Məhkəmə qərarları › İş №2(3-9)-497/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-497/2026

07.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-497/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı iddiaçı3 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 cavabdeh X2 qarşı “kiçik həcmli su kanallarının açılması və qanunsuz inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh X2 həyətlərinə gələn su kanalını dolduraraq zəbt etmiş, su kanalının yanından darvaza qoyaraq iki hissədən daş hasarla hörmüş, navesin iki dirəyini su kanalının üstündə inşa edərək faktiki olaraq su kanalının və ümumi istifadədə olan yolu zəbt etməklə yoldan va su kanalından istifadə etmələrinə maneə yaratmışdır. Nəticədə su kanalından onlara su gəlmir. Ona görə də onlar problemin həlli ilə bağlı Kürsəngi kənd inzibati ərazi nümayəndəliyinə və Kürsəngi kənd bələdiyəsinə müraciət etmiş, müraciətlərinə cavab olaraq məhkəməyə müraciət etmələri bildirilmişdir. Bundan sonra cavabdeh X2 qarşı "ümumi istifadədə olan su kanalının, yolun açılması, daş hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu Kürsəngi kənd sakini olan cavabdehin qanunsuz olaraq zəbt etdiyi ümumi istifadədə olan su kanalı və yolun açılması, eləcə də, həmin ərazidə inşa edilmiş daş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Salyan Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı olduqları üçün apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsi qətnaməni dəyişdirilmədən saxladıqdan sonra X3 məxsus ****** saylı kadastr planında düzəliş edilməsi və su kanalının bərpası məqsədilə Şirvan Inzibati Məhkəməsindən Cavabdeh qismində AZƏRBAYCAN RESPUBLIKASININ IQTISADIYYAТ NAZIRLIYI YANINDA ƏMLAK MƏSƏLƏLƏRI DÖVLƏT XIDMƏTI Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şirvan Ərazi Idarəsindən, AN ****** saylı, 80900017200113 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatların Salyan rayon AlK-nin ##.##.1998-ci il tarixli ** saylı qərarı əsasında X3 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin №:3 16-16/2- **/**** saylı ekspert rəyinə uyğun olaraq müəyyən olunan koordinatlara uyğunlaşdırılmasının təmin edilməsini xahiş etmişlər. Şirvan Inzibati Məhkəməsinin 2 *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Iddia tələbi təmin edilmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə (hakim Şahəddin Kələntərov) mülki işin icraatına xitam verilmiş, ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şirvan-X1 Idarəsi tərəfindən iddiaçı iddiaçı3 qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı iddiaçı3 həmin qərardaddan şikayət verərək Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsini və mülki işin icraata götürülməklə məhkəmə baxışının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni predmet artıq mövcud deyil. Çünki həmin mübahisələndirilən su kanalı cavabdeh X2 mülkiyyətində yerləşən torpaq sahəsi deyildir. Bu əsasa görə də eyni predmet adı ilə icraata xitam verilə bilməz. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə tərtib olunmuş AN ****** saylı, 80900017200113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatların Salyan rayon AIK-nın ## ### 1998-ci il tarixli, ** saylı qərarına əsasən X2 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Bu qərar artiq qüvvəyə minmiş və işə əlavə edilmiş icra və probasiya şöbəsinin məktubundan da göründüyü kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsi Tərəfindən icra edilmiş və mübahisələndirilən su kanalı artıq bələdiyyə mülkiyyətinə keçmişdir. Amma buna baxmayaraq faktiki vəziyyətdə X2 həmin su kanalını əvvəlki mülkiyyətində göstərilən kimi deyil zəbt edilmiş torpaq sahəsi kimi hesab edilən mübahisələndirilən su kanalını cavabdehin mülkiyyəti hesab edərək icraata xitam verilməli deyil. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların həyətyanı sahəsinə su kanalı və su yolu nəzərdə tutulmadığından X2 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılması özü özlüyündə iddiaçıların həyətyanı sahəsinə su yolunun nəzərdə tutulmaması halını ortadan qaldırmır, yəni koordinatların uyğunlaşdırılması su yolunun nəzərdə tutulması demək deyil. Belə olan halda iddiaçıların həyətyanı sahəsinə su yolunun açılması üçün cavabdehin uzun illərdir mübahisəsiz olaraq istifadəsində olan torpaq sahəsində tikilmiş tikililərin sökülməsi əsasdır ki, həmin məsələyə Salyan Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş və hazırda qüvvədə olan qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Bildirir ki, Salyan Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi AR Konstitusiyasinin 29-cü maddəsinə əsasən Mülki məcəllənin 152-ci və 157-ci maddəsinə istinad etmişdir ki, bu da onu deməyə əsas verir ki, bu qətnamə həmin mübahisələndirilən su kanalının məhz mülkiyyətdə yerləşən torpaq sahəsinə olduğu üçün təmin edilməmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə hakim qərardad çıxarır. Iş materiallarında olan: Salyan Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, hazırki mülki iş üzrə iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı ümumi istifadədə olan su kanalının, yolun açılması, daş hasarın və darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişlər, məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğuna görə rədd edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində istinad olunmuş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX nın ## ###### 2020-ci il tarixli ************ saylı mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Kursəngi kəndində yerləşən iddiaçı1 Xeyir oğlu, iddiaçı2 və iddiaçı3 oğlnunu həyətyanı torpaq sahələrinə faktiki olaraq su kanalı və su yolu mövcuddur. (su yolu sxemdə göstərilib). Lakin elektron kadastr baza məlumatlarında «Salyan rayonu Kürsəngi kəndinin (Kürsəngi təsərrüfatının) ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layhiəsi»ndə iddiaçılarn həyətyanı torpaq sahələrinə gələn su kanalı və su yolu mövcud deyildir. Su nasosu vasitəsi ilə dəmi boru ilə su axına gedən mübahisəli su xətti baza məlumatlarında Salyan rayonu Kürsəngi kəndinin (Kürsəngi təsərrüfatının) ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layhiəsində nəzərdə tutulmasada faktiki olaraq cavabdeh Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşir. Elektron kadastr baza məlumatlarında Salyan rayonu, Kürsəngi kəndinin (Kürsəngi təsərrüfatının) ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində iddiaçılarn torpaq sahələrinə gələn su kanalı və su yolu nəzərdə tutulmamışdır. Iddiaçıların tələb etdiyi mübahisəli su xəttinin yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər, yəni torpagdan mülkiyyət və istifadə hüququna dair «Şəhadətnamə» və ya «Torpaq sahəsininplanı və ölçüsü» sənədi təqdim olunmasada, elektron kadastr baza məlumatlarında (Kürsəngi kəndində aparılmış kompleksa kadastr xəritəsinə) əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıların tələb etdiyi su yolunun yerləşdiyi torpaq sahəsi, iş üzrə cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2023-cü il tarixli, **(***)-***/** saylı qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmış, daha sonra həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ####### 2022-ci il tarixli *(***)-****/** saylı qərarı ilə apellayasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Iddiaçılar əlavə kassasiya şikayəti vermiş, lakin əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, eyni tərəf və eyni predmet anlayışları mübahisənin identikliyini müəyyən edən əsas meyarlardandır. Eyni tərəflər dedikdə, mübahisədə iştirak edən subyektlərin-iddiaçı və cavabdehin hüquqi şəxsiyyəti və prosessual statusunun dəyişməz qalmasını, eyni predmet isə məhkəmədən tələb olunan konkret hüquqi müdafiə vasitəsinin, yəni hüquqi nəticənin mahiyyət etibarilə dəyişməz qalmasını ifadə edir. Eyni əsas isə iddia eyni faktiki hallara və hüquqi münasibətə söykənir. Yəni eyni faktlar, eyni hadisələr, eyni hüquqi münasibət. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə tərtib olunmuş AN ****** saylı, 80900017200113 kadastr nömrəli torpaq sahəsinin planı vƏ ölçüsündə qeyd edilən koordinatların Salyan rayon AIK-nın ## ### 1998-ci il tarixli, ** saylı qərarına əsasən X2 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Yuxarıda qeyd edilən qərardan görünür ki, cavabdehin torpaq sənədlərində uyğunsuzluq var və reyestr üzərinə öhdəlik qoyulmuşdur ki, torpaq sənədə uyğun uyğunlaşdırılsın. Göründüyü kimi burada artıq Torpağın hüquqi vəziyyəti dəyişmişdir. Bu artıq əvvəlki işdə mövcud olmayan yeni hüquqi faktın mövcud olduğunu göstərir. Əvvəlki işə baxılarkən mövcud olmayan və sonradan inzibati məhkəmə qərarı ilə yaranmış yeni hüquqi vəziyyət iddianın əsasını dəyişdirdiyindən, MPM-də nəzərdə tutulan “eyni əsas” meyarı mövcud deyil və işə xitam verilə bilməzdi. Məhkəmə tərkibi hesab edir ki, Salyan Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, mülki işin icraatına xitam verməkdə məhkəmə haqlı olmamışdır. Ona görə də şikayət təmin edilməli, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Iddiaçı iddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilsin. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar