Məhkəmə qərarları › İş №2(3-9)-334/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-334/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-334/2026 21.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: “xxxx” ASC ilə X1 arasında bağlanmış ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə reyestr nömrəsi 308013000527-10301, qeydiyyat nömrəsi 1625014663 olan çıxarışa əsasən “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “xxxx” ASC, X1 və X2 arasında ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən “xxxx” ASC qarşısında lizinq alanın ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 13292.44 manat, faiz üzrə borcu 19462.77 manat, cərimə borcu üzrə 4688.32 manat, cəmi borc 37443.53 manat təşkil edir. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X1 müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ##.##.2025-ci il tarixdə X3 rayonu Masazır kəndi Əliağa Vahid küçəsi ev 202 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan ünvanında yerləşən fərdi yaşayış evini alıcı “xxxx” ASC-yə satmışdır. Bank “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanmış ## #### 2022-ci il tarixli THAS- B***/** saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə # ######## 2024-cü il tarixli ** saylı “Əlavə Saziş”ə əsasən “xxxx” ASC tərəfindən tələb hüquqları Bank “xxxx” ASC-yə ötürülmüşdür. ##.##.2025-ci tarixli “xitam əmri”ndən görünür ki, xxxx” ASC ilə X1 arasında bağlanmış ##.##.2025-ci il tarixli DƏ-***/** saylı müqaviləyə xitam verilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: Bank “xxxx” ASC X1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə X1 arasında bağlanmış ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən reyestr nömrəsi 308013000527-10301, qeydiyyat nömrəsi 1625014663 olan çıxarışa əsasən “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evinin X1 və X2 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank “xxxx” ASC-ə təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X1 arasında bağlanmış ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən X1 ilə reyestr nömrəsi 308013000527-10301, qeydiyyat nömrəsi 1625014663 olan çıxarışa əsasən “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bundan başqa, “xxxx” ASC, X1 və X2 arasında ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı nömrəli Zaminlik müqaviləsi bağlanmış və zamin lizinq verən “xxxx” ASC qarşısında lizinq alanın ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. X1 və X2 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərin ##.##.2025-ci il tarixinə hesablanmış və ödənilməmiş 13292.44 manat əsas borc, 19462.77 manat faiz borcu, 4688.32 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin ##.##.2025 -ci il tarixinə ümumi borcu 37443.53 manat təşkil edir. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubunda yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun, lizinq müqaviləsinin ləğvi və lizinq obyektinin qaytarılması ilə bağlı müqavilədə nəzərdə tutulmuş qaydada tələblər irəli sürüləcəyi qeyd edilmişdir. Bank “xxxx” ASC ilə “xxxx” ASC arasında bağlanmış # #### 2022-ci il tarixli THAS-B***/** saylı Tələb hüquqlarının güzəşti haqqında müqaviləyə və həmin müqaviləyə # ######## 2024-cü il tarixli * saylı “Əlavə Saziş”ə əsasən “xxxx” ASC tərəfindən tələb hüquqları Bank “xxxx” ASCyə ötürülmüşdür. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx” ASC ilə X1 arasında bağlanmış ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən reyestr nömrəsi 308013000527-10301 qeydiyyat nömrəsi 1625014663 olan çıxarışa əsasən “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evinin X1 və X2 müvəqqəti sahiblik və istifadəsindən geri alması və mənzilin boşaldılaraq Bank “xxxx” ASC-ə təhvil verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında lizinq müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri yaranmış, “xxxx” ASC ilə X1 arasında bağlanmış ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən X1 ilə reyestr nömrəsi 308013000527-10301, qeydiyyat nömrəsi 1625014663 olan çıxarışa əsasən “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, həmçinin “xxxx” ASC, X1 və X2 arasında ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı nömrəli Zaminlik müqaviləsi bağlanmış və zamin lizinq verən “xxxx” ASC qarşısında lizinq alanın ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda cavabdehlər müqavilə üzrə yaranmış öhdəlikləri icra etmir. Bu səbəbdən iddiaçı ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən reyestr 308013000527-10301, qeydiyyat nömrəsi 1625014663 olan çıxarışa əsasən “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evinin X1 və X2 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank “xxxx” ASC-yə təhvil verilməsinə dair iddia qaldırmışdır. Lizinq obyektini geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdehlər iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özlərinin cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: X1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə layihəsi ona iddiaçı tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də tərəfindən imzalanmışdır. Buna görə də həmin müqavilə Mülki Məcəllənin 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış əqddir. Mülki Məcəllənin 420.2-ci maddəsinə görə “müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”. Müqaviləni bağlayarkən iddiaçı məhz vicdansızlıq nümunəsi göstərərək etimadından sui-istifadə etmişdir. Nəticədə müqavilə birtərəfli qaydada qarşı tərəfin maraqlarına xidmət edən şərtlərlə, o cümlədən yüksək kredit faizi müəyyən edilməklə bağlanmışdır. Qeyd edilən əsasla müqavilə etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə müqavilənin etibarsızlığına dair əhəmiyyətli halları aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi yanlış nəticəyə səbəb olmuşdur. Başqa sözlə,etibarsız müqavilə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticə doğurmadığı halda, məhkəmə yanlışlığa yol verərək iddianı təmin etmişdir. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin X1 apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Bundan başqa MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-10.1-ci maddəsinə götə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-nin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748 və 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərkibi hazırkı qətnaməyə apellyasiya şikayətinin dəlliləri üzrə tam olaraq qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərindən açıq şəkildə görünür ki, lizinq ödənişlərinin vaxtında və tam şəkildə yerinə yetirilməsi cavabdehlərin əsas öhdəliyidir və həmin öhdəliyin pozulması lizinq verənə müqavilədə nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə etmək, o cümlədən lizinq obyektinin geri tələb olunması hüququ verir. İş materialları ilə də təsdiq olunur ki, cavabdehlər üzərlərinə düşən pul öhdəliklərini icra etməmiş, nəticədə müqavilə şərtlərini pozmuşlar. Mülki qanunvericiliyin tələbləri baxımından öhdəliyin lazımınca icra edilməməsi kreditorun pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququnu yaradır. Bu baxımdan, iddiaçının lizinq obyektinin geri qaytarılmasını tələb etməsi müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olmaqla qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi, lizinq obyektinin X1 və X2 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank “xxxx” ASC-yə təhvil verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu X1 özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 405ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilmədikdə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar