Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-567/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçılar iddiaçı1, iddiaçı2 iştirakları ilə, İddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların X18 daşınmaz əmlakın Astara şəhər sakini Cavabdeh adına olan ##.##.2006-cı il tarixli, seriya MN******* nömrəli dövlət reyestrindən çıxarışının və torpaq alqı-satqısına dair ## #### 2006cı il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsinə və 100 (yüz) manat dövlət rüsumunun iddiaçılara qaytarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Astara rayonunun (Çayoba) Telman kənd sakini X7 ilə rəsmi nikahda olmuş və nikah haqqında ## ###### 1989-cu il tarixdə ** nömrəli akt qeydi tərtib olunmuşdur. Rəsmi nikah münasibətlərindən iki uşaqları var, ##.##.1992-ci ildə Samit və ##.##.1995-il ildə Namid adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə ailə başçısı X7 olmaqla Astara rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.96 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə onlara JN- 261 kod 80106028 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim edilmişdir. X7 ## ######## 2013-cü il tarixdə vəfat etmişdir. Müəyyən səbəblərə görə X7 ilə rəhmətə gedən müddətə kimi ayrı yaşamışlar. X7 rayonun Çayoba kəndində (Telman kəndində) yaşasa da onlar, yəni o və iki uşaqları ilə birlikdə 2001ci ildən Bakı şəhərində kənd Əhmədlidə işləməklə yaşamışlar. Torpaq sahəsinin 2006-cı ildə satıldığı barədə 2022-ci il tarixdə məlumatları olmuş, bu barədə Astara rayon polis şöbəsinə müraciət edilmişdir. Torpaq sahəsi Astara rayonun Çayoba kənd ərazisində olmaqla iki yerdə yerləşir. Astara rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin 5122.69 kv.metr hissəsi ## #### 2006-cı il tarixli müqavilə ilə Cavabdeh satılmışdır. Bu barədə cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərar iddia ərizəsinə əlavə edilir. Torpaq sahəsinin 0.96 hektar hissəsində payları olsada, onlara mənsub payları razılıqları olmadan satılmışdır. Bunları torpaq alqı-satqısına dair müqavilədə təsdiq edir. Odur ki, Hüquqların X18 daşınmaz əmlakın Astara şəhər sakini Cavabdeh adına olan ##.##.2006-cı il tarixli, seriya MN******* nömrəli Dövlət reyestrindən çıxarışının və torpaq alqı-satqısına dair ## #### 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsinə və 100 (yüz) manat dövlət rüsumunun iddiaçılara qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Astara RİHB Pensər KİƏ dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışından görünür ki, iddiaçı1 Astara rayonu Çayoba kəndində qeydiyyatdadır. Ailə tərkibi: oğlu: iddiaçı3 və iddiaçı2dur. Astara Rayon Qeydiyyat Şöbəsinin ## #### 2025-ci il tarixli arayışından görünür ki, X6 və X8 nikahı haqqında ##.##.1989-cu il tarixdə ** nömrəli akt qeydi tərtib olunmuşdur. Astara Rayon Qeydiyyat Şöbəsinin ## #### 2025-ci il tarixli arayışdan görünür ki, X6 ## ######## 2013-cü ildə ölmüşdür. Bu barədə haqqında ##.##.2013-cü il tarixdə ** nömrəli akt qeydi tərtib olunmuşdur. ##.##.2006-cı il tarixli müavilədən görünür ki, X6, Azərbaycan Respublikası Dövlət Torpaq ve Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən ## #### 2000-ci ildə verilmiş J № *** saylı «Torpağa Mülkiyyət Hüququna X1» və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Şəhər Ərazi İdarəsi tərəfindən ## #### 2006-cı il tarixdə verilmiş *** saylı arayışına əsasən ona və ailə üzvlərinə Əliyeva (nikahdan əvvəlki soyadı Səfərova olub) Şölə Səfərəli qızına, X9 və iddiaçı2 məxsus olan, Astara rayonu, Telman kendində yerləşən 0.96 hektar torpaq sahəsinin 5122.69 kv. metr hissəsini Cavabdeh satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu Telman kəndində yerləşən 0.51 hektar kənd təsərüffatı təynatlı torpaq sahəsi ##.##.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəsi ilə tam pay hüququ ilə Cavabdeh mülkiyyətindədir. Astara rayon Notariat Kontoruna ünvanlanmış ## #### 2006-cı il tarixli ərizədən görünür ki, iddiaçı1 JN-*** saylı torpağa mülkiyyət hüququna X1 əsasən ona və ailə üzvlərinə məxsus Astara rayonu, Telman kəndində yerləşən 0.51 hektar torpağın satılmasına etiraz etməməsi ilə bağlı iradə ifadəsini bildirmiş və ərizə tərəfindən imzalanmışdır. JN-*** saylı, Kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X7, X8, iddiaçı3 və iddiaçı2 ümumi birgə mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.96 hektar torpaq sahəsi verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2023-cü il tarixli qərardan görünür ki, iddiaçı1 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Torpaq islahatı zamanı Astara rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən Əliyeva (Səfərova) Şölə Səfərəli qızının və ailə üzvlərinin mülkiyyətlərinə Astara rayonu, Çayoba (keçmiş Telman) kəndi ərazisində 0.96 ha (2 yerdə 0,51 ha və 0,45 ha olmaqla) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair JN-261 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədinin işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı qeyd olunan 0.96 ha torpaq sahəsinin 0.51 ha hissəsinin ##.##.2006-cı il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında digər şəxsə Cavabdeh satılması və hazırda həmin 0.51 ha torpaq sahəsinin Hüquqların X18 daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olması müəyyən edilmişdir. Qeyd olunan 0,96 ha torpaq sahəsinin 0,45 ha (0.447 ha) hissəsinin ##.##.2007-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında digər şəxsə X3 və X3 tərəfindən də ##.##.2015-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında başqa digər şəxsə X4 və hazırda həmin 0.447 ha torpaq sahəsinin Hüquqların X18 daşınmaz əmlakın Dövlet reyestrindan ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa esasen X5 mülkiyyetinde olması müəyyən edilmişdir. Sözügedən 0.96 ha (2 yerdə 0.51 ha ve 0.45 ha olmaqla) kənd təsərrüfat tayinatlı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədlərinin (İlkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli Torpağa mulkiyyət hüququna dair Dövlət Aktı asasında) torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə uyğun işlənilməsi və bunun da faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi muəyyən olunmuşdur. Sözügedən 0.96 ha (2 yerdə 0.51 ha va 0.45 ha olmaqla) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. Hüquqların X18 daşınmaz əmlakın Dövlət reyestrindan ##.##.2006-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) əsasən Cavabdeh mülkiyyətində olan 0,51 ha (1-ci sualın cavabında qeyd olunduğu kimi iddiaçı1 və ailə üzvlərindən alqı-satqı qaydasında əldə olunan) və Hüquqların X18 daşınmaz əmlakın Dovlət reyestrindən ##.##.2006-cı il tarixli ********* qeydiyyat nömrəli Çıxarışa (ilkin huquqmuayyenedici sənəd JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında əsasən Cavabdeh mülkiyyətində olan 0.77 ha kənd təsərrufatı təyinatlı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədlərinin (ilkin hüquqmüəyyənedici sənədlər JN-261 və JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları əsasında) torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə uyğun işlənilməsi və bunun da faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur Sözügedən 0.51 ha va 0,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun Ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. 1-ci sualın cavabında qeyd olunduğu kimi Əliyeva (Səfərova) Şölə Səfərəli qızının və ailə üzvlərinin JN-261 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında mülkiyyətlərində olmuş 0.96 ha torpaq sahəsinin 0.51 ha hissəsinin alqı-satqı olunaraq faktiki vəziyyətdə Cavabdeh mülkiyyətində və istifadəsində olması müəyyən olunmuşdur. Qalan 0,45 ha (0,447 ha) hissəsinın alqı-satqı olunaraq faktiki vəziyyətdə X4 mülkiyyətində və istifadəsində olması müəyyən olunmuşdur. Hüquqların X18 daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) əsasən Cavabdeh mülkiyyətində olan (iddiaçı1 və ailə üzvlərindən alqı-satqı qaydasında əldə olunan) 0.51 ha və Hüquqların X18 daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli Torpaga mulkiyyət hüququna dair Dövlət Aktı əsasında) əsasən Cavabdeh mülkiyyətində olan 0,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üst-üstə düşməməsi, qonşu torpaq sahələri olması müəyyən olunmuşdur. Qeyd olunan 0.51 ha və 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki vəziyyətdə Cavabdeh və X10 istifadəsində olması müəyyən olunmuşdur. Hüquqların X18 daşınmaz əmlakın Dövlət reyestrinden ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X4 mülkiyyətində olan 0,447 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətində olan 0,51 ha va 0,77 ha torpaq sahələrindən orta hesabla 670 m məsafədə kənarda yerləşməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-*** saylı Kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X7, X8, iddiaçı3 və iddiaçı2 ümumi birgə mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.96 hektar torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi iki hissədən ibarət olmaqla müxtəlif şəxslərə satılmışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi isə 0.96 hektar torpaq sahəsinin 0.51 ha hissəsinin ##.##.2006-cı il tarixdə Cavabdeh satıldığı müqavilədir. İş materillarından müəyyən edilir ki, ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi X7 ilə Cavabdeh arasında bağlanmış, X8 tərəfindən torpağın satılmasına ##.##.2006-cı il tarixli notarial razılıq ərizəsi təqdim edilmişdir. İddiaçı notarial razılıq ərizəsindəki imzanın onun olmadığını iddia edir. X7 2013-cü ildə vəfat etmişdir. ## #### 2023-cü il tarixli qərarla iddiaçı1 Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz özgəninkiləşdirməsi ilə bağlı etdiyi şikayət araşdırılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardadn görünür ki, 2006-cı ildə Bələdiyyə sədri olmuş X13 izahatı alınmış və o, izahatında bildirmişdir ki, iddiaçı1 həyat yoldaşı ilə birlikdə ona yaxınlaşaraq torpağı satmaq istədiyini bildirmiş, bundan 1 ay sonra isə Möhlət adlı şəxsin torpaq almaq istəyərkən Şöləgilin torpaqları olduğunu və razılaşa biləcəklərini ona dediyini və sonradan notariat kontorunda torpağın 51 ha hissəsinin Şöləgil tərəfindən Möhlətə satıldığını, qalan 47 sotun isə X11 adına sənədləşdirildiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir, həmçinin iddiaçı tərəfindən iddia qaldırılması üçün müddət ötürülmüşdür. Belə ki, sadalanan qanunvericilik normalarından da göründüyü kimi, alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun formada bağlanılmış, mübahisə predmeti olan torpaq sahəsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, birgə mülkiyyətdə olan torpaq sahəsinə dair sərəncam verilməsi üçün notarial razılıq alınmış, o cümlədən tərəflər fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Məhkəmə, iddiaçı tərəfindən verilmiş notarial razılıq ərizəsindəki imzanın onun olmamasına, xətşünaslıq ekspertizası keçirilməsini tələb etməsinə və əqddən məlumatsız olmasına münasibətdə hesab etmişdir ki, iddiaçı bu dəlili ilə həqiqətdən yayınmağa, özü üçün üstünlük əldə etməyə çalışmışdır. Belə ki, sözügedən əqdin bağlanmasından 20 il keçmiş, bu müddət ərzində iddiaçı öz torpağı ilə maraqlanmamış, hətta 2013-cü ildə həyat yoldaşı vəfat etmiş, həyat yoldaşı vəfat etdikdən sonra belə ona məxsus əmlakın vərəsəlik qaydasında müəyyən edilərək sahibliyinə keçməsi üçün hərəkət etməmiş, halbuki rəsmi olaraq evli olsalar da müəyyən səbəblərdən 2001-ci ildən faktiki ayrı yaşadıqlarını iddia etmiş, 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar tərəfindən mübahisələndirilməmiş, halbuki həmin qərarda da verilən ifadələr iddiaçı1 müqavilədən xəbərdar olduğunu təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, şəxsin 20 ilə yaxın müddətə ona məxsus torpaq sahəsi barəsində, hətta faktiki ayrı yaşadığı həyat yoldaşı vəfat etsə də hərəkətsizlik göstərməsi ağlabatan deyil, əksinə onun müqavildən xəbərdar olduğunun, əqdi bəyəndiyinin və onun iradəsinə uyğun olduğunun göstəricisidir. Həmçinin, əmlak birgə mülkiyyətdə olan torpaq sahəsi olmuş və torpaq üzərində sərəncam vermiş şəxs iddiaçının həyat yoldaşı vəfat etmiş, hazırki iddia mübahisələndirilən müqavilə üzrə əldə edən cavabdeh Cavabdeh qarşı qaldırılmışdır ki, birgə mülkiyyətdə olan əmlakın cavabdehə satılması zamanı iddiaçının razılığının olmamasının cavabdehə məlum olmasının nədən ibarət olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin araşdırılan halları ilə mübahisələndirilən alqısatqı müqaviləsinin etibarsızlığına səbəb olan halların iddiaçıya 2023-cü ildə məlum olması sübuta yetirilə bilməmişdir. Hətta, iş materillarına əsasən müqavilənin etibarsızlığı əsaslarının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi ## #### 2023-cü ildən nəzərə alınsa belə bir illik kəsici müddət tətbiq edilməklə iddiaçının əqdi mübahisələndirmək imkanını itirdiyi qeyd olunmalıdır. Belə ki, mübahisə edilən əqdlərlə bağlı etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə bu halların məlum olduğu andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, hətta ## #### 2023cü ildən nəzərə alınsa ki, artıq əqdin mübahisələndirilməsinə əsas verən hallar iddiaçıya məlum olmuşdur, sözügedən əqdin mübahisləndirilməsi imkanı iddiaçı tərəfindən itirilmişdir. Məhkəmə iddia tələbinin əqd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, ikinci tələb iddia tələbinin birinci hissəsi ilə bağlı olduğundan bu hissədə də iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 331.1, 337.1, 337.4, 339.1, 339.2, 347.1, 354.2, 213.1, 213.2, 222.1, 222.2, 222.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli Qərarı, zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.2, 217.4-cü maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin iş üzrə ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, mərhum əri ilə faktiki olaraq bir yerdə yaşamamış, nikahları rəsmi olaraq pozulmamışdır, 2013-cü ildə əri vəfat etmişdir. Bakı şəhərində işləməklə ailəsini dolandırırmış, ara-sıra rayona gələndə torpağına baş çəkirmiş. 2023-cü ilin evlərində ona məlum olmuşdur ki, pay torpağı satılmış, bu barədə müvafiq qurumlara şikayət etmiş, həmin torpaq sahəsinin satılmasına dair tərəfindən razılıq verilməmişdir. Notarius işindəki ərizədəki imza ona məxsus deyil, tərəfindən icra olunmamışdır. Nəticəyə görə, məhkəmə Astara rayon Notariat Kontoruna ünvanlanmış ## #### 2006-cı il tarixli ərizəyə əsaslanaraq iddiaçı1 Şəfərəli qızı LN-*** saylı torpağa mülkiyyət hüququna X1 əsasən ona və ailə üzvlərinə məxsus Astara rayonu Çayoba kəndində yerləşən 0.51 hektar torpağın satılmasına etiraz etməməsi ilə bağlı iradə ifadəsini bildirməsini qeyd etməsi əsaslı və qanuni hesab edilməməlidir. Həmçinin məhkəmə iclasında dəfələrlə bildirilməsinə baxmayaraq, ## #### 2006-cı il tarixli imza ona məxsus deyil, imza tərəfindən icra olunmamışdır. Bunun müəyyən edilməsi ötrü xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, məhkəmə ərizədə olan imza ilə onun xəttşünaslıq ekspertizası təyin etməmişdir. Bunlara qətnamədə də aydınlıq gətirilməmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli iclasında şəxsiyyət vəsiqəsindəki imzaya baxan hakim onun eyni imza olduğunu deməklə kifayətlənmişdir. Bunlar da ## #### 2006-cı il tarixli ərizədəki imzanı tərəfindən təsdiq edilməsinin təsdiqi üçün əsas hesab edilməməlidir. Qətnamədə iddianın təmin edilməməsində məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli Qərarına istinad edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş müddəti kəsici müddət kimi əsaslandırılmışdır. Məhkəmənin həmin mövqeyi qanuni və əsaslı deyil. Bunları oxşar hallar üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2024cü il tarixli, 2(102) ****/** saylı, 2(102) ****/** saylı, ##.##.2025-ci il tarixli qərarları da təsdiq edir. Belə ki, qətnaməyə görə torpaq sahəsinin 0.51 ha hissəsi ##.##.2006-cı il tarixdə Cavabdeh müqavilə ilə satılmışdır. İş materiallarından müəyyən edilir ki, ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi X7 ilə Cavabdeh arasında bağlanmış, X8 tərəfindən torpağın satılmasına ##.##.2006-cı il tarixli notarial razılıq ərizəsi təqdim edilmişdir. İddiaçı notarial razılıq ərizəsindəki imzanın onun olmadığını iddia edir. X7 2013-cü ildə vəfat etmişdir. ## ### 2023-cü il tarixli qərarla iddiaçı1 Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz mənimsəməsi ilə bağlı etdiyi şikayət araşdırılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan da görünür ki, 2006-cı ildə Bələdiyyə sədri olmuş X14 izahatı alınmış və o, izahatında bildirmişdir ki, iddiaçı1 həyat yoldaşı birlikdə ona yaxınlaşaraq torpağı satmaq istədiyini bildirmiş, bundan 1 ay sonra isə Möhlət adlı şəxsin torpaq almaq istəyərkən Şöləgilin torpaqları olduğunu və razılaşa biləcəklərini ona dediyini və sonradan notariat kontorunda torpağın 0.51 ha hissəsinin Şöləgil tərəfindən Möhlətə satıldığını, qalan 47 sotun isə X12 adına sənədləşdirildiyini bildirmişdir. Bunların əsaslı olmasını, yəni ##.##.2006-cı il tarixli ərizədə olan yazı və imzanı iddiaçı1 tərəfindən icra edilməsi müəyyən edilmədiyi halda imza və yazının iddiaçı1 aid olmasını iddia etmək əsaslı və qanuni deyildir. Bunların Şirvan Apellyasiya Məhkəməsi tərəfindən xəttşünaslıq ekspertizası təyin edilməklə müəyyən edilməsi mümkündür. Nə qədər ki, xəttşünaslıq ekspertizasının nəticəsi yoxdur, torpaq alqısatqısına dair müqavilə etibarsız hesab edilə bilməz. Qətnamədə qeyd edilmiş əsaslara görə torpaq alqı-satqısına dair müqavilənin qüvvədə saxlanılması üçün əsas ola bilməz və kəsici müddətin ötürülməsi ilə əsaslandırılma əsaslı və qanuni hesab edilməməlidir. Belə ki, ##.##.2006-cı il tarixli imza və yazı tərəfindən icra etmədiyi halda iradə ifadəsini necə təsdiq edə bilər. Qətnamədə qeyd edilir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olan halların iddiaçıya 2023-cü ildə məlum olması sübuta yetirilə bilməmişdir. Hətta iş materiallarına əsasən müqavilənin etibarsızlığı əsaslarının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi ## #### 2023-cü ildən nəzərə alınsa belə, bir illik kəsici müddət tətbiq edilməklə iddiaçının əqdi mübahisələndirmək imkanını itirdiyi qeyd olunmalıdır. Belə ki, mübahisə edilən əqdlərlə bağlı etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə bu halların məlum olduğu andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, hətta ## #### 2023-cü ildən nəzərə alınsa ki, artıq əqdin mübahisələndirilməsinə əsas verən hallar iddiaçıya məlum olmuşdur, sözügedən əqdin mübahisələndirilməsi imkanı iddiaçı tərəfindən itirilmişdir. Bunlarla bağlı qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə ## #### 2023-cü il tarixli qərarı ona təqdim ediləndən sonra Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət (##.##.2024-cü ildə iddia ərizəm məhkəməyə daxil olmuşdur) edilmiş, torpaq sahəsinə dair ekspertiza təyin edilmiş, ekspertiza rəyi alınmış, ##.##.2025-ci il tarixli, 2(018) **/**** saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, iyul 2025-ci il tarixdə AR Ədliyyə Nazirliyinin notariat arxivi tərəfindən ## #### 2006-cı il tarixli müqavilə ona təqdim edildikdən sonra təkrarən Astara rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə tərəfindən icraat müddəti bitdiyindən iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmış, ərizə, iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi hakim İlqar Məmmədovun icraatında olmuş, İlqar Məmmədovun hakimlik fəaliyyətinə xitam verildikdən sonra iddia ərizəm hakim Şəfiqə Meybullayevanın icraatına verilmişdir.2023-cü ildən sonra da Astara rayon məhkəməsinə müraciət edəndə 1 illik müddət ötürülməmişdir, məhkəmə bunları araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən idiaçı iddiaçı1 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edir Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edir. Digər iddiaçı iddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Cavabdeh Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 53-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3-cü maddəsinə əsasən Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir 355.1-ci maddəsinə əsasən Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsitələb olunmur. 357-ci maddəsinə əsasən Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1-ci maddəsinə əsasən Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəkisöz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdanyalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Astara Rayon Məhkəməsinin iş üzrə ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə ##.##.2006-cı il tarixli torpaq alqı-satqısı müqaviləsinin və həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi ilə bağlıdır. Tələbin əsasını mülki məcəllənin 5.3, 16.1, 152.1,222.2, 35.1 351.2, 357, 358, 215, 324.1-324.3, 337.1, 560-ci maddələri təşkil edir. İddiaçılar iddia edir ki, mübahisəli torpaq sahəsi onların ümumi birgə mülkiyyətində olmuş, lakin həmin torpaq sahəsi onların, xüsusilə də iddiaçı iddiaçı1 razılığı olmadan ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh Cavabdeh satılmışdır. Onlar bildirirlər ki, notariat orqanına təqdim edilmiş torpağın satılmasına razılıq barədə ərizədəki imza iddiaçı1 məxsus deyil, həmin sənəddə iradəsi əks olunmamışdır və buna görə də müqavilə həqiqi iradə ifadəsinə əsaslanmamışdır. Bundan əlavə, iddiaçılar torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə yalnız 2023-cü ildə məlumat əldə etdiklərini, bundan sonra hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti orqanlara və məhkəməyə müraciət etdiklərini bildirərək, mübahisəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsini xahiş edirlər. Cavabdeh Cavabdeh iddiaya münasibətindən müəyyən edilir ki, o vicdanlı alıcı olduğunu bildirməklə, dövlət notariusunda torpağın satılmasıyla əlaqədar iddiaçı iddiaçı1 şəxsən razılığını bildirdiyini qeyd edir. Məhkəmə tərkibi işin iddiaçılar tərəfindən məhkəməyə bildirilmiş hallarından müəyyən edir ki, iddiaçılar hüquqlarının pozuntusunun konkret olaraq ##.##.2006-cı il tarixli torpaq alqı-satqısı müqaviləsinin onların, xüsusilə də iddiaçı iddiaçı1 həqiqi iradəsi olmadan bağlanmasında ifadə olunduğunu iddia edirlər. Onların mövqeyinə görə, notariat orqanına təqdim edilmiş torpaq sahəsinin satılmasına razılıq barədə ərizədəki imza iddiaçı1 məxsus olmadığından, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə dair sərəncam verilməsi üçün tələb olunan razılıq mövcud olmamış, nəticədə həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatı da qanuni əsasdan məhrum olmuşdur. İş materiallarında toplanılmış sübutlardan alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsinin statusu ilə bağlı aşağıdakı hallar müəyyən edilir: JN-*** saylı Kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X7, X8, iddiaçı3 və iddiaçı2 ümumi birgə mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.96 hektar torpaq sahəsi verilmişdir. Astara rayon Notariat Kontoruna ünvanlanmış ## #### 2006-cı il tarixli ərizədən görünür ki, iddiaçı1 JN-*** saylı torpağa mülkiyyət hüququna X1 əsasən ona və ailə üzvlərinə məxsus Astara rayonu, Telman kəndində yerləşən 0.51 hektar torpağın satılmasına etiraz etməməsi ilə bağlı iradə ifadəsini bildirmiş və ərizə tərəfindən imzalanmışdır. ##.##.2006-cı il tarixli müavilədən görünür ki, X6, Azərbaycan Respublikası Dövlət Torpaq ve Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən ## #### 2000-ci ildə verilmiş J № *** saylı «Torpağa Mülkiyyət Hüququna X1» və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Şəhər Ərazi İdarəsi tərəfindən ## #### 2006-cı il tarixdə verilmiş *** saylı arayışına əsasən ona və ailə üzvlərinə Əliyeva (nikahdan əvvəlki soyadı Səfərova olub) Şölə Səfərəli qızına, X9 və iddiaçı2 məxsus olan, Astara rayonu, Telman kendində yerləşən 0.96 hektar torpaq sahəsinin 5122.69 kv. metr hissəsini Cavabdeh satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu Telman kəndində yerləşən 0.51 hektar kənd təsərüffatı təynatlı torpaq sahəsi ##.##.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəsi ilə tam pay hüququ ilə Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2-ci maddələr). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir (Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1. bəndi). Məhkəmə tərkibi qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini iş materialları üzrə tətbiq edərək müəyyən edir ki, mübahisəli torpaq sahəsi JN-*** saylı Kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X7, X8, iddiaçı3 və iddiaçı2 ümumi birgə mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.96 hektar torpaq sahəsi verilmişdir. iddiaçı1 JN-*** saylı torpağa mülkiyyət hüququna X1 əsasən ona və ailə üzvlərinə məxsus Astara rayonu, Telman kəndində yerləşən 0.51 hektar torpağın satılmasına etiraz etməməsi ilə bağlı iradə ifadəsini bildirmiş və ərizə tərəfindən imzalanmışdır. ##.##.2006-cı il tarixli müqavilə ilə həmin torpaq sahəsi cavabdehə satılmışdır. Hal-hazırda iddiaçı həmin ərizənin onun tərəfindən imzalanmadığını bildirir və alqı-satqı müqaviləsinin etibarsız olduğunu bildirmişdir. Məhkəmə tərkibi apellyasiya mərhələsində əlavə sübut toplamaq və ya xəttşünaslıq ekspertizası təyin etmək zərurətinin olmadığı, belə bir ekspertiza rəyinin iş üzrə müəyyən edilmiş digər sübutların məcmusu fonunda mübahisənin həlli üçün həlledici əhəmiyyət daşımadığı qənaətinə gəlir. Həmçinin hətta sonradan aparılacaq xətşünaslıq tədqiqatı nəticəsində notariat orqanına təqdim edilmiş razılıq ərizəsindəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilsə belə, bu hal özlüyündə alqı-satqı müqaviləsinin etibarsızlığı üçün kifayət edən əsas kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətdən kənarda qalmamalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmə əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Çünki qanunvericilik müəyyən etdiyi forma tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Mülki işin müəyyən edilmiş hallarından o da müəyyən olunur ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçıların ailə başçısı (əri və atası) mərhum Vəfaddin Əliyev və Cavabdeh arasında ## #### 2006-cı il tarixində alğı-satqı müqaviləsi bağlanmış, qarşılıqlı razılıq əsasında ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini vicdanlı alıcı kimi 4600 manat ödəməklə almış və mübahisəli torpaq sahəsini mülkiyyət hüquqi əsasında dövlət qeydiyyatına aldırmış, tərəflər arasında keçən 19 il ərzində torpaqla bağlı mübahisə olmamışdır. İddiaçılar iddialarında alqı-satqı müqaviləsindən xəbərdar olmadıqlarını, müqavilənin onların iştirakı olmadan bağlandığını, müqavilənin mövcudluğundan yalnız rayona qayıtdıqdan sonra xəbərdar olduğunu qeyd edirlər. Lakin iddiaçıların bu dəlilləri iddia tələbinin təmininə yönələn hərəkət kimi qəbul edilə bilməz. Ona görə ki, adları qeyd edilən şəxslərin alqı-satqı müqaviləsinin etibarsız hesab olunacağı təqdirdə maddi üstün şərait yaranacağına görə onlar iddia tələbinin təminində maraqlıdırlar. Bu səbəbdən məhkəmə adları qeyd edilən iddiaçıların izahatlarını iddianın təmininə yönələn sübut kimi qiymətləndirmək əvəzinə, bunun tam əksinə alıcı Cavabdeh hazırkı iddiaya qarşı etirazlarının sübut edilib edilmədiyini yoxlamalı, onun vicdanlı alıcı olub-olmadığını, iddiaçının hüquqlarının pozulmasında cavabdehin təqsirli olub-olmamasını, bağlanmış alqı-satqı müqaviləsinin razılığı alınmamış ailə üzvlərinin sonradan həmin əqdi bəyənib-bəyənməməsini, həmçinin iddiaçıların hərəkətlərində hüquqdan sui-istifadənin olub-olmamasını müəyyən etməli idi. Bununla əlaqədar olaraq məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. (Mülki Məcəllə maddə 306.2). Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konklüdent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Məhkəmələr müqavilənin (imzalanmaması) bağlanmasına razılıq verməməsi müqavilənin hüquqi qüvvəsinin olmaması barədə formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun ## #### 2023-cü il tarixli qərarı). Hazırkı iş üzrə iddiaçılar torpağın alğı-satqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gələrək alğı-satqı müqaviləsini etibarsız hesab edirlər. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçıların hüquqlarının (burada razılığı alınmamış mülkiyyətçilər nəzərdə tutulur) torpaq sahəsinin satılmasında məhz öz ailə üzvü olan ailə başçısı mərhum Vəfaddin Əliyev tərəfindən pozulması tam sübut olunur. Əvvəla, iddiaçılar digər payçı mərhum Vəfadin Əliyevlə bir ailə üzvü olmuşdur ki, ümumi paylı mülkiyyətin satılmasını iddiaçılardan (burada razılığı imzalamayan şəxslər nəzərdə tutulur) gizlədilməsi onların iradə ifadəsi olmadan həyata keçirilməsi mümkünsüzdür. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar belə qənaətə gəlməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi iddiaçılar üçün naməlum ola bilməzdi. Belə ki, torpaq sahəsi ailə başçısı və eyni zamanda ümumi birgə mülkiyyətin iştirakçısı olmuş mərhum X7 tərəfindən özgəninkiləşdirilmiş, notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmış, bunun üçün zəruri sənədlər toplanılmış, notariat işi formalaşdırılmış, iddiaçılara aid şəxsiyyəti təsdiq edən sənədlərin surətləri, habelə torpaq sahəsinin satılmasına dair razılıq ərizəsi həmin işə əlavə edilmişdir. Bu qədər hüquqi hərəkətin ailə üzvlərinin məlumatı olmadan həyata keçirilməsi, xüsusilə də ümumi birgə mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi şəraitində inandırıcı hesab edilə bilməz. Bundan başqa, iddiaçılar uzun illər ərzində nə torpaq sahəsinin hüquqi vəziyyəti ilə maraqlanmış, nə də onun barəsində hər hansı hüquqi iddia və ya etiraz irəli sürmüşlər. Hətta ailə başçısı X7 2013-cü ildə vəfatından sonra belə, ona məxsus əmlakın tərkibinin müəyyən edilməsi və vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi istiqamətində hər hansı tədbir görülməməsi (həmçinin rəsmi olaraq evli olsalar da müəyyən səbəblərdən 2001-ci ildən faktiki ayrı yaşadıqlarını iddia etməsi, 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar tərəfindən mübahisələndirilməməsi) də iddiaçıların mövqeyinin inandırıcılığını zəiflədir. Məhkəmə tərkibi nəzərə alır ki, mübahisəli əqd ##.##.2006-cı il tarixində bağlanmış, həmin əqd əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və uzun müddət ərzində nə torpaq sahəsi üzərində sərəncam vermiş mərhum X7, nə də ümumi birgə mülkiyyətin digər iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Mülki Məcəllənin 357 və 358-ci maddələrinin mənasına görə, səlahiyyətli şəxsin əqdi sonradan bəyənməsi həmin əqdə bağlandığı andan etibarən hüquqi qüvvə verir və əqd üzrə mülki hüquq və vəzifələr yaradır. Hazırkı işdə də əqdin bağlanmasından sonra uzun illər ərzində onun etibarsızlığı barədə hər hansı tələb irəli sürülməməsi, əqdin hüquqi nəticələrinin qəbul edilməsi və ona etiraz edilməməsi tərəflərin həmin əqdi faktiki olaraq qəbul etmələrinin göstəricisi kimi qəbul edilməlidir. Bu baxımdan iddiaçıların uzun müddət ərzində passiv davranışı və əqdi mübahisələndirməmələri onların hazırkı iddiasının əsaslılığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçılar Namid və Samitin alqı-satqı müqaviləsi bağlanarkən azyaşlı olmalarına münasibətdə qeyd edilməlidir ki, müqavilə bağlandıqdan sonra iddiaçılar yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyəti əldə etmiş, lakin bundan sonra da uzun illər ərzində mübahisəli torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirmək, müqaviləni mübahisələndirmək və ya mülkiyyət hüquqlarının pozulduğunu bildirməklə aidiyyəti orqanlara müraciət etmək istiqamətində hər hansı tədbir görməmişlər. İş materiallarında onların yetkinlik yaşına çatdıqdan sonra hüquqlarının pozulduğunu bilmələrinə mane olan hər hansı obyektiv səbəb də müəyyən edilməmişdir. İş materialları ilə də müəyyən olunmur ki, iddiaçılar bu müddət ərzində mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirmək və ya həmin hüquqların pozulduğunu araşdırmaq istiqamətində hər hansı hərəkət etmiş olsunlar. Məhkəmə tərkibi onu da qeyd edir ki, iddiaçılar mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı cavabdeh Cavabdeh iddia edilən hüquq pozuntusundan və ya iddiaçıların razılığının olmamasından xəbərdar olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. İş materialları ilə də cavabdehin vicdansız əldə edən olması müəyyən edilmir. Əksinə, müəyyən olunur ki, cavabdeh torpaq sahəsini notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmiş, müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş və sonradan mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, iddiaçıların yalnız razılığın olmamasına istinad etməklə vicdanlı əldə edənin mülkiyyət hüququna xitam verilməsini tələb etmələri hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. İddiaçıların istinad etdikləri hallar, əgər mövcud olmuşdursa, ilk növbədə torpaq sahəsi üzərində sərəncam vermiş şəxs ilə onların arasındakı daxili hüquq münasibətlərinə aid olmaqla, özlüyündə vicdanlı əldə edənin qanunla qorunan hüquqlarının məhdudlaşdırılması üçün kifayət etmir. Beləliklə şəxsin uzun illər ərzində özünə məxsus daşınmaz əmlakın hüquqi taleyinə tamamilə laqeyd qalması, onun özgəninkiləşdirilməsi ilə bağlı heç bir tədbir görməməsi, yalnız uzun müddət keçdikdən sonra müqaviləni mübahisələndirməsi işin digər halları ilə birlikdə qiymətləndirildikdə, iddiaçıların müqavilədən ümumiyyətlə xəbərsiz olmaları barədə dəlillərinin inandırıcılığını zəiflədir. Bu cür uzunmüddətli hərəkətsizlik, əksinə, bağlanmış əqdin hüquqi nəticələrinin faktiki olaraq qəbul edilməsi və ona etiraz edilməməsi kimi qəbul edilə bilər. Əgər iddiaçılar hesab edirlərsə ki, onların iradəsi olmadan ümumi birgə mülkiyyətə daxil olan əmlak üzərində sərəncam verilmişdir, bu hal ilk növbədə həmin sərəncamı həyata keçirmiş şəxsin hərəkətləri ilə bağlı hüquqi məsuliyyət məsələsini yarada bilərdi. Lakin hazırkı iddia belə tələblərə deyil, vicdanlı əldə edənlə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə yönəldilmişdir. İş üzrə toplanmış sübutlar isə həmin müqavilənin etibarsızlığı üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlməyə əsas verir. Buna görə də birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı iddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı iddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-567/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-567/2026
23.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver