Məhkəmə qərarları › İş №2(3-9)-325/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-325/2026

16.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-325/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı Zahid oğlunun, cavabdeh2onal cavabdeh2 qarşı, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran ərazi idarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Əkbərova Xatirə Azad qızına qarşı ##.##.2012-ci il tarixli və ##.##.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S I Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi. Şirvan şəhəri, ## ##### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad Ilham oğlunun katibliyi, Iddiaçı Iddiaçı Zahid oğlunun, cavabdeh2onal cavabdeh2 qarşı, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran ərazi idarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Əkbərova Xatirə Azad qızına qarşı ##.##.2012-ci il tarixli və ##.##.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim K.Süleymanov) iddiaçı Iddiaçı Zahid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı Iddiaçı Zahid oğlu, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran ərazi idarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Əkbərova Xatirə Azad qızına, cavabdeh2onal cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon * saylı Dövlət notariat kontoru tərəfindən mərhum X20 miras qalmış, ünvan 2 saylı ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2012-ci il tarixdə X1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin fərdi yaşayış evinə dair ##.##.2010-ci il tarixdə Əkbərova Xatirə Azad qızı və qeyrilərinə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ ** saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və ünvan 3 ünvanında yerləşən, sahəsi 100.1 kv.m olan fərdi yaşayış evinə dair cavabdeh Əkbərova Xatirə Azad qızına verilmiş (qeydiyyat tarixi: ##.##.2021; qeydiyyat nömrəsi: 2220010933; reyestr nömrəsi: 802013017112-*****) çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı Iddiaçı Zahid oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu Lənkəran şəhəri M.Ələkbərov küçəsində yerləşən * saylı ev onun ata-baba yurdudur. Həmin ev əvvəllər nənəsi Seyidbəyim Əkbərovanın adına olsa da, ##.##.1984-cü il tarixdə nənəsinin vəfatından sonra vərəsəlik qaydasında qardaşı Iftixar Əkbərovun adına özgəninkiləşdirilmişdir. Buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də vardır. Hal-hazırda Lənkəran şəhəri M.Ələkbərov küçəsində yerləşən * saylı ev mərhum qardaşının arvadı, hazırki iş üzrə cavabdeh Əkbərova Xatirə Azad qızının xüsusi mülkiyyətindədir, buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarış vardır. ##.##.2012-ci il tarixli və ##.##.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə bağlı aparılmış notariat əməliyyatlarına dair materialın verilməsi ##.##.2025-ci il tarixli vəkil sorğusu ilə Lənkəran * saylı notariat ofisindən xahiş olunsa da, cavabdeh2onal cavabdeh2 ##.##.2025-ci il tarixli *** saylı məktubunda “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə axtarış zamanı qeyd olunan fərdi yaşayış evinin mərhum Iftixar Əkbərovun sağlığında onun adına özgəninkiləşdirilməsi ilə bağlı məlumat aşkar olunmadığı qeyd edilmişdir. Ona görə də hesab edir ki, ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə saxta sənəddən istifadə edilməklə əldə olunmuşdur. Çünki, nənəsi X25 Əkbərovdan başqa da bir neçə nəvəsi, o cümlədən də özü olmuşdur. ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən (hələ ki, belə bir notariat əməliyyatın aparılması dəqiq bilinmir.) o, nənəsinin vərəsəsi kimi ona çatan miras paydan qardaşının xeyrinə imtina etməmişdir. Ümumiyyətlə belə bir əməliyyat aparılsa da, ona bu barədə heç bir məlumat verilməmişdir. Həmin fərdi yaşayış evi hal-hazırda iş üzrə cavabdeh Xatirə Əkbərovanın adına qeydə alınmış və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat tarixi: ##.##.2021; qeydiyyat nömrəsi: 2220010933; reyestr nömrəsi: 802013017112-*****) verilmişdir. Hesab edir ki, cavabdehə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ ** saylı Lənkəran Ərazi Idarəsi tərəfindən verilmiş həmin çıxarış qanuni əsaslarla verilməmişdir. Belə ki, ##.##.2012-ci il tarixdə qardaşı Iftixar Əkbərovun adına tam payla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı onun vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur. Hesab edir ki, o da digər nəvələr kimi ##.##.1984-cü il tarixdə vəfat etmiş nənəsinin vərəsəsidir və ondan miras qalmış əmlakda onun da vərəsə kimi payı vardır. Bu səbəbdən də hüquqlarının müdafiəsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçı Iddiaçı Zahid oğlu sonuncu məhkəmə iclasına gəlməmiş, iştriak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, əlavə olaraq göstərmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında yaşasa da, Lənkəran rayonuna, ata-baba yurduna tez-tez gəlib getmişdir. O, Rusiyada 21 il eyni ünvanda qeydiyyatda olmuş və həmin ünvanda yaşamışdır. Yaxın qohumlarından orada yaşayanlar olmamışdır. Nənəsi 1984-cü ildə vəfat etmişdir. O, 1990- 1994-cü illərdə Rusiyaya Federasiyasının Moskva şəhərində təhsil almışdır. Onlar ümumilikdə dörd uşaq - iki bacı və iki qardaş olmuşlar. Hazırda mübahisə olunan miras əmlak onların nənəsinə məxsus olmuş, nənəsi vəfat etdikdən sonra həmin mirasla bağlı onun atası və atasının yaxın qohumları arasında hər hansı mübahisə olmamışdır. Atası vəfat edəndə o, Lənkəran şəhərində olmuşdur. Atasının vəfatından xeyli sonra - 2012-ci ildə qardaşı həmin mirası öz adına keçirmiş və onun bu barədə məlumatı olmamışdır. 2012-ci ildə notariusa təqdim edilmiş, onun adından tərtib edilmiş ərizədəki imza ona məxsus deyildir və o, həmin mirasdan özünə çatacaq paydan imtina etməmişdir. 2015-ci ildə isə qardaşı Iftixar vəfat etmiş və bundan sonra həmin əmlaka hazırki iş üzrə cavabdeh Xatirə Əkbərova, yəni onun mərhum qardaşının arvadı sahiblənmişdır. O, həmin əmlakdan özünə düşən hissədən heç vaxt qardaşının və ya digər şəxsin xeyrinə imtina etməmişdir. Eyni zamanda, onun adından tərtib edilmiş, ##.##.2012-ci il tarixdə Moskva vilayətinin Korolyov şəhərinin notarial dairəsinin notariusu tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq ərizəsində yaşadığı ünvan Moskva şəhəri M.Qorki küçəsi ev 109, mənzil 48 ünvanı kimi göstərilsə də, həmin ünvanda heç kim yaşamır və ümumiyyətlə, 1990-cı ildən sonra Moskva şəhərində M.Qorki küçəsi yoxdur. Bu faktın özü həmin sənədin saxta olduğunu sübut edir. O, uzun müddət ölkədən kənarda yaşasa da, Lənkəran rayonuna gəliş-gedişi olmuş, Rusiya Federasiyasında işləyib, təxminən, 6 il ərzində hər ay, qardaşına pul göndərmiş, həmin pul evin xərclərinə sərf olunmuş, həmçinin o, qardaşının toyuna da maddi kömək etmişdir. O, nənəsindən qalan mirası sənəd üzərində olmasa da, faktiki olaraq qəbul etmişdir. Hazırda da qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 da iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin və iddiaçının izahatının məzmununa uyğun izahat verməklə yanaşı, göstərmişdir ki, mərhum Seyidbəyim Əkbərovadan miras qalmış, ünvan 2 saylı ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2012-ci il tarixdə Lənkəran rayon * saylı Dövlət notariat kontoru tərəfindən Iftixar Əkbərova verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətinin əldə etməsi mümkün olmamışdır. Belə ki, bununla bağlı aidiyyəti orqana sorğu ilə müraciət olunsa da, müsbət nəticə əldə edilməmişdir. Qeyd etdiyi sübutun əldə olunmaması iddia tərəfindən asılı olmayan səbəblərlə əlaqədardır və bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, əlavə olaraq bildirmişdir ki, iş üzrə notariat hərəkətləri düzgün aparılmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əkbərova Xatirə Azad qızı sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, o, 1998-ci ildə Iftixar Əkbərov ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və onun yaşadığı evə gəlin köçmüşdür. Iftixarın nənəsi Seyidbəyim Əkbərova 1984-cü ildə, yəni o, həmin evə gəlin köçənə kimi artıq vəfat etmişdir. O, ərinin valideynləri və bacıları ilə bir evdə yaşamış, ərinin qardaşı, yəni hazırki iş üzrə iddiaçı isə Rusiya Federasiyasında yaşadığı üçün yalnız Lənkəran rayonuna gələndə onlarla bir evdə qalmışdır. Ərinin bacıları isə ailə quraraq həmin evdən köçüb getmişlər. Iddiaçı uzun illər Rusiya Federasiyasında yaşasa da, o, nənəsinin, atasının və qardaşının vəfat etdiyi vaxtlarda Lənkəran rayonunda olmuşdur. Onun əri Iftixar 2015-ci ildə vəfat etmiş, evi isə öz adına üç il əvvəl - 2012-ci ildə keçirmişdir. Iftixar evi öz adına keçirəndən sonra aradan keçən üç il ərzində, iddiaçı evlə bağlı qardaşı ilə mübahisə etməmişdir. Onun əri 2015-ci ildə qəfil vəfat etmiş, ərinin vəfatından sonra o, ailə üzvü kimi ondan qalan mirası qəbul etmişdir. Həmin ev köhnə evdir və o, ərindən ona miras qalan evi satmaq qərarına gəlmişdir. Həmin evlə bağlı notariat qaydasında təsdiq edilən ərizələri Iftixarın bacısı və hazırki iş üzrə iddiaçı özü könüllü olaraq vermişlər, həmin sənədlərdə hər hansı saxtakarlıq və ya məcburi imza edilməsi halları olmamışdır. Iddiaçı miras əmlakdan imtina etməsi ilə bağlı ərizəni 2012-ci ildə Moskva şəhərindən, notariat orqanında təsdiqlədib göndərmişdir. Onun özünün həmin ərazidə yaşayan qohumu və ya tanışı da yoxdur ki, iddiaçı saxta ərizə hazırlandığını güman etsin. Seyidbəyim Əkbərovadan miras qalan əmlakdan onun digər nəvələri 2012-ci ildə özləri könüllü olaraq imtina edib mirasın öz qardaşları, yəni onun əri Iftixar Əkbərovun adına sənədləşməsinə etiraz etmədiklərinə dair razılıq ərizəsi vermişlər. Ümumiyyətlə, həmin ev mərhum Seyidbəyim Əkbərovanın mülkiyyəti olsa da, onun övladları arasında mübahisə olmamış, ona görə də, ev Seyidbəyim Əkbərovanın övladlarının adına deyil, nəvəsi - evin böyük oğlu və həmçinin həmin evdə daimi yaşayan Iftixarın adına rəsmiləşdirilmişdir. Əri Iftixarın bacısı və qardaşı, yəni hazırki iş üzrə iddiaçı isə hazırda mübahisə olunan evin onun ərinin adına sənədləşməsinə etiraz etməmişlər. Ev onun mərhum ərinin adına keçdikdən sonra da əri üç il yaşamış, lakin həmin vaxtlarda onun qardaşı və bacıları ilə mirasla əlaqədar hər hansı mübahisəsi və ya fikir ayrılıqları olmamışdır. Cavabdeh Əkbərova Xatirə Azad qızının nümayəndəsi və vəkili X4 da iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, iddiaçı miras əmlakdan imtina etdiyi barədə 2012-ci ildə tərtib edilmiş ərizədə olan imzanın ona məxsus olmadığını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Iddiaçının özünün hüquqi savadı olmasa da, nümayəndəsi və vəkili olduğu üçün bilir ki, ilk olaraq müvafiq notariat orqanına müraciət etməli idi. Lakin, ona bəllidir ki, əgər həmin orqana müraciət etmiş olsa idi, o halda imzanın iddiaçıya məxsus olduğu öz təsdiqini tapacaqdı. Çünki notariat orqanında evin cavabdehin mərhum ərindən ona keçməsini təsdiq edən sənəd qovluğu mövcuddur. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, hazırda mübahisə olunan evlə əlaqədar Şirvan Inzibati Məhkəməsinə də müraciət edilmişdir. Belə ki, evin satışa çıxarılması üçün orada qeydiyyatda olan şəxslərin dairəsi müəyyən edilməli idi. Həmin evdə 7 nəfər qeydiyyatda olmuş, onların qeydiyyatdan çıxarılması məsələsi də mübahisələndirilmişdir. Iddiaçı evin satılmaması üçün hazırki iddia tələbini irəli sürmüş, evin satışa çıxarılmaması üçün iddiaçı tərəfin müraciəti ilə evin üzərinə məhdudiyyət də qoyulmuşdur. O, hazırki iddia tələbini əsassız hesab edir, çünki həmin tələbin əsassızlığına dair məhkəməyə kifayət qədər sübut təqdim olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh cavabdeh2onal cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə göndərilmiş məktubda üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəkləri qeyd edilərək nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Buna görə də onun mövqeyini öyrənmək mümkün olmamışdır. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(049)-3461/2025 saylı qətnaməsi ilə iddiaçı Iddiaçı Zahid oğlunun, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran ərazi idarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Əkbərova Xatirə Azad qızına, cavabdeh2onal cavabdeh2 qarşı ##.##.2012-ci il tarixli və ##.##.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi onun ata-baba yurdu olmaqla, o, həmin evdə doğulmuş, yaşamış və faktiki olaraq miras açıldıqdan dərhal sonra həmin əmlakı qəbul edərək ona sahiblik etmiş, bütün təmir işlərini öz vəsaiti hesabına həyata keçirmişdir. Buna baxmayaraq, ##.##.2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi onun iştirakı və razılığı olmadan verilmiş, ona məxsus miras payından imtina etməsi barədə heç bir məlumatı olmamışdır. Həmçinin qeyd edilmişdir ki, vəkil sorğusuna cavab olaraq notariat orqanı tərəfindən həmin əməliyyatın “Elektron notariat” sistemində aşkar olunmadığı bildirilmiş, bu isə həmin sənədin saxta sənəddən istifadə edilməklə əldə olunması ehtimalını yaradır. Bundan əlavə, iş materiallarında olan sənədlərdəki imzanın iddiaçıya məxsus olmadığı, həmin imzanın digər hüquqi sənədlərdəki imzalarından fərqləndiyi və bu halın aradan qaldırılması üçün ekspertiza təyin edilməsi barədə vəsatət verilsə də, birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyi göstərilmiş, nəticədə işin halları tam və hərtərəfli araşdırılmadan qətnamə qəbul edildiyi vurğulanmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X4 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı iş yubatmaq istəyir. Buna görə də ərizə yazaraq işin təxirə salınmasını bildirir. Məqsədi isə cavabdehin mübahisə edilən evin satılmasına maneçilik etmək təşkil edir. Belə ki, cavabeh həmin evi satmaq istəyir. Lakin iddiaçı bu cür iddialar irəli sürməklə cavabdehin evi satmasına əngəllər törədir. Iddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1990-cı ildə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 521-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün (şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün) hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinin 1-ci hissəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 539-cu maddəsinin 1-ci hissəsinə əsasən əmlakın vəsiyyət edilməmiş hissəsi qanun üzrə vərəsəliyin ümumi qaydaları ilə müəyyən edilən qaydada qanun üzrə vərəsələr arasında bölünür. Həmin Məcəllənin 552-ci maddəsinin 2-ci hissəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmin Məcəllənin 552-ci maddəsinin 5-ci hissəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinin 1-ci hissəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixdə verilmiş **** nömrəli arayışdan görünür ki, Iddiaçı Zahid oğlu ##.##.1969-cu ildə Lənkəran şəhərində doğulmuşdur. Onun atası X5, anası isə X6r. Iş materiallarına əlavə edilmiş ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1984-cü il tarixdə vəfat etmiş Seyidbəyim Əkbərovanın nəvəsi - Lənkəran şəhəri M.Ələkbərov küçəsi ev 3 ünvanında yaşayan Iftixar Əkbərov onun əmlakının vərəsəsi olaraq müəyyən olunmuşdur. Həmin şəhadətnamədə qeyd edilmişdir ki, şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən ##.##.1990-cı ildə vəfat etmiş Zahid Əkbərovun mərhum anası Seyidbəyim Əkbərovaya AR ƏMDK yanında DƏDRX Lənkəran ərazi idarəsinin ##.##.2012-ci il tarixli ************ saylı arayışına əsasən məxsus olmuş Lənkəran şəhəri M.Ələkbərov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən, 1965-ci ildə tikilmiş, ümumi sahəsi 100.1 kv.metr, yaşayış sahəsi 71.1 kv.metr olan, 1 mərtəbəli, 3 otaqlı, * saylı fərdi yaşayış evindən ibarətdir. Həmin şəhadətnamənin verilməsinə dair notariat (vərəsəlik) işinin təsdiq edilmiş surətində olan sənədlərdən müəyyən edilir ki, Seyidbəyim Əkbərova ##.##.1984-cü il tarixdə vəfat etmiş, Iftixar Əkbərov ##.##.2012-ci il tarixdə Lənkran rayon notariat kontoruna ərizə təqdim edərək nənəsi Seyidbəyim Əkbərovanın vəfat etməsini, ondan qalan mirasın yaşayış evindən ibarət olmasını bildirərək həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Seyidbəyim Əkbərovanın ailə üzvlərinin X2 (##.##.1990-cı il tarixdə vəfat etmişdir), X6, X10, X7, X1 və Iddiaçı Zahid oğlundan ibarət olduğu müəyyən edilmişdir. Iftixar Əkbərovun bacısı X10 və anası X6 ##.##.1984-cü il tarixdə vəfat edən Seyidbəyim Əkbərovadan onlara düşən payı qəbul etmədikləri, gələcəkdə də həmin əmlaka dair heç bir iddia və tələbləri olmayacağı barədə ərizələr vermişlər. Hazırki iş üzrə iddiaçı - 1969-cu ildə ünvan 4 ünvanında yaşayan Iddiaçı adından tərtib edilmiş Moskva vilayətinin Korolyov şəhərinin notarial dairəsinin notariusu tərəfindən notarial qaydada təsdiq edilmiş ##.##.2012-ci il tarixli razılıq ərizəsindən görünür ki, iddiaçı mərhum nənəsi Seyidbəyim Əkbərovaya məxsus olmuş və ondan qalmış miras əmlakdan imtina etdiyini və özünə çatan payı ünvan 3 ünvanında yaşayan qardaşı Iftixar Əkbərova verdiyini bildirmişdir. Həmin razılıq ərizəsində qeyd edilmişdir ki, mirasdan imtinanın şərtsiz və universal olduğu, yəni mirasın bir hissəsindən imtina edən vərəsənin bütövlükdə mirasdan imtina etmiş sayıldığı və sonradan da mirasqoyanın heç bir miras əmlakına iddia etmək hüququnun olmadığı ona izah edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2015-ci il tarixdə vəfat etmiş Iftixar Əkbərovun vərəsələri arvadı Əkbərova Xatirə Azad qızı, uşaqları X8, X9 və X3r. Onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ** saylı Lənkəran ərazi idarəsi tərəfindən ##.##.2012-ci il tarixdə Iftixar Əkbərova verilmiş 802013017112-***** reyestr nömrəli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100.1 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr, yardımçı sahəsi 29.6 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi və torpaq sahəsindən ibarətdir. Həmin şəhadətnaməyə əlavə edilmiş, şəhadətnamənin verilməsinə dair notariat işinə aid sənədlərdən müəyyən edilir ki, Iftixar Əkbərov ilə Xatirə Əkbərova (Kərimova) ##.##.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından üç uşaqları - X9, X8 və X3 doğulmuşdur. Iftixar Əkbərov ##.##.2015-ci il tarixdə Lənkəran şəhərində ölmüşdür. Onun vəfatından sonra arvadı Xatirə Əkbərova və üç uşağı vərəsələri olaraq qalmış, mərhumun digər vərəsələri olmamışdır. Mərhumun vərəsələri ##.##.2000-ci il tarixdə Lənkəran rayon * saylı notariat ofisinə ərizə ilə müraciət edərək ##.##.2015-ci il tarixdə vəfat etmiş Iftixar Əkbərovdan miras qalan əmlakı qəbul etdiklərini bildirmiş və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Iş materiallarına əlavə edilmiş, Lənkəran şəhər Icra Hakimiyyəti başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2020-ci il tarixli arayışından görünür ki, Xatirə Əkbərovanın əri Iftixar Əkbərov ##.##.2015-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş, o həmin ünvanda vərəsələri ilə birlikdə yaşamış, onun vərəsələri arvadı Xatirə Əkbərova və üç uşağından ibarətdir. Iş materiallarına əlavə edilmiş ##.##.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (qeydiyyat tarixi: ##.##.2021; qeydiyyat nömrəsi: 2220010933; reyestr nömrəsi: 802013017112-*****) və ** saylı Lənkəran ərazi idarəsinin vəkil sorğusuna cavab olaraq verdiyi ##.##.2025- ci il tarixli məktubdan görünür ki, Lənkəran şəhəri M.Ələkbərov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində Xatirə Əkbərova və onun Iftixar Əkbərovla birgə nikahından doğulmuş üç uşağının adına qeydiyyata alınmışdır. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, iddia rədd edilmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, xüsusilə mirasın faktiki qəbul edilməsinə dair halları nəzərə almamış, bununla da şikayətçinin vərəsəlik hüququ və Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququ pozulmuşdur. Eyni zamanda məhkəmə prosessual hüquq normalarını da pozaraq işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, ziddiyyətli halları aradan qaldırmamış və mühüm əhəmiyyət kəsb edən imzanın aidiyyəti ilə bağlı ekspertiza məsələsini həll etməmişdir. Nəticə etibarilə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir və qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. Işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli daşınmaz əmlak, Lənkəran şəhəri M.Ələkbərov küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq mərhum Seyidbəyim Əkbərovaya məxsus olmuş, onun ##.##.1984-cü il tarixdə vəfatından sonra vərəsəlik münasibətləri yaranmışdır. Sonradan ##.##.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə həmin əmlak mərhum Iftixar Əkbərovun adına rəsmiləşdirilmiş, bu zaman notariat işinin materiallarında iddiaçı Iddiaçı adından verilmiş və notarial qaydada təsdiq edilmiş ##.##.2012-ci il tarixli razılıq ərizəsi mövcud olmuşdur ki, həmin ərizədə iddiaçı mirasdan imtina etdiyini və payını qardaşına verdiyini açıq şəkildə ifadə etmişdir.

2. Eyni zamanda iş materialları ilə təsdiq olunur ki, Iftixar Əkbərovun 2015-ci ildə vəfatından sonra onun qanuni vərəsələri olan arvadı və uşaqları tərəfindən miras qəbul edilmiş və ##.##.2020-ci il tarixli şəhadətnamə ilə rəsmiləşdirilmiş, daha sonra isə daşınmaz əmlak üzərində hüquqlar ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. Apellyasiya şikayətində iddiaçı əsasən ona istinad etmişdir ki, 2012-ci il tarixli imtina ərizəsindəki imza ona məxsus deyildir, mirası faktiki qəbul etmişdir və notariat əməliyyatları düzgün aparılmamışdır. Lakin kollegiya qeyd edir ki, bu dəlillər iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən imzanın saxtalılığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmiş, yalnız ehtimallara əsaslanan izahatlarla kifayətlənilmişdir. Halbuki, müvafiq notariat işində həmin ərizənin mövcudluğu və onun notarial qaydada təsdiqlənməsi faktı məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş və bu sübutun etibarsızlığını aradan qaldıran heç bir hüquqi əsas müəyyən edilməmişdir.

4. Bundan əlavə, iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı irəli sürdüyü arqumentlər də öz təsdiqini tapmamışdır. Iş üzrə müəyyən edilmişdir ki, iddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamış, mirasın rəsmiləşdirildiyi 2012-ci ildən sonra və qardaşının 2015-ci ildə vəfatına qədər olan müddətdə miras əmlakla bağlı hər hansı hüquqi mübahisə qaldırmamışdır. Eyni zamanda cavabdeh tərəfindən verilmiş izahatlardan və digər sübutlardan görünür ki, digər vərəsələr də könüllü şəkildə mirasdan imtina etmiş və əmlakın Iftixar Əkbərovun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər.

5. Kollegiya həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi işə baxarkən tərəflərin izahatlarını, notariat işinin materiallarını, vərəsəlik şəhadətnamələrini və dövlət qeydiyyatı sənədlərini hərtərəfli araşdırmış, sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi qiymət vermişdir. Apellyasiya şikayətində göstərilən prosessual pozuntular, sübutların düzgün qiymətləndirilməməsi, işin tam araşdırılmaması kimi iddialar da iş materialları ilə təsdiq olunmur, çünki məhkəmə tərəfindən mübahisənin həlli üçün zəruri olan bütün əsas hallar müəyyən edilmiş və hüquqi nəticə bu hallara uyğun çıxarılmışdır. Maddi hüquq baxımından isə kollegiya hesab edir ki, vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı münasibətlər düzgün tətbiq edilmiş, xüsusilə mirasdan imtina ilə bağlı notarial qaydada təsdiq olunmuş iradə ifadəsi hüquqi qüvvəyə malik olmaqla iddiaçının sonradan həmin əmlak üzərində tələb irəli sürməsini istisna edir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar