Məhkəmə qərarları › İş №2(3-9)-504/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-504/2026

29.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-504/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cəfərov İslam Sahib oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cəfərov İslam Sahib oğluna (üçüncü şəxs Masallı Regional “ASAN Xidmət” məkəzində notariat ofisi) qarşı vərəsəliyin tanınması, miras əmlakdan pay tələbi və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cəfərov İslam Sahib oğluna (üçüncü şəxs Masallı Regional “ASAN Xidmət” məkəzində notariat ofisi) qarşı vərəsəliyin tanınması, miras əmlakdan pay tələbi və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2002-ci il tarixdə vəfat etmiş atası Cəfərov Sahib Murtuz oğlunun və ##.##.2023-cü il tarixdə vəfat etmiş anası X3 qanun üzrə vərəsəsi kimi tanınmağı, onlardan qalan miras əmlakdan (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon Şöbəsinin dövlət aktı qeydiyyat kitabında ##.##.1998-ci il tarixdə **** nömrə ilə qeydiyyata alınmış, JN **** qeydiyyat nömrəli (kod 80510018) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin ##.##.2012-ci il tarixli, **/**** saylı arayışına əsasən mərhum Cəfərov Sahib Murtuz oğluna məxsus olan Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yerləşən ona çatan torpaq payı (kənd təssərüfatı təyinatlı torpaq sahəsi) və həmin Akt üzrə mərhum X3 çatan pay) pay tələbinin təmin edilməsi, həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında Masallı * saylı notariat kontoru təfəindən verilmiş, ##.##.2012- ci il tarixli, */**/*** saylı şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı şəhər sakinidir və Masallı şəhəri, M.Talışxanov küçəsi, ev 37, mənzil 4-də qeydiyyatda olmaqla faktiki olaraq Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yaşayır. Atası Cəfərov Sahib Murtuz oğlu ##.##.2002-ci il tarixdə vəfat etmişdir. Anası X3 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Valideynlərinin sağlığında ailələri səkkiz nəfərdən (atası, anası, o, qardaşı Cəfərov İslam Sahib oğlu, qardaşı X6, qardaşı X7, bacısı X9 və bacısı Nümayəndə) ibarət olmuş və onlar ailəlikcə Masallı rayonu 1-ci Yeddioymaq kəndində yaşamışlar. Yaşadıqları ev atasına məxsus 0.27 ha həyətyanı torpaq sahəsində 1973-cü ildə inşa edilmiş iki mərtəbəli ev olmuşdur. Yuxarıda qeyd etdiyi ailə üzvlərindən qardaşı X6 ##.##.1993-cü il tarixdə, qardaşı X7 isə ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Atası Cəfərov Sahib Murtuz oğlunun vəfatından sonra qardaşı Cəfərov İslam Sahib oğlu Masallı * saylı notariat kontoruna müraciət edərək ##.##.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında */**/*** saylı şəhadətnamə almışdır. Həmin şəhadətnamədə mərhum Cəfərov Sahib Murtuz oğlunun vərəsələri kimi anası X3 və qardaşı Cəfərov İslam Sahib oğlu göstərilmişdir. Şəhadətnamə üzrə verilən miras əmlak isə kənd təssərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon Şöbəsinin dövlət aktı qeydiyyat kitabında ##.##.1998-ci il tarixdə **** nömrə ilə qeydiyyata alınmış, JN **** qeydiyyat nömrəli (kod 80510018) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin ##.##.2012-ci il tarixli, **/**** saylı arayışına əsasən mərhum Cəfərov Sahib Murtuz oğluna məxsus olan Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yerləşən ona çatan torpaq payından (kənd təssərüfatı təyinatlı torpaq sahəsi) ibarət olmuşdur. Anası X3 vəfatından sonra isə qardaşı Cəfərov İslam Sahib oğlu həmin torpaq sahəsindən təkbaşına istifadə etmişdir. Qardaşı Cəfərov İslam Sahib oğlu valideynlərinin sağlığında belə onlarla soyuq münasibət saxlamış, son illər isə onlara qarşı aqressiv, dözülməz münasibət göstərməkdə davam edir. Bu səbəbdən də onlar faktiki onun istifadəsində olan (bu vaxta kimi, qardaşdır deyə ona qarşı heç birinin hər hansı bir iddiası olmamışdır və onun indiyədək miras əmlaklarla bağlı hansı sənədləşmə hərəkətləri etdiyindən xəbərsiz olmuşlar), lakin onların da haqları olan, valideynlərindən qalma miras əmlakdan pay almaq məqsədi ilə, vərəsəlik şəhadətnaməsi almaq üçün cavabdeh1ki notariat ofisinə müraciət edərkən onlara məlum olmuşdur ki, qardaşı Cəfərov İslam Sahib oğlu 2012-ci ildə, faktiki olaraq Masallı * saylı notariat kontoruna saxta sənəd təqdim edərək (vərəslərin həqiqi sayı gizlədilərək, notariat ofisinə Cəfərov Sahib Murtuz oğlunun vərəsələri kimi anası X3 və qardaşı Cəfərov İslam Sahib oğlu göstərilmişdir), qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Bu məlumatlar ona ##.##.2025-ci il tarixdə cavabdeh1ki notariat ofisinə müraciət edərkən aşkar olmuşdur. Yuxarıda göstərilən hallar üzrə onun vərəsəlik hüquqları pozulmaqla qanunla miras əmlakdan ona çatacaq paydan məhrum olmuşdur. Bu səbəbdən də o, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qrarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov məhkəməyə məktub ünvanlayaraq, təyin edilmiş məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədikləri üçün işə onların iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cəfərov İslam Sahib oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Zeynal Zeynalov), iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cəfərov İslam Sahib oğlu apellyasiya icraatı zamanı çıxış edərək bildirmişdir ki, bacısı İddiaçı şəhadətnamənin mübahisələndirilməsi üçün müddəti ötürsə də, məhkəmədən kənar bacısına öz əmlakından pay verməyə hazırdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar. 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (hüquq münasibəti yaranan zaman qüvvədə olan) 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Cəfərov Sahib Murtuz oğlu ilə X2 arasında ## #### 1963-cü il tarixdə Astara rayonu Kakalos kənd ərazi nümayəndəliyində ** saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Cəfərov (a) soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Cəfərov Sahib Murtuz oğlu ## #### 2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ## ######## 2023cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 ## ###### 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 ## #### 1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, ## #### 1966-cı il təvəllüdlü İddiaçı atası Cəfərov Sahib Murtuz oğlu, anası X3r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, ## ###### 1967-cı il təvəllüdlü X8 atası Cəfərov Sahib Murtuz oğlu, anası X3r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, ## ####### 1970-ci il təvəllüdlü Cəfərov İslam Sahib oğlunun atası Cəfərov Sahib Murtuz oğlu, anası X3r. İş materiallarında olan Masallı RİHB-nın Yeddioymaq kənd İƏD üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli, *** saylı arayışından görünür ki, Cəfərov İslam Murtuz oğlu ## #### 2002-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Birinci Yeddioymaq kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda Masallı rayonu Birinci Yeddioymaq kəndində yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: ##.##.1966-cı il təvəllüdlü İddiaçı. Mərhum Cəfərov Sahib Murtuz oğlunun ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları aşağıdakılardır: ##.##.1961-ci il təvəllüdlü X9, ##.##.1967-ci il təvəllüdlü Nümayəndə, ##.##.1970-ci il təvəllüdlü Cəfərov İslam Sahib oğlu, ##.##.1958-ci il təvəllüdlü X6 (##.##.1993-cü ildə vəfat edib), ##.##.1960-cı il təvəllüdlü X7 (##.##.2020-ci ildə vəfat edib). Mərhum Cəfərov Sahib Murtuz oğlunun yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Masallı RİHB-nın Yeddioymaq kənd İƏD üzrə nümayəndəliyinin ## ###### 2025-ci il tarixli, *** saylı arayışından görünür ki, X3 ## ######## 2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Birinci Yeddioymaq kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda Masallı rayonu Birinci Yeddioymaq kəndində yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: ##.##.1966-cı il təvəllüdlü İddiaçı. Mərhum Cəfərov Sahib Murtuz oğlunun ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları aşağıdakılardır: ##.##.1961-ci il təvəllüdlü X9, ##.##.1967-ci il təvəllüdlü Nümayəndə, ##.##.1970-ci il təvəllüdlü Cəfərov İslam Sahib oğlu, ##.##.1958-ci il təvəllüdlü X6 (##.##.1993-cü ildə vəfat edib), ##.##.1960-cı il təvəllüdlü X7 (##.##.2020-ci ildə vəfat edib). Mərhum Cəfərov Sahib Murtuz oğlunun yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar sahəsinin ## ###### 2025-ci il tarixli, *** saylı arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin ## ###### 2025-ci il tarixli, **** saylı məktubundan görünür ki, ## ######## 2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar qaytarılmışdır. İş materiallarında olan ##.##.2012-ci il tarixli, *V-**/*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ## #### 2002-ci ildə vəfat etmiş Cəfərov Sahib Murtuz oğlunun vərəsələri Masallı rayonu Birinci Yeddioymaq kəndində yaşayan X3 və Cəfərov İslam Sahib oğludur və onların hər biri əmlakdan bərabər hissələrdə irs almalıdır. Verilən miras əmlak Azərbaycan Respublikasının DT və XK-nin Masallı rayon şöbəsinin ## ####### 1998-ci tarixli **** qeydiyyat nömrəli, JN **** saylı Totpağa Mülkiyyət hüququna dair Dövlət aktına və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi idarəsinin ##.##.2012-ci il tarixli, **/**** saylı arayışına əsasən mərhum Cəfərov Sahib Murtuz oğluna məxsus olan Masallı şəhəri Birinci Yeddioymaq kəndində yerləşən ona çatan torpaq paydan ibarətdir. İş materiallarında olan ## #### 2012-ci il tarixli, *V-**/*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ## #### 2002-ci ildə vəfat etmiş Cəfərov Sahib Murtuz oğlunun vərəsələri Masallı rayonu Birinci Yeddioymaq kəndində yaşayan X3 və Cəfərov İslam Sahib oğludur və onların hər biri əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak mərhum Cəfərov Sahib Murtuz oğluna məxsus 8553 və ****-** saylı hesablarda olan əmanət pulundan ibarətdir. İş materiallarında olan JN-**** kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, *** nömrəli qərarı ilə Masallı rayonu Birinci Yeddioymaq kəndində Cəfərov Sahib Murtuz oğluna, X3, Cəfərov İslam Sahib oğluna, X12 və Cəfərov Arif İslam oğluna 0.79 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan ## ##### 2025-ci il tarixli, 2325003283 qeydiyyat, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən 0.6395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X3 3/10 hissədə, Cəfərov Arif İslam oğlunun 2/10 hissədə, X12 2/10 hissədə və Cəfərov İslam Sahib oğlunun 3/10 hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Dövlət Notariat Arxivindən alınmış Masallı Rayon * saylı Dövlət Notariat ofisinin 2V-01/386 və *V-**/*** saylı Cəfərov Sahib Murtuz oğlunun vərəsəlik işindən görünür ki, X3 və Cəfərov İslam Sahib oğlu Masallı Rayon * saylı notariat ofisinə müraciət edərək, mərhum Cəfərov Sahib Murtuz oğlundan əmanət pulundan və Masallı rayonu Birinci Yeddioymaq kəndində yerləşən torpaq sahəsindən ibarət miras qalmış əmlakın üzərində onların paylarının müəyyən edilməsini xahiş etmişlər. Masallı Rayon * saylı Dövlət Notariat ofisinin 2V-01/386 və *V**/*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş hallarından görünür ki, Cəfərov Sahib Murtuz oğlu X2 ilə ## #### 1963cü il tarixdə Astara rayonu Kakalos kənd ərazi nümayəndəliyində nikaha daxil olmuş və bu barədə ** saylı nikah akt qeydi bağlanmışdır. Onların nikahından ##.##.1966-cı il təvəllüdlü İddiaçı, ##.##.1961-ci il təvəllüdlü X9, ##.##.1967-ci il təvəllüdlü Nümayəndə, ##.##.1970-ci il təvəllüdlü Cəfərov İslam Sahib oğlu, ##.##.1958-ci il təvəllüdlü X6 və ##.##.1960-cı il təvəllüdlü X7 adlı övladları doğulmşdur. X6 ##.##.1993-cü ildə və X7 ##.##.2020-ci ildə vəfat ediblər. Həmçinin Cəfərov Sahib Murtuz oğlu ## #### 2002-ci il tarixdə vəfat edib. Mərhum Cəfərov Sahib Murtuz oğlundan əmanət pulundan və JN-**** kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli, *** nömrəli qərarı ilə Masallı rayonu Birinci Yeddioymaq kəndində olan ümumbirgə mülkiyyətində olan torpaq sahəsindən ibarət miras əmlak qalmışdır. X3 və Cəfərov İslam Sahib oğlu Masallı Rayon * saylı notariat ofisinə müraciət edərək mərhum Cəfərov Sahib Murtuz oğlundan əmanət pulundan və Masallı rayonu Birinci Yeddioymaq kəndində yerləşən torpaq sahəsindən ibarət miras qalmış əmlakın üzərində onların paylarının müəyyən edilməsini xahiş etmişlər. Masallı Rayon * saylı Dövlət Notariat ofisi 2V-01/386 və *V-**/*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə X3 və Cəfərov İslam Sahib oğlunun bərabər pay hüquqlarını tanınmışdır. X3 ## ######## 2023-cü il tarixdə ölmüşdür. ## ##### 2025-ci il tarixli, 2325003283 qeydiyyat, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən 0.6395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cəfərov İslam Sahib oğlu və onun ailə üzvləri istifadə edir. Hazırda iddiaçı İddiaçı məhkəməyə müraciət edərək ##.##.2002-ci il tarixdə vəfat etmiş atası Cəfərov Sahib Murtuz oğlunun və ##.##.2023-cü il tarixdə vəfat etmiş anası X3 qanun üzrə vərəsəsi kimi tanınmağı, onlardan qalan miras əmlakdan (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon Şöbəsinin dövlət aktı qeydiyyat kitabında ##.##.1998-ci il tarixdə **** nömrə ilə qeydiyyata alınmış, JN **** qeydiyyat nömrəli (kod 80510018) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin ##.##.2012-ci il tarixli, **/**** saylı arayışına əsasən mərhum Cəfərov Sahib Murtuz oğluna məxsus olan Masallı rayonu, 1-ci Yeddioymaq kəndində yerləşən ona çatan torpaq payı (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) və həmin Akt üzrə mərhum X3 çatan pay) pay tələbinin təmin edilməsi, həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında Masallı * saylı notariat kontoru tərəfindən verilmiş, ##.##.2012-ci il tarixli, */**/*** saylı şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya əvvəla qeyd edir ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi miras qoyan- iddiaçının atası olmuş mərhum Cəfərov Sahib Murtuz oğlunun 2002ci il tarixdə ölməsindən sonra həmin şəxsin vəfatından sonrakı 6 ay ərzində iddiaçı İddiaçı tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün hər hansı bir tədbir görülməmişdir. İkincisi iddiaçı İddiaçı tərəfindən mirasın qəbul üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı mirası qəbul etmə hüququnu itirmişdir. Üçüncüsü iddiaçı İddiaçı miras əmlakı qəbul etmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Belə ki, iddiaçı İddiaçı atasının vəfat etməsindən xəbərdar olmuşdur. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq iddiaçı İddiaçıtərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. İddiaçı İddiaçımiras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə ifadələrini bildirməmişlər. Göründüyü kimi iddiaçı İddiaçıtərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. İddiaçı atasının vəfatından sonra miras əmlakı faktiki qəbul etdiyini sübut edə bilməmiş, beləliklə mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün, mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı tərəfindən miras əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Yəni mirasın qəbul edilməsinin qeyriformal üsulla olur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, yəni iddiaçı İddiaçı miras açıldıqdan xeyli müddət əvvəl və miras açılan zaman miras əmlakda yaşamaması, onun həmin əmlakı qeyri-formal üsulla da qəbul etməməsini göstərir və belə olan halda məhkəmə hesab edir ki, iddiaçı İddiaçı tərəfindən miras əmlak heç faktiki olaraq da qəbul edilməmişdir. Kollegiya iddiaçı İddiaçı mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd edir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Göründüyü kimi miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış fərdi yaşayış evində miras qoyanın birinci növbəli vərəsələrindən məhz qardaşı-cavabdeh Cəfərov İslam Sahib oğlu miras əmlakı qəbul etmişdir. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmiş, həmçinin miras əmlak olan evdə də yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2020-ci il tarixli Qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi hazırki mübahisə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi əsassız olduğundan təmin edilməlidir.” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollgiya işdə olan sübutların məzmununun hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olduğu qənaətinə gəlir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar