Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-274/2026 19.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İşin halları İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsiylə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ##.##.2025ci il tarixə kimi istehlak etdiyi 1188,48 manat debitor borcun, ödənilmiş 31,88 manat dövlət rüsumunun cəmi 1220,36 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Azərbaycan Beynəlxalq Bank ASC Lənkəran filialı Kod:509556 VÖEN 9900001881, MH AZ03NABZ01350100000000002944, SWİFT: IBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ**IBAZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh İddiaçı İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu284403900007480 olmaqla, ##.##.2019-ci il tarixli, ***** saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə ##.##.2025-ci il tarixə 1188,48 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı İstehsalat Birliyinin Lənkəran RQİİ tərəfindən borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnаməsi ilə (hakim Elşən Hüseynov) iddia təmin edilmiş, cavabdeh Cavabdeh 1188,48 manat debitor borcu və 31,88 manat dövlət rüsumu, ümumilikdə 1220,36 (bir min iki yüz iyirmi manat otuz altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinin (Lənkəran RQİİ “xxxx” ASC Lənkəran filialı Kod:200383 VÖEN 9900003611, M/H AZ37NABZ01350100000000001944, SWİFT: AIIBAZ2X, Azəriqaz İB, VÖEN990000162, İBAN: AZ90AIIB38020019447200642138) hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdeh Cavabdeh İddiaçı İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsi ilə ##.##.2019-cu il tarixli, ***** saylı müqavilə əsasında abonent kodu 284403900007480 olmaqla təbii qazdan istifadə edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən yaşayış sahəsi üzrə təbii qazdan istifadəyə görə ##.##.2025-ci il tarixə 1188,48 manat məbləğində borcu yaranmış, bu borc qaz sayğacının göstəricilərinə əsasən istifadə edilmiş qazın dəyərinin ödənilməməsi nəticəsində əmələ gəlmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq və bildirişlər göndərilmiş, lakin cavabdeh tərəfindən həmin borc ödənilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, cavabdehin ## ###### 2025-ci il tarixə kimi təbii qazdan istifadəyə görə 1188,48 manat məbləğində debitor borcu mövcuddur. Bununla yanaşı, iddia qaldırılması ilə bağlı ödənilmiş 31,88 manat dövlət rüsumu da nəzərə alınaraq, cavabdehdən ümumilikdə 1220,36 manat məbləğində pul vəsaitinin tutulması tələb edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab etmişdir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 136.4 və 139.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 5.3 və 5.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin həqiqi halları araşdırılmadan, prosesə cəlb edilmədən, iddiaçının əsassız və qanunsuz fikir və mülahizələrinə əsasən qərar qəbul edilmiş, maddi və prosesual hüquq normaları pozulmuş, ümumiyyətlə həqiqətə nail olunmamışdır. Belə ki, iş materiallarında olan iddiaçının təqdim etdiyi “Abonentin saldosu”ndan görünür ki, ondan tutulması qət edilən borcun yarandığı dövr 2022-ci ilin iyun, avqust, sentyabr və ya oktyabr aylarıdır. Halbuki, o, həmin aylarda ümumiyyətlə həmin mənzildə (həyət evində) yaşamamışdır. Belə ki, uzun müddətdir ki, ailə üzvləri ilə bərabər Bakı şəhərində yaşayır. Bu faktı qəsəbə nümayəndəliyindən də dəqiqləşdirmək mümkündür. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən həmin “Abonentin saldosu”ndan görünür ki, 2022-ci ilin yanvar, aprel, may, iyul və dekabr, eləcə də 2023-cü ilin yanvar, fevral, mart və aprel aylarında həmin evdə yaşayış olmadığından qaz sərfiyyatı olmamış və sayğac göstəricisi “0”(sıfır) qeydi ilə aparılmışdır. Məhkəmə qətnaməsi ilə ondan tələb olunan məbləğ, “Abonentin saldosu”nda göründüyü kimi 2022-ci ilin iyun, avqust, sentyabr və oktyabr aylarında evdə yaşayış olmadığı halda belə, iddiaçının 4 aylıq ümumiləşdirilmiş şəkildə apardığı hesabat üzrə göstərdiyi məbləğdir. Halbuki, iddiaçının belə bir ümumiləşdirilmiş hesabat aparmaq səlahiyyəti yoxdur. Belə ki, aralarında olan ##.##.2019-cu il tarixli müqavilənin (iddiaçı həmin müqaviləyə istinad edərək, pul vəsaiti tələb edilir) 2.1.6-cı maddəsinə əsasən – “istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək)” iddiaçının vəzifəsidir. Bundan əlavə “Abonentin saldosu”ndan görünür ki, 2022-ci ilin iyun, avqust, sentyabr və oktyabr ayları üzrə 4 aylıq sərfiyyat şəklində 8640 kub metr qaz sərfiyyatı onların evə tətbiq edildikdən sonra, oktyabr ayının sonuna sayğacın göstəricisi “0”(sıfır) göstərilmişdir. Belə çıxır ki, ya sayğac dəyişdirilmiş, ya da göstəricisi sıfırlanmışdır. Lakin, bununla bağlı heç bir rəsmiyyət aparılmamış və ya onlara heç bir bildiriş verilməmişdir. Bu xüsusatdan ancaq, iş materialları ilə elektron məhkəmə portalında qeydiyyatdan keçdikdən sonra tanış olduqda xəbər tutmuşdurlar. Hesab edir ki, iddiaçının birtərəfli və qanunsuz şəkildə belə bir “əməliyyat” həyata keçirmək, daha sonra 2022-ciilin iyun, avqust, sentyabr və oktyabrayları üzrə öz arzusu ilə tətbiq etdiyi sərfiyyatı və həmin sərfiyyata uyğun hesablanan məbləği üstündən 3 (üç) il keçdikdən sonra (tələbetmə müddəti ötürüldükdən sonra) 2025-ciilin dekabr ayında tələb etməsi qanunsuzdur. Tərəfindən istehlak edilən qazın dəyəri 2023-cü il üzrə cəmi 10,44 manat, 2024-cü il üzrə 103,56 manat (2024-cü ilin noyabr ayından başlayaraq evdə yaşayış olmuşdur), 2025-ci il üzrə 208,27 manat təşkil etmişdir ki, 2025-ci ilin sentyabr ayında 140 manat ödəniş edilmişdir. 2019-cu ildən başlayaraq 2022-ci ilin fevral ayına kimi evdə ay ərzində ən çoxu 3,80 azn, fevral 2022-də 11,16 azn, daha sonra yenə də 2024-cü ilin noyabr ayına kimi ay ərzində ən çoxu cəmisi 4 manata qədər qaz istehlakı olmuşdur. Belə olduğu halda, iddiaçının mübahisələndirilən 2022-ci ilin 4 ayı üçün cəmi 1036,80 azn, ay ərzində götürüldükdə 259 manat qaz istehlakı üçün vəsait tələb etməsi absurd və qanunsuzdur. Belə ki, onlar heç il ərzində o qədər qaz istehlak etməmiş və mübahisələndirilən 2022-ci ili çıxmaq şərtilə son 15 il ərzində belə bir anoloji sərfiyyat ümumiyyətlə olmamışdır. İddia ərizəsi ilə tanış olduqda məlum olur ki, iddiaçı işin həqiqi halını gizlətmiş və sənədləri məhkəməyə elə bir tərzdə təqdimetmişdir ki, guya istehlakçının ümumi qaydada qazdan istifadə etməsi nəticəsində borc yaranmışdır. Halbuki, bu belə deyil və istehlakçı demək olar ki, qazdan istifadə edən aktiv abonent olmamışdır və onun tələb edilən məbləğdə borcu yarana bilməzdi. Bundan əlavə “Qaz təchizatı haqqında Azərbaycan RespublikasıQanunu”nun 13.6-cımaddəsinə vəAzərbaycan Respublikası Nazirlər Kabinetinin##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq olunan “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təchizatı paylayıcı tərəfindən dayandırıla bilər. “Abonentin saldosu”ndan görünür ki, istehlakçı 2020, 2021, 2022, 2023 və 2024cü illərdə heç bir ödəniş etməmişdir. Çünki, həmin mənzildə demək olar ki, yaşamamışdır. Lakin, buna baxmayaraq, iddiaçı (paylayıcı) tərəfindən qaz təchizatı dayandırılmamışdır. Çünki, iddiaçının əməkdaşları bilirdi ki, abonent intizamlı istehlakçıdır və onun tərəfindən istifadə etdiyi qaz sərfiyyatının dəyərinin ödənilməsi gecikdirilmir. Məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmamış və məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Məhkəmə prosesindən lazımi qaydada məlumatlandırılmamağı əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, iclaslarda iştirak etdiyi təqdirdə, həmin evdə yaşayış olmadığını bildirməyi, qarşı tərəfə “yaşayış olmayan evdə necə qaz sərfi ola bilər” (?) sualının ünvanlanması ilə nəticələnərdi ki, bu nöqtədən də, iddiaçının məhkəmədən gizlətməyə çalışdığı məqamlar aşkara çıxardı. Belə ki, tələb olunan pul məbləği faktiki olaraq sərf edilən qazın dəyəri yox, iddiaçının öz mülahizəsinə görə sayğaca tətbiq etdiyi “sərfiyat”ın dəyəridir. Odur ki, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(050)-4280/2025 qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** saylıqərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, cavabdeh iddiaçı ilə bağlanmış müqavilə əsasında təbii qazdan istifadə etmiş və həmin istifadəyə görə borc yaranmışdır. Borcun məbləği iddiaçı tərəfindən təqdim edilmiş rəsmi sənədlər, o cümlədən abonent üzrə hesablaşma məlumatları ilə müəyyən edilmişdir. Cavabdehin qazdan istifadə etmədiyi və mübahisəli dövrdə həmin ünvanda yaşamadığı barədə dəlilləri isə hər hansı mötəbər sübutlarla təsdiq olunmamış, yalnız iddia xarakterli izahatlardan ibarət olmuşdur. Eyni zamanda, yaşayışın olmaması faktı qazdan istifadənin tam istisna olunmasını sübut etmir və bu hal cavabdehi müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən azad etmir. Həmçinin iddiaçı tərəfindən qaz sərfiyyatının hesablanmasının qanunsuz aparılması, sayğac göstəricilərinin əsassız dəyişdirilməsi və ya sıfırlanması ilə bağlı cavabdehin istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin həqiqiliyinə şübhə yaradan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehin məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmaması barədə dəlilləri də iş materialları ilə təkzib olunur və onun müdafiə hüququnun pozulması halı müəyyən edilmir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlili əsassızdır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı məhkəmə bildirişindən görünür ki, cavabdeh Cavabdeh hazırkı iş üzrə icraatın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması barədə məlumat verilmişdir və həmin bildirişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1, 284-5.3, 284-1 maddələri və həmin Məcəllə ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin cavabdeh tərəf apellyasiya şikayətində istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-274/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-274/2026
19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver