Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-429/2026 04.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X6 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı İbadulla qızının iştirakı ilə, İddiaçı İddiaçı İbadulla qızının cavabdeh Cavabdeh qarşı “miras əmlakda tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İbadulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı İbadulla qızı cavabdeh Cavabdeh qarşı “miras əmlakda tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2022-cil tarixində vəfat etmiş mərhum bacısı İmaməliyeva Zahirə İbadulla qızından miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Lənkəran Ərazi İdarəsi tərəfindən ##.##.2010-cu il tarixində * nömrəli reyestr kitabının 148-ci vərəqində qeydiyyata alınan, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 801013002403-10301 olan, MA № ******* nömrəli çıxarış əsasında Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə onun adına tam pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum bacısı İmaməliyeva Zahirə İbadulla qızı ##.##.1941-ci ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuşdur. ##.##.1970-ci ildə bacısı Zahirə İmaməliyeva həyat yoldaşı X7 ilə (##.##.1985-ci ildə vəfat edib) rəsmi nikaha daxil olmuş və ərinin Astara şəhərində olan evinə gəlin köçmüşdür. Həmin nikahdan ##.##.1971-ci il təvəllüdlü X10 adında övladı dünyaya gəlmiş və ##.##.1978-ci il tarixində aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra bacısı azyaşlı uşağı ilə birlikdə Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən ata evinə qayıtmış və orada ev tikərək yaşamışdır. Bacısının övladı X10 ##.##.2025-ci il tarixində vəfat etmiş və vəfat etdiyi müddətədək subay olmuşdur. Mərhum bacısının ailə üzvlərindən yəni vərəslərindən: atası İmaməliyev İbadulla Nəhmətulla oğlu ##.##.1982-ci il tarixində, anası İmaməliyeva Mənsurə Sübhan qızı ##.##.1999-cu il tarixində, əri X7 ##.##.1985-ci il tarixində, qardaşı İmaməliyev Aydın İbadulla oğlu ##.##.2012-ci il tarixində, qardaşı İmaməliyev Firudin Nəhmətulla oğlu ##.##.2010- cu il tarixində, qardaşı İmaməliyev Elsevər İbadulla oğlu ##.##.2014-cü il tarixində, bacısı İmaməliyeva Roza İbadulla qızı ##.##.2013cü il tarixində, oğlu X14 isə ##.##.2025-ci il tarixində vəfat etmişlər. Mərhum bacısının ailə üzvlərindən, yəni vərəslərindən yalnız özü qalmışdır. Mərhum bacısı İmaməliyeva Zahirə İbadulla qızı sağlığında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Lənkəran Ərazi İdarəsi tərəfindən ##.##.2010-cu il tarixində * nömrəli reyestr kitabının 148-ci vərəqində qeydiyyata alınan, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 801013002403- 10301 olan, MA № ******* nömrəli çıxarış əsasında Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən torpağı əldə etmişdir. Həmin torpağı ##.##.2010-cu ildə İbrahimov İlyas Bayram oğluna ##.##.2010-cu il tarixli, ******* saylı alqısatqı müqaviləsinə əsasən torpağın 0.03 ha hissəsisini satmış və həmin yaşayış evin və qalan 0.0750 ha torpaq sahəsi satıldıqdan sonra qalmışdır. Mərhum bacısı vəfat etdikdən sonra miras qalmış əmlaka o sahiblik və idarə etmişdir. Mərhum bacısının vərəslərindən hamsının vəfat etməsi və yalnız o qaldığı üçün Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Lənkəran Ərazi İdarəsi tərəfindən ##.##.2010-cu il tarixində * nömrəli reyestr kitabının 148-ci vərəqində qeydiyyata alınan, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 801013002403-10301 olan, MA № ******* nömrəli çıxarış əsasında verilmiş fərdi yaşayış evinin onun adına mirasın qəbul edilməsi və vərəsəliyin açılmasının müəyyən edilməsi ilə bağlı Astara Rayon Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq mərhum bacısının vəfat etmiş əri olan X7 ikinci nikahından olan övladı Cavabdehda bu barədə qanunsuz müraciəti olduğu üçün və vərəsələr arasında mübahisə olduğu üçün məsələnin həlli barədə məhkəməyə müraciət etməyi bildirilmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı İbadulla qızı iddia ərizsəinə uyğun izahat vermiş, həmçinin təsdiq etmişdir ki, mərhum bacısı vəfat edərkən onun yeganə övladı olan X15 həbsdə olmuş, həbsdə olarkən də, vəfat etmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iştirak etmiş və iddia tələbini qəbul etmədiyini, qardaşı ilə münasibətinin yaxşı olmasını, qardaşının anası öldüyü vaxt həbsdə olduğunu, onunla görüşlərində isə qardaşının əmlakı ona vəsiyyət etdiyini, bunun üçün addımlar atmasını istədiyini bildirmiş, qardaşının xalası və onun uşaqları ilə münasibətinin pis olduğunu, ona nəsə olarsa nə badə əmlakının onlara qalmamasını ona tapşırdığını qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(***)-****/**** saylı qətnaməsi (Hakim: Şəfiqə Meybullayeva) ilə, iddiaçı İddiaçı İbadulla qızının cavabdeh Cavabdeh qarşı “miras əmlakda tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı İbadulla qızı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İddiaçı İbadulla qızı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdeh Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı İddiaçı İbadulla qızının apellyasiya şikayətinin dəlilləri həddində, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133-cü maddəsinə görə, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, İddiaçı İbadulla qızı Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, İddiaçı İbadulla qızı mərhumə İmaməliyeva Zahirə İbadulla qızının bacısıdır və qanuni vərəsəsidir. İş materiallarında olan Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, İddiaçı İbadulla qızı Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatdadır və oğlu-Rzayev Abid İsmayıl oğlu, oğlu- Rzayev Rəşad İsmayıl oğlu, gəlini-X8, nəvəsi-X2, nəvəsi-Rzazadə İsmayıl Abid oğlu, nəvəsi-X9 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, ##.##.2022-ci ildə vəfat etmiş İmaməliyeva Zahirə İbadulla qızı ölən günə qədər Astara rayonunun Ərçivan qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. Ölən günədək mərhuma məxsus təsərrüfatda onunla birgə eyni ünvanda həmin təsərrüfatda yaşayan İddiaçı İbadulla qızı, İbadullayev İbadulla Nəhmətulla oğlu-vəfat edib, İmaməliyeva Məsumə Sübhan qızı-vəfat edib, İmaməliyev Aydın İbadulla oğlu-vəfat edib, İmaməliyev Firudin İbadulla oğlu-vəfat edib, İmaməliyeva Roza İbadulla qızı-vəfat edib, İmaməliyeva Elsevər İbadulla oğlu-vəfat edib ibarət vərəsələri olmuşdur. İş materiallarında olan Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X15 ##.##.1971-ci il tarixdə doğulmuş, atası X12, anası İmaməliyeva Zahirə İbadulla qızıdır. İş materiallarında olan AZ-II ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ##.##.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 öldüyü ##.##.2025-ci il tarixədək nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İmaməliyeva Zahirə İbadulla qızı ##.##.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İmaməliyeva Mənsurə Sübhan qızı ##.##.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İmaməliyev İbadulla Nəhmətulla oğlu ##.##.1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İmaməliyeva Roza İbadulla qızı ##.##.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İmaməliyev Elsevər İbadulla oğlu ##.##.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İmaməliyev Firudin İbadulla oğlu ##.##.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ##.##.2025-ci il tarixli Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İmaməliyev Aydın İbadulla oğlu ##.##.2012-ci il tarixdə ölmüşdür İş materiallarında olan Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Astara rayonu Ərçivan kəndində anadan olmuş İmaməliyeva Zahirə İbadulla qızının “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ##.##.2022- ci il tarixədək yoxlama aparılmış, ata-İmaməliyev İbadula Nəhmətulla oğlu- ##.##.1982-vəfat edib, anaİmaməliyeva Mənsurə Sübhan qızı-##.##.1999-vəfat edib, əri-X13nikah pozulub ##.##.1978, qardaşı-İmaməliyev Aydın İbadulla oğlu-##.##.2012 vəfat edib, qardaşıİmaməliyev Firudin İbadulla oğlu-##.##.2010 vəfat edib, qardaşı-İmaməliyev Elsevər İbadulla oğlu##.##.2014 vəfat edib, bacısı-İmaməliyeva Roza İbadulla qızı-##.##.2013 vəfat edib, oğlu-X16-##.##.2025 vəfat edib kimi məlumatlar aşkar edilmişdir. İş materiallarında olan Astara rayon Notariat ofisi tərəfindən Astara rayonu Ərçivan kənd sakini İddiaçı İbadulla qızına və ünvan 1 ünvanında qeydiyatda olan Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli *** nömrəli məktubdan görünür ki, vərəsələrin dairəsi barədə təqdim olunan arayışlar arasında ziddiyətlər olduğundan, mərhumun vəfat edən bacı-qardaşlarının ailə üzvləri barədə yetərli məlumat əldə etmək mümkün olmadığından, habelə notariat ofisinə müraciət edən vərəsələr arasında mübahisə yarandığından vərəsəlik paylarının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan ## ####### 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, İmaməliyeva Zahirə İbadulla qızı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Lənkəran ərazi İdarəsi tərəfindən ##.##.2010-cu il tarixdə verilmiş **- **-*** saylı arayışa əsasən Astara rayonu, Ərçivan kəndində 0.105 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 63.6 kvadratmetr, 34.0 kvadratmetr yaşayış və 29.6 kvadratmetr köməkçi sahəsi olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0.02 ha torpaq sahəsini İbrahimov İlyas Bayram oğluna satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestrinin ##.##.2010 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.0750 hektar torpaq sahəsi üzərində yerləşən ümumi 63.60 kvadratmetr olan fərdi yaşayış evi İmaməliyeva Zahirə İbadulla qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş İmaməliyeva Zahirə İbadulla qızı və X15 adına açılmış vərəsəlik işinin materiallarında saxlanılan ##.##.2025-ci il tarixli Ərizədən görünür ki, İddiaçı İbadulla qızı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən reyestr nömrəsi 801013002403-10301 olan İmaməliyeva Zahirə İbadulla qızına məxsus fərdi yaşayış evinin adına keçirilməsi barədə vərəsəlik işinin açılmasını xahiş etmişdir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş İmaməliyeva Zahirə İbadulla qızı və X15 adına açılmış vərəsəlik işinin materiallarında saxlanılan ##.##.2025-ci il tarixli ************* nömrəli Ərizədən görünür ki, Cavabdeh qardaşı X15 miras qalmış Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş İmaməliyeva Zahirə İbadulla qızı və X15 adına açılmış vərəsəlik işinin materiallarında saxlanılan ##.##.2025-ci il tarixli ************* nömrəli Ərizədən görünür ki, İddiaçı İbadulla qızı Cavabdeh qardaşı X15 miras qalmış Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmiş, ona qohumluq əlaqəsi olmadığı üçün hər hansı pay verilməməsini xahiş etmişdir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş İmaməliyeva Zahirə İbadulla qızı və X15 adına açılmış vərəsəlik işinin materiallarında saxlanılan ##.##.2025-ci il tarixli ************* nömrəli Ərizədən görünür ki, İddiaçı İbadulla qızı bacısı İmaməliyeva Zahirə İbadulla qızından miras qalmış Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş İmaməliyeva Zahirə İbadulla qızı və X15 adına açılmış vərəsəlik işinin materiallarında saxlanılan Astara rayon Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ərazi İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli 97 və *** nömrəli məktublardan görünür ki, Cavabdeh İmaməliyeva Zahirə İbadulla qızı və X15qanun üzrə vərəsələri sırasına daxil olduğundan hüququn ölmüş şəxsə məxsus olması barədə elektron arayış verilməsi xahiş edilmişdir. İş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş İmaməliyeva Zahirə İbadulla qızı və X15 adına açılmış vərəsəlik işinin materiallarında saxlanılan Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, ##.##.2025-ci il tarixində Cavabdeh verilmiş *** nömrəli arayışda vəfat etmiş İmaməliyeva Zahirə İbadulla qızının adına verilmiş vərəsəlik haqqında arayışında səhvən (dəqiq məlumat olmadığından) Cavabdeh qeyd edildiyi bildirilmiş, arayış Astara rayon Notariat Ofisinə təqdim edilmək üçün verilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə iddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İmaməliyeva Zahirə İbadulla qızı iddiaçı İddiaçı İbadulla qızının bacısı olmuş, ## #### 2022-ci il tarixdə vəfat etmişdir. İmaməliyeva Zahirə İbadulla qızı vəfat edərkən onun oğlu X15 olmuşdur. X15 həmin vaxt cəzaçəkmə müəssisəsində olmuş, ##.##.2025-ci il tarixdə isə cəzaçəkmə müəssisəsində dünyasını dəyişmişdir. İmaməliyeva Zahirə İbadulla qızı vəfat edərkən adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Lənkəran Ərazi İdarəsi tərəfindən ##.##.2010-cu il tarixində * nömrəli reyestr kitabının 148-ci vərəqində qeydiyyata alınan, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 801013002403-10301 olan, MA № ******* nömrəli çıxarış əsasında Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi olmuşdur. İddiaçı İddiaçı İbadulla qızı və cavabdeh Cavabdeh hər ikisi vərəsə hesab edilmələri üçün Astara rayon Notariat Ofisinə müraciət etmişlər. Mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı İddiaçı İbadulla qızı mərhum İmaməliyeva Zahirə İbadulla qızının adına olan həmin fərdi yaşayış evi və torpaq sahəsinə vərəsə kimi tam pay hüququnun tanınmasını tələb edir. İddianın əsası kimi isə yeganə vərəsə özünün olduğunu qeyd edir. Cavabdeh isə həmin fərdi yaşayış və torpaq sahəsinin qardaşının anasından qardaşına miras qaldığını, qardaşının isə yeganə vərəsəsi özü olduğunu qeyd edir. İddia tələbini qəbul etmir. Kollegiya qeyd edir ki, qanunvericiliklə müəyyən edilmişdir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Kollegiya qeyd edir ki, hazırki iddianın predmetini miras əmlaka vərəsəlik hüququnun tanınmasından irəli gələn münasibətlər, qanuni əsasını isə miras əmlak, miras əmlakda qanun üzrə vərəsəlik zamanı pay hüququnun müəyyən edilməsi zamanı tətbiq edilməli olan normalar təşkil edir. Belə ki, qanunda miras əmlakın vərəsələrə keçməsinin 3 əsası nəzərdə tutulmuşdur: birincisi, qanun üzrə; ikincisi vəsiyyətnamə üzrə; üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Hazırkı mübahisə üzrə miras əmlakla dair vəsiyyətnamənin verilməsi iş materialları ilə müəyyən edilmir. Odur ki, hazırkı mübahisə üzrə yalnız birinci əsas, yəni, qanun üzrə vərəsəlik hüququnun yaranması qaydası qüvvədədir. Məhkəmə hazırki mübahisəni həll etmək üçün ilk növbədə kim kimin qanun üzrə vərəsəsidir məsələsini araşdırmağı və daha sonra miras əmlakın nədən ibarət olduğunu araşdırmağı zəruri hesab edir. Belə ki, hazırda mübahisənin obyekti olan fərdi yaşayış evi və torpaq sahəsi mərhum İmaməliyeva Zahirə İbadulla qızının adına olduğundan onun qanun üzrə vərəsələrinin dairəsinin müəyyənləşdirilməsi mütləqdir Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, mərhum Zahirə İmaməliyeva ## #### 2022-ci il tarixdə vəfat edərkən onun birinci növbə vərəsələrindən yeganə olaraq oğlu X15 olmuşdur. Qanunvericiliyə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Zahirə İmaməliyeva vəfat edərkən onun birinci növbə vərəsəsi olan X15 olduğundan ikinci növbə vərəsə olan İddiaçı İmaməli qızının vərəsəliyi istisna edilir. X5 mərhum anası Zahirə İmaməliyevanın tək vərərəsəsi olsa da, cəzaçəkmə müəssisəsində olduğundan ondan miras qalmış torpaq sahəsi və fərdi yaşayış evini qəbul etmək üçün notariat kontoruna müraciət etmək üçün imkanı olmamış, 2025-ci ildə isə cəzaçəkmə müəssisəsində vəfat etmişdir. İş materiallarından görünür ki, işin mübahisəsiz halıdır ki, X15 həbsdə mərhum anası vəfat edən vaxtdan özünün vəfat etdiyi günədək həbsdə olmuş, həbsdə olduğundan qanunvericiliyə əsasən müəyyən edilmiş miras əmlakın qəbul edilməsi şərtlərini həyata keçirə bilməmiş və öldüyü günədək Mülki Məcəllənin qüvvədə olan 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəməyə müraciət etməklə gecikdirmənin səbəbinin üzrlü hesab edilərək mirası qəbul etmək hüququ olmuşdur, hətta yeganə vərəsə olduğu üçün belə bir müraciət olmadan da notariat ofisində qəbul etmək hüququ olmuşdur. Bu hüquqlarını həyata keçirə bilmədən isə ## #### 2025-ci il tarixdə həbsxanada vəfat etmişdir. Belə olan halda ilkin miras qoyan hesab edilən İmaməliyeva Zahirə İbadulla qızından miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Lənkəran Ərazi İdarəsi tərəfindən ##.##.2010-cu il tarixində * nömrəli reyestr kitabının 148-ci vərəqində qeydiyyata alınan, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 801013002403-10301 olan, MA № ******* nömrəli çıxarış əsasında Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən pay almaq hüququ məhz onun yeganə vərəsəsi olmuş X15 vərəsələrinə məxsusdur. Başqa sözlə iddiaçı bacısı Zahirənin vəfatından sonra oğlu Xaliq sağ olduğundan onun vərəsəsi ola bilməz o, yalnız Xaliqin vəfatından sonra növbəti vərəsəlik mərhələsi nəzərdən keçirildikdən (əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.) sonra vərəsə olub-olmamsı müəyyən edilə bilər. Hazırki işdə iddiaçı Şərabanı Rzayeva növbəli vərəsənin yoxluğu halında dördünsü növbə vərəsə hesab olunur. Göründüyü kimi iddiaçı İddiaçı bacısı mərhum Zahirə İmaməliyevanın deyil, onun oğlu mərhum X15 4-cü növbə vərəsəsi kimi miras əmlakı qəbul etməsi barədə notariat kontoruna müraciət etməli, mübahisə olduğu halda məhkəmədə iddia qaldırmaq yolu ilə mübahisəni həll etməlidir. Kollegiya birinci instansiya məhkəməsinin “İddiaçı İddiaçı İbadulla qızının cavabdeh Cavabdeh qarşı “miras əmlakda tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin” mövqeyi ilə razılaşır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinin heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənaətinə gəlir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı İddiaçı İbadulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-429/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-429/2026
04.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver