Məhkəmə qərarları › İş №2(3-9)-432/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-432/2026

05.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-432/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X10 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Iddiaçı iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh3, cavabdeh2, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi Idarəsinə və Astara rayon Notariat ofisinə qarşı “hüquqların X24 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və fərdi yaşayış evindən payın ayrılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1740/2025 saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarına əlavə edilmiş Astara rayon IHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ######## 2025-ci il tarixli *** saylı arayışdan görünür ki, iddiaçı3 ünvan 1ndə qeydiyyatdadır. Iş materiallarına əlavə edilmiş Astara rayon IHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ######## 2025-ci il tarixli *** saylı arayışdan görünür ki, iddiaçı2 ünvan 1ndə qeydiyyatdadır. Iş materiallarına əlavə edilmiş Astara rayon IHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ######## 2025-ci il tarixli *** saylı arayışdan görünür ki, iddiaçı1 ünvan 1ndə qeydiyyatdadır. Iş materiallarına əlavə edilmiş Astara rayon IHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ######## 2025-ci il tarixli *** saylı təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Astara rayonu Pensər kənd IƏD üzrə nümayəndəliyinin ** saylı təsərrüfatbaşına kitabının 188-ci səhifəsinə əsasən Pensər kəndində babası cavabdeh3 tərəfindən 1966-cı ildə inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 76 kv.m, yaşayış sahəsi 60,0 kv.m olan yaşayış evi və 0,18 ha olan torpaq sahəsi qeydiyyata alınmışdır. Hal-hazırda təsərrüfatda cavabdeh3, X22, iddiaçı3, iddiaçı1 adlı ailə üzvləri qeydiyyatdadır. X3 vəfatınadək bu təsərrüfatda atasına məxsus yaşayış evində yaşamışdır. Iş materiallarına əlavə edilmiş ## ######## 2025-ci il tarixli arayışdan görünür ki, ##.##.1999-cu ildə Astara rayonunun Pensər kəndində iddiaçı3 doğulmuş X8 atası X4 hesab edilmişdir. Iş materiallarına əlavə edilmiş ## ######## 2025-ci il tarixli arayışdan görünür ki, ##.##.2002-ci ildə Astara rayonunun Pensər kəndində iddiaçı3 doğulmuş X9 atası X4 hesab edilmişdir. Iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X24 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayon Pensər kəndində yerləşən 0,18 ha torpaq sahəsi və 88.1 kv/m fərdi yaşayış evi cavabdeh3 xüsusi mülkiyyətindədir. Iş materiallarına əlavə edilmiş ## ######## 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, cavabdeh3 Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin Lənkəran Şəhər Ərazi Idarəsi tərəfindən ## ### 2021-ci il tarixli, Reyestr nömrəsi801013093397-*****, Qeydiyyat nömrəsi-********** olan Hüquqların X24 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ona məxsus olan, ünvan 1ndə yerləşən 0,18 ha torpaq sahəsi və 88.1 kv/m yaşayış sahəsi 36,6 kv/m yardımçı sahəsi 51,5 kv/m olan 2 otaqlı fərdi yaşayış evini cavabdeh2 bağışlamışdır. Iş materiallarına əlavə edilmiş AZ-II № ****** seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2011-ci il tarixində ölmüşdür. Iş materiallarına əlavə edilmiş Astara rayon Notariat ofisi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli məktubdan görünür ki, X3nun adına ##.##.2021-ci il tarixdə vərəsəlik işi açılmış və atası cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Iş materiallarına əlavə edilmiş Astara rayon Dövlət arxivi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli arxiv arayışından görünür ki, Astara rayon Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşı kitablarına əsasən ** saylı kitabın ** nömrəli şəxsi hesabında cavabdeh3 təsərrüfatının xüsusi mülkiyyətində 0.12 ha torpaq sahəsi qeyd edilmişdir. cavabdeh3 ailə üzvləri arvadı-X23, oğlu-X12, oğlu-X4, gəlini-iddiaçı3, nəvəsi-iddiaçı2 müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş JQ № **** II seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 ##.##.1992-ci il tarixində ölmüşdür. Iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X24 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayon Pensər kəndində yerləşən 0,18 ha torpaq sahəsi və 88.1 kv/m fərdi yaşayış evi cavabdeh2 xüsusi mülkiyyətindədir. Iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X24 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayon Pensər kəndində yerləşən 0,18 ha torpaq sahəsi cavabdeh3, X11, X4 paylı mülkiyyətindədir. Iş materiallarına əlavə edilmiş ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2016-cı il tarixdə vəfat etmiş X11 vərəsəsi Astara rayon Pensər kəndində qeydiyyatda olan cavabdeh3dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX ** saylı Lənkəran ərazi Idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş 801013093397-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. Iş materiallarına əlavə edilmiş ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2011-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Astara rayon Pensər kəndində qeydiyyatda olan cavabdeh3dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX ** saylı Lənkəran ərazi Idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş 801013093397-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. Iş materiallarına əlavə edilmiş Astara rayon IHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ###### 2021-ci il tarixli ** saylı təsərrüfatbaşına kitabdan çıxarışın surətindən görünür ki, Astara rayonu Pensər kənd IƏD üzrə nümayəndəliyinin ** nömrəli təsərrüfatbaşına kitabının 190-cı səhifəsində Pensər kəndində 1996-cı ildə cavabdeh3 tərəfindən inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 100.0 kv.m, yaşayış sahəsi 37,0 kv.m, köməkçi sahəsi 63.0 kv.m olan fərdi yaşayış evi və 0,18 ha olan torpaq sahəsi qeydiyyata alınmışdır. Halhazırda fərdi yaşayış evi istismara yararlıdır və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran ərazi Idarəsində qeydiyyata alınmasına məqsədəmüvafiqdir. Iş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş X4 adına açılmış *V-*** nömrəli vərəsəlik işinin materiallarında saxlanılan ## ##### 2021-ci il tarixli ərizənin surətindən görünür ki, cavabdeh3 Həhya oğlu ## ##### 2021-ci il tarixdə Astara rayon Dövlət Notariat Kontoruna ərizə ilə müracət edərək, ##.##.2011-ci ildə onun ünvan 1 ünvanında yaşamış oğlu X4 vəfat etmişdir. Ondan miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Iş materiallarına əlavə edilmiş ## ###### 2020-ci il tarixli Arayışın surətindən görünür ki, ##.##.1969-cu ildə anadan olmuş X4 atası cavabdeh3, anası X15r. Iş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş X4 adına açılmış *V-*** nömrəli vərəsəlik işinin materiallarında saxlanılan ## ##### 2021-ci il tarixli arayışın surətindən görünür ki, ##.##.1969-cu il tarixdə ünvan 1ndə anadan olmuş X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Iş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş X4 adına açılmış *V-*** nömrəli vərəsəlik işinin materiallarında saxlanılan Astara rayon IHB-nin Pensər kənd Inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş forma 2 arayışından görünür ki, Astara rayonu, Pensər kəndində 1966-cı ildə tikilmiş ümumi sahəsi 88.1 kv.metr olan yaşayış sahəsinin sahibi cavabdeh3 Yəya oğludur, mənzildə daimi qeydiyyatda olanlar yoxdur. Iş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş 4Ə-*** reyestr nömrəli bağışlama işinin materiallarında saxlanılan ## ######## 2022-ci il tarixli ərizənin surətindən görünür ki, X22 ## ######## 2022-ci il tarixdə Astara rayon Dövlət Notariat Kontoruna ərizə ilə müracət edərək, əri cavabdeh3 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,18 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi sahəsi 100.0 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına və satılmasına razılıq vermişdir. Iş materiallarında olan Astara rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş 4Ə-*** reyestr nömrəli bağışlama işinin materiallarında saxlanılan ## ######## 2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh3 və X29 nikahı haqqında ##.##.2017-ci il tarixli akt qeydi tərtib olunmuşdur. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Lənkəran ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ilkin hüquqmüəyyənedici sənəd JN***A saylı Kod 80106018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Astara rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı Qərarı ilə Astara rayonu Pensər kənd sakinləri cavabdeh3, X14 və X4 0.18 ha torpaq sahəsi ayrılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı iddiaçı3, iddiaçı2 və iddiaçı1 Astara rayon Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh cavabdeh3, cavabdeh2 və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “hüquqların X24 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Pensər kəndində yerləşən fərdi yaşayış evinə və 0.18 ha torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan cavabdeh3 adına Hüquqların X24 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə, cavabdeh2 adına olan Hüquqların X24 daşınmaz əmlakın dövlət reyestrindən 2022-ci il tarixli çıxarışın ləğv edilməsinə, X4 mülkiyyətinə JN-245A olan mülkiyyətə verilmiş torpaq sahəsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzrə vərəsəlik hüququnun tanınmasına, iddiaçılar iddiaçı3, iddiaçı2 və ünvan 1ndə yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına, iddiaçı2 və iddiaçı1 miras əmlaka dair vərəsəlik hüququnun tanınmasına və vərəsəlik şəhadətnaməsinin verilməsinə, 100 manat dövlət rüsumunun qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh3 Yahya oğlu Astara rayonunun Pensər kəndində yaşayır. iddiaçı3 cavabdeh3 gəlini, iddiaçı2 və iddiaçı1 nəvələridir. iddiaçı3 cavabdeh3 Yahya oğlunun mərhum oğlu X4 ilə faktiki nikah münasibətlərində olmuşdur. 1998-ci il tarixdə evlənmiş, faktiki nikahdan ##.##.1999-ci ildə iddiaçı2, ##.##.2002-ci ildə iddiaçı1 doğulmuşlar. iddiaçı3 ilə X3 qızının rəsmi nikaları olmamışdır. Faktiki nikah münasibətlərindən doğulmuş iddiaçı2 və iddiaçı1 atalığı müəyyən edilmiş və bu barədə arayışlar iddia ərizəsinə əlavə edilir. X4 iyun 1968ci ildə doğulmuş, vəfat edənə kimi 2011-ci il tarixədək ailəsi ilə birlikdə Astara rayonunun Pensər kəndində təsərrüfatbaşına kitabda qeydiyyatda olmuş, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmiş evdə yaşamaqla 0.18 ha torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Bunlara əsasən X4 yaşadığı evdən və torpaq sahəsinə "mülkiyyət gözləntisi olmuş, ev və torpaq sahəsi cavabdeh cavabdeh3 Yahya oğlunun mülkiyyətinə veriləndə bunlar araşdırılmamış, vərəsəlik şəhadətnaməsi cavabdeh3 adına verilməklə, X4 vərəsəsi ancaq atası cavabdeh3 Yahya oğlu tanınmışdır. X4 Intiqam və Zeynəb adlı uşaqları vərəsə kimi tanınmamışlar. Bunlara əsasən Hüquqların X24 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ancaq cavabdeh3 adına verilmişdir. Həmin əsaslara görə cavabdeh3 adına verilmiş çıxarışın, cavabdeh2 ev və torpaq sahəsinə dair Hüquqların X24 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələb olunur. Halbuki, torpaq sahəsinə və evə dair çıxarış veriləndə təsərrüfatbaşına kitabda olan qeydiyyat barədə sənəd və torpağın mülkiyyətə verilməsinə daır şəhadətnamə təqdim edilmişdir. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-245A olan şəhadətnaməyə görə ##.##.1998-ci il il tarixli, ** saylı qərarı ilə cavabdeh3 Yahya oğluna, X14, X4 0.18 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsində 1966-ci ildə tikilmiş fərdi yaşayış evi yerləşir. X4 rəhmətə gedənə kimi yəni 13.05. 2011-ci il tarixə kimi həmin fərdi yaşayış evində ailəsi ilə birgə yaşamış, torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Əliyev Idrak vəfat edəndən sonra fərdi yaşayış evində Intiqam və Zeynəb adlı uşaqları anaları ilə birlikdə həmin evdə yaşamış, hal-hazırda da həmin evdə yaşayır, başqa yaşayış evləri yoxdur. Astara rayonunun Pensər kəndində yerləşən fərdi yaşayış evini və 0,18 ha torpaq sahəsi cavabdeh3 adına ##.##.2021-ci il tarixdə Hüquqların X24 Daşınmaz əmlakın Dövlət reyestri xidmətində qeydiyyatdan keçirmişdir. Torpaq sahəsi və fərdi yaşayış evi qeydiyyatdan keçiriləndə X4 mənsub, mülkiyyətdə olan torpaq sahəsi cavabdeh3un mülkiyyətinə verilməklə çıxarış verilmişdir. Bunlara əsasən cavabdeh3 X4 mənsub, mülkiyyətdə olan torpaq sahəsinin və evi qızı cavabdeh2 bağışlaması qanunsuz olmuşdur. Qeyd edirik ki, hal-hazırdada həmin evdə yaşamaqla həmin evdən istifadə hüququ qazanmışlar. Fərdi yaşayış evi xüsusi mülkiyyət kimi cavabdeh cavabdeh3 adına qeydə alındığından sonrada həmin evdə yaşayır, başqa yaşayış yerləri yoxdur. Onların fərdi yaşayış evində yaşamaqlarına cavabdeh3 heç bir etirazı olmamışdır. Hazırkı işdə iddiaçıların uzun müddət mübahisəli evdə mübahisəsiz yaşaması onu təsdiq edir ki, onlar, həmin vaxt evin icarədarı, sonra isə mülkiyyətçisi olmuş cavabdeh cavabdeh3 tərəfindən qeyd şərtsiz həmin evdə yaşayır və yaşadığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq onların mübahisəli evdən istifadə hüququ yaranmışdır. X4 2011-ci il tarixdə vəfat etmiş və həmin tarixdən sonrada onlar cavabdeh3 tərəfindən Xəlilova Bəvayə Gülağa qızına ## ######## 2022-ci il tarixli bağışlama müqaviləsi ilə bağışlanmış evdə yaşayırlar. Qeyd edirlər ki, ## ######## 2022-ci il tarixli bağışlama müqaviləsindən sentyabr 2025-ci ildə məlumatları olmuşdur. Bunları cavabdeh cavabdeh3 da təsdiq edə bilər. Yaşayış sahəsində istifadə hüququnun tanınması tələb etdiyi evə dair ##.##.2021-ci il tarixdə Hüquqların X24 daşınmaz əmlakın Dövlət Reyestrindən cavabdeh3 Yahya oğlunun adına çıxarış verilmişdir. Hal-hazırda həmin ev və torpaq sahəsi cavabdeh2 mülkiyyətindədir. X2 adına qeydiyyatdan 2022ci il tarixdə keçmişdir. Qeyd edirlər ki, cavabdeh3 fərdi yaşayış evi və 0.18 ha torpaq sahəsini cavabdeh2 bağışlananda evdə digər şəxslərin yaşadığı araşdırılmamışdır. Bunlarda daşınmaz əmlakın yüklü olmasını təsdiq etsə də bağışlama müqaviləsi bağlanmışdır. Halbuki həm evdən, həm də, torpaq sahəsində iddiaçıların payı olduğu arxiv arayışı və şəhadətnamə ilə təsdiq olunur. Arxiv arayışı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquqmüəyyənedici və təsdiqedici sənəd hesab olunur. Yəni, iddiaçılar evdən və torpaq sahəsindən istifadə hüququna malikdirlər. Qeyd edirlər ki, Astara rayon notariat ofisinin ## ####### 2025-ci il tarixli, *** saylı məktubuna görə mərhumun adına vərəsəlik işi açılmış, atası cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt ##.##.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Zeynəb və Intiqam adlı uşaqları vərəsə kimi nəzərə alınmamış, Astara rayon notariat ofisi tərəfindən vərəsələr məlumatlandırılmamışdır. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Şəfiqə Meybullayeva) iddia təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5, 324.1, 324.2, 324.4, 331.1, 337.1, 337.4, 339.1, 339.2, 347.1, 354.2, 666.1, 668.1.1, 1133, 1134, 1146, 1151.1, 1159.1.1, 1159.2, 1160, 1243, ## ###### 2023-cü il tarixədək qüvvədə olan 1246-cı maddəsinə, ## #### 2025-ci il tarixədək qüvvədə olan 1248.1-ci maddəsinə, 1252, 1256-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli Qərarına, “Notariat haqqında” Təlimatın 62-ci maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 116-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1. 124-ci maddələrinə istinad etməklə iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Astara rayon Məhkəməsi iddia tələbimiz üzrə iddianın təmin edilməməsini miras əmlakın qanunda müəyyən edilmiş müddətdə qəbul edilməməsi ilə əsaslandırmışdır. Məhkəmənin həmin mövqeyin qanuni və əsaslı hesab etmirik. Belə ki, atamız 2011-ci il tarixdə rəhmətə gedəndə biz yəni iddiaçılar iddiaçı2 və iddiaçı1 yetkinlik yaşına çatmamış,anamız mərhum atamız X4 faktiki nikah münasibətlərinda olduğuna görə, iddiaçı2 və X5 Gülağa Yəhya oğlunun himayəsində olmuş, iddiaçı3 ilə birlikdə cavabdeh3 məxsus fərdi yaşayış evdə yaşamış və hal-hazırda da həmin evdə yaşayırıq. Biz yəni iddiaçı2, X5 və iddiaçı3 X4 0.18 ha torpaq sahəsindən atalarının payı olmasına dair məlumatımız olmamışdır. Məlumatımız olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, cavabdeh3 ev və torpaq sahəsinin bağışlamasında aldadıldığını məhkəməyə bildirmişdir. Belə ki, onun savadsızlığından və yaşlı olmasından istifadə edilərək ev və torpaq sahəsinə dair sənədlərə ona imza etdirilmiş və bunları bilə-bilə etməmiş, onu aldatmışlar. Imza etdiyi sənədlər torpaq və evə dair sənədlər onun adına sənədləşdirmə sənədləri olması kimi ona izah edilmiş, sonradan qızı bağışlama müqaviləsi əsasında evi və torpaq sahəsini adına sənədləşdirmişdir. cavabdeh3 bağışlama müqaviləsinə imza etsə də, onun iradəsini ifadə etməmişdir. Nəvələri iddiaçı2 və iddiaçı1 oğlu yaşadıqları evin torpaq sahəsindən ataları X4 payı olmasından məlumatsız olmuşlar. Onların atalarının torpaq payı və bağışlama müqaviləsindən məlumatları olmasına dair məhkəməyə sübut təqdim edilməmiş, cavabdeh3da nəvələrinin atalarının torpaq payından və bağışlama müqaviləsindən xəbərləri olmadığını məhkəmədə bildirsə də, məhkəmə bunları nəzərə almamışdır. iddiaçı2 və iddiaçı1 ataların vəfatından sonra və hal-hazırda mübahisəli torpaq sahəsi yerləşən evdə yaşaması halı miras əmlakın faktiki qəbulu hesab edilməlidir. Bunlarda mirasın qəbuledildiyini təsdiq edir”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. AR Ədliyyə Nazirliyi Astara Rayon Notariat Ofisi ##.##.2026-ci il tarixli məktubla müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. ## #### 2026-cı il tarixli apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh3 izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. 1960-cı ildə torpaq sahəsini almış, 1965-ci ildə fərdi yaşayış evi tikmişdir. Hal-hazırda evdə o yaşayır. iddiaçı2 nəvəsidir. X1 2011-ci ildə ölmüşdür. Cavabdeh Xəlilova Bəvayə Gülağa qızı qeyri-qanuni şəkildə, onu aldadaraq fərdi yaşayış evini öz adına keçirmişdir. Buna görə də, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə iddiaçı iddiaçı2 münasibətdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-ci maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. ## #### 2025-ci il tarixədək qüvvədə olan: 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. ## ###### 2023-cü il tarixədək qüvvədə olan: 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. ## #### 2025-ci il tarixədək qüvvədə olan: 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2022-ci il tarixli Qərarına görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi iddiaçı iddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən yalnız iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçılar iddiaçı3 və iddiaçı1 qətnamədən apellyasiya şikayəti verməmişlər. Buna görə məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq qətnamənin əsaslılığını yalnız iddiaçı iddiaçı2 aid hissədə və apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Bununla yanaşı, Məcəllənin 372.7-ci maddəsinə əsasən həmin hədlər daxilində maddi və prosessual hüquq normalarına riayət edilməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Iş materiallarından müəyyən olunur ki, Astara Rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı əsasında verilmiş JN***A saylı, 80106018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Astara rayonunun Pensər kəndində yerləşən 0,18 ha torpaq sahəsi cavabdeh3, X14 və X4 verilmiş, həmin torpaq sahəsi ## ###### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla cavabdeh3, X11 və X4 paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, paylı mülkiyyət iştirakçılarından X4 ## ### 2011-ci ildə, X11 isə ## ###### 2016-cı ildə vəfat etmiş, ## ##### 2021-ci il tarixdə cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra Astara rayonunun Pensər kəndində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərindəki 88,1 kv.m ümumi sahəli fərdi yaşayış evi ## ### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla bütövlükdə cavabdeh3 adına qeydə alınmışdır. cavabdeh3 ## ######## 2022-ci il tarixli, notariat qaydasında təsdiq edilmiş müqavilə ilə həmin daşınmaz əmlakı cavabdeh2 bağışlamış, sonuncunun mülkiyyət hüququ # ####### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Iddiaçı iddiaçı2 isə X3nun övladı və qanun üzrə vərəsəsi olduğunu, atası vəfat etdikdən sonra miras əmlakı faktiki qəbul etdiyini, onun hüquqları nəzərə alınmadan cavabdeh3 vərəsəlik şəhadətnaməsinin verildiyini, daşınmaz əmlakın əvvəlcə sonuncunun, sonra isə bağışlama müqaviləsi əsasında cavabdeh2 adına rəsmiləşdirildiyini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin əsaslılığı qiymətləndirilərkən iddiaçı iddiaçı2 mərhumdan qalmış konkret əmlaka vərəsəlik hüququnun mövcudluğu, mirasın tərkibi, miras əmlakın faktiki qəbul edilib-edilməməsi, vərəsəlik münasibətindən irəli gələn mübahisənin vaxtında açılıb-açılmaması, yaşayış evinin miras əmlaka daxil olub-olmaması, bağışlama müqaviləsinin etibarsızlığı üçün qanuni əsasların mövcudluğunu, istifadə hüququnun olub-olmamasını ayrı-ayrılıqda müəyyən edilməlidir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik miras qoyanın vəsiyyətnamə qoymadığı və ya vəsiyyətnamənin tamamilə, yaxud qismən etibarsız olduğu hallarda qüvvədə olur. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşağı, arvadı və ya əri, habelə valideynləri qanun üzrə birinci növbə və bərabər pay hüquqlu vərəsələrdir. Iş materiallarında olan ## ######## 2025-ci il tarixli arayışdan görünür ki, ## ###### 1999cu ildə doğulmuş iddiaçı2 atası X4r. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, X4 ilə iddiaçı3 dövlət qeydiyyatına alınmış nikah münasibətində olmamaları iddiaçı iddiaçı2 atasından sonra vərəsəlik hüququna təsir etmir. Uşağın vərəsəlik hüququ valideynlərinin nikahının dövlət qeydiyyatına alınıbalınmamasından deyil, onun miras qoyanın övladı olmasının müəyyən edilməsindən irəli gəlir.Buna görə iddiaçı iddiaçı2 X3nun övladı kimi onun qanun üzrə birinci növbə vərəsəsidir və mübahisə predmeti olan əmlakın atasının mirasına daxil olan hissəsinə münasibətdə ilkin maddihüquqi marağa malikdir. Bundan başqa, iddiaçı3 mərhumla rəsmi nikahda olmaması və iddiaçı1 mərhumun digər övladı olması hazırkı apellyasiya baxışında yalnız miras qoyanın birinci növbə vərəsələrinin dairəsinin müəyyən edilməsi baxımından nəzərə alınır. Iddiaçı iddiaçı3 qətnamədən apellyasiya şikayəti vermədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissəsinin əsaslılığı hazırkı apellyasiya baxışının predmetinə daxil deyil. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt sayılır. Iş materiallarına əlavə edilmiş AZ-II № ****** seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 ## ### 2011-ci ildə vəfat etmişdir. Buna görə ondan qalmış mirasın açıldığı vaxt ## ### 2011-ci il hesab edilməli, mirasın tərkibi və vərəsəliyə çağırılan şəxslərin dairəsi həmin tarixə mövcud olmuş faktiki və hüquqi vəziyyətə əsasən müəyyən olunmalıdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir. Iş materiallarında olan JN***A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və ## ###### 2021-ci il tarixli çıxarış X4 0,18 ha torpaq sahəsində paylı mülkiyyət iştirakçısı olmasını təsdiq edir. Buna görə həmin torpaq sahəsində ona məxsus olmuş pay onun mirasının tərkibinə daxil ola bilər. Lakin mübahisəli fərdi yaşayış evinin X4 məxsus olduğu və onun mirasının tərkibinə daxil olduğu eyni qaydada müəyyən edilmir. Astara Rayon Icra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ######## 2025-ci il tarixli təsərrüfatbaşına kitabdan çıxarışında yaşayış evinin cavabdeh3 tərəfindən 1966-cı ildə inşa edildiyi göstərilmişdir. # ###### 2021-ci il tarixli təsərrüfatbaşına kitabdan çıxarışda da fərdi yaşayış evinin cavabdeh3 tərəfindən inşa edildiyi qeyd olunmuşdur. Vərəsəlik işində saxlanılan forma 2 arayışında isə yaşayış sahəsinin sahibi kimi cavabdeh3 göstərilmişdir. X4 vəfat edənədək həmin evdə ailəsi ilə yaşaması, təsərrüfatbaşına kitabda ailə üzvü kimi qeyd edilməsi və evin yerləşdiyi torpaq sahəsində paylı mülkiyyətçi olması özlüyündə onun yaşayış evində də mülkiyyət payına malik olduğunu təsdiq etmir. Torpağın mülkiyyətə verilməsinə dair JN***A saylı şəhadətnamə yalnız 0,18 ha torpaq sahəsi üzərində hüquqları təsdiq edir. Həmin sənəd torpaq sahəsində yerləşən yaşayış evinin də eyni şəxslərin paylı mülkiyyətində olmasını müəyyən edən hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Bu səbəbdən iddiaçı iddiaçı2 yaşayış evinin atasının mirasının tərkibinə daxil olması və həmin evdən ona vərəsəlik payının keçməsi barədə dəlili sübuta yetirilmiş hesab edilə bilməz. Iddiaçı apellyasiya şikayətində atası vəfat etdikdən sonra mübahisəli yaşayış evində yaşamağa davam etdiyini və bununla mirası faktiki qəbul etdiyini bildirmişdir. Miras açılan vaxt qüvvədə olmuş Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə, yaxud əmlakı idarə etməyə faktiki başladıqda və bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras qəbul edilmiş sayılırdı. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə ## #### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiq və sübut edilməsidir. Bu hərəkətlərin məzmunu məhz mirası qəbul etmək məqsədi daşımalıdır. Miras əmlaka faktiki sahiblik vərəsənin miras qoyanın əmlakını faktiki olaraq ələ keçirməsini və ona sahib durmasını, faktiki idarəetmə isə əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün mülkiyyətçinin adətən həyata keçirdiyi hərəkətlərin yerinə yetirilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə ## #### 2022-ci il tarixli Qərarında da vurğulanmışdır ki, mirasın faktiki qəbul edilməsi barədə nəticə ehtimallara deyil, vərəsənin miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün həyata keçirdiyi konkret hərəkətlərə əsaslanmalıdır. Hazırkı iş üzrə iddiaçının mübahisəli yaşayış evində yaşaması atası X4 məxsus olmuş torpaq payını miras əmlak kimi faktiki qəbul etməsi ilə eyniləşdirilə bilməz. Əvvəla, iş materialları ilə mərhumun mirasının tərkibinə daxil olması müəyyən edilən əmlak yaşayış evi deyil, 0,18 ha torpaq sahəsində ona məxsus olmuş paydır. Ikincisi, yaşayış evi cavabdeh3 məxsus olmuş, iddiaçı isə həmin evdə babasının ailə üzvü kimi yaşamışdır. Başqa şəxsə məxsus evdə ailə münasibətlərindən irəli gəlməklə yaşamaq mərhumun torpaq payı üzərində vərəsə qismində müstəqil sahiblik və idarəetmə həyata keçirilməsi mənasına gəlmir. Üçüncüsü, iddiaçı tərəfindən torpaq vergisinin ödənilməsi, torpaq sahəsinin saxlanılması üçün xərclər çəkilməsi, torpaqdan müstəqil təsərrüfat məqsədilə istifadə edilməsi, üçüncü şəxslərin müdaxiləsinə qarşı tədbirlər görülməsi və ya torpaq payına münasibətdə mülkiyyətçiyə xas başqa hərəkətlərin həyata keçirilməsi barədə sübut təqdim edilməmişdir. Dördüncüsü, iddiaçı bir tərəfdən atası X4 mübahisəli torpaq sahəsində payının olmasından 2025-ci ilədək xəbərsiz olduğunu, digər tərəfdən isə həmin torpaq payını 2011-ci ildən etibarən miras əmlak kimi faktiki qəbul etdiyini bildirir. Şəxsin mövcudluğundan xəbərsiz olduğunu bildirdiyi konkret əmlakı məhz miras əmlak kimi qəbul etmək iradəsini nümayiş etdirməsi əlavə mötəbər sübutlar olmadan inandırıcı hesab edilə bilməz. Beşincisi, iddia ərizəsində iddiaçı2 atası vəfat etdikdən sonra da mübahisəli evdə yaşadığı və hazırda həmin evdə yaşamağa davam etdiyi göstərilsə də, o, birinci instansiya məhkəməsində anası və bacısı ilə birlikdə Bakı şəhərində yaşadığını, atası vəfat etdikdən sonra Bakı şəhərinə köçdüklərini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi bu izahat apellyasiya şikayətində göstərilən fasiləsiz yaşayış və faktiki sahiblik barədə dəlillə uyğun gəlmir. Onun atası vəfat etdikdən sonra mübahisəli evdə müəyyən müddət yaşaması qəbul edilsə belə, həmin hal atasına məxsus torpaq payını vərəsə qismində faktiki sahibliyə götürdüyünü və ya idarə etdiyini şəksiz nümayiş etdirmir. Mirasın faktiki qəbul edildiyini sübut etmək vəzifəsi də bu hala istinad edən iddiaçı iddiaçı2 üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı üzərinə düşən həmin sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisə maraqlı şəxsin bunun üçün müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə ## #### 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət şəxsin qanunda müəyyən edilmiş müddətdə müvafiq hüquqdan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutur. Iddia müddətindən fərqli olaraq, kəsici müddət tərəfin ərizəsi əsasında deyil, məhkəmə tərəfindən öz təşəbbüsü ilə nəzərə alınır. Bu müddətin məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair münasibətlərin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmamasını, mülki dövriyyədə hüquqi etimadı və davamlılığı təmin etməkdir. Hazırkı işdə X4 ## ### 2011-ci ildə vəfat etmiş, onun torpaq payına dair cavabdeh3 ## ##### 2021-ci ildə vərəsəlik şəhadətnaməsi verilmiş, daşınmaz əmlak ## ### 2021-ci ildə sonuncunun adına qeydə alınmış, ## ######## 2022-ci ildə isə cavabdeh2 bağışlanmışdır. Iddiaçı həmin hallardan yalnız 2025-ci ilin sentyabrında xəbər tutduğunu bildirsə də, bu izahatını təsdiq edən obyektiv sübut təqdim etməmişdir. Iddiaçının öz mövqeyindən görünür ki, o, atası X4 mübahisəli təsərrüfatda yaşadığını, torpaq sahəsindən istifadə etdiyini, həmin əmlakla bağlı ailədaxili münasibətləri və atasının ## ### 2011-ci ildə vəfat etməsi nəticəsində mirasın açıldığını bilmişdir. Iddiaçının vərəsəlik şəhadətnaməsindən və sonrakı qeydiyyatlardan konkret olaraq hansı tarixdə xəbər tutmasını təsdiq edən müraciət, cavab məktubu və ya başqa sənəd iş materiallarında yoxdur. Astara Rayon Notariat Ofisinin # ####### 2025-ci il tarixli məktubu notariat orqanının həmin tarixdə iddiaçıya vərəsəlik işi barədə məlumat verdiyini göstərsə də, bu sənəd iddiaçının mübahisəyə əsas verən hallardan daha əvvəl məlumatlı olmadığını təsdiq etmir. Iddiaçının yalnız öz izahatına əsaslanan məlumatlılıq tarixi başqa obyektiv sübutlarla təsdiqlənmədiyindən, onun vərəsəlik münasibətindən irəli gələn mübahisəni Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş iki aylıq müddətdə açması barədə dəlil sübuta yetirilmiş sayıla bilməz. Həmçinin nəzərə alınmalıdır ki, həmin müddətin başlanması yalnız bağışlama müqaviləsinin mövcudluğunun öyrənilməsi ilə deyil, mirasın qəbulu və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı mübahisəyə əsas verən halların öyrənilməsi ilə əlaqələndirilmişdir. Bağışlama müqaviləsi 2022-ci ildə bağlansa da, iddiaçının vərəsəlik hüququnun nəzərə alınmadığını bildirdiyi əsas hüquqi münasibət cavabdeh3 ## ##### 2021-ci il tarixdə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə yaranmışdır. Bağışlama müqaviləsindən sonradan xəbər tutmaq əvvəllər yaranmış vərəsəlik münasibətinin mübahisələndirilməsi üçün hər dəfə yeni kəsici müddət yaratmır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vərəsəlik münasibətinə dair mübahisəni Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulan müddətdə açdığını mötəbər və kifayət qədər sübutlarla təsdiq etməmişdir. Iş materiallarından görünür ki, X4 qalmış torpaq payına dair ## ##### 2021-ci il tarixdə cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə sonrakı hüquqi nəticələrin, o cümlədən mübahisəli daşınmaz əmlakın cavabdeh3 adına qeydə alınmasının hüquqi əsaslarından birini təşkil etmişdir. Apellyasiya şikayətində mübahisəli yaşayış evinin cavabdeh3 ilə Dilarə Ismayıl qızının nikahı dövründə tikildiyi, buna görə Dilarə Ismayıl qızının evdə pay hüququnun yarandığı, onun ölümündən sonra həmin payın X4, sonuncunun ölümündən sonra isə iddiaçıya keçdiyi də irəli sürülmüşdür. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Iş materiallarında yaşayış evinin tikilmə tarixi barədə müxtəlif və bir-biri ilə uyğun gəlməyən məlumatlar vardır. Ayrı-ayrı sənədlərdə və tərəflərin izahatlarında evin 1962, 1965, 1966 və 1996cı illərdə tikildiyi göstərilmişdir. Iddiaçı yaşayış evinin konkret olaraq cavabdeh3 ilə Dilarə Ismayıl qızının rəsmi nikahı dövründə və onların ümumi vəsaiti hesabına inşa edildiyini təsdiq edən sübut təqdim etməmişdir. Dilarə Ismayıl qızının həmin yaşayış evi üzərində mülkiyyət və ya pay hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd də iş materiallarında yoxdur. Əksinə, təsərrüfatbaşına kitabdan çıxarışlarda yaşayış evinin cavabdeh3 tərəfindən inşa edildiyi göstərilmişdir. Dilarə Ismayıl qızının ## ###### 1992-ci ildə vəfatından sonra X4 ondan qalmış yaşayış evi payına vərəsəlik hüququnun yarandığını və həmin payı əldə etdiyini təsdiq edən vərəsəlik şəhadətnaməsi və ya başqa mötəbər sübut da təqdim edilməmişdir. Mülki Məcəllənin 1252-ci maddəsinin tətbiqi üçün ilkin miras qoyana məxsus konkret miras əmlakın, sonradan ölmüş vərəsənin həmin əmlakdan pay almaq hüququnun və bu hüququn onun mirasının tərkibinə daxil olmasının müəyyən edilməsi tələb olunur. Hazırkı işdə isə Dilarə Ismayıl qızına məxsus olmuş yaşayış evi payının mövcudluğu sübuta yetirilməmişdir. Buna görə yaşayış evindən Dilarə Ismayıl qızına, ondan X4, sonuncudan isə iddiaçıya keçdiyi bildirilən pay barədə dəlil ehtimala əsaslanır və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin yaranmasına, dəyişməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqdin etibarsız sayılması üçün qanunda nəzərdə tutulmuş konkret etibarsızlıq əsasının mövcudluğu və həmin əsası yaradan faktiki halların sübuta yetirilməsi tələb olunur. Müqavilə tərəfinin sonradan öz hərəkətindən narazı qalması, bağışladığı əmlakı geri qaytarmaq istəməsi və ya müqavilənin nəticələrinin onun üçün arzuolunmaz olması əqdin etibarsızlığı üçün müstəqil əsas deyil. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir və bu zənginləşmə hədiyyə alanın hər hansı cavab xidməti ilə şərtləndirilmir. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın və ya həmin əşyaya hüquqların bağışlanması haqqında müqavilə notariat qaydasında təsdiq edildikdə etibarlıdır. Iş materiallarından görünür ki, ## ######## 2022-ci il tarixli bağışlama müqaviləsi notariat qaydasında təsdiq edilmişdir. Müqavilə bağlanan vaxt daşınmaz əmlak dövlət reyestrində cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydə alınmış, bağışlama nəticəsində cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bağışlama işində cavabdeh3 arvadı Həcər Qulamhüseyn qızının # ######## 2022-ci il tarixli ərizəsi də vardır. Həmin ərizə ilə o, ərinin mülkiyyətində olan daşınmaz əmlakın bağışlanmasına və satılmasına razılıq vermişdir. Iddiaçı bağışlama müqaviləsinin etibarsızlığını, əsasən, cavabdeh3 yaşlı və savadsız olmasından istifadə edilməklə aldadılması, imzaladığı sənədlərin mahiyyətini anlamaması və müqavilənin onun həqiqi iradəsini ifadə etməməsi ilə əsaslandırmışdır. Lakin həmin halları təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Iş materiallarında cavabdeh3 müqavilə bağlanan vaxt fəaliyyət qabiliyyətsiz və ya məhdud fəaliyyət qabiliyyətli olması, öz hərəkətlərinin mənasını başa düşməməsi, onları idarə edə bilməməsi, aldatma, hədə və ya zorakılığın təsiri altında hərəkət etməsi barədə tibbi sənəd, ekspert rəyi, məhkəmə aktı və ya başqa obyektiv sübut yoxdur. Müqavilənin notariat qaydasında təsdiqlənməsi onun heç bir halda mübahisələndirilə bilməməsi mənasını verməsə də, notariat hərəkətinin hüquqi nəticələrinin yalnız tərəfin sonradan verdiyi və başqa sübutlarla təsdiq edilməyən izahat əsasında aradan qaldırılması mümkün deyil. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh3 prosesin müxtəlif mərhələlərində verdiyi izahatlar da ardıcıl olmamışdır. O, birinci instansiya məhkəməsində iddianı qəbul edərək qızı tərəfindən aldadıldığını və bağışlama müqaviləsinin ləğv edilməsini istəmişdir. Lakin ## #### 2026-cı il tarixli apellyasiya baxışında apellyasiya şikayətinə etiraz etmiş, torpaq sahəsini özünün aldığını, yaşayış evini özünün tikdiyini, iddiaçıların bildirdiklərinin həqiqətə uyğun olmadığını, mübahisəli evdə hazırda özünün yaşadığnı və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bu ziddiyyətli izahatlar bağışlama müqaviləsinin aldatma nəticəsində və ya iradə qüsuru ilə bağlandığını təsdiq edən sabit və inandırıcı sübut kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya etiraf məhkəmə iclasının protokolunda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf edə bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olduqda və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduqda məhkəmə belə etirafı qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh3 iddianı etiraf etməsi bağışlama müqaviləsinin etibarsız sayılmasına və nəticədə cavabdeh2 dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun aradan qalxmasına yönəlmişdir. Bundan əlavə, əqdin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş əsaslar sübuta yetirilmədiyi halda yalnız cavabdehlərdən birinin etirafına əsasən notariat qaydasında təsdiq edilmiş müqavilənin etibarsız sayılması qanuna uyğun olmazdı. Hazırkı işdə bağışlama müqaviləsinin digər tərəfi və mübahisəli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətçisi cavabdeh2dır. Buna görə cavabdeh3 birinci instansiya məhkəməsində iddianı etiraf etməsi MPM-in 52.5-ci maddəsinə əsasən qəbul edilə bilməz və mübahisəyə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Onun apellyasiya instansiyasında əvvəlki mövqeyindən faktiki olaraq imtina etməsi, apellyasiya şikayətinə etiraz etməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını istəməsi də əvvəlki etirafın iddianın təmin olunması üçün müstəqil əsas olmadığını göstərir. Iddiaçı mübahisəli yaşayış evində uzun müddət yaşamasını əsas göstərərək həmin evdən istifadə hüququnun tanınmasını tələb etmişdir. Lakin şəxsin müəyyən yaşayış sahəsində faktiki yaşaması və ya təsərrüfatbaşına kitabda qeydə alınması bütün hallarda onun həmin yaşayış sahəsi üzərində müstəqil və müddətsiz istifadə hüququnun yaranmasını ifadə etmir. Belə hüququn tanınması üçün şəxsin mülkiyyətçi tərəfindən daimi yaşamaq məqsədilə yaşayış sahəsinə köçürülməsi, mülkiyyətçi ilə ümumi təsərrüfat aparması, köçürülmə zamanı başqa razılaşmanın olmaması və yaranmış istifadə hüququnun sonradan aradan qalxmaması müəyyən edilməlidir. Iddiaçı mübahisəli yaşayış evinə məhz cavabdeh3 tərəfindən ona müstəqil və daimi istifadə hüququ verilməklə köçürüldüyünü təsdiq edən razılaşma və ya başqa mötəbər sübut təqdim etməmişdir.Iddiaçının həmin evdə yaşaması onun yetkinlik yaşına çatmadığı dövrdə valideynləri ilə birlikdə ailə münasibətlərindən irəli gəlmişdir. Bu hal onun xeyrinə yaşayış sahəsi üzərində müstəqil əşya hüququnun yarandığını avtomatik olaraq təsdiq etmir. Astara rayon IHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ##.##.2026-cı il tarixli ** saylı arayışdan görünür ki, Pensər kəndində yerləşən, cavabdeh3 tərəfindən tikilmiş, hal-hazırda cavabdeh2 adına olan fərdi yaşayış evində ##.##.2011-cı il tarixindən daimi olaraq aşağıdakılar yaşayır: X22, iddiaçı3, iddiaçı2, iddiaçı1. Lakin kollegiya qeyd edir ki, iddiaçının atası X4 ölümündən sonra mübahisəli evdə fasiləsiz yaşaması müəyyən edilmir. Əksinə, iddiaçı2 birinci instansiya məhkəməsində atası vəfat etdikdən sonra anası və bacısı ilə birlikdə Bakı şəhərinə köçdüklərini və orada yaşadıqlarını bildirmişdir. Bu izahat iddia ərizəsində və apellyasiya şikayətində onun hazırda da mübahisəli yaşayış evində yaşaması barədə göstərilənlərlə ziddiyyət təşkil edir. Təsərrüfatbaşına kitabdakı qeyd isə özlüyündə əşya hüququ yaratmır və iddiaçının başqa yaşayış yerinə köçməsindən sonra da mübahisəli evdən istifadə hüququnun davam etdiyini təsdiq etmir. Buna görə iddiaçı iddiaçı2 mübahisəli yaşayış evindən müstəqil istifadə hüququnun yarandığı və həmin hüququn hazırda da davam etdiyi sübuta yetirilməmişdir. Iddiaçı cavabdeh3 adına verilmiş ## ### 2021-ci il tarixli çıxarışın, ## ######## 2022-ci il tarixli bağışlama müqaviləsinin və cavabdeh2 adına verilmiş # ####### 2022-ci il tarixli çıxarışın etibarsızlığını, həmçinin vərəsəlik hüququnun tanınmasını, vərəsəlik şəhadətnaməsinin verilməsini və yaşayış evindən pay ayrılmasını tələb etmişdir. Dövlət qeydiyyatının ləğvi tələbi həmin qeydiyyatın əsasını təşkil edən hüquqmüəyyənedici sənədin qanunsuz və ya etibarsız olduğunun müəyyən edilməsindən asılıdır. Bağışlama müqaviləsinin aldatma, iradə qüsuru və ya başqa qanuni əsasla etibarsız olduğu müəyyən edilməmişdir. Yaşayış evinin X4 mirasının tərkibinə daxil olması və iddiaçıya həmin evdən vərəsəlik payının keçməsi də təsdiq olunmamışdır. Buna görə dövlət reyestrindən çıxarışların ləğvi, yaşayış evindən pay ayrılması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə tələblər də onların əsasını təşkil edən faktiki və hüquqi halların sübuta yetirilməməsi səbəbindən təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək müəyyən edir ki: iddiaçı2 X3nun övladı və qanun üzrə birinci növbə vərəsəsi olsa da, həmin status onun irəli sürdüyü bütün əmlak tələblərinin avtomatik təmin edilməsinə əsas vermir, mübahisəli yaşayış evinin X3na məxsus olduğu və onun mirasının tərkibinə daxil olduğu sübuta yetirilməmişdir, iddiaçının mübahisəli evdə ailə üzvü kimi yaşaması atasına məxsus torpaq payını vərəsə kimi faktiki qəbul etməsini şəksiz təsdiq etmir, iddiaçının torpaq payının faktiki qəbulu barədə dəlili onun həmin payın mövcudluğundan xəbərsiz olması və atasının ölümündən sonra Bakı şəhərinə köçməsi barədə izahatları ilə ziddiyyət təşkil edir, iddiaçı vərəsəlik münasibətindən irəli gələn mübahisəni Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulan kəsici müddət ərzində açdığını mötəbər sübutlarla təsdiq etməmişdir, Dilarə Ismayıl qızının yaşayış evində payının olması və həmin payın əvvəlcə Idrak Əliyevə, sonra isə iddiaçıya keçməsi barədə dəlillər ehtimala əsaslanır, bağışlama müqaviləsinin etibarsızlığına səbəb ola biləcək aldatma, hədə, zorakılıq, fəaliyyət qabiliyyətsizliyi, iradə ifadəsinin olmaması və ya forma pozuntusu müəyyən edilməmişdir, cavabdeh3 birinci instansiya məhkəməsində iddianı etiraf etməsi digər cavabdeh cavabdeh2 dövlət qeydiyyatına alınmış mülkiyyət hüququna zidd olduğundan MPM-in 52.5-ci maddəsinə əsasən qəbul edilə bilməz, iddiaçının yaşayış sahəsindən müstəqil istifadə hüququnun yarandığı və hazırda da davam etdiyi kifayət qədər sübutlarla təsdiq olunmamışdır; əsas tələblərin hüquqi və faktiki əsasları müəyyən edilmədiyindən onlardan asılı olan dövlət reyestrindən çıxarışların ləğvi, vərəsəlik şəhadətnaməsinin verilməsi və əmlakdan pay ayrılması tələbləri də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına uyğun qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən isə məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Iddiaçı iddiaçı2 üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmiş, tələb etdiyi hüquqi nəticələrin yaranması üçün zəruri olan halları mötəbər, kifayət qədər və bir-biri ilə uzlaşan sübutlarla təsdiq etməmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı iddiaçı2 aid hissədə ləğv edilməsi və onun iddia tələblərinin təmin olunması üçün əsas yaratmır. Buna görə iddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı iddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı iddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar