Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-329/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçılar iddiaçı3, iddiaçı1 İsmayıl qızı və iddiaçı2 qızının, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakları ilə, İddiaçılar iddiaçı3, iddiaçı1 İsmayıl qızı və iddiaçı2 İsmayıl qızının cavabdeh cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda məcburi pay” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçılar iddiaçı3, iddiaçı1 İsmayıl qızı və iddiaçı2 İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar iddiaçı3, iddiaçı1 İsmayıl qızı və iddiaçı2 İsmayıl qızı Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2012-cı il tarixli, 2V-**1 № li cavabdeh cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, "xxxx" ASCdə olan ***** saylı əmanət hesabındakı pul vəsaitinə mərhum Əsədov İsmayıl Xanəhməd oğlunun qanun üzrə vərəsəlik hüququnun tanınması və miras payının irsi transmissiya üzrə vərəsələri iddiaçı3, iddiaçı1 İsmayıl qızı və iddiaçı2 İsmayıl qızı tərəfindən qəbul edilməsi, mərhum Əsədov Xanəhməd İsmayıl oğlunun ##.##.2007-ci il tarixli vəsiyyətnaməsi əsasında cavabdeh cavabdeh1 keçən miras əmlak olan Kürdəmir rayonu, Bakıxanov küçəsi, ev 7-də yerləşən əmlaka dair mərhum Əsədov İsmayıl Xanəhməd oğluna çatası məcburi payın müəyyən edilərək onun vərəsələri iddiaçı3, iddiaçı2 İsmayıl qızı və iddiaçı1 İsmayıl qızı tərəfindən irsi transmissiya üzrə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı3 mərhum Əsədov İsmayıl Xanəhməd oğlu ilə ##.##.1984-cü ildə rəsmi nikaha girmişlər. Birgə nikahdan onların ##.##.1996-cı il təvəllüdlü qızı iddiaçı2 qızı və ##.##.2006-cı il təvəllüdlü qızı iddiaçı1 İsmayıl qızı doğulmuşdur. Mərhum Əsədov İsmayıl Xanəhməd oğlu ##.##.2019-cu il tarixdə RF-nın Volqoqrad vilayətində vəfat etmişdir. Kürdəmir rayonu, Bakıxanov küçəsi, * saylı evin mülkiyyətçisi Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci il tarixdə (*V-** saylı iş) vəsiyyətnamə ilə həmin ünvanda yerləşən bütün əmlakını cavabdeh cavabdeh1 vermişdir. Mərhum Əsədov Xanəhməd İsmayıl oğlunun cavabdeh1 başqa 1958-ci il təvəllüdlü oğlu mərhum Əsədov İsmayıl Xanəhməd oğlu, 1959-cu il təvəllüdlü X1, 1963-cü il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və 1968-ci il təvəllüdlü X12 övladları vardır və onlarda vərəsədirlər. Kürdəmir rayon notariat kontoru ##.##.2007-ci il tarixli, *V-** saylı və ##.##.2008-ci il tarixli, *V-** saylı vərəsəlik işlərində bütün vərəsələr dairəsini göstərsə də, ##.##.2007-ci il tarixli, *V-** saylı və ##.##.2012-ci il tarixli, *V-*** saylı vərəsəlik işlərində cavabdeh1 Xanoğlan oğlundan başqa vərəsəni göstərmir. Halbuki, vərəsələr vəsiyyətnamə əsasında verilmiş Kürdəmir rayonu, Bakıxanov küçəsi, * saylı evə əmlaka dair məcburi pay hüquqları vardır. ##.##.2012-ci il tarixli, *V-*** saylı vərəsəlik işində isə digər vərəsələr qanun üzrə vərəsələrdir. ##.##.2012-ci il tarixli, 2V *** saylı qanun üzrə vərəsəlik işində mərhum Əsədov Xanəhməd İsmayıl oğlunun "xxxx" ASCdə əmanət hesabındakı pul vəsaiti tam olaraq cavabdeh cavabdeh1 keçmişdir. Kürdəmir rayon Notariat kontorunun notariusu Əsədov Xanəhməd İsmayıl oğlunun vərəsəlik işini hazırlayarkən onun cavabdehdən başqa digər vərəsələrinin olduğunu bilmişdir və onlar da qanun üzrə vərəsələr olaraq öz paylarını almalı idilər. Əsədov Xanəhməd İsmayıl oğlunun vərəsəsi Əsədov İsmayıl Xanəhməd oğlu miras əmlak olan Kürdəmir rayonu Bakıxanov küçəsi, * saylı evdən məcburi vərəsə kimi, "xxxx" ASC-də olan əmanət hesabındakı pul vəsaitindən qanun üzrə vərəsə kimi miras payını almamış və xüsusən də miras paydan imtina etmədiyindən ona çatası pay, vərəsələri həyat yoldaşı iddiaçı3, qızları iddiaçı1 İsmayıl qızı və iddiaçı2 İsmayıl qızına irsi transmissiya yolu ilə keçməlidir. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı (hakim Rahid Mehdiyev) qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: ## #### 1990-cı il tarixli, V-ЖГ ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əsədov Xanəhməd İsmayıl oğlu ilə X15 rayon VVADQ şöbəsində ##.##.1965-ci il tarixdə 82 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən verilmiş ##.##.1965-ci il tarixli, АЭ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ##.##.1963-cü ildə doğulmuşdur. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən verilmiş ##.##.1968-ci il tarixli, АЭ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ##.##.1968-ci ildə doğulmuşdur. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən verilmiş ##.##.1973-cü il tarixli, II-ЖГ ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh1 ##.##.1973-cü ildə doğulmuşdur. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən verilmiş ##.##.2007-ci il tarixli, AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci il tarixdə ürək astmasından vəfat etmişdir. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2008-ci il tarixdə qaraciyər sirrozundan vəfat etmişdir. ##.##.2004-cü il tarixli, AZ-İ ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Əsədova Pərvanə Xanəhməd qızı Bakı şəhəri Suraxanı rayonu VVADQ şöbəsində ##.##.2004-cü il tarixdə 349 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Heydərov, arvada Heydərova soyadı verilmişdir. ##.##.2007-ci il tarixli, V-ZQ ****** nömrəli çıxarışdan görünür ki, X6 ilə X10 rayonu VVADQ şöbəsində ##.##.1989-cu il tarixdə 27 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. ## ###### 1984-cü il tarixli, III-ЖГ ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əsədov İsmayıl Xanəhməd oğlu ilə X11 rayon VVADQ şöbəsində ##.##.1984-cü il tarixdə 186 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. ## ### 1997-ci il tarixli, XX-ЖГ ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı2 İsmayıl qızı ##.##.1996-cı ildə doğulmuşdur. ## ###### 2007-ci il tarixli, İ-TO ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı1 İsmayıl qızı ##.##.2006-cı ildə doğulmuşdur. ## #### 2019-cu il tarixli, III-PK ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əsədov İsmayıl Xanəhməd oğlu ##.##.2019-cu ildə vəfat etmişdir. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, ##.##.2007-ci il tarixli ** reyestr nömrəli Əsədov Xanəhməd İsmayıl oğlu ünvan 3 ünvanını cavabdeh1 vəsiyyət etmişdir. Kürdəmir rayon Dövlət notariat ofisinin *V-** nömrəli vərəsəlik işinin surətindən görünür ki, miras qoyan Əsədov Xanəhməd İsmayıl oğlu mirası qəbul edən şəxs X3 “QAZ-24” **-BC-*** nömrəli avtomaşına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. ##.##.2007-ci il tarixli 7-3123 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Volqoqrad şəhəri Bıkov rayonu Komsomolski küçəsi ev 14-də yaşayan Əsədov İsmayıl Xanəhməd oğlu tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ- 24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Ona düşən paydan imtina edir. ##.##.2007-ci il tarixli 7-3236 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Kürdəmir rayon Aran qəsəbəsi ev 3/23-də yaşayan X1 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının anası X3 adına rəsmiləşdirilməsinə etirazı yoxdur. ##.##.2007-ci il tarixli 06-3061 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Kürdəmir rayonu Bakıxanov küçəsi ev 7-də yaşayan cavabdeh1 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur, ona düşən paydan imtina edir. ##.##.2007-ci il tarixli, 7K07-3160 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1-də yaşayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Ona düşən vərəsəlik payından imtina edir. ##.##.2007-ci il tarixli, 7K07-3195 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Altay vilayəti Biysk şəhəri, Abskaya küçəsi ev 20-də yaşayan X12 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Ona düşən vərəsəlik payından imtina edir. ##.##.2007-ci il tarixli Kürdəmir rayon dövlət notariat konturuna Kürdəmir rayonu Bakıxanov küçəsi ev 7-də yaşayan X3 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, əri Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından mülkiyyət hüququ haqqında şəhadətnamə istəmir. ##.##.2007-ci il 2-V/98 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayon Dövlət notariat kontorunun dövlət notariusu Umudov R.X. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, ## ###### 2007-ci ildə vəfat etmiş Əsədov Xanəhməd İsmayıl oğlunun vərəsələri bunlardır. Kürdəmir şəhəri Bakıxanov küçəsi ev 7 ünvanında yaşayan arvadı X3 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: QAZ-24 markalı, ***** nömrəli mühərrikli, Banı nömrəsiz, şassisi nömrəsiz, 1985-il tarixdə zavoddan buraxılmış, **-BC-*** dövlət nömrə nişanlı, Ağsu * saylı RQİQ tərəfindən ##.##.2000il tarixdə verilmiş ΑΑ №****** nömrəli texniki pasportdan ibarətdir. Kürdəmir rayon Dövlət notariat ofisinin *V-** nömrəli vərəsəlik işinin surətindən görünür ki, miras qoyan Əsədov Xanəhməd İsmayıl oğlu mirası qəbul edən şəxs X1 “QAZ-24” **-BC-*** nömrəli avtomaşına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. ##.##.2005-ci il tarixli Kürdəmir rayon dövlət notariat konturuna Əsədov İsmayıl Xanəhməd oğlu tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının qardaşı X1 adına keçməsinə etirazı yoxdur. ##.##.2005-ci il tarixli Kürdəmir rayon dövlət notariat konturuna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının qardaşı X1 adına keçməsinə etirazı yoxdur. ##.##.2005-ci il tarixli Kürdəmir rayon dövlət notariat konturuna X12 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının qardaşı X1 adına keçməsinə etirazı yoxdur. ünvan 1-də yaşayan cavabdeh1 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ- 24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının qardaşı X1 adına keçməsinə etirazı yoxdur. ##.##.2008-ci il 2-V/20 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayon Dövlət notariat kontorunun dövlət notariusu Umudov R.X. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, ## ###### 2007-ci ildə vəfat etmiş Əsədov Xanəhməd İsmayıl oğlunun vərəsələri bunlardır. ünvan 2 ünvanında yaşayan oğlu X1 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: QAZ-24 markalı, ***** nömrəli mühərrikli, Banı B/B, şassisi B/N, 1985-il tarixdə zavoddan buraxılmış, **-BC-*** dövlət nömrə nişanlı, Ağsu * saylı RQİQ tərəfindən ##.##.2000-il tarixdə verilmiş ΑΑ № ****** nömrəli texniki pasportdan ibarətdir. Kürdəmir rayon Dövlət notariat ofisinin *V-*** nömrəli vərəsəlik işinin surətindən görünür ki, miras qoyan Əsədov Xanəhməd İsmayıl oğlu mirası qəbul edən şəxs cavabdeh1 ***** saylı hesabda olan əmanətə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Kürdəmir şəhəri üzrə İcra nümayəndəsi tərəfindən ##.##.2012-ci il tarixli, **** nömrəli arayışın surətindən görünür ki, mərhum atası Əsədov Xanəhməd İsmayıl oğlu Kürdəmir şəfəri Bakıxanov küçəsi * saylı evdə yaşamış və ##.##.2007-ci il tarixdə vəfat etdikdən sonra aşağıdakı ailə üzvü, varisi cavabdeh1 qalmışdır. ##.##.2012-ci il 2-V/**1 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, “Kürdəmir rayon Dövlət notariat kontorunun dövlət notariusu Hüseynov E.İ v.i.e.Umudov R.X. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki ## ###### 2007-ci ildə vəfat etmiş Əsədov Xanəhməd İsmayıl oğlunun vərəsəsi Kürdəmir şəhəri Bakıxanov küçəsi ev 7 ünvanında yaşayan oğlu cavabdeh1 miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: xxxx ASC-də olan ***** saylı əmanət hesabındakı pul vəsaitindən ibarətdir.” Kürdəmir rayon Dövlət notariat ofisinin *V-** nömrəli vərəsəlik işinin surətindən görünür ki, miras qoyan Əsədov Xanəhməd İsmayıl oğlu adından Kürdəmir rayon Bakıxanov küçəsi ev 7də yerləşən bütün əmlaka dair cavabdeh1 adına vəsiyyətnamə verilmişdir. ##.##.2007-ci ildə Kürdəmir rayon Dövlət Notariat konturuna Kürdəmir rayonu Bakıxanov küçəsi * nömrəli evdə yaşayan Əsədov Xanəhməd İsmayıl oğlu tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, səhhəti ilə əlaqədar notariat konturuna gələ bilmədiyi üçün vəsiyyətnamə təsdiqinə görə evinə notariat əməliyyatı aparılmasını xahiş etmişdir. ##.##.2012-ci il tarixli, 7E-02/1412 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda Kürdəmir rayonu Ərəbxana kəndində yaşayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir. Onun Kürdəmir şəhəri Bakıxanov küçəsi ev 7 ünvanında mirası qalmışdır. Həmin mirasdan ona çatası payı qəbul etməmişdir, qəbul etməyəcək. Mirasın qəbulu ilə bağlı müddəti öz günahım ucbatından ötürmüşdür. Gələcəkdə miras əmlakdan pay tələbi və müddətin bərpası ilə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcək. Əlavə olaraq bildirir ki, ##.##.1989cu il tarixdə X6 ilə rəsmi nikah qeydiyyatına girərək onun yaşadığı Kürdəmir rayonu Ərəbxana kəndinə gəlin köçmüşdür. Hal-hazırda yuxarıda göstərilən tarixdən bu günə kimi həmin ünvanda yaşayır. X1 tərəfindən notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, ##.##.2007-ci il tarixdə vəfat etmiş mərhum atası Əsədov Xanəhməd İsmayıl oğlunun miras qalmış əmlakı faktiki qəbul etməmişdir. Miras əmlaka dair heç bir iddia və tələbi yoxdur. ##.##.2012-ci il tarixli, 7-E-04-1**5 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Bakı şəhəri Suraxanı rayonu İ.Əhliman küçəsi ev 10, mənzil 1-də qeydiyyatda olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci ildə vəfat etmişdir və ondan miras qalmış əmlakı qəbul etməmişdir. Gələcəkdə mirasın qəbul edilməsinə dair müddətin uzadılması üçün məhkəməyə müraciət etməyəcək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliti yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Ucar Ərazi İdarəsi tərəfindən Əsədov Xanəhməd İsmayıl oğlunun vərəsəsi cavabdeh1 ünvanlanmış ##.##.2024-cü il *-**-*-**/*-****/**** nömrəli Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdən görünür ki, Əsədov Xanəhməd İsmayıl oğluna məxsus Kürdəmir şəhəri Y.Rəhimov küçəsi (köhnə Bakıxanov) * nömrəli yerləşən fərdi yaşayış evi və 0.0572 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizəsinə "xxxx" publik hüquqi şəxsin ** saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Kürdəmir şəhəri Y.Rəhimov küçəsi (köhnə Bakıxanov) * nömrəli yerləşən fərdi yaşayış evi və 0.0572 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı üçün təqdim edilmiş Kürdəmir rayon Aqrar İslahatı Komissiyasının qərarı əsasında tərtib edilmiş AN-****** nömrəli Kadastr planının subyektlərin siyahısında torpaq sahəsində payı olan mülkiyyətçi mərhum Əsədov İsmayıl Xanəhməd oğlu Rusiya Federasiyası vətəndaşı olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü il tarixli, **/**IS/******-** nömrəli arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində cavabdeh1 aid ##.##.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:
1. atası: Əsədov Xanəhməd İsmayıl oğlu (##.##.1930) (ölüb),
2. anası: X3 (##.##.1937) (ölüb),
3. qardaşı: Əsədov İsmayıl Xanəhməd oğlu (##.##.1958) (ölüb),
4. qardaşı: X1 (##.##.1959),
5. bacısı: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (##.##.1963),
6. bacısı: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (##.##.1968). Kürdəmir RİH başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **** nömrəli arayışdan görünür ki, cavabdeh1 mərhum atası Əsədov Xanəhməd İsmayıl oğlu Kürdəmir şəhəri Y.Rəhimov (Bakıxanov) küçəsi * saylı ünvanda yaşamış, ##.##.2007-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdə aşağıdakı ailə üzvləri (varisləri) qalmışdır: X1-1959, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1–1963, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2–1968, cavabdeh1–1973, Əsədov İsmayıl Xanəhməd oğlu-1958 (##.##.2019-cu ildə vəfat edib). Kürdəmir RİHB-nın şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xxxx PHŞ-nin ** saylı Ucar Ərazi İdarəsinin rəisinə ünvanlanmış məlumatdan görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında aşağıdakı ad texniki olaraq səhv yazılmışdır. X7 əslində X3 qeyd olunmalıdır. X7 adlı şəxs qeydiyyatda olmamışdır, hal-hazırda da yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*- **/*-****/**** nömrəli Arxiv məlumatlarının və sənədlərinin verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinə ünvanlanmış məlumatdan görünür ki, Kürdəmir şəhəri, Bakıxanov küçəsi-7 ünvanında yerləşən torpaq sahəsinin kimin mülkiyyətində olması və həmin torpaq sahəsinə dair sənədlərin göndərilməsi barədə ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı sorğuya "xxxx" publik hüquqi şəxsin ** saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Kürdəmir şəhəri, keçmiş Bakıxanov küçəsi-7, hazırkı Y.Rəhimov küçəsi-7 ünvanında yerləşən 0.0572 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ##.##.1975-ci il tarixli, 1583 inventar nömrəli texniki pasporta əsasən Əsədov Xanəhməd İsmayıl oğluna məxsusdur. Lakin sözügedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır:
Məhkəmə qeyd etmişdir ki, miras qoyan Əsədov Xanəhməd İsmayıl oğlu Kürdəmir rayonu, Bakıxanov küçəsi, ev 7-də yaşamış və ##.##.2007-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri həyat yoldaşı Zərif Əsədova (##.##.2008-ci il tarixdə vəfat etmiş) və övladları Əsəd Əsədov, İsmayıl Əsədov (##.##.2019-cu ildə vəfat etmiş), Pərvanə (Əsədova) Heydərova, Gülsara (Əsədova) Paşayeva və cavabdeh1 olmuşdur. Mərhum Kürdəmir şəhəri, Bakıxanov küçəsi, ev 7-də yerləşən əmlakını cavabdeh cavabdeh1 vəsiyyət etmiş, digər vərəsələr miras paylarından könüllü şəkildə imtina etmişlər. ##.##.2012-ci il tarixdə cavabdeh cavabdeh1 bankdakı vəsait üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçılar isə ##.##.2012-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsini, “xxxx” ASC dəki ***** saylı əmanət hesabındakı vəsait üzərində mərhum Əsədov İsmayıl Xanəhməd oğlunun qanun üzrə vərəsəlik hüququnun tanınmasını və miras payının irsi transmissiya yolu ilə özlərinə keçməsini, həmçinin mərhumun Kürdəmir rayonu, Bakıxanov küçəsi, ev 7 də yerləşən əmlaka məcburi payın müəyyən edilərək iddiaçılara verilməsini tələb etmişlər. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, ##.##.2012-ci il tarixli şəhadətnamə səlahiyyətli notariat orqanı tərəfindən verilmiş və Mülki Məcəllənin 1322-ci maddəsində nəzərdə tutulmuş müddət və prosedur tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. İddiaçılar tərəfindən notariat orqanının səlahiyyətsizliyi, müddət pozuntusu və ya şəhadətnamənin verilməsi qaydasının pozulması barədə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, vərəsə mirasa sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda, mirası tamamilə qəbul etmiş sayılır. Faktiki olaraq, cavabdeh cavabdeh1 ##.##.2012-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və miras əmlakına sahiblik etmişdir. Bu isə onun mirası qəbul etdiyini şəksiz şəkildə göstərir. Mülki Məcəllənin 1325.1-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi bütün miras və ya onun bir hissəsi üçün, həm bütün vərəsələrə birlikdə, həm də ayrı-ayrı verilə bilər. 1325.2-ci maddəyə görə isə digər vərəsələrin mövcudluğu yalnız miras paylarının müəyyənləşdirilməsinə təsir göstərir, şəhadətnamənin etibarsızlığına yox. Bu halda şəhadətnamənin cavabdeh1 verilməsi onun etibarsız hesab edilməsinə əsas yaratmır. İddiaçılar tərəfindən şəhadətnamənin saxta sənədlər əsasında verilməsi, qanunsuz vərəsə kimi tanınma və ya miras hüququnun mövcud olmaması barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də ##.##.2012-ci il tarixli, 2V-*** №-li vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi əsassızdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, miras, miras qoyanın ölüm tarixinədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və öhdəliklərinin (miras passivi) toplusundan ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, xxxx Publik Hüquqi Şəxsi, ** saylı Ucar Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli arxiv məlumatlarında bildirilir ki, Kürdəmir şəhəri, Y.Rəhimov küçəsi-7 ünvanında yerləşən 0.0572 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi Əsədov Xanəhməd İsmayıl oğluna məxsus olmuşdur. Lakin həmin daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, miras yalnız miras qoyanın ölüm tarixinə qədər malik olduğu hüquqi baxımdan tanınmış əmlakı (miras aktivi) və öhdəliklərini (miras passivi) əhatə edir. Beləliklə, qeydiyyatda olmayan daşınmaz əmlak hüquqi baxımdan mirasın tərkibinə daxil hesab edilə bilməz. İş materiallarına əsasən, mərhum Əsədov İsmayıl Xanəhməd oğlu atası Əsədov Xanəhməd İsmayıl oğlundan miras qalmış “QAZ-24” markalı avtomobil üzrə miras payından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsindən imtina etdikdə, hesab edilir ki, o, bütün mirasdan imtina etmişdir. Bu səbəbdən mərhum Əsədov İsmayıl Xanəhməd oğlunun digər miras payları üzərində hüququ yaranmamış və həmin paylar irsi transmissiya yolu ilə iddiaçılara keçə bilməz. Həmçinin Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, irsi transmissiya yalnız vərəsənin miras açıldıqdan sonra, lakin mirası qəbul etmədən vəfat etməsi halında tətbiq olunur. Faktiki olaraq, miras qoyan 2007-ci ildə vəfat etmiş, mərhum Əsədov İsmayıl Xanəhməd oğlu isə 2019cu ilə qədər sağ olmuşdur. Bu isə o deməkdir ki, mərhum mirasın açıldığı vaxtda sağ idi və miras payını qəbul etmək hüququna malik idi. Nəticədə, irsi transmissiya qaydaları tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1151.1, 1151.2, 1147.1, 1147.2, 1151.1, 1321.1, 1321.3, 1325.1, 1243, 1151.1, 1151.1, 1252, 1193-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri:
Qətnamədən narazı qalan iddiaçılar iddiaçı3, iddiaçı1 İsmayıl qızı və iddiaçı2 İsmayıl qızı apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təəsüf ki, mərhum İsmayıl Əsədovun miras qalmış avtomobilə münasibətdə avtomobilin anasının adına rəsmiləşdirilməsinə etiraz etməməsini nədənsə imtina kimi qəbul etmişdir. Kürdəmir rayonu, Bakıxanov küçəsi, * saylı evin mülkiyyətçisi Əsədov Xanəhməd İsmayıl oğlu ##.##.2007-ci il tarixində (*V-** saylı iş) vəsiyyətnamə ilə həmin ünvanda yerləşən bütün əmlakını cavabdeh cavabdeh1 vermişdir. ##.##.2012-ci il tarixli, *V-*** saylı qanun üzrə vərəsəlik işində mərhum Əsədov Xanəhməd İsmayıl oğlunun “xxxx”ASC-də əmanət hesabındakı pul vəsaiti tam olaraq cavabdeh cavabdeh1 keçmişdir. Mərhum Əsədov İsmayıl Xanəhməd oğlu miras əmlak olan Kürdəmir rayonu, Bakıxanov küçəsi, * saylı evdən və “xxxx” ASC-də olan əmanət hesabındakı pul vəsaitindən qanun üzrə vərəsə kimi məcburi paydan imtina etmədiyindən ona çatası pay vərəsələri –həyat yoldaşı Səlminaz, qızları Lalə və Könülə çatmalıdır. Kürdəmir şəhəri, keçmiş Bakıxanov küçəsi-7,hazırkı Y.Rəhimov küçəsi-7 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ##.##.1975-ci il tarixli,1583 inventar nömrəli texniki pasporta əsasən mərhum Əsədov Xanəhməd İsmayıl oğluna məxsusdur, lakin sözügedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin sözügedən əmlak reyestrdə qeydiyyatdan keçməsə də miras əmlak kimi faktiki olaraq tanınır. Cavabdeh xxxx publik hüquqi şəxsin ** saylı Ucar Ərazi İdarəsinə müraciət edərək mərhum Əsədov Xanəhməd İsmayıl oğluna məxsus Kürdəmir şəhəri Y.Rəhimov küçəsi (köhnə Bakıxanov) * nömrəli yerləşən fərdi yaşayış evi və 0,0572 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə müraciət etmiş, lakin 0,0572 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı üçün təqdim edilmiş Kürdəmir rayon Aqrar İslahatı Komissiyasının qərarı əsasında tərtib edilmiş AN-****** nömrəli Kadastr planının subyektlərin siyahısında torpaq sahəsində payı olan mülkiyyətçi mərhum Əsədov İsmayıl Xanəhməd oğlu olmuşdur. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, iddiaçılar Kürdəmir şəhəri, keçmiş Bakıxanov, Y.Rəhimov küçəsi-7 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar, faktiki olaraq və şəksiz mirası idarə edirlər. Məhkəmə iddiaçıların əsas iddia etdiyi mərhum Əsədov İsmayıl Xanəhməd oğluna qanun üzrə vərəsəlik hüququ üzrə ona çatası payın AR MM-nin 1252ci maddəsinə əsasən irsi transmissiya yolu ilə qəbul etməli olduğu halda miras payını ala bilməmişlər. “##.##.2023-cü il tarixli AR MM-nin 1246 və 1273-1-ci maddələrinin AR Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdirilməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin Konstitutsiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. İmtina yalnız və yalnız notariat qaydasında olmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti heç bir dəlil və sübutlara əsaslanmamış, şikayət formal xarakter daşıyır və buna görədə şikayət təmin olunmamalıdır. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı3 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 İsmayıl qızı apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 qızı apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edirəm təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bildirmişdir ki, miras pay bölünəcək olsa belə həmin paydan cavabdehin xeyrinə imtina edəcəkdir. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və cavabdeh X4 Xidmət mərkəzində notariat ofisinin məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1147.1-ci maddəsin əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2-ci maddəsinə əsasən, əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarı;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
Apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırkı mülki iş üzrə iddia tələbi rədd edilmiş və iddiaçılar apellyasiya şikayəti verərək iddianın təmin edilməsini xahiş etmişlər. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətli notariat orqanı tərəfindən verilmiş, onun etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, mərhum Əsədov İsmayıl Xanəhməd oğlu mirasdan imtina etdiyindən onun miras payı yaranmamış, bu səbəbdən həmin payın irsi transmissiya qaydasında iddiaçılara keçməsi mümkün deyil. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh mirası faktiki qəbul etmişdir və digər vərəsələrin mövcudluğu verilmiş şəhadətnamənin etibarlılığına təsir etmir. Bundan əlavə, məhkəmə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamasını əsas götürərək həmin əmlakı miras kütləsinə daxil etməmişdir və nəticədə iddianın təmin olunması üçün hüquqi əsasların olmadığını göstərmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prossessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayəti ilə işin faktiki hallarını qarşılıqlı tədqiq edərək aşağıdakıları qeyd edir: Belə ki, apellyasiya şikayətinin dəlilləri 5 istiqamətdədir.
1. Mirasdan imtinanın yanlış qiymətləndirilməsi;
2. Məcburi pay hüququnun pozulması;
3. Daşınmaz əmlakın miras kütləsinə daxil edilməməsi;
4. Mirasın faktiki qəbul halının qiymətləndirilməməsi;
5. İrsi transmissiya qaydalarının düzgün tətbiq edilməməsi. İlk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən irsi transmissiya institutu yalnız o halda tətbiq edilir ki, vərəsəliyə çağırılmış şəxs miras açıldıqdan sonra, lakin həmin mirası qəbul etməyə macal tapmadan vəfat etmiş olsun. Yəni bu institutun tətbiqi üçün iki əsas şərt eyni vaxtda mövcud olmalıdır: birincisi, vərəsə miras açıldığı anda sağ olmalı, ikincisi isə o, mirası qəbul etmədən ölməlidir. Hazırkı iş üzrə müəyyən olunmuşdur ki, miras qoyan ##.##.2007-ci il tarixdə vəfat etmiş, mərhum Əsədov İsmayıl Xanəhməd oğlu isə yalnız ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Bu isə o deməkdir ki, o, mirasın açıldığı andan sonra uzun müddət, təxminən 12 il ərzində sağ olmuş və həmin müddət ərzində mirası qəbul etmək və ya ondan imtina etmək üçün kifayət qədər imkana malik olmuşdur. Belə olan halda, irsi transmissiyanın tətbiqini şərtləndirən “mirası qəbul etmədən vəfat etmə” halı hazırkı işdə mövcud olmamışdır. Əksinə, mərhum İsmayıl Əsədov mirasın açıldığı vaxt sağ olmuş və qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə etmək imkanına malik olmuşdur. Onun bu hüquqlardan istifadə etməməsi və ya müəyyən hərəkətlər etməsi (o cümlədən mirasın bir hissəsini qəbul etməməsi) artıq onun iradə davranışı kimi qəbul edilməlidir və bu hal sonradan irsi transmissiya institutunun tətbiqi üçün əsas yarada bilməz. Məkhəmə tərkibi apellyasiya şikayətinin “mərhum Əsədov İsmayıl Xanəhməd oğlunun avtomobilə münasibətdə etiraz etməməsinin əsassız olaraq mirasdan imtina kimi qiymətləndirilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin ərizə mirasdan imtina kimi deyil, bağışlama kimi qəbul edilməlidir. Belə ki, mərhum Əsədov İsmayıl Xanəhməd oğlunun “QAZ-24” markalı avtomobilə münasibətdə verdiyi ərizə mahiyyətinə görə faktiki olaraq həmin əmlakdan digər vərəsənin xeyrinə imtina etməklə bağışlama xarakterli davranış olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiyahüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında isə qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.” Məhkəmə tərkibinin qənaətinə görə yuxarıda qeyd edilən vərəsənin mirası qəbul etməməsi barədə ərizəsi qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mirasdan imtina kimi qəbul edilə bilməz. Bununla belə ona çatası mirası qəbul etmək istəməməsi barədə ərizəyə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KM-nin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Bu səbəblə də mərhum Əsədov İsmayıl Xanəhməd oğlunun “aradan uzun müddət keçdikdən sonra avtomobildən notariat qaydasında imtina etməsinə dair iradə ifadəsi hüquqi mahiyyəti baxımdan mirasdan imtina hesab oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, mirası qəbul etmiş olan bir vərəsənin mirasdan imtinası mülki dövriyyədə hüquqi müəyyənliyin və etimadın təmin edilməsi baxımından yolverilməzdir. (MM.m.1267). Bu nöqteyi-nəzərdən də mərhum Əsədov İsmayıl Xanəhməd oğlunun sözügedən yazılı iradə ifadəsinin yeganə məqsəd və təyinatı ona düşən vərəsəlik payının digər vərəsələrə əvəzsiz olaraq verilməsi, başqa sözlə onlara bağışlanması mahiyyətindədir. Belə ki, MM-in 324.5-ci maddəsinə görə “İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir”. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Odur ki, Əsədov İsmayıl Xanəhməd oğlunun notariat qaydasında təsdiq olunmuş yazılı iradə ifadəsində sözügedən yazılı iradə ifadəsinin hüquqi müstəvidə həqiqi mahiyyət və təyinatı özünə düşən vərəsəlik payının digər vərəsələrə bağışlaması hesab olunmalıdır. Belə iradə ifadəsi hüquqi təbiətinə görə həm əvəzsiz razılaşma (bağışlama elementləri), həm də hüququndan imtina etmə (vərəsəlik hüququndan əl çəkmə) xüsusiyyətlərini özündə birləşdirir. Lakin vərəsəlik münasibətlərində əsas hüquqi nəticə formal adlandırmadan deyil, məzmundan çıxış edilərək müəyyən edilir. Bu baxımdan həmin hərəkət vərəsənin miras üzərində hüquqlarını həyata keçirməmək iradəsini ifadə etmişdir. Bir sözlə ona miras çatacaq avtomobildəki məcburi payını anasına bağışlamaqla mirası qəbul etməkdə maraqlı olmadığı nümayiş etdirmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin daşınmaz əmlakın miras kütləsinə daxil edilməməsi dəlilinə münasibətdə hesab edir ki, Kürdəmir şəhəri, keçmiş Bakıxanov küçəsi-7, hazırkı Y.Rəhimov küçəsi-7 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən həmin əmlak üzərində mərhumun tam həcmdə formalaşmış mülkiyyət hüququnun deyil, yalnız gözlənilən mülkiyyət hüququnun mövcudluğu qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələblərinə görə isə miras, miras qoyanın ölüm tarixinədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və öhdəliklərinin (miras passivi) toplusundan ibarətdir. Bu baxımdan qeydiyyatdan keçməmiş daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə tərəflər arasında mübahisənin predmeti həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmadığından, bu məsələnin ayrıca qiymətləndirilməsi işin nəticəsinə təsir edən hal kimi çıxış etmir və birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçılar məcburi pay hüququnun mövcudluğuna istinad etsələrdə, məcburi pay hüququnun mahiyyəti ondan ibarətdir ki, bu hüquq yalnız miras münasibətlərinə faktiki və ya hüquqi qaydada daxil olmuş, yəni mirası qəbul etmiş vərəsələrə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən vərəsə mirası ya notariat orqanına müraciət etməklə, ya da əmlaka sahiblik və onu idarə etməyə başlamaqla qəbul etmiş sayılır. Hazırkı iş üzrə isə müəyyən olunur ki, cavabdeh cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla yanaşı, miras əmlakına faktiki sahiblik etmiş və onu idarə etmişdir ki, bu da onun mirası qəbul etdiyini təsdiq edir. Digər tərəfdən, mərhum Əsədov İsmayıl Xanəhməd oğlu mirası qəbul etməmişdir. Belə olan halda onun miras üzərində, o cümlədən məcburi pay hüququ yaranmamışdır və bu hüququn sonradan vərəsələrinə keçməsi mümkün deyildir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçılar iddiaçı3, iddiaçı1 İsmayıl qızı və iddiaçı2 İsmayıl qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçılar iddiaçı3, iddiaçı1 İsmayıl qızı və iddiaçı2 İsmayıl qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.