Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-261/2026 16.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(032)-1752/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 mart 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən Samsung TV üçün 1114,36 manat ödənilməmiş əsas, 111,44 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple Macbook AİR 13 kompüter üçün 1114,10 manat ödənilməmiş əsas, 111,41 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X7 10 qol saatı üçün 791,30 manat ödənilməmiş hissə, 79,13 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kodu SWVLWFNVMK2 İPAD Pro 11- İNCH markalı planşet üçün 610 manat ödənilməmiş hissə, 61 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu 58271/64T400456XİAOMİ POCO PAD markalı planşet üçün 603,84 manat ödənilməmiş hissə, 60,38 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu 56164/64TC00071 XİAOMİ X8 markal planşet üçün 599,32 manat ödənilməmiş hissə, 59,93 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Playstation 5 SLİM üçün 474,31 manat ödənilməmiş hissə, 47,43 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu 51518/64YQ02443 XİAOMİ Redmi Pad SE markalı planşet üçün 440,04 manat ödənilməmiş hissə, 44 manat dəbbə, ümumilikdə 6322 manat borcun və 83.22 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Samsung TV, Apple Macbook AİR 13 kompüter, X7 10 qol saatı, İPAD Pro 11-İNCH markalı planşet, POCO PAD markalı planşet, XİAOMİ X8 markalı planşet, Playstation 5 SLİM və XİAOMİ Redmi Pad SE markalı planşet almış və nəticədə 6322 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1374 manat (yəni 12 ay x 114,50 + 0 manat ilkin ödəniş) olan Samsung TV üçün 1225,80 manat olmaqla, ondan 1114,36 manat ödənilməmiş əsas, müştəriyə güzəşt olunaraq 111,44 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2202,60 manat (yəni 18 ay x 85,70 + 660 manat ilkin ödəniş) olan Apple Macbook AİR 13 kompüter üçün 1225,51 manat olmaqla, ondan 1114,10 manat ödənilməmiş əsas, müştəriyə güzəşt olunaraq 111,41 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1188 manat (yəni 12 ay x 99 + 0 manat ilkin ödəniş) olan X7 10 qol saatı üçün 870,43 manat olmaqla, ondan 791,30 manat ödənilməmiş əsas, müştəriyə güzəşt olunaraq 79,13 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2640 manat (yəni 12 ay x 160 + 720 manat ilkin ödəniş) olan İmei Kodu SWVLWFNVMK2 İPAD Pro 11-İNCH markalı planşet üçün 671 manat olmaqla, ondan 610 manat ödənilməmiş əsas, müştəriyə güzəşt olunaraq 61 manat dəbbə, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 659,04 manat (yəni 12 ay x 54,92 + 0 manat ilkin ödəniş) olan İMEİ kodu 58271/64T400456XİAOMİ POCO PAD markalı planşet üçün 664,22 manat olmaqla, ondan 603,84 manat ödənilməmiş əsas, müştəriyə güzəşt olunaraq 60,38 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 702,96 manat (yəni 12 ay x 58,58 + 0 manat ilkin ödəniş) olan İMEİ kodu 56164/64TC00071 XİAOMİ X8 markal planşet üçün 659,25 manat olmaqla, ondan 599,32 manat ödənilməmiş əsas, müştəriyə güzəşt olunaraq 59,93 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 1500 manat (yəni 12 ay x 95 + 360 manat ilkin ödəniş) olan Playstation 5 SLİM üçün 521,74 manat olmaqla, ondan 474.31 manat ödənilməmiş əsas, müştəriyə güzəşt olunaraq 47,43 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 440,04manat (yəni 12 ay x 36.67 + 0 manat ilkin ödəniş) olan İMEİ kodu 51518/64YQ02443 XİAOMİ Redmi Pad SE markalı planşet üçün 484,04 manat olmaqla, ondan 440,04 manat ödənilməmiş əsas, müştəriyə güzəşt olunaraq 44 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4959,37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Həmçinin elektron məhkəmə portalı vasitəsilə cavabdehə məxsus mobil telefon nömrəsinə SMS xəbərdarlıq çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(032)-1752/2025 saylı qətnaməsi (Hakim: Əli İmanov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung TV üçün 1114,36 manat ödənilməmiş əsas, 7 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple Macbook AİR 13 kompüter üçün 1114,10 manat ödənilməmiş əsas, 7 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X7 10 qol saatı üçün 791,30 manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kodu SWVLWFNVMK2 İPAD Pro 11-İNCH markalı planşet üçün 610 manat ödənilməmiş hissə, 4 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu 58271/64T400456XİAOMİ POCO PAD markalı planşet üçün 603,84 manat ödənilməmiş hissə, 4 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu 56164/64TC00071 XİAOMİ X8 markal planşet üçün 599,32 manat ödənilməmiş hissə, 4 manat dəbbə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən Playstation 5 SLİM üçün 474,31 manat ödənilməmiş hissə, 3 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu 51518/64YQ02443 XİAOMİ Redmi Pad SE markalı planşet üçün 440,04 manat ödənilməmiş hissə, 3 manat dəbbə, ümumilikdə 5784,27 manat borcun və 83.22 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMCyə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Şirvan Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(032)-1752/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə əsas və faiz borcunu düzgün hesablamamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Şirvan Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(032)-1752/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin əsaslı sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Şirvan Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(032)-1752/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədənəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(032)- 1752/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 1374 manat olan Samsung TV Cavabdeh nisyə satılmış və cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 114,50 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 2202,60 manat olan Apple Macbook AİR 13 kompüter Cavabdeh nisyə satılmış və cavabdeh 660 manat ilkin ödəniş etməklə, 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 85.70 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 1188 manat olan X7 10 qol saatı Cavabdeh nisyə satılmış və cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 99 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 2640 manat olan İmei Kodu SWVLWFNVMK2 İPAD Pro 11-İNCH markalı planşet Cavabdeh nisyə satılmış və cavabdeh 720 manat ilkin ödəniş etməklə, 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 160 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 659.04 manat olan İMEİ kodu 58271/64T400456XİAOMİ POCO PAD markalı planşet Cavabdeh nisyə satılmış və cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 54,92 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 702,96 manat olan İMEİ kodu 56164/64TC00071 XİAOMİ X8 markal planşet Cavabdeh nisyə satılmış və cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 54,58 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 1500 manat olan Playstation 5 SLİM Cavabdeh nisyə satılmış və cavabdeh 360 manat ilkin ödəniş etməklə, 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 95 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 440,04 manat olan İMEİ kodu 51518/64YQ02443 XİAOMİ Redmi Pad SE markalı planşet Cavabdeh nisyə satılmış və cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 36,67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1114,36 manat ödənilməmiş əsas, 111,44 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1114,10 manat ödənilməmiş əsas, 111,41 manat dəbbə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 791,30 manat ödənilməmiş hissə, 79,13 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 610 manat ödənilməmiş hissə, 61 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 603,84 manat ödənilməmiş hissə, 60,38 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 599,32 manat ödənilməmiş hissə, 59,93 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 474,31 manat ödənilməmiş hissə, 47,43 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 440,04 manat ödənilməmiş hissə, 44 manat dəbbə, ümumilikdə 6322 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Cavabdeh iddiaçıdan nisyə alğı-satqı müqavilələri əsasında əşyalar götürmüş, iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Kollegiya qeyd edir ki, sadalanan qanunvericilik aktı normalarına əsasən cavabdehin müqavilə əsasında əşyanı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın qiymətini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh alqı satqı müqaviləsi əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyanın qeyd olunan şərtlərlə qiymətinin qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində cərimə borcunu və əsas borcun məbləğini mübahisələndirərək, borcunun olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, əsas borc müqavilə üzrə cavabdehin alınan əşya müqabilində ödədiyi və ya ödəməli olduğu borcdur və əsas borc müqavilədə göstərilən məbləğ üzrə cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən isə borcun qaytarılmasına dair sübut təqdim edilməmişdir. Digər tərəfdən cərimə borcu ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış cəriməni (dəbbə pulu) azaldaraq 7 (yeddi) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7 (yeddi) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5 (beş) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4 (dörd) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4 (dörd) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4 (dörd) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3 (üç) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3 (üç) manat məbləğində müəyyən etmişdir. Kollegiya hesab edir ki, cərimə borcunun silinməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla onu, müqavilə üzrə götürdüyü öhdəliyi icra etmək vəzifəsindən azad edə bilməz. Bu da onu deməyə əsas verir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(032)-1752/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(032)-1752/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-261/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-261/2026
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver