Məhkəmə qərarları › İş №2(3-9)-644/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-644/2026

29.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-644/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X6 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı İdris qızının nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı İdris qızının cavabdehlər cavabdeh3 İdris oğlu və Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızının cavabdehlər cavabdeh3 İdris oğlu və Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İdris qızının nümayəndəsi-vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı İdris qızı cavabdehlər cavabdeh3 İdris oğlu, cavabdeh2 İdris oğlu və cavabdeh1 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh3 İdris oğlunun adına verilmiş ## #### 2019-cu il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı İdris qızı tələbini onunla əsaslandırmışdır ki, Kərimova (Həsənova) Səidə İdris qızı ##.##.1973-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri İ.Səmədzadə küçəsi ev 3 ünvanda yaşayırlar. Mərhum atası Həsənov İdris Hüseynəlıi oğlu, Lənkəran şəhəri 21-ci məhəllə ünvanında 0,04 ha torpaq sahəsində ümumi sahəsi 523.5 kv m olan, fərdi yaşayış evi tikmiş və İddiaçı (Həsənova) həmin evdə böyuyub boya başa çatmışdır. Sonradan İddiaçı (Həsənova) ailə hayatı qurub həmin evdən gəlin köçmüşdur. ##.##.2013-cu il tarixdə atası Həsənov İdris Hüseynəli oğlu vəfat etmişdir. O, vəfat etdikdən sonra o, yaşayış mənzilini satıb bir müddət həmin fərdi yaşayış evindən özü və ailəsi ilə birlikdə istifadə etmişdir. X11 da ##.##.2015-ci tarixində vəfat etmişdir. Lakin sonradan onun qardaşı olan iş üzrə cavabdeh cavabdeh3 İdris oğlu onun xəbəri olmadan icra nümayəndəliyində mərhum atası Həsənov İdris Hüseynəli oğluna vərəsələri barədə arayış alarkən İddiaçı və bacısı Həsənova Təranə İdris qızının mərhum atasının və anasının vərəsəsi ola-ola və o, vəfat etdiyi üçün vərəsəsi olan Həsənova Səidə İdris qızına və bacısı Həsənova Təranə İdris qızına çatmalı olduğu halda həmin vərəsəlik arayışında Həsənova (Kərimova) Səidə İdris qızının və Həsənova (Hüseynova) Təranə İdris qızının adları qeyd edilməmiş və həmin arayışı cavabdeh1 təqdim edərək vərəsə kimi təkcə X32, Həsənova Şöhrət İdris qızı, Həsənova Şərafət İdris qızı, Həsənov Murad İdris oğlu, cavabdeh3 İdris oğlu və cavabdeh2 İdris oğlunun adını qeyd etdirməklə mərhum atasının varislərindən aldığı onlara çatan əmlakdan imtinası barədə ərizələr almaqla tək varisi kimi miras qalmış əmlaka dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həsənova (Kərimova) Səidə İdris qızı atası Həsənov İdris Hüseynəli oğlunun və X11 İdris qızının vərəsəsi olsa da, ona çatan pay barədə heç bir məlumat verilməmişdir. Həmin vərəsəlik haqqında şəhadətnamə verildikdən sonra cavabdeh3 İdris oğlu Lənkəran şəhəri 21-ci məhəllə 0.04 ha torpaq sahəsində yerləşən umumi sahəsi 523.5 kv m olan fərdi yaşayış evinin ½ hissəsini qardaşı cavabdeh2 İdris oğlunun mülkiyyətinə pay vermişdir. Qalan ½ hissədi isə cavabdeh3 İdris oğlunun mülkiyyətində qalmışdır. Bütün bunlar onun vərəsə kimi hüquqlarını pozmuş və əsassız olaraq ona çatası miras qalmış əmlakına sahib olmuşlar. Ona görə də hesab edir ki, cavabdeh Həsənova Emin İdris oğlunun adına verilmiş ## #### 2019- cu il traixlli *v-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Оnа görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdehlərdən cavabdeh2 İdris oğluna münasibətdə iddiasının olmamasını və ərizədə qeyd etdiyi cavabdeh1 Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızı məhkəməyə ərizə verərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qarışmış və hazırki iş üzrə cavabdehlər cavabdeh3 İdris oğlu və Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia irəli sürməklə, cavabdeh cavabdeh3 İdris oğlunun adına verilmiş ## #### 2019-cu il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş ərizə və iddia ərizəsi ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin icraatına qəbul edilərək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızı iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1970-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsi ev 3 ünvanda yaşayır. Mərhum atası Həsənov İdris Hüseynəli oğlu, Lənkəran şəhəri 21-ci məhəllə ünvanında 0,04 ha torpaq sahəsində ümumi sahəsi 523.5 kv m olan, fərdi yaşayış evi tikmiş və mən həmin evdə böyuyub boya başa çatmışdır. Sonradan o, ailə hayatı qurub həmin evdən gəlin köçmüşdür. ##.##.2013-cu il tarixdə atası Həsənov İdris Hüseynəli oğlu vəfat etmişdir. X11 da ##.##.2015-ci tarixində vəfat etmişdir. Lakin sonradan onun qardaşı olan iş üzrə cavabdeh cavabdeh3 ona sosial yardım düzəltmək adı ilə Lənkəran rayon * saylı Notariat kontoruna aparamış və ona saxta ərizə yazdıraraq guya yardım alınması üçün ona ərizə vermək adı ilə ərizə almışdır. Həmin razılıq ərizəsində onun atasının yerinə tam başqa bir şəxsin adı yazılmış və o aşağıda imza etmişdir. Lakin o, həmin evin, yəni mərhum atasıHəsənov İdris adına olan Lənkəran şəhəri 21-ci məhəllə ünvanında yerləşən evin özgəninkiləşdirilməsinə razı olmamışdır və hazırda da razı deyil. Eyni zamanda, bacıları olan Təranə və Səidənin də adı vərəsəlik şəhadətnaməsində olmamışdır. Belə ki, Lənkəran şəhər icra nümayəndəliyində mərhum atası Həsənov İdris Hüseynəli oğlunun vərəsələri barədə arayış alarkən İddiaçı və bacısı Həsənova Təranə İdris qızının mərhum atasının və anasının vərəsəsi ola-ola və o, vəfat etdiyi üçün vərəsəsi olan Həsənova Səidə İdris qızına və bacısı Həsənova Təranə İdris qızına çatmalı olduğu halda həmin vərəsəlik arayışında Həsənova (Kərimova) Səidə İdris qızının və Həsənova (Hüseynova) Təranə İdris qızının adları qeyd edilməmiş və həmin arayışı cavabdeh1 təqdim edərək vərəsə kimi təkcə X32, Həsənova Şərafət İdris qıznın Həsənov Murad İdris oğlu, cavabdeh3 İdris oğlu, cavabdeh2 İdris oğlu adını qeyd etdirməklə mərhum atasının varislərindən aldığı onlara çatan əmlakdan imtinası barədə ərizlər almaqla tək varisi kimi miras qalmış əmlaka dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Onun atası Həsənov İdris Hüseynəli oğlunun və X11 İdris qızının vərəsəsi olsa da, ona çatan pay barədə heç bir məlumat verilməmişdir. Həmin vərəsəlik haqqında şəhadətnamə verildikdən sonra cavabdeh3 İdris oğlu Lənkəran şəhəri 21-ci məhəllə 0.04 ha torpaq sahəsində yerləşən umumi sahəsi 523.5 kv m olan fərdi yaşayış evinin ½ hissəsini qardaşı cavabdeh2 İdris oğlunun mülkiyyətinə pay vermişdir. Qalan ½ hissə isə cavabdeh3 İdris oğlunun mülkiyyətində qalmışdır. Bütün bunlar onun vərəsə kimi hüquqlarını pozmuş və əsassız olaraq ona çatası miras qalmış əmlakına sahib olmuşlar. Ona görə də hesab edir ki, cavabdeh Həsənova Emin İdris oğlunun adına verilmiş ## #### 2019-cu il traixlli *v-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Оnа görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı İdris qızının nümayəndəsi və vəkili nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış iddiaçı İddiaçı İdris qızı, cavabdelər cavabdeh3 İdris oğlu və Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, yalnız sonuncunun nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5ci maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı İdris qızının nümayəndəsi və vəkili nümayəndə2 vəsatətinə əsasən şahid qismində dindirilmiş Əzizova Şərafət İdris qızı ifadəsində göstərdi ki, iddiaçı İddiaçı, müstəqil tələblər irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və cavabdeh cavabdeh3 onun doğma qardaş və bacılarıdır. Onun mərhum atası İdris Həsənov ##.##.2013-cü ildə, mərhum anası Zenfirə Həsənova isə ##.##.2015ci il tarixdə vəfat etmişlər. Mərhum valideynlərinin birgə nikahından Həsənova Şöhrət İdris qızı, o özü, Həsənova Səidə İdris qızı, cavabdeh2 İdris oğlu, Həsənov Murad İdris oğlu, Həsənova Təranə İdris qızı və cavabdeh3 İdris oğlu adlı uşaqlar doğulmuşlar. X10 vəfat etmişdir. Bütün bacıqardaşları evlidirlər. Ata evindən sonuncu dəfə valideynlərinin sağlığında Təranə adlı bacısı ailə quraraq köçmüşdür. O, təxminən 30 il əvvəl ailə quraraq ata evindən köçmüşdür. O və bacıqardaşları mərhum valideynlərinin dəfn və yas məclislərində iştirak etmişlər. Anası vəfat edəndə mübahisəli evdə qardaşları Emin və Əlinin ailəsi yaşayırdı. Anası vəfat etdikdən sonra bacısı Səidənin əriə Hafiz Kərimov yaşadıqları evi satdığı üçün Səidə, əri Hafiz və uşaqları Orxan və Kənan mübahisəli mənzilə köçüb təxminən 1 ilə yaxın orada yaşadılar. Həmin vaxt qeyd olunan ata evində qardaşları ailələri ilə birlikdə yaşayırdı. Daha sonra Səidə, əri Hafiz və oğlu Orxan Bakı şəhərinə köçdülər. Lakin bacısının Kənan adlı oğlu Lənkəran rayonunda orta məktəbdə təhsil aldığı üçün 4 ilə yaxın həmin evdə dayıları ilə birlikdə yaşadı. Həmin evin təsərrüfatını Emin və onun ailəsi idarə edib kommunal xərcləri ödəmişlər. Məhkəmə iclasında iddiaçı İddiaçı İdris qızının nümayəndəsi və vəkili nümayəndə2 vəsatətinə əsasən şahid qismində dindirilmiş Məmmədov İlqar İsa oğlu ifadəsində göstərdi ki, mərhum İdris Həsənov onun dostu olmuş, mərhumla ailəvi yaxın olmuşlar. İdris Həsənov və onun arvadı vəfat etdikdən sonra da onların yaşadığı evə gedib-gəlmişdir. Belə ki, İdris Həsənovun oğlu Emin ailəsi ilə birlikdə atasına məxsus evdə yaşamış və evin zirzəmi hissəsində avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmuş, o da arabir Emindən müəyyən hissələri almaq üçün onlara getmişdir. İdris Həsənovun kürəkəni Hafiz, onun arvadı Səidə və onların uşaqlarının mərhum İdris Həsənov vəfat etdikdən sonra onun evində təqribən 7-8 ay müddətində yaşamaqlarının şahidi olmuşdur. Sonra Hafizin böyük oğlu Bakıda universitetə daxil olduğü üçün onlar da Bakıda ev kirayə tutub onunla getmişlər. Amma Səidənin kiçik oğlu dayısgillə birlikdə mərhum İdris Həsənovun evində yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Nicat Ağabəyov), iddiaçı İddiaçı İdris qızının və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızının iddiaları təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı İdris qızının nümayəndəsi-vəkili nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İddiaçı İdris qızının nümayəndəsi nümayəndə1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini iddiaçı İddiaçı İdris qızının apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar. 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (hüquq münasibəti yaranan zaman qüvvədə olan) 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Lənkəran ŞİHB-nin Lənkəran şəhər * nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 12-**/*** №-li arayışdan görünür ki, ##.##.2013-cü il tarixdə vəfat etmiş Həsənov İdris Hüseynəli oğlunun məlum olan vərəsələri arvadı X33 (vəfat edib), uşaqları – Həsənov Şöhrət İdris qızı, Həsənova Şərafət İdris qızı, Kərimova(Həsənova) Səidə İdris qızı, cavabdeh2 İdris oğlu, Həsənov Murad İdris oğlu(vəfat edib), Həsənova Təranə İdris qızı və Həsənov Emin İdris oğludur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məlumatdan görünür ki, Lənkəran şəhəri 21-ci məhəllə ünvanında 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 523.5 kv.m olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə fərdi yaşayış evinin ½ hissəsi, 0.04 ha torpaq sahəsi tam olmaqla cavabdeh3 İdris oğlunun və həmin fərdi yaşayış evinin yerdə qalan ½ hissəsi cavabdeh2 İdris oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia verilməsi üçün iddiaçı nümayəndəsi vasitəsilə 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulması üçün məhkəmə ərizə verilməsinə görə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən ##.##.2026-cı il tarixdə təqdim edilmiş ##.##.2013-cü il tarixdə vəfat etmiş Həsənov İdris Hüseynəli oğlunun barəsində vərəsəlik işi üzrə müvafiq sənədlərdən müəyyən edilir ki, ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2013-cü il tarixdə vəfat etmiş Həsənov İdris Hüseynəli oğlunun vərəsəsi cavabdeh3 İdris oğlu miras əmlakdan 1/1 hissə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixdə Həsənov İdris Hüseynəli oğluna verilmiş 802013071765-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Lənkəran şəhəri, 21-ci məhəllə, 12C ünvanında yerləşən ümumi sahəsi 523.5 kv.m olan fərdi yaşayış evindən və 0.04 ha torpaq sahəsindən ibarətdir. ƏMDK-nın yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixdə Həsənov İdris Hüseynəli oğlunun adına verilmiş 802013071765- ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran şəhəri, 21-ci məhəllə, 12C ünvanında yerləşən ümumi sahəsi 523.5 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsi üzərində Həsənov İdris Hüseynəli oğlunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, Həsənov İdris Hüseynəli oğlu ##.##.2013-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında arayışdan görünür ki, X33 ##.##.2015-ci il tarixdə vəfat etmişdir. Lənkəran ŞİHB-nin Lənkəran şəhər * nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli arayışdan görünür ki, ##.##.2013-cü il tarixdə vəfat etmiş Həsənov İdris Hüseynəli oğlunun məlum olan vərəsələri - arvadı X33 (vəfat edib), uşaqları – Həsənov Şöhrət İdris qızı, Həsənova Şərafət İdris qızı, cavabdeh2 İdris oğlu, Həsənov Murad İdris oğlu(vəfat edib) və cavabdeh3 İdris oğludur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızı, Əzizova Şərafət İdris qızı, cavabdeh2 İdris oğlunun (etibarnamə üzrə nümayəndəsi X27 vasitəsilə) notariat ofisinə ünvanladıqları ərizələrin məzmunundan görünür ki, onlar mərhum atalarından qalmış onlara çatası miras əmlak payından ayrı-ayrılıqda imtina etmişlər. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən Lənkəran Regional “ASAN Xidmət” X28 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məlumatlardan görünür ki, Həsənov İdris Hüseynəli oğlu isə X37 nikahı ##.##.1969- cu il tarixdə ** №-li evlənmə aktı qeydinə əsasən Lənkəran rayonu Avrora qəsəbə sovetində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənov soyadı verilmişdir. Onların birgə nikahından ##.##.1970-ci il tarixdə Həsənova Şöhrət İdris qızı, ##.##.1972-ci il tarixdə Həsənova Şərafət İdris qızı, ##.##.1973-cü il tarixdə Həsənova Səidə İdris qızı, ##.##.1975-ci il tarixdə cavabdeh2 İdris oğlu, ##.##.1976-cı il tarixdə Həsənov Murad İdris oğlu, ##.##.1978-ci il tarixdə Həsənova Təranə İdris qızı və ##.##.1979-cu il tarixdə cavabdeh3 İdris oğlu adlı uşaqları doğulmuşdur. Həsənov Murad İdris oğlu ##.##.2001-ci il tarixdə X15 ilə nikaha daxil olmuş, ##.##.2008-ci il tarixdə nikahı pozulmuşdur. Həsənov Murad İdris oğlu ##.##.2018-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktından vəfat etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş hallarından görünür ki, ƏMDK-nın yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixdə Həsənov İdris Hüseynəli oğlunun adına verilmiş 802013071765- ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran şəhəri, 21-ci məhəllə, 12C ünvanında yerləşən ümumi sahəsi 523.5 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsi üzərində Həsənov İdris Hüseynəli oğlunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sonra həmin torpaq sahəsi və fərdi yaşayış evi mərhum Həsənov İdris Hüseynəli oğlundan miras qalmış əmlak kimi tanınmış və mərhumun oğlu cavabdeh3 İdris oğlunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması barədə Notariat Ofisinə ##.##.2019-cu il tarixdə etdiyi müraciəti əsasında, vərəsəlik işi açılmışdır. Vərəsə kimi cavabdeh3 İdris oğlu miras qalmış torpaq sahəsində və torpağın üzərindəki fərdi yaşayış evində yaşayıb, evi və torpağı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə miras əmlakı qəbul etmiş, həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Göstərilən hallar iddiaçının nümayəndəsinin vəsatəti ilə dindirilmiş şahid ifadələrində də öz əksini tapmışdır. Mərhumun övladları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İdris qızı, Əzizova Şərafət İdris qızı, cavabdeh2 İdris oğlunun (etibarnamə üzrə nümayəndəsi X27 vasitəsilə) notariat ofisinə ünvanladıqları ərizələrində mərhum atalarından qalmış onlara çatası miras əmlak payından ayrı-ayrılıqda imtina etmişlər. Hazırda iddiaçı İddiaçı İdris qızı cavabdehlər cavabdeh3 İdris oğlu, cavabdeh2 İdris oğlu və cavabdeh1 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh3 İdris oğlunun adına verilmiş ## #### 2019-cu il tarixli 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasının əsası da ondan ibarətdir ki, ##.##.2013-cu il tarixdə atası Həsənov İdris Hüseynəli oğlu vəfat etmişdir. O, vəfat etdikdən sonra o, yaşayış mənzilini satıb bir müddət həmin fərdi yaşayış evindən özü və ailəsi ilə birlikdə istifadə etmişdir. X11 da ##.##.2015-ci tarixində vəfat etmişdir. Lakin sonradan onun qardaşı olan iş üzrə cavabdeh cavabdeh3 İdris oğlu onun xəbəri olmadan icra nümayəndəliyində mərhum atası Həsənov İdris Hüseynəli oğluna vərəsələri barədə arayış alarkən İddiaçı və bacısı Həsənova Təranə İdris qızının mərhum atasının və anasının vərəsəsi ola-ola və o, vəfat etdiyi üçün vərəsəsi olan Həsənova Səidə İdris qızına və bacısı Həsənova Təranə İdris qızına çatmalı olduğu halda həmin vərəsəlik arayışında Həsənova (Kərimova) Səidə İdris qızının və Həsənova (Hüseynova) Təranə İdris qızının adları qeyd edilməmiş və həmin arayışı cavabdeh1 təqdim edərək vərəsə kimi təkcə X32, Həsənova Şöhrət İdris qızı, Həsənova Şərafət İdris qızı, Həsənov Murad İdris oğlu, cavabdeh3 İdris oğlu və cavabdeh2 İdris oğlunun adını qeyd etdirməklə mərhum atasının varislərindən aldığı onlara çatan əmlakdan imtinası barədə ərizələr almaqla tək varisi kimi miras qalmış əmlaka dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır Kollegiya əvvəla qeyd edir ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi miras qoyan- iddiaçının atası olmuş mərhum Həsənov İdris Hüseynəli oğlunun 2013-cü il tarixdə ölməsindən sonra həmin şəxsin vəfatından sonrakı 6 ay ərzində iddiaçı İddiaçı İdris qızı tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün hər hansı bir tədbir görülməmişdir. İkincisi iddiaçı İddiaçı İdris qızı tərəfindən mirasın qəbul üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı İdris qızı mirası qəbul etmə hüququnu itirmişdir. Üçüncüsü iddiaçı İddiaçı İdris qızına miras əmlakı qəbul etmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Belə ki, iddiaçı İddiaçı İdris qızı atasının vəfat etməsindən xəbərdar olmuşdur. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq iddiaçı İddiaçı İdris qızı tərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. İddiaçı İddiaçı İdris qızı miras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə ifadələrini bildirməmişlər. Göründüyü kimi iddiaçı İddiaçı İdris qızı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. İddiaçı atasının vəfatından sonra miras əmlakı faktiki qəbul etdiyini sübut edə bilməmiş, beləliklə mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün, mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı İdris qızı tərəfindən miras əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Yəni mirasın qəbul edilməsinin qeyri-formal üsulla olur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, yəni iddiaçı İddiaçı İdris qızına miras açıldıqdan xeyli müddət əvvəl və miras açılan zaman miras əmlakda yaşamaması, onun həmin əmlakı qeyri-formal üsulla da qəbul etməməsini göstərir və belə olan halda məhkəmə hesab edir ki, iddiaçı İddiaçı İdris qızı tərəfindən miras əmlak heç faktiki olaraq da qəbul edilməmişdir. Kollegiya iddiaçı İddiaçı İdris qızının mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd edir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Göründüyü kimi miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış fərdi yaşayış evində miras qoyanın birinci növbəli vərəsələrindən məhz qardaşı-cavabdeh cavabdeh3 İdris oğlu miras əmlakı qəbul etmişdir. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmiş, həmçinin miras əmlak olan evdə də yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2020-ci il tarixli Qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi hazırki mübahisə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi əsassız olduğundan təmin edilməlidir.” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollgiya işdə olan sübutların məzmununun hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olduğu qənaətinə gəlir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı İddiaçı İdris qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar