Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-407/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Tağıyev İlham İsmayıl oğluna qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki işə üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Tağıyev İlham İsmayıl oğluna qarşı mərhum Tağıyev İsmayıl Mövsüm oğlundan qalmış əmlaklara onun miras payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Tağıyev İlham İsmayıl oğlunun nümayəndəsi Nümayəndə tərəfindən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Cəlilabad Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması üçün iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsindən Tağıyev İlham İsmayıl oğlunun nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Qeyd edilməlidir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Tağıyev İlham İsmayıl oğlunun nümayəndəsi Nümayəndə tərəfindən Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə - vəsatətə (iş materialları, səh.: 109-110) işin müəyyən edilmiş hallarına uyğun olaraq heç bir hüquqi qiymət verməmişdir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Tağıyev İlham İsmayıl oğlunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin bərpasına dair ərizəyə (vəsatətə) hüquqi qiymət verilmədən işin apellyasiya instansiyasına göndərilməsi mülki prosessual qanunvericiliyin imperativ tələblərinə ziddir. Qanuna əsasən prosessual müddətin bərpası məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilməli, bu barədə qətnamədə, qərardadda və ya qərarda müvafiq qeyd aparılmalıdır. Lakin hazırkı halda məhkəmə bu prosessual tələbi nəzərə almadan və vəsatət üzrə mövqeyini bildirmədən işi apellyasiya instansiyasına təqdim etmişdir ki, bu da prosessual normaların pozulması kimi qiymətləndirilməli və məhkəmə icraatının düzgün aparılmasına maneə yaradan ciddi hüquqi pozuntu hesab edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin forma və məzmununa, habelə müddətlə bağlı tələblərə əməl edilib-edilməməsi eyni vaxtda yoxlanılmamışdır. Digər tərəfdən o da diqqətə çatdırılmalıdır ki, ##.##.2026-cı il tarixli müşayiət məktubundan görünür ki, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İsmayıl oğlunun və Tağıyev İlham İsmayıl oğlunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qeyd olunmuşdur. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İsmayıl oğlunun şikayəti iş materiallarında mövcud deyil və işə əlavə olunmamışdır. Belə ki, MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən Tağıyev İlham İsmayıl oğlunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyi məsələsi müəyyən edilməli olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə tərkibi işin müəyyən edilmiş hallarına MPM-in tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yanlış qənaətə gəlmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən Tağıyev İlham İsmayıl oğlunun nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialları Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-407/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-407/2026
08.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver