Məhkəmə qərarları › İş №2(3-9)-354/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-354/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-354/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, cavabdeh Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddiası üzrə Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(*-***)-*/**** saylı qətnaməsindən (hakim Vüqar Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “xxxx” MMC) cavabdeh Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1634,04 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 163,40 manat cərimə, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1259,04 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 125,90 manat cərimə, ##.##.2025-ci il tarixli müqavilə üzrə 752,94 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 75,29 manat cərimə və ##.##.2025-ci il tarixli müqavilə üzrə 630,80 manat əsas borc, 63,08 manat cərimə, hər dörd müqavilə üzrə cəmi 4775,30 manat pulun və 67,76 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 120 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 90,78 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1754,04 manat olan IPHONE 14 almışdır. Bundan başqa, iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 170 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 104,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1429,04 manat olan SAMSUNG GALAXY S24 FE almışdır. Bundan başqa, iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 78 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 47,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 929,94 manat olan XIAOMI REDMI NOTE 14 PRO, XIAOMI REDMI BUDS 6 qulaqlıq almışdır. Bundan başqa, iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 240 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 57,40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 928,80 manat olan XIAOMI PAD 7 planşet almışdır. Cavabdeh iddiaçıya ödənilməmiş qalan ##.##.2025-ci il tarixli müqavilə üzrə 1634,04 manat, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1259,04 manat, ##.##.2025-ci il tarixli müqavilə üzrə 752,94 manat və ##.##.2025-ci il tarixli müqavilə üzrə 630,80 manat, cəmi 4276,82 manat borcu ödəməkdən yayınmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən, ona hər dörd müqavilə üzrə müvafiq olaraq 163,40 manat, 125,90 manat, 75,29 manat və 63,08 manat, cəmi 427,67 manat cərimə hesablanmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(*-***)-*/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqavilə üzrə 1634,04 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 163,40 manat cərimə, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1259,04 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 125,90 manat cərimə, ##.##.2025-ci il tarixli müqavilə üzrə 752,94 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 75,29 manat cərimə və ##.##.2025-ci il tarixli müqavilə üzrə 630,80 manat əsas borc, 63,08 manat cərimə olmaqla hər dörd müqavilə üzrə cəmi 4775,30 (dörd min yeddi yüz yetmiş beş manat otuz qəpik) manatın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 67,76 manat dövlət rüsumunun alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməsi qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(*-***)-*/**** saylı qətnaməsi əsassız və qanunsuzdur. Əvvəla kiçik iddia ərizəsinə qarşı etiraz etməsi üçün məhkəmənin bildirişini almamışdır və buna görə də, ona qarşı qaldırılmış kiçik iddiadan məlumatsız olmuşdur. Əgər məhkəmənin bildirişi təqdim edilsəydi iddiaya etiraz edərək işə iddia icraatı qaydasında baxılmasını xahiş edər və məhkəməyə dəlilərini təqdim edərək xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş edərdi. Belə ki, heç vaxt “xxxx” MMC ilə alqı-satqı müqaviləsi bağlamamışdır və iddiaçı təşkilatdan mobil telefonlar, planşet və qulaqlıq almamışdır. Iddiaçının məhkəməyə təqdim etdiyi müqavilələr etibarsızdır. Həmin müqavilələrdəki imzalar onun imzaları deyildir və tərəfindən icra edilməmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi müqavilələrə nəzər yetirdikdə aydın şəkildə görünür ki, həmin imzalar onun imzasından açıq şəkildə fəqlənir. Eyni zamanda iddiaçının təqdim etdiyi müqavilələrdəki imzalar biri-birindən də fərqlənir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrdəki adının qarşısındakı imzaların bəzisində ilk şərti hərf “H” hərfi, bəzilərində isə “X” hərfi kimi icra edilmişdir. Halbuki, şəxsiyyət və digər sənədlərindəki imzalarının ilk şərt hərfi “X” olsa da, iddiaçının təqdim etdiyi müqavilələrdəki “X” hərfindən çox fərqlənir. Belə ki, imzasındakı “X” hərfi qövsvari icra edilsə də, müqavilələrdəki imzalarda “X” hərfi düz xətlərlə icra edilmişdir. Ümumiyyətlə “X” hərfini hər zaman qövsvari icra edir. Eyni zamanda imzasının hərf təşkil etməyən cizgiləri də, müqavilələrdəki imzaların hərf təşkil etməyən cizgilərindən açıq aydın fərqlənir. Müqavilələrdəki imzalarda hərf təşkil etməyən cizgilər uzun və qarışıq olsa da, imzasındakı hərf təşkil etməyən cizgilər qısa və aydındır. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi alqı-satqı müqavilələrindəki yazılar da onun xətti deyildir. Bundan başqa alqı-satqı müqaviləsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqənin şəkli hansısa telefonun ekranından (screenshot) çəkilərək götürülmüşdür. Əgər iddiaçının mağazasında olmuşdursa və sənədləri imza etmişdirsə, nə üçün şəxsiyyət vəsiqəsi kserokopiya olunmamış, hansısa telefonun ekranından şəkli (screenshot) çəkilərək götürülmüşdür. Ona görə ki, göstərilən vaxtlarda iddiaçının mağazasında olmamışdır və alqısatqı müqavilələri də bağlamamışdır. Əgər iddiaçı bunu təkzib edirsə, o halda xahiş edir ki, göstərilən tarixlərdə iddiaçının mağazasında olmağını təsdiq edən video kameraların görüntüləri məhkəməyə təqdim edilsin, lakin əminliklə bildirir ki, iddiaçı heç bir video görüntü təqdim edə bilməyəcəkdir. Bundan başqa iddiaçının rəsmi iş yeri olmayan, III qrup gözdən əlil şəxsə 18 gün ərzində kreditə bu qədər bahalı telefonları, planşetləri və qulaqlıqları verərək özünü riskə atması və ilk telefonun pulunun birinci ayı ödənilməmiş, eyni şəxsə daha 2 ədəd bahalı telefonun, 1 ədəd planşetin və qulaqlığın kreditə verilməsi kifayət qədər şübhəlidir. Bildirir ki, Bakı şəhərində tikintidə fəhlə işləyir və uşaqlıqdan III qrup gözdən əlildir. Heç vaxt bahalı telefonu olmayıb və buna marağı da olmamışdır. Ümumiyyətlə bahalı telefon fəhlənin nəyinə lazımdır, fəhlə hansı gününə bahalı telefon işlətmək istəyir. Yuxarıda göstərdiyi kimi iddiaçıdan kreditə heç bir telefon, planşet və qulaqlıq götürməmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi alqı-satqı müqavilələrindəki imzalar onun deyildir və tərəfindən icra olunmamışdır. Bunların hamısı iddiaçının uydurmalarıdır. Əgər iddiaçı əksini bildirirsə o halda sübut etsin ki, göstərdiyi tarixlərdə onun mağazasında olmuşdur və alqı-satqı müqavilələrinə imza etmişdir. Iddiaçı ərizsəində güya tərəfindən ödəniş edildiyini göstərmişdir. Lakin, iddiaçıya heç bir ödəniş etməmişdir, əgər iddiaçının bu barədə sübutları varsa xahiş edir məhkəməyə təqdim etsin. Göstərdiklərini nəzərə alaraq xahiş edir ki, apellyasiya şikayətində göstərdiyi dəlilləri obyektiv və ədalətli araşdırılsın və iş üzrə xətşünaslıq ekspertizası təyin edilsin. Yalnız bu halda haqlı olduğu görüləcək. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda qeyd etdiyi kimi iddiaçı ilə heç bir müqavilə bağlamamışdır, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqavilələri tərəfindən imzalanmamışdır və həmin müqavilələrdəki imzalar onun deyildir. Həmçinin müqavilələrdəki yazılar da onun xətti deyil. Müqavilələrdəki istinad edilən imzalara nəzər yetirdikdə açıq-aydın görünür ki, imzası ilə həmin imzaların arasında çoxlu fərqlər vardır. Müqavilədəki imzaların onun imzalarına heç bir formada oxşarlığı yoxdur. Bu da onu göstərir ki, başqa şəxs tərəfindən imza edilmiş alqı-satqı müqavilələri məhkəməyə saxta sübutlar kimi təqdim edilmiş və bu məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmuşdur. Bu səbəbdən də iddiaçı tərəfindən məhkəməyə təqdim edilən alqı-satqı müqavilələri etibarsızdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şikayətin dəlilləri nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərardadı ilə mübahisə üzrə apellyasiya şikayətinə iddia icraatı qaydasında, tərəflər məhkəmə iclasına çağırılmaqla baxılması qərara alınmışdır. Məhkəmədə cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məmzunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu bildirib, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə iddiaçının tələbinin əsasını təşkil edən müqavilələrdəki imza və yazıların cavabdeh tərəfindən icra olunmadığı müəyyən edilmiş, bununla apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görədə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və ona hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə olunmuş sənədlərdən aşağıdakılar müəyyən olunur. ##.##.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 120 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 90,78 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1754,04 manat olan IPHONE 14 alınması ilə əlaqədar iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmışdır. ##.##.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 170 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 104,92 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 1429,04 manat olan SAMSUNG GALAXY S24 FE alınması ilə əlaqədar iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmışdır. ##.##.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 78 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 47,33 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 929,94 manat olan XIAOMI REDMI NOTE 14 PRO, XIAOMI REDMI BUDS 6 qulaqlıq alınması ilə əlaqədar iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmışdır. ##.##.2025-ci il tarixli müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 240 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 57,40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 928,80 manat olan XIAOMI PAD 7 planşet alınması ilə əlaqədar iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmışdır. ## ######## 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqavilə üzrə 1634,04 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 163,40 manat cərimə, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1259,04 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 125,90 manat cərimə, ##.##.2025 ci il tarixli müqavilə üzrə 752,94 manat əsas borc, 23,60 manat Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 75,29 manat cərimə və ##.##.2025-ci il tarixli müqavilə üzrə 630,80 manat əsas borc, 63,08 manat cərimə, ümumilikdə ödənilməmiş 4775,30 manat borcu qalmışdır. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026cı il tarixli */*** saylı ekspert rəyinə əsasən : Ekspertizaya təqdim edilmiş, mülki işin 78-79-cu vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, 2-ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 80-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, 81-ci vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza, "Yuxarıda göstərilənləri oxudum, razıyam” qrafasındakı əlyazmalar və sağ tərəfindəki “Imza” qrafasındakı imza, 82-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, bildirişin sonunda (a.s.a) yazılı qrafadakı əlyazmalar və sağ tərəfindəki imza, mülki işin 83-84-cü vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, 2-ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 85-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, bildirişin sonunda “bildirişi oxudum və məzmunu ilə tanış oldum" qrafasındakı imza, 86-cı vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonunda "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, 87-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə “Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, sonunda (a.s.a) yazılı qrafadakı əlyazmalar və sağ tərəfdəki imza, mülki işin 88-89-cu vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, 2-ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 90-cı vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, bildirişin sonunda "Bildirişi oxudum və məzmunu ilə tanış oldum." qrafasındakı əlyazmalar, 91-ci vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonundakı "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasındakı əlyazmalar və imzalar, 92-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, "Bildirişi oxudum və məzmunu ilə tanış oldum." qrafasındakı əlyazmalar, bildirişin sonunda "Tarix" və "(a.s.a)" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, mülki işin 93-94-cü vərəqlərində olan ## #### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, 2-ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 95-ci vərəqində olan ## #### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, bildirişin sonunda "Bildirişi oxudum və məzmunu ilə tanış oldum." qrafasındakı əlyazmalar, 96-CI vərəqində olan ## #### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonundakı "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, 97-ci vərəqində olan ## #### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza, bildirişin sonunda "Tarix" və "(a.s.a)" qrafasındakı əlyazmalar və sağ tərəfindəki imza - EYNI ŞƏXS tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş, mülki işin 78-79-cu vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı imza, 2-ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 80-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə “Ad/Soyad" qrafasında sağ tərəfindəki imza, 81-ci vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza, "Yuxarıda göstərilənləri oxudum, razıyam” qrafasında sağ tərəfindəki "Imza" qrafasındakı imza, 82-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişin sağ tərəfində "Imza" qrafasındakı imza bildirşin sonunda sağ tərəfində "Imza" qrafasındakı imza, mülki işin 83-84-cü vərəqlərındə olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı imza, 2ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 85-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Imza" qrafasındakı imza, bildirişin sonunda "bildirişi oxudum və məzmunu ilə tanış oldum" qrafasındakı imza, 86-cı vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonunda "Imza" qrafasındakı sağ tərəfindəki imza, 87ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə yuxarıda "Imza" qrafasındakı imza, sonunda "Imza" qrafasındakı imza, mülki işin 88-89-cu vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda sağ tərəfindəki imza, 2-ci vərəqində "müştəri Imza:” qrafasındakı imza, 90-cı vərəqində olan ## ### 2025-ci il tarixli bildirişin sağ tərəfində "Imza" qrafasındakı imza, 91-ci vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonundakı "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasındakı imzalar, 92-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişin orta hissədə sağ tərəfindəki "Imza" qrafasındakı imza, bildirişin sonunda "Tarix" qrafasının aşağısındakı imza, mülki işin 93-94-cü vərəqlərində olan ## #### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda sağ tərəfindəki imza, 2-ci vərəqində "müştəri Imza:” qrafasındakı imza, 95-ci vərəqində olan ## #### 2025-ci il tarixli bildirişin sağ tərəfindəki imza, 96-cı vərəqində olan ## #### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonundakı sağ tərəfindəki "Imza" qrafasındakı imza, 97-ci vərəqində olan ## #### 2025-ci il tarixli bildirişin sağ tərəfindəki imza, bildirişin sonunda "Tarix" qrafasının altındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş, mülki işin 24-cü vərəqində olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imza ilə mülki işin 78-79-cu vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı imza, 2ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 80-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə “Ad/Soyad" qrafasında sağ tərəfindəki imza, 81-ci vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza, "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasında sağ tərəfindəki "Imza" qrafasındakı imza, 82-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə sağ tərəfində "Imza” qrafasındakı imza, bildirişin sonunda sağ tərəfində “Imza” qrafasındakı imza, mülki işin 83-84-cü vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı imza, 2-ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 85-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Imza" qrafasındakı imza, bildirişin sonunda "bildirişi oxudum və məzmunu ilə tanış oldum" qrafasındakı imza, 86-cı vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonunda "Imza" qrafasındakı sağ tərəfindəki imza, 87ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə yuxarıda "Imza" qrafasındakı imza, sonunda "Imza" qrafasındakı imza, mülki işin 88-89-cu vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda sağ tərəfindəki imza, 2-ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 90-cı vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə sağ tərəfində "Imza" qrafasındakı imza, 91-ci vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonundakı "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasındakı imzalar, 92-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə orta hissədə sağ tərəfindəki "Imza" qrafasındakı imza, bildirişin sonunda "Tarix" qrafasının aşağısındakı imza, mülki işin 93-94-cü vərəqlərində olan ## #### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda sağ tərəfindəki imza, 2- ci vərəqində "müştəri Imza:" qrafasındakı imza, 95-ci vərəqində olan ## #### 2025-ci il tarixli bildirişin sağ tərəfindəki imza, 96-cı vərəqində olan ## #### 2025-ci il tarixli müqaviləyə əlavənin "müştəri Imza:" qrafasındakı imza və sonundakı sağ tərəfindəki "Imza" qrafasındakı imza, 97-ci vərəqində olan ## #### 2025-ci il tarixli bildirişin sağ tərəfindəki imza, bildirişin sonunda "Tarix" qrafasının altındakı imza - MÜXTƏLIF ŞƏXSLƏR tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş, mülki işin 78-79-cu vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı əlyazmalarda, 80-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalarda, 81-ci vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavədə "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasındakı əlyazmalarda, 82-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalarda, bildirişin sonunda (a.s.a) yazılı qrafadakı əlyazmalarda, mülki işin 83-84-cü vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı əlyazmalarda, 85-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalarda, 86-cı vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin sonunda "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasındakı əlyazmalarda, 87-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə “Ad/Soyad" qrafasındakı əlyazmalarda, sonunda (a.s.a) yazılı qrafadakı əlyazmalarda, mülki işin 88-89-cu vərəqlərində olan ## ### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı əlyazmalarda, 90-cı vərəqində olan ## ### 2025ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalarda, bildirişin sonunda "Bildirişi oxudum və məzmunu ilə tanış oldum." qrafasındakı əlyazmalarda, 91-ci vərəqində olan ## ### 2025-ci il tarixli müqaviləyə əlavənin sonundakı "Yuxarıda göstərilənləri oxudum, razıyam” qrafasındakı əlyazmalarda, 92-ci vərəqində olan ## ### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalarda, "Bildirişi oxudum və məzmunu ilə tanış oldum." qrafasındakı əlyazmalarda, bildirişin sonunda "Tarix" və "(a.s.a)" qrafasındakı əlyazmalarda, mülki işin 93-94-cü vərəqlərində olan ## #### 2025-ci il tarixli ********** nömrəli Müqavilənin 1-ci vərəqinin sonunda "Ad/Soyad" qrafasındakı əlyazmalarda, 95-ci vərəqində olan ## #### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalarda, bildirişin sonunda "Bildirişi oxudum və məzmunu ilə tanış oldum." qrafasındakı əlyazmalarda, 96-cı vərəqində olan ## #### 2025-ci il tarixli müqaviləyə əlavənin sonundakı "Yuxarıda göstərilənləri oxudum, razıyam" qrafasındakı əlyazmalarda, 97-ci vərəqində olan ## #### 2025-ci il tarixli bildirişdə "Ad/Soyad" qrafasındakı əlyazmalarda, bildirişin sonunda "Tarix" və "(a.s.a)" qrafasındakı əlyazmalarda - yazının vərdiş olunmamış sol əllə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsində əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsində əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarılmasından ibarət cavabdehin dəlilləri əsaslıdır. Belə ki, alqı-satqı müqaviləsindəki, həmin müqaviləyə əlavədəki və bildirişdəki imza və yazıların cavabdehə məxsus olmamasından ibarət apellyasiya şikayətinin dəlilləri iş üzrə təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiqini tapmışdır. Bundan başqa iddiaçı tərəfindən malın cavabdehə təhvil verilməsinə, cavabdeh tərəfindən alınan mala görə ödənişin edilməsinə dair hər hansı bir sübut verilməmişdir. Iddiaçı cavabdehə mal satmasına, satdığı malı təhvil verməsinə dair sübut vermədiyindən, malın dəyərinin ödənilməsi kimi tələb hüququ da yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarından biridir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 200 manat ekspertiza xərci iddiaçı “xxxx” MMC-dən tutularaq dövlət nəfinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.6, 382, 384.0.2, 392, 393 və 402 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(*-***)-*/**** saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərci iddiaçı “xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖIN 1700326621, X3, Kod 210005, VÖEN1401555071, Müxbir hesab AZ 41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid Imanov Ilham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar