Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-238/2026 12.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, e-2(049)-3209/2025 saylı qətnaməsindən (hakim M.Aslanov) İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nisyə aldığı cücə yeminin dəyəri olan 21833 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənimiş 155,50 mant pul və vəkil hüquqi xidmətinə görə 400 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, e-2(049)-3209/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıхarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olmasını göstərmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Lakin cavabdeh işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki İddiaçı apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında. 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında. 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə. 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə. 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən apellyasiya şikayətindən imtina edilməsi əsası ilə apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, e-2(049)-3209/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-238/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-238/2026
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver