Məhkəmə qərarları › İş №2(3-9)-193/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-193/2026

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-193/2026 05.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2(073)- 2840/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kod **********20502 X5 Se, paket M xidməti, Apple aırpods qulaqlıq, 2 ədəd JBL qulaqlıq, Samsung Charger+Cable üçün 777.5 (yeddi yüz yetmiş yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə, 77.75 (yetmiş yeddi manat, 75 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Huaweı Watch GT 4 qol saatı üçün 211.32 (İki yüz on bir manat, 32 qəpik) manat ödənilməmiş hissə, 21.13 (iyirmi bir manat 13 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1087.70 manat borc, 30.88 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2840/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2(073)- 2840/2025 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 777,50 manat, cərimə borcuna görə 37 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 211,32 manat, cərimə borcuna görə 10 manat olmaqla, cəmi 1035,82 (bir min otuz beş manat səksən iki qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30,88 manat pulun 30 (otuz) manatı manatı tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh xx.xx.2026-cı il tarixdə poçt vasitəsilə şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin e-2(073)- 2840/2025 saylı 26 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsindən, gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən poçt vasitəsilə göndərildiyi üçün Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2840/2025 saylı xx.xx.2026-cı il tarixli qəradadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh məhkəməyə yenidən apellyasiya şikayəti təqdim etmiş, eyni zamanda ərizə ilə müraciət edərək, yaxın qohumu X2 vəfat etməsi səbəbindən mərhumun yas mərasimi ilə məşğul olduğundan apellyasiya şikayətini üzrlü səbəbdən gec verdiyini bildirmiş, bu səbəbdən apellyasiya şikayəti üzrə ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 2(073)-2840/2025 saylı qərardadı ilə, ərizə təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2840/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, Cavabdeh apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin apelyasiya baxışı zamanı Cəlilabad Rayon Məhkəməsi tərəfindən göndərilmiş 04 fevral 2026-cı il tarixli məktubdan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli qərardadından İddiaçı MMC tərəfindən şikayət verilmiş, şikayətə baxılması ilə əlaqədar iş materiallarının qaytarılması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi 26 yanvar 2026-cı il tarixli qərardaddan şikayət vermə müddətini gözləmədiyindən, iddiaçı tərəfindən həmin qərardaddan şikayət verildiyindən birinci instansiya məhkəməsi iddiaçının şikayəti əsasında müddətin bərpası barədə qərardada hüquqi qiymət verməli, müddətin bərpası barədə qərardad qanuni qüvvəyə mindikdən sonra cavabdehin şikayətinə baxılması üçün iş materialları apellyasiya məhkəməsinə göndərilməlidir. Ona görə də 2(3-9)-193/2026 saylı iş materialları Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə baxılması üçün apellyasiya baxışından çıxarılmaqla Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: 2(3-9)-193/2026 saylı iş materialları Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə baxılması üçün apellyasiya baxışından çıxarılmaqla Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar