Məhkəmə qərarları › İş №2(3-9)-231/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-231/2026

13.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-231/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh, Maraqlı şəxslər maraqlı şəxs7 və maraqlı şəxs3 Özbek oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və maraqlı şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5 və maraqlı şəxs4 qarşı «mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Səmədov Sabir Rəsul oğlu ilə X12 ## #### 1954-cü ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ## #### 1956-cı ildə Salyan rayonu Sarvan kəndində anadan olmuş, atası Səmədov Sabir Rəsul oğlu, anası X17r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, maraqlı şəxs4 ## ###### 1956-cı ildə Salyan rayonu Sarvan kəndində anadan olmuş, atası Səmədov Sabir Rəsul oğlu, anası X17r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ## ###### 1962-ci ildə Salyan rayonu Sarvan kəndində anadan olmuş, atası Səmədov Sabir Rəsul oğlu, anası X17r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 ## #### 1988-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 077A KOD ******** nömrəli şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** saylı qərarı ilə Salyan rayonu, Sarvan kəndində 0,44 hektar torpaq sahəsi Səmədov Sabir Rəsul oğlu və X17 mülkiyyətinə verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səmədov Sabir Rəsul oğlu ## ### 2009-cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ## ###### 2012-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ## ###### 2013-cü il tarixdə vəfat etmişdir. Salyan rayon Icra Hakimiyyətinin Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ## ######## 2012-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh atası Səmədov Sabir Rəsul oğlu ##.##.2009-cu il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Salyan rayonu Sarvan kəndi olmuş və onun aşağıdakı vərəsələri qalmışdır: X17 və Cavabdeh. Digər vərəsəsi yoxdur. Qanun üzrə vərəsəlik hüququ haqqında ## ######## 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, ##.##.2009-cu il tarixdə vəfat etmiş Səmədov Sabir Rəsul oğlunun vərəsəsi oğlu Cavabdehdur və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Salyan rayon Icra Hakimiyyətinin Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh atası Səmədov Sabir Rəsul oğlu ##.##.2009-cu il və anası X17 ##.##.2013-cü il tarixdə Salyan rayonu Sarvan kəndində vəfat etmişlər və aşağıda adı göstərilən vərəsəsi qalmışdır: Cavabdeh. Qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, ##.##.2009-cu il tarixdə ölmüş Səmədov Sabir Rəsul oğlunun vərəsəsi oğlu Cavabdehdur və o, miras əmlakdan 1/1 pay almalıdır. Salyan rayon Icra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli məktubdan görünür ki, Səmədov Sabir Rəsul oğlu və mərhum X18 məxsus 1.28 ha pay torpaqları, 0,44 ha həyatyanı torpaq sahəsində fərdi yaşayış evi miras qalmışdır. Salyan rayon Icra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli ** saylı çıxarışdan görünür ki, çıxarış verilir Salyan rayon Sarvan kənd sakini Cavabdeh ondan ötəri ki, həqiqətən onun mərhum atası Səmədov Sabir Rəsul oğluna məxsus Salyan rayon Sarvan kəndində 1966-ci ildə inşa olunmuş divarları mişar daşından 1(bir) mərtəbəli 3 (üç) yaşayış otağından ibarət, ümumi sahəsi 120.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.44 ha (1N-077A, kod-80910018) həyətyanı torpaq sahəsi Sarvan Inzibatı Ərazi nümayəndəliyinin ** saylı təsərrüfatbaşına kitabının *** saylı səhifəsində *** saylı şəxsi hesabında qeydə alınmışdır. Salyan rayon Icra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli arayışdan görünür ki, Salyan rayonu Sarvan kənd sakini Cavabdeh ##.##.2009-cu il və anası X17 ##.##.2013-cü il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayonu Sarvan kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: Cavabdeh. Mərhum Səmədov Sabir Rəsul oğlu və X17 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları aşağıdakılardır: oğlu maraqlı şəxs4, oğlu İddiaçı, qızı maraqlı şəxs7, qızı maraqlı şəxs6, qızı X3 və qızı X6 ##.##.2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli əmlakın olub-olmaması haqqında məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, Səmədov Sabir Rəsul oğlu və X17 adına 1. JN-077A, KOD ********** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Salyan rayonu Sarvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyət üzrə 0.44 ha torpaq sahəsi, 2. JN-270, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Salyan rayonu, Sarvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyət üzrə 1.2827 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Məlumat üçün bildirilmişdir ki, Salyan rayonu, Sarvan kəndi ərazisində yerləşən 1.2827 ha torpaq sahəsi, Salyan rayon * saylı notariat ofisinin ##.##.2019-cu il tarixli 2V-*** və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” la Cavabdeh adına qeydiyyata alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh, maraqlı şəxslər maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5 və maraqlı şəxs4 qarşı «mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Səmədov Sabir Rəsul oğlu və anası X17 mülkiyyətində olmuş Jn-270, KOD-******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Salyan rayonu Sarvan kəndində olan 1.28 ha pay torpaq sahəsinə dair ##.##.2019-cu il tarixli 2-V-*** qeydiyyat nömrəli və ##.##.2019-cu il tarixli 2-V-*** qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onun hüquqi nəticəsi olaraq verilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və qanun üzrə vərəsələrin hər birinin 1/6 hissədə paylarının müəyyən edilməsi, keçmiş SSRI əmanət bankının Azərbaycan Respublikası filialında Kapital Bank ASC-dən qalan əmanət puluna görə verilmiş ##.##.2012-ci il tarixli 2-V-*** qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və həmin əmanət pulu qanun üzrə vərəsələr arasında 1/6 hissədə payların müəyyən edilməsi, mərhum atası Səmədov Sabir Rəsul oğlunun və anası X17 mülkiyyətində olmuş JN- 077A, KOD-******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Salyan rayonu Sarvan kəndində olan 0,44 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə 1/6 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Səmədov Sabir Rəsul oğlu və anası X17 mülkiyyətində Salyan rayonu Sarvan kəndində olan 1.28 ha pay torpaqları (torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-270, kod-80910018) və 0.44 ha (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-077A, kod-80910018) həyətyanı torpaq sahəsində fərdi yaşayış evi, keçmiş SSRI əmanət bankının Azərbaycan Respublikası filialında (Kapitalbank ASC) miras əmlak qalmışdır. Atası Səmədov Sabir Rəsul oğlu ##.##.2009-cu ildə və anası X17 ##.##.2013-cu ildə vəfat etmişlər. Atası Səmədov Sabir Rəsul oğlu ilə anası X17 6 uşağı olmuşdur. İddiaçı, Cavabdeh, maraqlı şəxs4, maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5 adlı vərəsələri var. X5 ##.##.2012-ci ildə vəfat etmişdir. Bu barədə Salyan RIHB Sarvan KIƏDÜN-dən arayış alınması üçün müraciət sorğuya cavab verilmişdir və *-**-**/*-***/**** saylı ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir. ##.##.2012-ci il tarixli 2-V-*** qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçmiş SSRI əmanət bankının Azərbaycan Respublikası filialında (Kapitalbank ASC)-dən qalan əmanət pulu almaq üçün və ##.##.2019-cu il tarixli 2-V-*** qeydiyyat nömrəli və ##.##.2019-cu il tarixli 2-V-*** qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasnında -2D70A, KOD******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında atası Səmədov Sabir Rəsul oğlu ilə, anası X17 Salyan rayonu Sarvan kəndində yerləşən 1.28 ha pay torpağı saxta arayış əsasında onlar vərəsələr gizlədilməklə qanunsuz öz əlinə keçirmişdir. Faktiki vəziyyətdə görünür ki cavabdeh sağ qalmış 5 vərəsəni gizlətməklə və saxta yolla mirası əlinə keçirmişdir. Buna görə də, bu 3 şəhadətnamə ləğv edilməli və miras qalan bütün əmlakda paylar müəyyən edilməlidir. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh Cavabdeh, maraqlı şəxslər maraqlı şəxs4, maraqlı şəxs7, maraqlı şəxs6, maraqlı şəxs5 qarşı miras əmlakla bağlı iddiası vardır. X20 ##.##.2012-ci ildə vəfat etmişdir. Onun da 2 övladı vardır: X1 (##.##.1976, FIN: *******, ŞV: AZE16709533, Salyan rayonu Sarvan kəndi) və maraqlı şəxs2 (01.08.19986, FIN: *******, ŞV: AA2586475, Salyan rayonu Bəydili kəndi). Bu iki şəxs X5 qanun üzrə vərəsələri olduğundan üçüncü şəxs kimi mülki işə cəlb edilmişdir. Buna görə də iddia tələbi dəqiqləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum ataları Səmədov Sabir Rəsul oğlunun və anaları X17 mülkiyyətində olmuş JN270, KOD- ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktina əsasən Salyan rayonu Sarvan kəndində olan 1.28 ha pay torpaq sahəsinə dair ##.##.2019-cu il tarixli 2-v*** qeydiyyat nömrəli və ##.##.2019-cu il tarixli 2-v-*** qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamələr və onun hüquqi nəticəsi olaraq verilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və qanun üzrə vərəsələrin hər birinin 1/7 hissədə paylarin müəyyən edilməsini, keçmiş SSRI əmanət bankinin Azərbaycan Respublikasi filialinda Kapital Bank ASC-dən qalan əmanət puluna görə verilmiş ##.##.2012-ci il tarixli 2-v-*** qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamənin ləğv edilməsini və həmin əmanət pulu qanun üzrə vərəsələr arasinda 1/7 hissədə payların müəyyən edilməsini, mərhum ataları Səmədov Sabir Rəsul oğlunun və anaları X17 qizinin mülkiyyətində olmuş JN-077a, KOD80910018 sayli torpağa mülkiyyət hüququna dair dövlət aktina əsasən Salyan rayonu Sarvan kəndində olan 0,44 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə 1/7 hissədə payların müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, atası 1934-cü ildə anadan olmuş Səmədov Sabir Rəsul oğlu uzun illər yerli kolxozda mexanik işləyib. Ailədə 7 övlad, 4 bacı və 3 qardaş olmuşlar. Onlardan biri - bacısı X7 vəfat etmiş, qalanları sağdırlar. 2009-cu ildə isə atası Səmədov Sabir Rəsul oğlu vəfat etmişdir. Onun rəhmətə getməsindən sonra bütün bacıqardaşları toplaşaraq valideynlərindən qalmış miras əmlakın bölünməsini müzakirə etmişlər. Bu zaman bacıları maraqlı şəxs7, maraqlı şəxs6 və maraqlı şəxs5 və qardaşı maraqlı şəxs4 atasından qalmış mirasda gözləri olmadığını, ata-anasının əziyyətini çəkib qulluqlarında durduğu üçün ona verdiklərini bildirmişlər. Bakıda yaşayan digər qardaşı İddiaçı isə bildirmişdir ki, atasından qalmış mirasda gözü var, yəni istəyir ki, ona pay verilsin. Ona görə də, bacı-qardaşlar atasından qalmış 171 baş qoyunu saxlandığı yataq qarışıq, 1 ədəd “NIVA” markalı minik maşınını, onun özünün istifadəsində olan 4 hektar torpağı pay kimi hamının razılığı ilə Bakıda yaşayan qardaşı İddiaçı vermişdir. Iddiaçı İddiaçı valideynləri vəfat etdikdən sonra mübahisəli mənzildə yaşamamış, Bakı şəhərinə köçərək orada daimi yaşayışını qurmuşdur. Ona görə də, ata və anasından miras qalmış əmlakı o özü qəbul etmiş və yaşamışdır. Odur ki, iddia əsasız olduğu üçün rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Vəsilə Əliyeva) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1193, 1196, 1202.1, 1243.2, 1272, 1176.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ####### 2020-ci il tarixli Qərarına, anizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ## #### 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 217.2, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı İddiaçı mərhum valideynlərindən miras qalan əmlaka pay hüququnun tanınmasını tələb etməsinə baxmayaraq, işdən görünür ki, iddiaçının atası Səmədov Sabir Rəsul oğlu ##.##.2009-cu ildə, anası X17 isə ##.##.2013-cü ildə vəfat etmişdir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya ondan imtina edilməsi ilə bağlı mübahisə maraqlı şəxs tərəfindən miras açıldıqdan sonra 2 ay ərzində qaldırılmalı olduğu halda, iddiaçı bu müddətdə mirası qəbul etmək hüququndan istifadə etməmiş və qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Belə olan halda, iddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbini irəli sürə bilərdi ki, bu hal da məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı və maraqlı şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı valideynləri vəfat etdikdən sonra mübahisəli mənzildə yaşamamış, Bakı şəhərinə köçərək orada daimi yaşayışını qurmuş, miras əmlaka faktiki sahiblik və ya idarəetmə əlamətləri nümayiş etdirməmişdir. Belə olan halda, iddiaçı tərəfindən həmin miras əmlakın faktiki qəbul edilməsindən söhbət gedə bilməz. Cavabdeh isə miras açıldıqdan sonra həmin yaşayış sahəsində faktiki olaraq məskunlaşmış və hazırda da orada yaşamaqdadır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş etirazdan da göründüyü kimi miras əmlak tərəflərindən qəbul edilmişdir. Cavabdeh miras əmlakla bağlı müzakirə apardıqlarını iddiaçının adını xüsusilə qeyd edərək göstərmişdir ki, miras əmlakdan payını istəyir. Artıq onun miras əmlakdan pay tələb etdiyi və miras əmlaka sahiblik etməsini faktiki olaraq qəbul etdiyini öz sözləri ilə ifadə edərək etiraf etmişdir. Məhkəmə isə bu yazılı etirazla bağlı münasibət bildirməmişdir. Faktiki vəziyyətdə görünür ki, cavabdeh sağ qalmış 5 vərəsəni gizlətməklə və saxta yolla mirası əlinə keçirmişdir. Buna görə də bu 3 şəhadətnamə ləğv edilməli və miras qalan bütün əmlakda paylar müəyyən edilməlidir. Mərhum ataları Səmədov Sabir Rəsul oğlunun və anaları X17 mülkiyyətində olmuş JN-077a, KOD-******** saylı torpağa mülkiyyət hüququna dair dövlət akıina əsasən Salyan rayonu sarvan kəndində olan 0,44 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayiş evinə 1\7 hissədə paylar müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçıların vərəsəlik hüququ pozulmuş və miras əmlakdan olan paylarından məhrum edilmişlər. Iddanin təmin olunmaması vərəsəlik hüququnun pozulmasidir və bu iddia təmin edilməli idi. Cavabdeh tərəfindən təqdim edilmiş etirazdan da göründüyü kimi iddiaçi miras əmlaka iddialı olduğunu bildirmişdir. Hesab edir ki, miras tərəfindən qəbul edilmişdir və məhkəmənin qənaəti düzgün deyildir. Salyan Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, atası 2009-cu ildə, anası isə 2013-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra ona məxsus xırda buynuzlu heyvanlar miras qalmışdır. Heyvanların dəqiq sayını bilməsə də, ona deyilənə görə təxminən 170 baş heyvan olmuşdur. Atasının 40 mərasimindən sonra qardaş və bacıları ilə mirasın bölünməsi məsələsini müzakirə etmişlər. Qardaşları maraqlı şəxs4 və Cavabdeh, bacıları maraqlı şəxs7 və maraqlı şəxs5 mirasdan heç nə istəmədiklərini bildirmişlər. Vəfat etmiş bacısına 43 baş heyvan verildiyini, bacısı maraqlı şəxs6na isə 6 baş heyvan verildiyini, qalan heyvanların isə anasına verildiyini göstərmişdir. 1972-ci ildən Bakı şəhərində yaşamış və orada işləmişdir. Atası ona 0.37 ha torpaq sahəsi vermişdir. 2025-ci ildə həmin torpaq sahəsində ev tikmək istədikdə qardaşı Cavabdeh torpaq sahəsini satdığını bildirmişdir. Atasından miras olaraq qalan torpaq sahəsi 0.44 ha təşkil edir, 0.37 ha torpaq sahəsi isə ayrıca sahə olmuşdur. Cavabdeh 0.37 ha torpaq sahəsini satmışdır. 2025-ci ilin aprel ayında isə o, həmin torpaq sahəsinin əvəzində iddiaçıya atalarından miras qalmış torpaqdan pay verəcəyini bildirmişdir. Atasından miras qalmış 0.44 ha torpaq sahəsindən payına düşən hissənin ona verilməsini istəyir. Bacılarından biri vəfat etmişdir. Anası vəfat edənədək həmin ünvana gedibgəlsə də, orada daimi yaşamamışdır. Anasının ölümündən sonra isə cəmi bir neçə dəfə getmiş, həmin yerdə yaşamamışdır. 0.37 ha torpaq sahəsinə atası adına çıxarış alınmış, lakin qardaşı Cavabdeh özünü yeganə vərəsə kimi rəsmiləşdirmişdir. Vərəsəlik qaydasında ona ümumilikdə 0.24 ha torpaq sahəsi düşür. Lakin cavabdehin onun qardaşı olmasını və ailə bağlarını nəzərə alaraq, cavabdehdən yalnız 0.10 ha torpaq sahəsinin ona verilməsini tələb edir. Iddiaçı qeyd etmişdir ki, 0.10 ha torpaq sahəsi verildiyi halda cavabdehlə barışmağa hazırdır. O, mirasdan pay almamışdır. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, onlar cavabdehə barışıq sazişi təkilif etmişlər. Iddiaçı və cavabdeh tərəf barışmağa razıdırlar, lakin cavabdehin ailəsi icazə vermir, bəzi şərtlərdə razılıq əldə edə bilmirlər. Onlar cavabdehdən 0.10 ha torpaq sahəsini iddiaçının mülkiyyətinə verməsini tələb edirlər. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirdi ki, tələb edilən torpaq sahəsini verə bilmir, torpaq sahəsi tək onun mülkiyyətində deyil. Öz payından olan 0.07 ha torpaq sahəsini verə bilər. Iddiaçının tələb etdiyi 0.10 ha torpaq sahəsini verə bilmir. Qeyd edilən halları nəzərə alaraq iddiaçı ilə barışıq sazişi ilə razılaşmır. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən maraqlı şəxs maraqlı şəxs7 izahatında bildirdi ki, cavabdeh qardaşı Cavabdeh uzun illər ərzində ataları ilə birlikdə təsərrüfat işləri ilə məşğul olmuş, heyvandarlıq fəaliyyəti aparmışdır. Hazırda da həmin yerdə cavabdeh yaşayır. Tərəflərin qarşılıqlı razılığa gəlməsini istədiyini bildirdi. Apellyasiya baxışında iştirak edən maraqlı şəxs maraqlı şəxs3 Özbek oğlu, maraqlı şəxs maraqlı şəxs7 ilə oxşar məzmunlu izahat verdi. ##.##.2026-cı il tarixli apellyasiya baxışında iştirak edən maraqlı şəxs maraqlı şəxs4 izahatında bildirmişdir ki, adı çəkilən 0.37 ha torpaq sahəsi bacısının olub. Nə iddiaçının, nə də cavabdehin olmayıb. Bacısı torpaq sahəsini Cavabdeh verib. O, miras əmlakdan ona düşən payı Cavabdeh vermişdir. ##.##.2026-cı il tarixli apellyasiya baxışında iştirak edən maraqlı şəxs maraqlı şəxs5 izahatında bildirmişdir ki, o, miras əmlakdan ona düşən payı Cavabdeh verir. ##.##.2026-cı il tarixli apellyasiya baxışında iştirak edən maraqlı şəxs maraqlı şəxs6 izahatında bildirmişdir ki, o, miras əmlakdan ona düşən payı Cavabdeh verir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər 3-cü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ## #### 2022-ci il tarixli Qərarı: “... mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin və iş üzrə maraqlı şəxslərin izahatlarını araşdırıb, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qəbul edilmiş qətnamə işin hallarına və qanunun tələblərinə uyğun olmuşdur. Iş materiallarından müəyyən edilir ki, mərhum Səmədov Sabir Rəsul oğlu ##.##.2009-cu ildə, onun həyat yoldaşı X17 isə ##.##.2013-cü ildə vəfat etmişlər. Onlardan sonra Salyan rayonu Sarvan kəndində yerləşən 1.2827 ha pay torpaq sahəsi, 0.44 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və digər əmlaklar miras qalmışdır. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini, həmin sənədlər əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunmasını və miras əmlakda payların müəyyən edilməsini tələb etmişdir. Iddiaçı tərəf iddiasını əsasən onunla əsaslandırmışdır ki, cavabdeh digər vərəsələri gizlədərək özünü yeganə vərəsə kimi rəsmiləşdirmiş, nəticədə digər vərəsələrin hüquqları pozulmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli zamanı ilk növbədə mirasın qəbul edilməsi institutunun hüquqi mahiyyəti, mirasın qəbul edilməsinin üsulları, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddətin tətbiqi məsələləri qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinin mənasına görə miras fiziki şəxsin ölümü ilə açılır və miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt hesab olunur. Miras hüququnun yaranması faktının özü avtomatik olaraq vərəsənin miras əmlak üzərində hüquq əldə etməsi anlamına gəlmir. Qanunverici miras hüququnun əldə olunmasını müəyyən aktiv davranışlarla, mirasın qəbul olunması ilə şərtləndirmişdir. Bunun məqsədi hüquq münasibətlərində müəyyənlik yaratmaq, miras əmlakın hüquqi taleyinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısını almaq və mülki dövriyyənin sabitliyini təmin etməkdir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras qəbul edilmiş sayılır. Hüquq doktrinasında da mirasın faktiki qəbul edilməsi institutu vərəsənin mirasa münasibətdə “mülkiyyətçi davranışı” nümayiş etdirməsi ilə əlaqələndirilir. Yəni vərəsə əmlakı qoruyur, saxlayır, idarə edir, istifadə edir, onunla bağlı xərclər çəkir, üçüncü şəxslərə qarşı özünü sahib kimi təqdim edir və bu davranışları ilə mirası qəbul etmək iradəsini açıq şəkildə nümayiş etdirir. Məhkəmə kollegiyası qeyd edir ki, faktiki qəbul yalnız formal və ya epizodik əlaqələrlə müəyyən edilə bilməz. Müəyyən əraziyə vaxtaşırı getmək, qohumluq münasibətlərinin mövcudluğu və ya gələcəkdə pay almaq niyyətinin bildirilməsi faktiki qəbul anlamına gəlmir. Faktiki qəbulun mövcudluğu vərəsənin davranışlarından aşkar və birmənalı şəkildə irəli gəlməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən belə halları təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim edilməmişdir. Əksinə, iddiaçının öz izahatından müəyyən edilir ki, o, 1972-ci ildən Bakı şəhərində yaşamış və orada işləmışdir. Iddiaçı etiraf etmişdir ki, valideynləri vəfat etdikdən sonra mübahisəli evdə yaşamamış, anası vəfat edənədək həmin yerə yalnız gedibgəlmiş, anasının ölümündən sonra isə cəmi bir neçə dəfə həmin ünvana getmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar MM-in 1243.2-ci maddəsinin mənasında mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bunun əksinə olaraq, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh valideynləri ilə birlikdə yaşamış, onların ölümündən sonra da həmin yaşayış evində qalaraq təsərrüfatı idarə etmiş, miras əmlakı faktiki olaraq saxlamış və istifadə etmişdir. Maraqlı şəxslər maraqlı şəxs4, maraqlı şəxs7, maraqlı şəxs2, maraqlı şəxs3 və digər şəxslərin izahatları da həmin halı təsdiq edir. Bundan başqa, maraqlı şəxslər maraqlı şəxs5 və maraqlı şəxs6 apellyasiya baxışında onlara düşən payı cavabdehə verdiklərini bildirmişlər. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, miras münasibətləri üzrə hüquqi müəyyənlik prinsipi xüsusi əhəmiyyət kəsb edir. Miras hüquq münasibətləri uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlanıla bilməz. Əks yanaşma mülki dövriyyənin sabitliyini pozar, mülkiyyət hüququnun davamlılığını təhlükə altına salar və hüquqi etimad prinsipinə zidd olar. Məhz bu məqsədlə qanunverici MM-in 1272-ci maddəsində mirasın qəbul edilməsi və ya ondan imtina olunması barədə mübahisələr üçün xüsusi müddət müəyyən etmişdir. Həmin maddəyə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina olunması barədə mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 1272-ci maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Həmin hüquqi mövqedə vurğulanmışdır ki, bu müddət keçdikdən sonra şəxs müvafiq hüququnu itirmiş olur və həmin müddətin tətbiq edilməsinin məqsədi miras hüquq münasibətlərində hüquqi müəyyənliyi təmin etməkdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi, kəsici müddətin hüquqi mahiyyəti hüququn özünün xitamı ilə bağlıdır. Belə müddətlər hüququn müdafiəsi vasitəsini deyil, birbaşa hüququn mövcudluğunu məhdudlaşdırır. Bu səbəbdən də həmin müddətlər iddia müddətindən fərqli olaraq məhkəmə tərəfindən öz təşəbbüsü ilə tətbiq olunur. Hazırkı iş üzrə isə iddiaçı valideynlərinin ölümündən təxminən 12-16 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki iş materiallarından görünür ki, o, mirasın açılması faktını, miras əmlakın mövcudluğunu və həmin əmlakdan cavabdehin istifadə etdiyini əvvəldən bilmişdir. Iddiaçı özü də apellyasiya baxışında atasının vəfatından sonra miras məsələlərinin ailə daxilində müzakirə olunduğunu, heyvanların bölüşdürüldüyünü, müxtəlif ailə üzvlərinə müəyyən hissələrin verildiyini bildirmişdir. Bu isə onu göstərir ki, iddiaçı miras münasibətlərindən və miras əmlakın taleyindən tam məlumatlı olmuşdur. Belə olan halda, iddiaçının yalnız 2025-ci ildə hüquqlarının pozulmasını öyrəndiyi barədə mövqeyi inandırıcı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətində cavabdehin digər vərəsələri gizlətməsi ilə bağlı göstərilən dəlillər də qətnamənin ləğvi üçün əsas yaratmır. Belə ki, hətta həmin hal mövcud hesab edilsə belə, bu, iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində öz hüquqlarını həyata keçirmək və mirası qəbul etdiyini sübut etmək vəzifəsini aradan qaldırmır. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışında tərəflər arasında barışıq imkanlarının müzakirə olunması da cavabdehin iddiaçının hüquqlarını hüquqi mənada tanıması kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflərin ailədaxili münasibətləri fonunda mümkün kompromis variantlarını müzakirə etmələri mübahisənin sülh yolu ilə həllinə yönəlmiş davranış olmaqla, hüquqi etiraf xarakteri daşımır. Əks halda, barışıq təşəbbüsü göstərən tərəfin həmin davranışı gələcəkdə onun əleyhinə hüquqi etiraf kimi qiymətləndirilərdi ki, bu da mübahisələrin barışıq yolu ilə həlli institutunun mahiyyətinə zidd olardı. Eyni zamanda apellyasiya baxışı zamanı tərəflər arasında barışıq sazişinin bağlanması imkanları məhkəmə tərəfindən müzakirə edilsə də, tərəflər qarşılıqlı razılığa gələ bilməmişlər. Belə ki, iddiaçı cavabdehdən 0.10 ha torpaq sahəsinin ona verilməsini tələb etmiş, cavabdeh isə torpaq sahəsinin yalnız özünə məxsus olmadığını, digər ailə üzvlərinin paylarının da nəzərə alınmalı olduğunu bildirərək həmin həcmdə torpaq sahəsinin verilməsi ilə razılaşmamışdır. Nəticə etibarilə tərəflər arasında barışıq sazişi əldə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar əsasında işə baxır. Hazırkı iş üzrə iddiaçı mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etdiyini, yaxud mirası faktiki qəbul etdiyini təsdiq edən kifayət qədər və mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, işin müəyyən edilmiş hallarına düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas olan halları müəyyən etmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar