdə vəfat etmişdir. X1 isə ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Atası və anası vəfat edərkən onların mülkiyyətində Lənkəran rayonu Xolmili kəndində həyətyanı torpaq sahəsi həmçinin 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Bundan əlavə olaraq atası mərhum Nəsirov Ağahüseyn Feyzulla oğlunun adında Kapitalbank ASCdə əmanət olmuşdur. Lakin buna baxmayaraq atası vəfat etdikdən sonra onun adında olan əmanəti Lənkəran rayon İHB-nın Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev tərəfindən verilmiş saxta arayışa əsasən cavabdeh2 verilmişdir. Belə ki, Lənkəran rayon İHB-nın Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev tərəfindən verilmiş saxta arayışda qeyd edilmişdir ki, mərhum Nəsirov Ağahüseyn Feyzulla oğlunun cəmi iki vərəsəsi qalmışdır. 1-ci X1 və 2-ci cavabdeh2. Həmin arayış əsasında Lənkəran rayon * saylı Dövlət Notariat Ofisində vərəsəlik işi açılaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsinə əsasən də cavabdeh2 atamdan miras qalan və Kapitalbank ASC-də saxlanılan əmanəti götürmüşdür. Həmçinin onun əldə etdiyi şifahi məlumata əsasən atası Nəsirov Ağahüseyn Feyzulla oğlundan miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən həyətyanı torpaq sahəsi onun digər qardaşı cavabdeh4 adına və Hökümullanın oğlu Rəşad adlı şəxsin adına sənədləşdirilmişdir. Bütün bunlardan isə onu X5 məhkəməyə verərək yaradılmış maneələrin aradan qaldırılması barədə iddia irəli sürdükdən sonra vəkilinin sayəsində məlumatlı olmuşdur. Lakin onun vəkili tərəfindən müvafiq olaraq Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsinə və həmçinin Kapitalbank ASC-nə müvafiq sorğular verilərək lazımi məlumatlar əldə edilməsinə çalışılsa da bu mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsi tərəfindən qeyd edilmişdir ki, o, vərəsə kimi Notariat orqanında tanındıqdan sonra ona cavab verilməsi mümkündür. Notariat Orqanına isə müraciət etsə də onu vərəsə kimi tanımayaraq artıq vərəsəlik işi açılaraq vərəsə kimi cavabdeh2 tanındığı və məhkəməyə müraciət etmək səlahiyyətinin olduğu qeyd edilmişdir.Yuxarıda göstərdiyi kimi qeyd olunan daşınmaz əmlaklar və Bankda yerləşdirilən əmanət onun atası Nəsirov Ağahüseyn Feyzulla oğlundan və X1ndan miras qalmışdır. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia qismən təmin edilmiş, Lənkəran rayon * saylı Dövlət Notariat Ofisinin ## ####### 2012-ci il tarixli, V-2v-03 **** reyestr nömrəli şəhadətnaməsinin etibarsız hesab edilməsi, mərhum Nəsirov Ağahüseyn Feyzulla oğlu tərəfindən “xxxx”-nın Lənkəran filialının kassasında 12,1967 və A-2321 şəxsi hesabında 1992-ci il ## ###### tarixinə “Keçmiş SSRİ Əmanət Bank” dövründə qoyulmuş əmanətı İddiaçı 1/5 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ##.##.2024-cü il tarixli Lənkəran Regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinin xüsusi notariusu Səfər İsmayılov tərəfindən verilmiş məktubdan görünür ki, ##.##.2001-ci il tarixdə vəfat etmiş Nəsirov X22 rayon * saylı notariat ofisində vərəsəlik işi açılmışdır və vərəsəsi cavabdeh2 müəyyən olunmuş və bu barəəd müvafiq şəhadətnamə verilmişdir. ##.##.2024-cü il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı həqiqətən Lənkəran rayonun Xolmili kəndində qeydiyyatda olmaqla yaşayır. 2001-ci il tarixdə vəfat etmiş atası Nəsirov Ağahüseyn Feyzulla oğlunun X3, X15, cavabdeh2, cavabdeh4, cavabdeh1 və İddiaçı adlı ailə tərkibi vardır. ##.##.2012-ci il tarixli Lənkəran rayon * saylı Notarius ofisinin verdiyi vərəsəlik haqqında şəhadətnamədən görünür ki, ##.##.2001-ci il tarixdə vəfat etmiş Nəsirov Ağahüseyn Feyzulla oğlunun vərəsəsi Lənkəran şəhəri, P.Təhməzov küçəsi, ev 21, mənzil 40-da yaşayan X7 şəhadətnamə verilən miras əmlaklar “xxxx”-nın Lənkəran filialının kassasında 12,1967 və A- 2321 şəxsi hesabında 1992-ci il ## ###### tarixinə “Keçmiş SSRİ Əmanət Bank” dövründə qoyulmuş əmanətdən ibarətdir. 2012-ci il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, ##.##.2001-ci il tarixdə vəfat etmiş Nəsirov Ağahüseyn Feyzulla oğlunun vərəsəsi X2 qalmışdır. Arayış Lənkəran notariat kontoruna təqdim olunması üçün verilmişdir. ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsirov Ağahüseyn Feyzulla oğlu ##.##.2001-ci il tarixdə vəfat etmişdir. 227946 seriyalı nikah şəhadətnaməsindən görünür ki, Nəsirov Ağahüseyn Feyzulla oğlu ilə X2 ##.##.1956-cı il tarixdə ** saylı aktla Lənkəran Rayon Xolmili kənd Sovetliyində nikahları rəsmiləşdirilmiş, nikahdan sonra arvada Nəsirova, ərə Nəsirov soyadı verilmişdir. Doğum şəhadətnaməsindən görünür ki, cavabdeh2 ##.##.1949-cu il tarixdə doğulmuşdur. Atası Nəsirov Ağahüseyn Feyzulla oğlu X1dır. ##.##.2012-ci il tarixli ərizədən görünür ki, Xolmili kənd sakini X4 ##.##.2001-ci il tarixdə vəfat etmiş mərhum əri Nəsirov Ağahüseyn Feyzulla oğlundan qalmış miras əmlakdan imtina edərək qəbul etməmiş və gələcəkdə də qəbul etməyəcəyi barədə ərizə yazmışdır. Ərizə, Lənkəran rayon Xolmili kənd icra nümayəndəliyi tərəfindən təsdiqlənmişdir. ## ### 2018-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Xolmili kəndində ümumi sahəsi olan 70.4 kv .m 0.17189 ha torpaq sahəsi və həmin torpaq sahəsi X5 mülkiyyətindədir. ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi dairəsinin rəisi İmran Əziziovun verdiyi məktubdan görünür ki, X2 adına, Lənkəran rayon AİK-in ##.##.1998-ci il tarixli,** nömrəli qərarına əsasən ayrılmış Lənkəran rayon Xolmuli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,50 ha pay torpaq sahəsi JN-*** nömrəli Dövlət aktı ilə və Lənkəran rayon AİK-in ##.##.1998-ci tarixli, ** nömrəli qərarına əsasən ayrılmış, Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,31 ha həyatyanı torpaq sahəsi JN-***F nömrəli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır və onun tərəfindən özgəninkiləşdirilən daşınmaz əmlak aşkar edilməmişdir. ##.##.2018-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən X6 rayonun Xolmili kəndində yerləşən ümumi sahəsi 104.2 kv/m olan fərdi yaşayış evini ( Liter- A 1 33.8 kv/m,1 otaq) hissədə hədiyyə alan cavabdeh2 Hüseynağa oğluna, ( Liter-A 1 70.4 kv/m,2 otaq) hissədə hədiyyə alan X5 bağışlamışdır. ## ### 2018-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Xolmili kəndində ümumi sahəsi olan 104.2 kv/m olan 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi X6 mülkiyyətindədir. ##.##.2025-ci il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Lənkəran rayon Xolmili kənd ərazi dairəsi üzrə nümayəndəliyinin ** nömrəli Təsərrüfatbaşı kitabının 116-cı səhifəsində şəxsi hesab nömrəsi 150 olan təsərrüfat qeydiyyatda X2 tək olmuşdur. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, Lənkəran rayonun Xolmili kəndində yerləşən 0,17189 hektar həyətyanı torpaq sahəsinin 0,01 ha hissəsi cavabdeh İddiaçı qanunsuz sahibliyindən iddiaçı X5 qaytarılmışdır. Cavabdeh İddiaçı tərəfindən həmin torpaq sahəsinin 0.01 ha hissəsini ayıran metal torla hasarlanmış hasar cavabdehin hesabına sökulməsi və cavabdeh İddiaçı tərəfindən iddiaçı X5 törədilən maneələr aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçınən tələbi beş hissədən ibarət olmaqla dörd hissədə payın müəyyən edilərək ona verilməsi və digər hissədə isə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsindən təşkil edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ## ####### 2012-ci il tarixli, V-2v-03-**** reyestr nömrəli şəhadətnamənin etibarız hesab edilməsi hissəsində iddiaçının mövqeyi açıq-aydın haqlı və əsaslıdır. Belə ki, həm iddiaçı, həm də məhkəmədə izahat vermiş cavabdeh Hökmülla Nəsirov ailədə ata, ana, üç qardaş və iki bacı olduqlarını təsdiq etmişlər. Bu hal məhkəmədə araşdırılan ##.##.2024-cü il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin ailə tərkibi haqqında arayışı ilə də tam təsdiq edilir. 2012-ci il tarixli Lənkəran şəhər İHB-nın Xolmili kənd İƏD-i üzrə nümayəndəliyinin verdiyi arayışda ##.##.2001-ci il tarixdə vəfat etmiş Nəsirov Ağahüseyn Feyzulla oğlunun vərəsəsinin X2 və X7 qeyd edilməsi məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, həmin arayışın verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş və notariat ofisinə məlumatlar tam verilməmişdir. Göründüyü kimi, ## ####### 2012-ci il tarixli, V-2v-03-**** reyestr nömrəli şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, iddia həmin hissədə təmin edilməli və ## ####### 2012-ci il tarixli V-2v-03-**** reyestr nömrəli şəhadətnamə ləğv edilməlidir. Lakin bununla yanaşı o, da qeyd edilməlidir ki, həmin şəhadətnamənin verilməsi Nəsirov Ağahüseyn Feyzulla oğlu tərəfindən Kapitalbank ASC nə miras qoyulmuş əmanətlə bağlı olmuşdur. Həmin əmanətin hansı məbləğdə olması isə məhkəmə iclasında müəyyən edilməmiş, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqim edilməmişdir. Odur ki, iddiada qeyd edilən 2600 manat məbləğində pul məhkəmə iclasında təsdiqini tapmadığından iddia o hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən atasından miras qalmış əmlaka dair tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən Nəsirov Ağahüseyn Feyzulla oğlu ##.##.2001-ci il tarixdə ölmüşdür. Həmin vaxt qüvvədə olan MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi həmin zaman qüvvədə olan qanunvericiliyə görə iddiaçı ən gec atasının ölümündən altı ay müddətində iddia ilə müraciət edə bilərdi. O da qeyd olunmalıdır ki, iddiaçı tərəfindən atasının ölümü haqqında məlumat dərhal əldə edilmişdir. Eyni zamanda, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı atasından miras qalmış mübahisə premdeti olan Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq da qəbul etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi “atası Nəsirov Ağahüseyn Feyzulla oğlundan miras qalmaqla Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi” hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə iddiaçının anasından qalmış torpaq sahəsi və yaşayış sahəsində payın müəyyən edilməsinə dair tələbinə münasibətdə də qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ##.##.2012-ci il tarixli, qeydiyyat nömrəsi 7211433782 olan yaşayış sahəsi ##.##.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X6 tərəfindən cavabdeh2 Hüseynağa oğluna və X5 bağışlanılmışdır. Bu hal, yəni bağışlanma haqqında məlumat da iddiaçıya məlum olmuşdur. İddiaçı bu halı məhkəmədə etiraf etmişdir. Odur ki, hazırkı iddianın verilməsində də iddiaçının həmin anda subyektiv hüququ olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçının “Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ##.##.2012-ci il tarixli, qeydiyyat nömrəsi 7211433782 olan və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən ona düşən payın müəyyən edilərək ona verilməsi” iddiası da rədd edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1146, 1159.1.1, 1159.1.2, 1193, 1194, 1252, 1246, 354.2, 673.3-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarının nəticə hissəsinin 6-cı bəndi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2024-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 217.4, 76, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ##.##.2012-ci il tarixli, qeydiyyat nömrəsi 7211433782 olan yaşayış sahəsi ##.##.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X6 tərəfindən cavabdeh2 Hüseynağa oğluna və X5 bağışlanılmasından onun xəbəri olmamış və məhkəmə iclasında xəbəri olmağı barədə izahatda verməmişdir. ## ### 2018-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Xolmili kəndində ümumi sahəsi olan 104.2 kv/m olan 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi X6 mülkiyyətindədir.” Bütün bunlardan görünür ki, anasına munasibətdə miras qalmış əmlaklar hal-hazıra kimi anasının mülkiyyətindədir. Lakin məhkəmə bu halları tam araşdırmamış, iddia tələbinin bu hissəsini də rədd etmişdir. Azərbaycan Respublikasının Kanstitusiya Məhkəməsinin müvafiq qərarının tələblərini pozmuş, sübutlara düzgün münasibət bildirməmiş, əsasən də Daşınmaz Əmlakın ** saylı ərazi idarəsinin verdiyi məktubu (X2 adında olan daşınmaz əmlaklar özgəninkiləşdirilməmişdir) nəzərə almamışdır. Bundan əlavə olaraq iş üzrə ekspertiza təyin edərək verilmiş çıxarışlarda müəyyən olunmuş torpaq sahəsi və evin mübahisəli ərazidə yerləşməsini müəyyən etməmişdir. Baxmayaraq ki, bu barədə vəsatət verilmişdir. Həmin vəsatətin rədd edilməsini də əsaslandırmamışdır. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2 (***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində Torpağa mülkiyyət hüququna dair verilən Dövlət Aktında qeyd olunan 0.50 hektar pay torpağının hamısının atanın adında olmasını göstərməklə digər 4 nəfər payçının adını bilərəkdən gizlətmişdir. Atası Ağahüseyn Nəsirov 2001-ci ildə vəfat etmiş və miras açıldığı gündən iddiaçının bu barədə müraciəti ümumiyyətlə olmamış və iddia müddəti də ötmüşdür. Qanunvericiliyə uyğun olaraq iddiaçının tələbi rədd edilmişdir. Ata-ana sağlığında özünün istifadəsində olan həyətyanı torpaqdan İddiaçı da 0.14 ha həyətyanı torpaq payı vermişdir. Rayon Məhkəməsinin iş qovluğunda olan ekspertiza sənədi sübut edir ki, iddiaçı artıq ata-anadan öz payını almışdır. O, hazırda həmin torpaqdan istifadə edir, həyəti çəpərə almış və faydalanır. Amma iddiaçı bu barədə heç nə yazmır, susur və elə təsəvvür yaradır ki, ata-ana mülkiyyətindən ona torpaq payı verilməmiş və o, torpaqsız qalmışdır. Ananın onlara bağışladığı həyətyanı torpaqdan iddiaçının əlavə pay tələbi əsassızdır, onların qanuni paylarına şərik çıxmaq istəyidir. Onun gətirdiyi dəlillər də məhkəmədə öz təsdiqini tapmamışdır. Hazırda İddiaçı istifadəsində 0.33 hektar həyətyanı torpaq sahəsi və başqa yerdə 40 sotok kənd təsərrüfatına yararlı torpağı vardır. (İddiaçı istifadəsində olan həyətyanın sxemi əlavə olunur). Vətəndaşların sovet dövründən qalmış əmanətlərin qaytarılması barədə sənədləşdirmə işinə 2012-ci ilin iyun ayından başlanılmışdır. Vətəndaşların sovet dövründən qalmış əmanətlərin qaytarılması barədə sənədləşdirmə işinə 2012-ci ilin iyun ayından başlanılmışdır. Əfsəlin anaya qayğısının olmaması və digər uşaqların uzaqda yaşaması ilə bağlı varis kimi atanın bankda miras qalmış cüzi əmanəti almaq üçün ona notariusdan şəhadətnamə verilmişdir. Şəhadətnamənin ona verilməsi barədə vərəsələrdən etiraz müraciəti daxil olmamışdır. Bankdan alınan cüzi miqdarda əmanət tək yaşayan 82 yaşlı ağbirçək ananın müalicəsinə və qulluğuna xərclənmişdir. Əmanətin verilməsindən 10 ildən çox keçən müddət ərzində və ananın sağlığında (ana 2022-ci ildə 92 yaşında vəfat edib) İddiaçı əmanətdən pay almaq barədə müraciət etməmiş və müddətin ötürülməsinin üzrlü səbəbləri barədə rayon məhkəməsinə sənəd təqdim etməmişdir. Eyni zamanda vəkili və iddiaçı İddiaçı atadan miras qalmış əmanət qalığının 2600 manat olması barədə məhkəməyə təsdiqedici sənəd də verməmişdir. İddia müddətinin ötürülməsi və əmanət məbləğinin sübuta yetirilməməsi iddiaçı İddiaçı əmanətdən pay almaq tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilər. Miras əmanətdən İddiaçı 1/5 hissədə pay müəyyən edilməsi barədə Rayon Məhkəməsinin qərarına yenidən baxılması qanunamüvafiq olardı. (Respublika “xxxx”ın verdiyi arayış əlavə edilir). İddiaçı hazırda münasibətləri korladığı üçün o, hər cür yanlış hərəkətlərə əl atır ki, istəyinə nail olsun. Onun yetərincə torpağı var və köməkləri özünə yaxşı şərait qurmuşdur. Onun tələbi haqsızdır. Odur ki, iddiaçı İddiaçı formal tələblərini məhkəmə qanununun məzmununa uyğun hesab etmir. Lənkəran Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh cavabdeh2 məhkəməyə ünvanladığı etirazında məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 2 (***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilməmiş hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə iddianın təmin edilməyən Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək iddiaçıya verilməsi hissəsində maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında ## ####### 2012 ci il tarixli, V-2v-03-**** reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, atası Nəsirov Ağahüseyn Feyzulla oğlu tərəfindən Kapitalbank ASC-nə miras qoyulmuş əmanətdən ona aid olan payın müəyyən edilərək ona verilməsi, atası mərhum Nəsirov Ağahüseyn Feyzulla oğlundan miras qalmaqla Lənkəran rayonu, Xolmili kəndində yerləşən həyətyanı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi, mərhum X1ndan miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Lənkəran rayon İcra Hakimiyyəti başçısının Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev barəsində və Lənkəran rayon * saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu Səfər İsmayılov barədə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün müvafiq orqanlara göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək iddiaçıya verilməsi hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həmin zaman qüvvədə olan qanunvericiliyə görə iddiaçı ən gec atasının ölümündən altı ay müddətində iddia ilə müraciət edə bilərdi. O da qeyd olunmalıdır ki, iddiaçı tərəfindən atasının ölümü haqqında məlumat dərhal əldə edilmişdir. Eyni zamanda, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı atasından miras qalmış mübahisə premdeti olan Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq da qəbul etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə iddia tələbinin təmin edilməyən Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək iddiaçıya verilməsi hissəsində maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk növbədə qeyd edilməlidir ki, hazırda iddiaçının iddia tələbi bir neçə müstəqil tələbdən ibarət olmaqla aşağıdakı hissələrə bölünür: - ## ####### 2012-ci il tarixli, V-2v-03-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; -mərhum Nəsirov Ağahüseyn Feyzulla oğlu tərəfindən “xxxx” ASC-də yerləşdirilmiş əmanətdən iddiaçıya düşən payın müəyyən edilərək ona verilməsi; -mərhum atasından miras qalmış Lənkəran rayonu, Xolmili kəndində yerləşən həyətyanı torpaq sahəsindən iddiaçıya düşən payın müəyyən edilərək ona verilməsi; -mərhum X1ndan miras qalmış Lənkəran rayonu, Xolmili kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya düşən payın müəyyən edilərək ona verilməsi; -Lənkəran rayon İcra Hakimiyyəti başçısının Xolmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Amil Əliyev və Lənkəran rayon * saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu Səfər İsmayılov barəsində xüsusi qərardad çıxarılaraq müvafiq orqanlara göndərilməsi. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin ilk iki hissəsi təmin edilmiş, yəni vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmiş və bank əmanəti üzrə iddiaçının payı müəyyən edilmişdir. Lakin iddianın mərhum anasından miras qalmış torpaq sahələri üzrə payın müəyyən edilməsi hissəsində məhkəmə tərəfindən düzgün hüquqi qiymətləndirmə aparılmamışdır. Belə ki, iş materiallarından aydın olur ki, X2 adına Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət qeydiyyatına alınmış və həmin əmlakın özgəninkiləşdirilməsi faktı müəyyən edilməmişdir. Bu hal göstərir ki, sözügedən torpaq sahəsi miras kütləsinə daxil olmaqda davam edir və onun üzrə vərəsəlik hüquqları müəyyən edilə bilər. Digər tərəfdən, 0,31 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı ##.##.2018-ci il tarixli bağışlanma müqaviləsi mövcuddur və həmin əmlak artıq üçüncü şəxslərə verilmişdir. İddiaçı isə həmin bağışlanma müqaviləsini mübahisələndirmədiyindən, bu əmlak üzərində pay hüququnun müəyyən edilməsi hazırkı iddia çərçivəsində mümkün deyildir. Lakin 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə həmin torpaq sahəsi X2 adına dövlət qeydiyyatına alınmış və onun tərəfindən özgəninkiləşdirilməsi faktı aşkar edilməmişdir. Bu isə onu göstərir ki, sözügedən əmlak hüquqi dövriyyədən çıxmamış, miras kütləsinin tərkibində qalmaqda davam etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mirası 6 ay ərzində qəbul etməməsi dəlilinə istinad edərək həmin hissədə iddianı rədd etmişdir. Halbuki, Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırkı iş üzrə məhkəmə iddiaçının mərhum atasından miras qalmış bank əmanəti üzrə 1/5 pay hüququnu müəyyən etməklə onun qanun üzrə vərəsə statusunu və mirası qəbul etdiyini faktiki olaraq tanımışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3cü maddəsinin imperativ tələbinə əsasən, vərəsə mirasın hər hansı bir hissəsinə faktiki sahiblik etməyə başladıqda və ya onu idarə etdikdə, mirasın tərkibindən, növündən və yerləşdiyi yerdən asılı olmayaraq, həmin mirası bütövlükdə qəbul etmiş hesab olunur. Bu norma mirasın qəbulunun bölünməzliyi prinsipini təsbit edir və vərəsənin seçmə qaydasında yalnız müəyyən əmlak hissəsini qəbul edib digər hissəsindən imtina etməsini qanuni baxımdan istisna edir. Bu baxımdan, məhkəmənin bir tərəfdən iddiaçının miras əmlakın bir hissəsi, bank əmanəti üzrə hüquqlarını tanıması, digər tərəfdən isə eyni hüquqi əsasdan irəli gələn digər miras obyektləri, o cümlədən torpaq sahələri üzrə mirasın qəbul edilmədiyi qənaətinə gəlməsi daxili ziddiyyət təşkil edir və əsassızdır. Çünki mirasın qismən qəbul edilməsi hüquqi nəticə doğurmur. Əksinə, belə qəbul bütöv mirasın qəbul edilməsi kimi dəyərləndirilməlidir. Deməli, iddiaçının əmanətə münasibətdə vərəsə kimi tanınması onun ümumilikdə mirası qəbul etdiyini təsdiq edən hüquqi faktdır və bu hal digər miras əmlaklarına münasibətdə də eyni hüquqi nəticəni doğurmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, həmin qətnamə ilə iddiaçının vərəsə kimi tanınması və bank əmanəti üzrə pay hüququnun müəyyən edilməsi hissəsini mübahisələndirməmişlər. Bu isə o deməkdir ki, cavabdehlər faktiki olaraq iddiaçının miras qoyanın qanuni vərəsəsi olmasını və onun miras üzərində pay hüququnu qəbul etmiş, işin bu halı ilə razılaşmışlar. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilməli, X2 miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı müəyyən edilməlidir. İddia tələbinin xüsusi qərardad çıxarılması ilə bağlı hissəsinə münasibətdə də məhkəmə tərkibi hesab edir ki, bu dəlil əsassızdır. Belə ki, xüsusi qərardad yalnız məhkəmə baxışı zamanı qanun pozuntularının, vəzifəli şəxslərin hərəkətlərində hüquq pozuntusu əlamətlərinin mövcudluğu aydın, konkret və sübutlarla təsdiq edildiyi hallarda çıxarıla bilər. Hazırkı iş üzrə isə Lənkəran rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi və notarius tərəfindən verilmiş arayış və həyata keçirilmiş notariat hərəkətlərində qanunvericiliyin kobud və ya açıq-aşkar pozulmasını təsdiq edən kifayət qədər sübutlar təqdim edilməmişdir.Eyni zamanda, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi faktının özü avtomatik olaraq həmin şəxslərin məsuliyyətə cəlb olunmasını və ya onların barəsində xüsusi qərardad çıxarılmasını şərtləndirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə iddia tələbinin təmin edilməyən Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilərək iddiaçıya verilməsi hissəsində maddi və prosessual hüquqi əsaslar düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən-iddianın təmin edilməyən X2 miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, X2 miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı 1/5 hissədə payı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən-iddianın təmin edilməyən X2 miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. X2 miras qalan və Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı 1/5 hissədə payı müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-170/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-170/2026
16.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver