Məhkəmə qərarları › İş №2(3-9)-286/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-286/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-286/2026 21.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X6 və X12 ibarət tərkibdə, məhkəmə katibi X1, iş üzrə tərəflərin, cavabdehin vəkili və nümayəndəsi vəkil2 iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı X2 cavabdeh İmanov Asif Adil oğluna qarşı nisyə satdığı qızıl əşyaların və ya onların dəyərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdeh İmanov Asif Adil oğluna qarşı nisyə satdığı qızıl əşyaların, həmin əşyalar olmadıqda onların 36.202 manat məbləğində dəyərinin alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, cavabdeh İmanov Asif Adil oğlunu 20 ildir ki, tanıyır və onunla uzun müddət qızıl alveri ilə məşğul olmuşdur. Cavabdehlə münasibətləri həmişə yaxşı olmuş və ona (cavabdehə) etibar etmişdir. Aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, ailəvi dostluq münasibətləri olmuşdur. Uzun illər cavabdeh ondan (iddiaçıdan) qızıl-zinət əşyalarını nisyə alaraq satmış və cavabdeh dəyərini ona (iddiaçıya) ödəmişdir. Sonuncu dəfə 2018-ci iln aprel ayında cavabdeh ondan Masallı şəhərində yerləşən «Təzə Bazar» adlanan ərazidə 80.000 ABŞ dolları məbləğində qızıl-zinət əşyasını nisyə almış və həmin vaxt həmişə olduğu kimi qızılları satdıqca hissə-hissə pulunu ödəyəcəyini, sata bilmədiyi qızılları isə naturada qaytaracağını bildirmişdir. Cavabdeh həmin qızılların bir hissəsinin dəyərini 2019-cu ilin dekabr ayına kimi hissə-hissə ödəmiş, qalan hissəsinin dəyərini isə ödəməmişdir. Cavabdeh səbəb kimi həmin qızılları sata bilmədiyini göstərmiş və satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Bir neçə ay gözlədikdən sonra Asif qızılları geri qaytarmadığından aralarında mübahisə yaranmışdır. Dəfələrlə onunla söhbətlər aparmasına baxmayaraq heç bir nəticəsi olmamış və bundan sonra şikayət ərizəsi ilə Masallı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun (iddiaçının) müraciəti əsasında araşdırma aparılmış və cavabdehlə aralarında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, ona (iddiaçıya) məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçı cəmi dəyəri 36 202 (otuz altı min iki yüz iki) manat olan 1032 qram çəkidə aşağıdakı qızıl-zinət əşyalarını cavabdehdən tələb etmişdir: 1 ədəd qızıl dəsti 585 əyar – 31 qr, 1000 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar – 9,5 qr 250 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar – 3.7 qr 100 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 23.3 qr, 700 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar – 17 qr, 640 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 2.9 qr 70 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 1.1 qr, 35 manat dəyərində, 1 cüt qızıl sırğa 585 əyar – 8 qr, 370 manat dəyərində, 1 ədəd qızıl dəsti 585 əyar – 20 qr, 640 manat dəyərində, 1 ədəd qızıl qolbağı 585 əyar – 12 qr, 500 manat dəyərində, 1 ədəd qızıl qolbağı 585 əyar - 31 qr, 1300 manat dəyərində, 1 ədəd qızıl qolbağ 585 əyar – 14 qr, 400 manat dəyərində, 1 ədəd qızıl boyunbağı qolbaqla birgə 585 əyar - 15.8 qr, 470 manat dəyərində, 1 ədəd İtalya istehsalı olan qızıl boyunbağı 585 əyar -10 qr, 320 manat dəyərində, 1 ədəd qızıl dəsti 585 əyar – 31 qr, 1500 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar – 7.9 qr, 340 manat dəyərində, 1 ədəd qızıl kişi üzüyü 585 əyar – 7 qr, 175 manat dəyərində, 1 ədəd qızıl Xalid 585 əyar – 28.8 qr, 865 manat dəyərində, 1 ədəd qızıl boynbağı qolbağı ilə birgə 585 əyar - 16.1 qr, 530 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar – 10 qr, 330 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar – 5 qr, 115 manat dəyərində, 1 ədəd qızıl Sibir 585 əyar – 11.8 qr, 550 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar – 19.7 qr, 500 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar – 4.8 qr, 140 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar - 11.5 qr, 370 manat dəyərində, 1 ədəd brilyant dəst (komplekt) 585 əyar -12.7 qr, 500 manat dəyərində, 1 ədəd qızıl dəst (komplekt) 585 əyar – 11.5 qr, 400 manat dəyərində, 1 ədəd brliyant 585 əyar – 9.5 qr, 780 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar – 1.5 qr, 100 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar – 2 qr , 200 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar – 2 qr, 200 manat dəyərində, 1 ədəd qızıl sırğa dəsti 585 əyar – 5.6 qr, 150 manat dəyərində, Üzüklər 585 əyar – 11 qr, 340 manat dəyərində, 1 ədəd qızıl dəst (komplekt) 585 əyar – 8.3 qr, 330 manat dəyərində, 1 ədəd qızıl dəst (komplekt) 585 əyar (4,9+7,3+3,6) – 15.8 qr, 475 manat dəyərində, 1 ədəd qızıl dəst (komplekt) 585 əyar (17,3+8+11,2) – 36.5 qr, 1200 manat dəyərində, 1 ədəd qızıl saat 585 əyar – 31 qr, 850 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar – 9.4 qr, 300 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar – 10.1 qr, 320 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar – 3.9 qr, 135 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar – 4.3 qr, 150 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 2 qr, 50 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 3 qr, 100 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 1.9 qr, 80 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 1.1 qr, 35 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 14.4 qr, 600 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 3.1 qr, 100 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar – 3.7 qr, 110 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar – 7.9 qr, 220 manat dəyərində, 1 ədəd brilyant üzük 585 əyar – 4 qr, 280 manat dəyərində, 1 ədəd brilyant üzük 585 əyar – 4 qr, 280 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar – 9.7 qr, 220 manat dəyərində, 1 ədəd qızıl boyunbağı, 585 əyar – 21.1 qr, 750 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar – 2.7 qr, 90 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar – 3.1 qr, 100 manat dəyərində, 1 ədəd qızıl sırğa 585 əyar – 0.8 qr, 30 manat dəyərində, 1 ədəd qızıl sırğa 750 əyar, 7,2 qr, 290 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 18 qr – 560 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 4.2 qr – 120 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 8 qr – 230 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 11.8 qr – 350 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 21 qr – 625 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 11 qr, 320 manat dəyərində, 1 ədəd qızıl göz 585 əyar 12 manat dəyərində, 1 ədəd qızıl göz 585 əyar 25 manat dəyərində, 1 ədəd qızıl saat 585 əyar 3.8 qr – 120 manat dəyərində, 1 ədəd qızıl saat 585 əyar 9 qr – 270 manat dəyərində, 1 ədəd qızıl saat 585 əyar 6.1 qr – 180 manat dəyərində, 1 ədəd qızıl saat 585 əyar 12.1 qr – 400 manat dəyərində, 1 ədəd qızıl saat 585 əyar 20 qr – 600 manat dəyərində, 1 ədəd qızıl saat 585 əyar 34 qr – 1040 manat dəyərində, 1 ədəd brilyant dəst (komplekt) 585əyar 26.1 qr – 900 manat dəyərində, 1 ədəd brilyant dəst (komplekt) 585 əyar 25.6 – 1000 manat dəyərində, 1 ədəd brilyant komplekt 585 əyar 11.3 qr – 400 manat dəyərində, 1 ədəd brilyant dəst (komplekt) 585 əyar 4.1 qr – 120 manat dəyərində, 1 ədəd brilyant dəst (komplekt) 585 əyar 12 qr – 420 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar 0.8 qr – 30 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar 12.5 qr – 400 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar 33 qr – 1100 manat dəyərində, 1 ədəd qızıl klon 585 əyar 24 qr – 700 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 28.9 qr – 780 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar 15 qr – 375 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar 3.8 qr – 115 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar 4.2 qr – 125 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 19 qr – 570 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar 2.1 qr – 60 manat dəyərində, 1 ədəd qızıl boyunbağı 585 əyar 2 qr – 70 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar 17.8 qr – 540 manat dəyərində, 1 ədəd qızıl qolbaq 585 əyar 7.8 qr – 270 manat dəyərində, 1 ədəd qızıl üzük 585 əyar 5.8 qr – 200 manat dəyərində). İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh polis şöbəsinin istintaq bölməsində də bu məzmunda izahat vermiş və cavabdehin ona 36.202 manat məbləğində borcunun olmasını bildirmiş, lakin sonradan o, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2020ci il tarixli qərarla tanış olarkən, onun izahatının təhrif olunduğunu və guya izahatında cavabdehin ona 17.500 ABŞ dolları məbləğində borcunun olmasını bildirdiyini göstərmişdir. Birinci instansiya məhkəməsindəki yazılı etirazından və izahatından görünür ki, cavabdeh İmanov Asif Adil oğlu iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, iddiaçı X2 2003-cü ildən tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Özü qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olmuş və iddiaçını da bu səbəbdən tanımışdır. İddiaçı ilə 2014-cü ilin dekabr ayınadək ticarət münasibətləri olmuş, iddiaçıdan nisyə qızıl-zinət əşyaları alaraq satmış və pulunu iddiaçıya ödəmişdir. Həmin müddət ərzində iddiaçıdan ümumilikdə 40 000 (qırx min) manat dəyərində qızıl-zinət əşyaları almışdır. Həmin əşyaların dəyərindən 23 000 (iyirmi üç min) manat ödəmiş, qalan 17 000 (on yeddi min) manatlıq qızıl-zinət əşyalarını isə naturada geri qaytarmışdır. 2014-cü ildən sonra onun iddiaçı ilə heç bir ticarət əlaqəsi olmamış və iddiaçıya borcu qalmamışdır. 2014-cü il tarixədək iddiaçıya hər hansı bir borcu qalsa belə iddiaçı həmin tələblə bağlı iddia müddətini ötürmüşdür. Cavabdeh iddianın əsassız olduğundan, eyni zamanda iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) ## #### 2021-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilmiş, cavabdeh İmanov Asif Adil oğlundan iddiaçı X2 xeyrinə nisyə alınmış qızıl-zinət əşyalarının dəyərinin ödənilməmiş hissəsinin əvəzi qismində 36.202 (otuz altı min iki yüz iki) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 36.232 (otuz altı min iki yüz отуз iki) manat məbləğində pul vəsaitin tutulması qət edilmişdir. Qətnamədən cavabdeh İmanov Asif Adil oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İmanov Asif Adil oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilir ki, qətnamə cavabdeh İmanov Asif Adil oğlunun və onun vəkili İbrahimov Tağı Məmməd oğlunun iştirakı ilə qəbul edilib. Lakin Asif İmanovun həmin məhkəmə işindən xəbəri olmayıb, ona heç vaxt bu məhkəmə işi barədə bildiriş gəlməyib, iclasdan iştirak etməyib. A.İmanov, bu məhkəmə işinin aparılması üçün bu məhkəmə işindən və belə bir qətnamənin mövcud olmasından ##.##.2025-ci il tarixində Cəlilabad Rayon İcra Şöbəsinin mesajı onun telefonuna gələndən sonra həmin İcra Şöbəsinə getdiyi zaman məlumatı olub. Bu faktı A.İmanov ##.##.2025-ci il tarixində həmin İcra şöbəsinin rəisi M.Əsgərova yazdığı izahatı təsdiq etdiyi kimi, A.İmanovun həmin qətnamənin ona rəsmi qaydada verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə yazdığı ##.##.2025-ci il tarixli ərizəsi də təsdiq edir. Bundan sonra ##.##.2025-ci il tarixində Asif İmanova həmin qətnamə Cəlilabad Rayon Məhkəməsi tərəfindən rəsmi qaydada verildi. Asif İmanov bu iş ilə bağlı vəkil İbrahimov Tağı ilə heç bir müqavilə bağlamayıb. Şikayətə görə, cavabdehin məhkəmə işinin olmasından xəbəri olmamışdır. Asif İmanov bənzər bir izahatı Masallı Rayon Polis Şöbəsinin ##.##.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qəbul edilərkən verib. Belə ki, Asif İmanov həmin polis şöbəsində verdiyi izahatda qeyd edib ki, iddiaçı ilə aralarında 2014-cü ilin dekabr ayınadək ticarət münasibətləri olmuş, iddiaçıdan nisyə qızıl-zinyət əşyaları alaraq satmış və pulunu iddiaçıya ödəmişdir. Həmin müddət ərzində iddiaçıdan ümumilikdə 40 000 (qırx min) manat dəyərində qızıl-zinyət əşyası almış, həmin əşyaların dəyərindən 23 000 (iyirmi üç min) manatı ödəmiş, qalan 17 000 (on yeddi min) manatlıq qızıl-zinyət əşyalarını isə naturada geri qaytarmışdır. 2014-cü ildən sonra onun iddiaçı ilə heç bir ticarət əlaqəsi olmamış və iddiaçıya borcu qalmamışdır. İddiaçının tələbinə görə, guya o, 2018-ci il aprel ayında Masallının Təzə Bazar adlanan yerdə cavabdehə 80 000 ABŞ dolları qızıl-zinyət əşyalarını nisyə qaydada satıb və cavabdeh həmin əşyaların pulunun 2019-cu ilin dekabr ayına qədər bir hissəsinin ödəyib. Bu alqı satqıdan dolayı cavabdehin ona 36 202 manat borcu qalıb. Məhkəmə bu qətnaməni qəbul edərkən cavabdeh Asif İmanovun Masallı Rayon Polis Şöbəsinin ##.##.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarındakı izahatına əsaslanıb. Həmin izahatda isə cavabdehin 2018-ci il aprel ayında Masallının Təzə Bazar adlanan yerdə iddiaçıdan 80 000 ABŞ dolları qızıl-zinyət əşyası aldığı qəbul olunmur. İddiaçı, cavabdehə 2018-ci il aprel ayında Masallının Təzə Bazar adlanan yerdə 80 000 ABŞ dolları dəyərində qızıl-zinyət əşyası satdığını sübut etməli, yəni belə bir alqı satqı müqaviləsinin bağlandığını sübut etməlidir. Rayon Məhkəməsi bu fakt sübut olunmadığı halda, cavabdehin 2018-ci ildə iddiaçı ilə bağladığı nisyə alqı satqı müqaviləsi üzrə 36 202 manat borcu qaldığına qət edərək qanunvericiliyinin maddi və prosessual normaları pozaraq qətnamə qəbul etmişdir. Hesab edir ki, iddia əsassız olduğundan iddia rədd edilməlidir. İzahatlar Apellyasiya baxışında cavabdehin vəkili və nümayəndəsi vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, məhkəmə iclası ilə bağlı cavabdehə heç bir məlumat verilməmişdir. Həmçinin cavabdehin əvəzinə məhkəmə də onu təmsil edən vəkil İbrahimov Tağı Məhəmməd oğlundan xəbəri olmamış və onunla heç-bir müqavilə bağlanmamışdır. İddiaçı ərizəsində göstərir ki, guya 2018-ci ilin aprel ayında Masallı rayonunda Təzə bazar deyilən yerdə cavabdeh iddiaçıdan qızıl-zinət əşyasını nisyə qaydada götürmüş və cavabdeh həmin əşyaların 2019-cu ilin dekabr ayına qədər bir hissəsini ödəyib. Bu alqı-satqıdan 36202 manat borcu olmasınını qeyd edir. Lakin bu alqı-satqını təsdiq edən heç-bir sənəd yoxdur. Belə bir sual yaranır, məhkəmə burada nəyə istinad edir. Cavabdehlə iddiaçı 2003-cü ildən münasibətləri olmuş. 2014-cü ilin dekabr ayına qədər aralarında ticarət münasibətləri olmuş, iddiaçıdan nisyə qızıl-zinət aşyaları alaraq satmış və pulunu iddiaçıya ödəmişdir. Belə ki, 40000 manat dəyərində qızıl-zinət əşyaları almış, həmin əşyaların dəyərindən 23000 manat ödəmiş qalan 17000 manat dəyərində olan qızıl-zinət əşyalarını naturada iddiaçıya 2014-cü ildə qaytarmışdır. İddiaçı isə 80000 dolları 2018-ci ildə aldığını deyir. 2018-ci ilə dair heç-bir subut yoxdur. Münasibətləri 2014cü ildə olmuşdur. Sonra iddiaçı ilə cavabdehin münasibətləri pozulmuşdur. Polisə araşdırma omuşdur. Belə olan halda iddiaçı necə olur ki, cavabdehə 80000 dollar dəyərində qızıl-zinət əşyası verir. Birinci instasiya məhkəməsi heç-bir subut olmadan qətnamə qəbul etmişdir. Cavabdeh İmanov Asif Adil oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında göstərmişdir ki, həmişə cavabdehə qızıl vermiş, şərtləşmələri belə olmuşdur ki, əgər 100 qram qızıl-zinət götürürdüsə götürülən qızıl-zinət əşyasının 50 qramının pulunu hesablayırlar, satdıqdan sonra isə tam hesablaşırlar. Qeyd etmişdir ki, 2017-ci ilə qədər aralarında alver olmuş, yazılı müqavilə olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı ərizəsində nisyə verdiyi qızıl-zinət əşyalarının (məmulatların) ödənilməsini cavabdehdən tələb etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, 2018-ci iln aprel ayında cavabdeh ondan Masallı şəhərində yerləşən «Təzə Bazar» adlanan ərazidə 80.000 ABŞ dolları məbləğində qızıl-zinət əşyasını nisyə almış və həmin vaxt həmişə olduğu kimi qızılları satdıqca hissə-hissə pulunu ödəyəcəyini, sata bilmədiyi qızılları isə naturada qaytaracağını bildirmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı şikayəti əsasında polisdə araşdırma olmuş, Masallı rayon Polis Şöbəsində ##.##.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. A.A.İmanov Masallı rayon polis şöbəsinin istintaq bölməsində verdiyi ifadəsində 2014-cü ilin dekabr ayına qədər iddiaçıdan ümumilikdə 40.000 manat dəyərində qızıl-zinyət əşyaları aldığını, həmin borcunun 23.000 manat hissəsini nağd qaydada, 17.000 manat hissəsini isə natura şəklində qaytardığını, həmin vaxt ABŞ dollarının manata nisbətdə məzənnəsi qalxdığından İddiaçılə aralarında olan borc münasibətlərini bitirmək qərarına gəldiyini göstərmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: İddiaçıların tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601, 600.2, 600.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən: 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh iddianı qəbul etməmiş, iddiaçı ilə 2018-ci ildə hər-hansı qızıl əşyaları ilə bağlı alqı-satqı münasibətində olmadığını bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti non neganti incumbit probation” (“sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür”) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" iş üzrə ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya qeyd edir ki, tərəflər arasında qızıl əşyaların nisyə alqı-satqısına dair müqavilə mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı tələbində cavabdehlə nisyə alqı-satqı müqaviləsi olduğunu bildirsə də bu barədə hər-hansı sübut təqdim etməmişdir. Halbuki, Qanunun tələbinə görə, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın (əşyaların) qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı şifahi razılaşmaya əsaslansa da müqavilənin şərtləri, tələb edilən əşyaların qiymətləri, ödəniş qaydası, müddətləri və məbləğləri barədə cavabdehlə razılığa gəlmələri barədə hər-hansı sübut təqdim etməmişdir. Bu halları, eləcə də tələb edilən əşyaların mövcudluğunu, onların fərdi əlamətlərini, 2018-ci ilin aprel ayında cavabdehə təhvil verildiyini sübut etmə yükü iddiaçının üzərindədir. İddiaçı bu halları sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qənaətə gələrkən hesab etmişdir ki, iddiaçı tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, A.A.İmanovun İddiaçılə aralarında olan alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin 2014-cü ildə bitməsinə dair göstərdiyi xüsusatlar inandırıcı deyildir. Məhkəmənin mövqeyinə görə, A.A.İmanov iddiaçı ilə aralarında olan borc münasibətlərinin Azərbaycan Respublikası manatı ilə yaranmasına istinad etsə də, sonradan özü-özünü təkzib edərək, İddiaçılə borc münasibətlərinin başa çatmasını ABŞ dollarının Azərbaycan Respublikası manatına nisbətdə qiymətinin artması ilə əlaqələndirmiş və buna görə də 2014-cü ildə artıq həmin münasibətlərin başa çatdığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası manatının ABŞ dollarına münasibətdə dəyərini itirməsi, yəni devalvasiya 2014-cü ildə deyil, 2015-ci ilin fevral və dekabr aylarında baş vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 2018-ci ildə nisyə qızıl-zinət əşyaları almış, həmin əşyaların dəyərinin bir hissəsini ödəmiş, qalan 36 202 (otuz altı min iki yüz iki) manat dəyərində qızıl-zinət əşyalarının dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə yalnız iddiaçının ərizəsini (izahatını) inandırıcı hesab etmiş, cavabdehin izahatını isə inandırıcı hesab etməmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, yalnız iddiaçının izahatı tərəflər arasında münasibətlərin 2018-ci ildə yarandığını deməyə əsas vermir. Kollegiya hesab edir ki, iddiaçı tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. İddiaçı sübut təqdim etməmişdir. Cavabdeh tərəf iddianı etiraf etməmişdir. Məhkəmə əsassız qənaətə gəlmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, əsassız qətnamə qəbul etmişdir ki, bu da məhkəmə aktının ləğv edilməsi üçün əsasdır. Bu baxımdan apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh İmanov Asif Adil oğlunun apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2021-ci tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı X2 cavabdeh İmanov Asif Adil oğluna qarşı qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda onların dəyərinın alınıb verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar