Məhkəmə qərarları › İş №2(3-9)-26/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-26/2026

18.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-26/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh Məmmədzadə İmdad İldırım oğlunun iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Məmmədzadə İmdad İldırım oğluna qarşı «borc» tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Məmmədzadə İmdad İldırım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı MMC cavabdeh Məmmədzadə İmdad İldırım oğluna qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli ******** saylı müqaviləyə əsasən İmei kodu 860364065104589 “X1 12S” markalı telefon, paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 137.22 manat ödənilməmiş hissə, 13.72 manat cərimə borcu olmaqla, ümumilikdə 150.94 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli müqavilələrə əsasən, QIZIL ZƏMANƏT ULTRA1 IL xidməti, İMEİ KODU 861139079972182 XIAOMI REDMI 14C markalı telefon, ZƏMANƏT + 1 IL xidməti, İMEİ KODU 861139079210302 XIAOMI REDMI 14C markalı telefon, İMEİ KODU 861139079232983 XIAOMI REDMI 14C markalı telefon almış və nəticədə 1374.71 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 479.52 manat (18 ay x 26.64 manat + 0 manat ilkin ödəniş) olan QIZIL ZƏMANƏT ULTRA1 IL xidməti, İMEİ KODU 861139079972182 XIAOMI REDMI 14C markalı telefoünçün ümumilikdə, 527.47 manat olmaqla ondan, 479.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.95 manat cərimə. ##.##.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 448.02 manat (18 ay x 24.89 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 IL xidməti, İMEİ KODU 861139079210302 XIAOMI REDMI 14C markalı telefon üçün ümumilikdə, 492.82 manat olmaqla ondan, 448.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.80 manat cərimə; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 427.20 manat (18 ay x 17.90 manat+105 manat ilkin ödəniş) olan İMEİ KODU 861139079232983 XIAOMI REDMI 14C markalı telefon üçün ümumilikdə, 354.42 manat olmaqla ondan, 322.20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.22 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 105 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər6 tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçının nümayəndəsi nümayəndə1 məhkəmə hazırlıq iclasında məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. a) Birinci instansiya məhkəməsində icraat; İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi (Hakim Gülsaba Ağayeva) ilə, iddianın qismən təmin edilməsi, ##.##.2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən, İmei kodu 861139079972182 “Xiaomi Redmi 14C” markalı telefon, paket qızıl zəmanət ultra 1 il xidməti üçün 479.52 manat ödənilməmiş hissə, 25 manat cərimə, ##.##.2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən, İmei kodu 861139079210302 “Xiaomi Redmi 14C” markalı telefon, paket zəmanət 1 il xidməti üçün 448.02 manat ödənilməmiş hissə, 22 manat cərimə, ##.##.2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən, İmei kodu 861139079232983 “Xiaomi Redmi 14C” markalı telefon üçün 322.20 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, ümumilikdə 1312.74 (min üç yüz on iki manat yetmiş dörd qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat cavabdeh Məmmədzadə İmdad İldırım oğlundan tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Məmmədzadə İmdad İldırım oğlu vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaşı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Məmmədzadə İmdad İldırım oğlu apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddiaçı xxxx» MMC-nin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikas Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, cavabdehin müqavilələrə əsasən üzərinə götürülmüş olduğu öhdəlikləri icra etməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirməyərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmiş, bununla da iddia tələbi üzrə gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə ## ###### 1992-ci il tarixli Qərarı; Garsiya Ruiz İspaniyaya qarşı iş üzrə ## ###### 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə ## ######## 2001-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hazırki mübahisənin işin həqiqi hallarının, apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh QIZIL ZƏMANƏT ULTRA1 IL xidməti, İMEİ KODU 861139079972182 XIAOMI REDMI 14C markalı telefon, ZƏMANƏT + 1 IL xidməti, İMEİ KODU 861139079210302 XIAOMI REDMI 14C markalı telefon, İMEİ KODU 861139079232983 XIAOMI REDMI 14C markalı telefon almış və nəticədə 1374.71 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 479.52 manat (18 ay x 26.64 manat + 0 manat ilkin ödəniş) olan QIZIL ZƏMANƏT ULTRA1 IL xidməti, İMEİ KODU 861139079972182 XIAOMI REDMI 14C markalı telefon üçün ümumilikdə 527.47 manat olmaqla, 479.52 manat ödənilməmiş hissə, 47.95 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 448.02 manat (18 ay x 24.89 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 IL xidməti, İMEİ KODU 861139079210302 XIAOMI REDMI 14C markalı telefon üçün ümumilikdə 492.82 manat olmaqla, ondan 448.02 manat ödənilməmiş hissə, 44.80 manat cərimə; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 427.20 manat (18 ay x 17.90 manat+105 manat ilkin ödəniş) olan İMEİ KODU 861139079232983 XIAOMI REDMI 14C markalı telefon üçün ümumilikdə 354.42 manat olmaqla, 322.20 manat ödənilməmiş hissə, 32.22 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 105 manat təşkil edir. Apellyasiya icraatı zamanı cavabdeh Məmmədzadə İmdad İldırım oğlu vəsatət verərək, ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli müqavilələrdə və bildirişlərdə olan imzanın ona məxsus olmadığını və iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizas təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ## ##### 2026-cı il tarixli, */*** saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 101-ci vərəqində ##.##.2024-cü il tarixli, ********** saylı müqavilənin 1-ci vərəqinin aşağı hissəsində olan "ad/soyad" qrafasında "məmmədzadə imdad" yazısının qarşısındakı imza va 2-ci vərəqinin aşağı hissəsində "Məmmədzadə İmdad İldırım" yazısının qarşısında "İmza" qrafasındakı imza, 103-104-cü vərəqlərdə ##.##.2024-cü il tarixli bildirişlərdə "Məmmədzadə İmdad" yazılarının qarşısındakı imzalar, 105-ci vərəqdə olan ##.##.2024-cü il tarixli, ********** saylı müqavilənin ödənişlə bağlı əlavəsində "Məmmədzadə İmdad İldırım" yazısının qarşısındakı imza va həmin əlavənin aşağı hissəsində "Razıyam" yazısının qarşısındakı imza, 106-107-ci vərəqlərdə ##.##.2024-cü il tarixli, ********** saylı müqavilənin 1-ci və 2-ci vərəqlərinin aşağı hissələrində olan "ad/soyad" qrafalarında "Məmmədzadə İmdad" yazılarının qarşısındakı imzalar, 108,111-ci vərəqlərdə ##.##.2024-cü il tarixli bildirişlərdə "Məmmədzadə İmdad" yazılarının qarşısındakı imzalar va 111-ci vərəqdə "Razıyam" yazısının qarşısındakı imza, 109,110,113-cü vərəqlərdə olan ##.##.2024-cü il tarixli, ********** saylı müqavilənin ödənişlə bağlı əlavəsində "Məmmədzadə İmdad İldırım" yazılarının qarşısındakı imzalar və həmin əlavənin aşağı hissəsində "Razıyam" yazısının qarşısındakı imzalar, 112-ci vərəqdə ##.##.2024-cü il tarixli bildirişlərdə "Məmmədzadə İmdad İldırım" yazılarının qarşısındakı imzalar – Məmmədzadə İmdad İldırım oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh Məmmədzadə İmdad İldırım oğluna qarşı irəli sürülən iddia tələbinin əsası kimi ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli alqısatqı müqavilələri təqdim edilsə də, həmin müqavilələrdə, bildirişlərdə və ödənişlə bağlı əlavələrdə cavabdehin adı yazılmış və imza edilmiş hissələr cavabdeh İmdad Məmmədzadə tərəfindən imza edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli müqavilələr mövcud olmadığından cavabdehin hansı öhdəlikləri üzərinə götürməsi, bu öhdəliyi lazımınca yerinə yetirib-yetirməməsi və sair xüsusatları müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan və formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması (qaytarma öhdəliyi) mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi iddiaçı iddia ərizəsində mübahisələndirdiyi ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli alqı-satqı müqavilələri cavabdeh tərəfindən imzalanmamış, beləliklə cavabdehin hüquq və vəzifələri yaranmamış və iddiaçı mövcud olmayan və hüquq və vəzifə yaratmayan müqavilə üzrə cavabdehdən öhdəliyin yerinə yetirilməsini tələb edə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, cavabdeh Məmmədzadə İmdad İldırım oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı MMC-nin cavabdeh Məmmədzadə İmdad İldırım oğluna qarşı «borc» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1312.74 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Məmmədzadə İmdad İldırım oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı MMC-nin cavabdeh Məmmədzadə İmdad İldırım oğluna qarşı «borc» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı İddiaçı MMC-dən mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, X5, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ01360100000000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621 HESAB AZ34CTRE00000000000002088501 hesabına keçirilsin Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar