Məhkəmə qərarları › İş №2(3-9)-565/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-565/2026

11.08.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-565/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyinin (İB) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Lənkəran RQİİ-in Masallı XS tərəfindən verilmiş # ####### 2025-ci il tarixli ******* nömrəli və ## ###### 2025-ci il tarixli ******* nömrəli aktların ləğv olunmasını və həmin aktlar əsasında ünvan 2 ünvanında onun abonent kodu üzrə (284402100100240) yaranan 891,30 (səkkiz yüz doxsan bir manat otuz qəpik) manat borcun silinməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən görünür ki, (hakim Elşən Hüseynov) iddianın rədd edilməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qərara alınmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, sayğac açılarkən plombun qırılması ilə bağlı çəkiliş aparılmış, bundan sonra ona imza etdirilərək sayğac dəyişdirilmişdir. Sayğac beş ildən bir dəyişdirilir. Cavabdeh tərəfindən sayğaca müdaxilə edildiyi qeyd olunmuşdur. Sayğac özləri tərəfindən götürülmüş, təxminən 20 gün sonra laboratoriyadan sayğaca müdaxilə edildiyi barədə məlumat verilmişdir. 891,30 manat məbləğdə borc yalnız sayğaca müdaxilə edilməsi ilə bağlı hesablanmışdır. Halbuki, mütəmadi olaraq ödənişlər edilmiş, elektron çıxarışdan hər ay təxminən 80-100 manat məbləğdə ödənişlərin həyata keçirildiyi görünür. Bu səbəbdən, hesablanmış 891,30 manat məbləğdə borcun silinməsini xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini və iş materiallarını yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, qətnamə iddia tələbinin “ünvan 2 ünvanında *************** saylı abonent koduna tərtib olunmuş # ####### 2025-ci il tarixli ******* nömrəli və ## ###### 2025-ci il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi”nin rədd olunması hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş # ####### 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ünvanında fərdi evdə quraşdırılmış Zevver G-4 markalı *********** nömrəli mexaniki qaz sayğac çıxarılmış və yeni GCZ markalı, ******* nömrəli mexaniki sayğacı quraşdırılmışdır. Abonentin saldosundan görünür ki, ünvan 1nvanında fərdi evində İddiaçı adlı abonentə ## ####### 2025-ci il tarixdə GCZ markalı ******* nömrəli sayğac quraşdırılmışdır, abonent kodu 284402100100240-dır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1nvanında fərdi evdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, ## ###### 2025-ci il tarixli ****/**** saylı akta əsasən sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi aşkar olunmuşdur. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur. Dəymiş ziyanın bərpasına dair ## ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, # ###### 2025-ci il tarixli ****/****/** nömrəli protokola əsasən ünvan 1nvanında fərdi evdə quraşdırılmış G-4 markalı *********** nömrəli sayğaca vizual olaraq baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi aşkar olunmuşdur. PQ2 maskimal saatlıq qaz sərfi 0.6 m3 /saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün, qənaətli su qızdırıcı 24 litr maksimal saatlıq qaz sərfi 2.4 m3 /saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 0.6x12x90=648 m3, 2.4x12x90=2592 m3 , cəmi: 3240 m3 . İl ərzində istifadə olunan qaz sərfi 1491 m3, 1009x0.22=222, 2231x0.30=669.3, cəmi 891,30 manat. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının rəisi X1 tərəfindən qəbul edilmiş # ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Masallı rayonu Dadva - 2 küçəsindəki fərdi evində qaz sayğacına müdaxilə etməklə qazın talanması nəticəsində 891,30 manat məbləğində ziyan vurulmasına görə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma əsasında qeyd edir ki, iş materiallarına əsasən 891,30 manat borc ünvan 3 ünvanında *************** saylı abonent koduna tərtib olunmuş # ####### 2025-ci il tarixli ******* nömrəli və ## ###### 2025-ci il tarixli ******* nömrəli aktlar əsasında hesablanmışdır. Ancaq həmin aktlar hər hansı hüquq nəticə doğurmadığından onun məhkəmə qaydasında mübahisələndirilməsi mümkün deyildir. Bu baxımdan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin “Masallı rayonu Dadva-2 küçəsi ev mənzil 24 ünvanında *************** saylı abonent koduna tərtib olunmuş # ####### 2025-ci il tarixli ******* nömrəli və ## ###### 2025-ci il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi”nin rədd olunması hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi iddia tələbinin “ünvan 3 ünvanında *************** saylı abonent koduna tərtib olunmuş # ####### 2025-ci il tarixli ******* nömrəli və ## ###### 2025-ci il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi”nin rədd olunması hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasassiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar