Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-317/2026 13.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh Nəsirova Seyidxanım Kazım qızının nümayəndəsi-vəkili Vəkil Əfladin oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdehlər Nəsirova Seyidxanım Kazım qızına və X10, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, daşınmaz əmlakın bağışlanma müqavilənin, çıxarışın etibarsız hesab edilməsi, miras əmlakdan tam pay alınması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X1 cavabdehlər Nəsirova Seyidxanım Kazım qızına və X10, 3-cü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, daşınmaz əmlakın bağışlanma müqavilənin, çıxarışın etibarsız hesab edilməsi, miras əmlakdan tam pay alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon notariusu tərəfindən verilmiş ## ### 2012-ci il tarixli, *-V-**-*/** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ## ###### 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi və X10 adına verilmiş ********** qeydiyyat nömrəli, 802011000113- 05101-****** reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və mərhum anası X7 varisi olaraq, anasından Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlakdan tam pay almağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X7 ##.##.2011-ci il tarixdə vəfat etmişdir və ondan Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən miras əmlak qalmışdır. Belə ki, o, anasının yeganə varisidir. Lakin, anasının bacısı Nəsirova Seyidxanım Kazım qızı anasının nə qanun üzrə, nə də vəsiyətnamə üzrə varisi olmadığı halda ## ### 2012-ci il tarixli *-V-**-*/** nömrəli vərəsəlik şəhadətnaməsi ilə sözügedən miras əmlakı adına keçirmişdir. Sonradan həmin əmlakı ## ###### 2024-cü ildə öz qızı X10 bağışlamışdır. Anası vəfat etdiyi zaman o, Rusiya Federasiyasında olmuş və onun 40 mərasiminə özünü çatdırsa da, hazırki iş üzrə cavabdeh olan xalası ilə mübahisəsi yarandığı üçün onun yas mərasimində iştirakına imkan verməmişdir. Səbəbi isə, mərhum anası atası ilə faktiki nikah ilə ərarvad münasibətində yaşamışlar. Onların faktiki nikahlarından övladları olmadığına görə mərhum anası onu valideynlərinin razılığı ilə övladlığa götürmüşdür. Anası X7 qalan miras əmlakı o vəfat etdikdən sonra faktiki olaraq qəbul etmiş, daha sonra isə evi açarlayaraq Rusiya Federasiyasına yaşamağa getmişdir. Lakin, 2024-cü ildə ona xəbər çatmışdır ki, cavabdeh həmin mənzilə qanunsuz olaraq daxil olmuş və oradan istifadə edir. Elə həmin ildən anasının bacısının mülkiyyətdən çıxarılmasından ötrü səy göstərsə də görmüşdür ki, xalası qanunsuz hərəkətlərindən əl çəkmir. Nəhayət qərara gəlmişdir ki, anasından qalan miras əmlakı vərəsəlik yolu ilə adına keçirsin. Buna görə də ## #### 2025-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mərkəzində notarius ofisinə ərizə ilə müraciət edərək vərəsəlik arayışının alınmasından ötrü Lənkəran şəhər qeydiyyat şöbəsinə sorğu göndərilməsini xahiş etmişdir. Həmin sorğuya Lənkəran şəhər qeydiyyat şöbəsi tərəfindən ## #### 2025-ci il tarixli, *-**-*/*-**-***/**** nömrəli cavab verilmişdir. Məktubuna əsasən mərhum X7 yeganə ailə üzvü və tək varisi onun olmağı barədə doğum aktının surəti və övladlıq haqqında akt qeydlərinin təstiq olunmuş surəti ona təqdim olunmuşdur. ## ###### 2025-ci il tarixli *** nömrəli Notarius tərəfindən DƏDRX-nə verilmiş mərhum anasının vərəsəsi olduğunu təstiq edən məktubdan sonra, anasından qalmış orderi reyestr xidmətinə təqdim etmək istədikdə, məlum olmuşdur ki, 2012-ci ildə qanunsuz olaraq, onui gizlətmək yolu ilə xalası ikinci dərəcəli vərəsə kimi mirası qəbul etmişdir. Sonradan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mərkəzində notarius ofisinə müraciət edərək notarius tərəfindən verilmiş ## ### 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini əldə etmişdir. Lakin ##.##.2025-ci il tarixdə hərəkəti həyata keçirən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mərkəzində notarius ofisinin notariusu Səfər İsmayılovun lisenziya müddəti başa çatdığına görə digər sənədləri əldə etməsi mümkün olmamışdır. Bu səbəbdən də QR kod ilə sistemdən Çıxarış əldə etmişdir. Hazırda bildirmək istəyir ki, notariat tərəfindən verilmiş ## ### 2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi qanunsuz qəbul edilmişdir, onun əsasında da Nəsirova Seyidxanım Kazım qızına verilmiş ******* nömrəli Çıxarış etibarsızdır. Həmin çıxarışın əsasında aparılan ## ###### 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi etibarsız və X10 adına verilmiş ********** qeydiyyat nömrəli, 802011000113- 05101-****** reyestr nömrəli çıxarış etibarsız hesab edilməli və ona görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Nəsirova Seyidxanım Kazım qızı və onun nümayəndəsi və vəkili Vəkil Əfladin oğlu iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Nəsirova Seyidxanım Kazım qızı iddia tələbini qəbul etmədiyini bildirmiş və verdiyi izahatında göstərmişdir ki, mərhum X7 onun bacısıdır və 2011ci ildə vəfat etmişdir. Bacısı Miryaqut nə rəsmi, nə də qeyri-rəsmi ailə qurmamış, onun övladı da olmamışdır. İddiaçının atası kimi qeyd etdiyi Akif adlı şəxsi də tanımır, mərhum bacısı Miryaqut oğlu və ya əri olması barədə heç vaxt ona nəsə deməmişdir. Məhkəmə tərəfindən ona göndərilən iddia ərizəsini alıb oxuduqda özü də təəcüblənmişdir. Çünki, bacısının ölən gününə kimi onun Ramid adlı oğlunun olmasından xəbərsiz olmuş və belə bir şəxsi heç vaxt görməmişdir. Bacısı bir müddət yataq xəstəsi olmuş və ona özü qulluq etmiş, digər bacıları və onların övladları da gəlib dəstək olmuşlar. Lakin, hazırki iş üzrə iddiaçı onun oğlu olduğunu iddia etsə də, bacısı Miryaqut xəstə olduğu vaxtlarda hazırda onun oğlu olduğunu deyən şəxs ona baş çəkməyə gəlməmiş, nə maddi, nə də mənəvi dəstək olmamışdır. Bacısı dünyasını dəyişdikdən xeyli vaxt sonra o tapılmış və ondan qalan mirasa hazırda sahib çıxmağa çalışır. Oğlu olduğunu deyən Ramid adlı şəxs bacısı Miryaqutun yas mərasimində də iştirak etməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi 40 mərasimə gəldiyi və onunla mübahisə etdiyi də yalandır, belə bir şəxs heç vaxt mərhum bacısının məslisində olmamış və onu tanımır. Bundan başqa iddiaçı qapını bağlayıb getdiyini qeyd edir. Bacısının Lənkəran şəhəri, Nizami küçəsi, bina 92, mənzil 33 də yerləşən evinın qapısı dəmir, seyfli qapıdır. Bacısı vəfat etdikdən sonra evin açarı həmişə onda olmuş, bacısına qulluq edib onun bütün qayğılarını çəkdiyi üçün vəfatından sonra da onun əmlakına özü sahib çıxmışdır. Mübahisə olunan mənzil iki dəfə təmir olunmuş və hazırki mülkiyyətçisi onun açarlarını dəyişdirmişdir. O, hazırda həmin evdə yaşamır, çünki evi digər cavabdeh X10 hədiyyə etmişdir. O, iddiaçının tələbini əsassız və qanunsuz hesab etdiyi üçün məhkəmədən tələbin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edərək cavabdeh X10 iddia tələbini qəbul etmədiyini bildirmiş və verdiyi izahatında göstərmişdir ki, cavabdeh Nəsirova Seyidxanım Kazım qızı onun xalasıdır. Hazırda mübahisə olunan evin mülkiyyətçisi ##.##.2024-cü ildən etibarən özüdür. O, iddia ərizəsilə tanış olmuşdur və həmin ərizədə qeyd olunanları əsassız hesab edir. Mərhum X7 övladının olması barədə onun və ailənin digər üzvlərinin iddia ərizəsi ünvanlarına göndərilənə kimi məlumatı olmamışdır. 13-14 il ərzində heç vaxt belə bir şəxsi görməmiş, onun varlığından xəbərsiz olmuşdur. Hazırda mübahisə olunan ev onun xalası Seyidxanım Nəsirova tərəfindən ona 2024-cü ildə hədiyyə edilmişdir. Həmin vaxta qədər evin qapısı seyfli dəmir qapı və həmçinin açarı eyni olmuş, sonra mənzil təmir edilmiş və açarlarını dəyişmişlər. Qapı əvvəlki qapıdır, köhnə açar da ondadır. İddiaçı isə ərizəsində qeyd edir ki, evə mərhum Miryaqutun ölmündən sonra baş çəkmiş və qapısını bağlayıb getmişdir. İddiaçı mərhumun mərasimlərində də iştirak etməmişdir. İddiaçını nə mərhum xalasının evində, nə də məclisində görən olmamışdır. Onun ərizədə qeyd etdiklər yalan və əsassız iddialardır, heç bir sübutu yoxdur. O, iddia tələbini əsassız hesab edir və tələbin rədd edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Nəsirova Seyidxanım Kazım qızının vəkili Vəkil Əfləddin oğlu iddia tələbini qəbul etmədiyini bildirdi və verdiyi izahatlarında cavabdehlərin izahatına uyğun məzmunda izahat verib tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə göndərilmiş məktubda üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçı X1, cavabdeh X10, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran regional “ASAN xidmət” Mərkəzində notariat ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında ifadə verən şahid Mirzəyeva Elnurə İltifat qızı bildirdi ki, cavabdeh Nəsirova Seyidxanım Kazım qızı və mərhum X7 onun xalalarıdır. O, Bakı şəhərində yaşayır. Mərhum xalası yataq xəstəsi olduğu üçün ona bacısı Seyidxanım baxıb qulluq etmişdir. O, və digər yaxın qohumlar isə tez-tez ona baş çəkməyə gəlmişlər və həmçinin maddi dəstək göstərmişlər. Lakin, Ramid və ya Akif adlı şəxsləri tanımır, onlar barəsində heç vaxt eşitməmiş, mərhum xalasına sağlığında, xəstə olduğu vaxtlarında nə maddi, nə də mənəvi dəstək olmamışlar. Mərhum xalasının ailəli olması və onun övladlıq uşaq götürməsindən məlumatı yoxdur. Çünki, o, həmişə mərhum X7 nikahının və ya nikahdan kənar ailəsinin olmadığını bilmişdir. Özü də heç vaxt övladlığa uşaq götürməsi və ya ailəli olması barədə bir söz deməmişdir. Xalasının ölmündən sonra da mərhumdan qalan mənzilə Seyidxanımın gediş-gəlişi olmuşdur. Ramid onun oğlu olduğunu qeyd etsə də, xəstə olduğu vaxt ən azından anasına telefonla zəng edə bilərdi, onun dəfnində və yas mərasimlərində iştirak edərdi. Xalası Seyidxanım ona və digər yaxın qohumlara məhkəmədən ərizə göndərildiyini və ərizədə mərhumun Ramid adlı oğlu olduğunun yazılmasını deyəndə hamı təəcüblənmişdir. Mərhum xalası Miryaqut dünyasını dəyişdikdən sonra ondan qalan ev xəstə vaxtlarında ona qulluq edən xalası Nəsirova Seyidxanım Kazım qızı tərəfindən vərəsəsi kimi qəbul edilmiş və onun tərəfindən də X10 bağışlanmışdır. Evin əvvəldən seyfli dəmir qapısı olmuş və hazırda da həmin qapı istifadədədir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında ifadə verən şahid X5 bildirdi ki, o, mərhum X7 ilə həm yaxın qonşu, həm də ən yaxın rəfiqə, həm də iş yoldaşı olmuşlar. Poçtda işləmişlər və mübahisə olunan mənzil dövlət tərəfindən verilmişdir. Onunla bir-birinin evlərinə gedişgəlişləri olmuş və Nəsirova Seyidxanım Kazım qızının ona qulluq etdiyini, həmin evə gəlib-getdiyini təsdiq edir. Mərhum Miryaqut heç vaxt Ramid adlı övladının olması barədə ona bir söz deməmişdir. Həmçinin mərhumun Akif adlı həyat yoldaşı olmayıb və o, belə bir şəxsi tanımır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Anar Pənahov), iddia təmin edilməmiş, 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı X1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Nəsirova Seyidxanım Kazım qızının nümayəndəsi-vəkili Vəkil Əfladin oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, MPM-nin 376.2ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini iddiaçı X1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar. 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (hüquq münasibəti yaranan zaman qüvvədə olan) 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş ##.##.1977-ci il tarixdə verilmiş ** nömrəli doğum haqqında akt qeydindən görünür ki, Əliyev (Rahid) Ramid Akif oğlu ##.##.1977-cu ildə Lənkəran rayonu, Xolmili kəndində doğulmuşdur. Onun atası X2, anası isə (X3) X7r. İş materiallarına əlavə edilmiş ##.##.1991-ci il tarixdə verilmiş ** nömrəli övladlığa götürmə aktının qeydindən görünür ki, Lənkəran rayonu, Xolmili kəndində doğulmuş ##.##.1977-ci il təvəllüdlü X1 Akif və Ağayeva Miryaqut tərəfindən övladlığa götürülmüşdür. Bu barədə ##.##.1977ci ilin akt qeydində 75 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ ****** nömrəli ##.##.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.1977-cu ildə Lənkəran rayonu, Xolmili kəndində doğulmuşdur. Onun atası X2, anası isə X7r. İş materiallarına əlavə edilmiş AZ-II ****** nömrəli ##.##.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ##.##.2011-ci ildə Lənkəran rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, ##.##.2011-ci ildə Lənkəran rayonunda ölmüş X7 həmin tarixədək subay olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinin ##.##.2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, X7 ##.##.2011-ci ildə vəfat etmiş, onun vərəsəsi X1 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon DTİ və MHQİ-nin ##.##.1999- cu il tarixli */**** nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Lənkəran şəhəri Nizami küçəsində 5 mərtəbəli **/** nömrəli binada yerləşən ümumi sahəsi 53.3 kv.metr, yaşayış sahəsi 28.5 kv.metr olan 2 otaqlı mənzil X7r. İş materiallarına əlavə edilmiş ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2011-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi ünvan 1 ünvanında yaşayan bacısı – Nəsirova Seyidxanım Kazım qızı miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Lənkəran ərazi idarəsinin ##.##.2012-ci il tarixli **-**-*** saylı arayışına və Lənkəran rayon DTİ və MHQİ-si ##.##.1999-cu il tarixli */**** nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, 30.33 kv.metr yaşayış və 22.97 kv.metr yardımçı sahəsi olan 2 otaqlı mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan (qeydiyyat tarixi: ##.##.2012; qeydiyyat nömrəsi: 2212003582; reyestr nömrəsi: 802011000113-05101-******) görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzil daşınmaz əmlakın Dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində Nəsirova Seyidxanım Kazım qızının adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunan ##.##.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Nəsirova Seyidxanım Kazım qızı mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzili hədiyyə alan - bacısı qızı X10 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (qeydiyyat tarixi: ##.##.2024; qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: 802011000113-05101-******) görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m olan mənzil daşınmaz əmlakın Dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində X10 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surətlərində olan sənədlərdən müəyyən edilir ki, Nəsirova Seyidxanım Kazım qızı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən (qeydiyyat tarixi: ##.##.2012; qeydiyyat nömrəsi: 2212003582; reyestr nömrəsi: 802011000113-05101-******) tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzili bacısı qızı X10 bağışlamışdır. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzil cavabdeh X10 mərhum xalası və cavabdeh Nəsirova Seyidxanım Kazım qızının mərhum bacısı X7 mülkiyyətində olmuşdur. X7 ##.##.2011-ci ildə vəfat etmiş və ondan miras qalan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 29.4 kv.metr, yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqlı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh Nəsirova Seyidxanım Kazım qızının adına rəsmiləşdirilmiş və sonra da Nəsirova Seyidxanım Kazım qızı tərəfindən digər cavabdeh X10 bağışlanmışdır və həmin daşınmaz əmlak hazırda onun xüsusi mülkiyyətindədir. İddiaçı iddia tələbində Rusiya Federasiyasında olduğunu və onun mərhum anası X7 40 mərasiminə özünü çatdırsa da, hazırki iş üzrə cavabdeh olan xalası ilə mübahisəsi yarandığı üçün onun yas mərasimində iştirakına imkan vermədiyini, səbəbinin isə, mərhum anası atası ilə faktiki nikah ilə ər arvad münasibətində yaşadıqlarını, onların faktiki nikahlarından övladları olmadığına görə mərhum anasının onu valideynlərinin razılığı ilə övladlığa götürdüyünü, anası X7 qalan miras əmlakı o vəfat etdikdən sonra faktiki olaraq qəbul etdiyini, daha sonra isə evi açarlayaraq Rusiya Federasiyasına yaşamağa getdiyini, lakin, 2024-cü ildə cavabdehin həmin mənzilə qanunsuz daxil olaraq oradan istifadə etdiyini bildirmişdir. İddiaçı mirası əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət edərkən ona məlum olmuşdur ki, xalası ikinci dərəcəli vərəsə kimi 2012-ci ildə mirası qəbul etmiş, daha sonra əmlakı qızına bağışlamışdır. Cavabdehlər iddia tələbini qəbul etməyərək həmin tələbin rədd edilməsini xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının miras əmlakı nə sənəd üzrə, nə də faktiki olaraq qəbul etmədiyini bildirirlər. Kollegiya əvvəla qeyd edir ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi miras qoyan- iddiaçının anası olmuş mərhum X7 ##.##.2011-ci il tarixdə ölməsindən asılı olmayaraq həmin şəxsin vəfatından sonrakı 6 ay ərzində iddiaçı X1 tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün hər hansı bir tədbir görülməmişdir. İkincisi iddiaçı X1 tərəfindən mirasın qəbul üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı X1 mirası qəbul etmə hüququnu itirmişdir. Üçüncüsü iddiaçı X1 miras əmlakı qəbul etmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Belə ki, iddiaçı X1 anasının vəfat etməsindən xəbərdar olmuş və anasının vəfatından sonra Rusiya Federasiyasında olmuşdur Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq iddiaçı X1 tərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. İddiaçı X1 miras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə ifadələrini bildirməmişlər. Göründüyü kimi iddiaçı X1 tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. İddiaçı X1 anasının vəfatından sonra miras əmlakı faktiki qəbul etdiyini sübut edə bilməmiş, beləliklə mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün, mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X1 tərəfindən miras əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Yəni mirasın qəbul edilməsinin qeyri-formal üsulla olur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, yəni iddiaçı X1 miras açıldıqdan xeyli müddət əvvəl və miras açılan zaman miras əmlakda yaşamaması, onun həmin əmlakı qeyriformal üsulla da qəbul etməməsini göstərir və belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 tərəfindən miras əmlak heç faktiki olaraq da qəbul edilməmişdir. Kollegiya iddiaçı X1 mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd edir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Göründüyü kimi miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış fərdi yaşayış evində miras qoyanın ikinci növbəli vərəsələrindən məhz bacısı-cavabdeh Nəsirova Seyidxanım Kazım qızı miras əmlakı qəbul etmişdir. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmiş, həmçinin miras əmlak olan evdə də yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2020-ci il tarixli Qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi hazırki mübahisə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi əsassız olduğundan təmin edilməlidir.” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollgiya işdə olan sübutların məzmununun hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olduğu qənaətinə gəlir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-317/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-317/2026
13.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver