Məhkəmə qərarları › İş №2(3-9)-771/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-771/2026

23.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-771/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, İddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə hakim X3 öz-özünə etdiyi etiraza yazılı icraat qaydasında bаxаrаq, məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İbrahimzadə Feyruz Saleh oğlu cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh İB-nə qarşı hesablanmış 3672 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında Masallı Rayon Məhkəməsinin hakimi X4 icraatına verilmişdir. Masallı Rayon Məhkəməsinin hakimi X4 özü-özünə etiraz etmiş və Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə məhkəmənin hakimi X4 özüözünə etirazının təmin edilməsi, İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında məhkəmənin digər hakimi tərəfindən baxılması qərara alınmışdır. Mülki iş Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında Masallı Rayon Məhkəməsinin hakimi X5 icraatına verilmişdir. Masallı Rayon Məhkəməsinin hakimi X5 özü-özünə etiraz etmiş və Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə məhkəmənin hakimi X5 özüözünə etirazının təmin edilməsi, İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında məhkəmənin digər hakimi tərəfindən baxılması qərara alınmışdır. Mülki iş Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında Masallı Rayon Məhkəməsinin hakimi X1 icraatına verilmişdir. Masallı Rayon Məhkəməsinin hakimi X1 özü-özünə etiraz etmiş və Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə məhkəmənin hakimi Qasımlı Fidan oğlunun özü-özünə etirazının təmin edilməsi, İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında məhkəmənin digər hakimi tərəfindən baxılması qərara alınmışdır. Mülki iş Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında Masallı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim X3 icraatına verilmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin hakimlərinin və mülki işə tərəfimdən baxılmasına özüm-özünə etiraz etmiş, mülki işin baxılması üçün başqa rayon məhkəməsinə verilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Belə ki, hakim öz-özünə etirazını onunla əsaslandırmışdır ki, işə baxan hakim olaraq o və iş üzrə iddiaçı İbrahimzadə Feyruz Saleh oğlu ilə eyni məhkəmədə fəaliyyət göstərirlər və işlə bağlı mütəmadi ünsiyyətdə olurlar. Məhkəmənin digər əməkdaşları kimi aralarında işgüzar münasibət mövcuddur. Belə vəziyyətdə iddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun iddiaçı qismində olduğu işə onun sədrliyi ilə baxılması, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq proses iştirakçılarının (xüsusən də cavabdeh tərəfin) ədalətli məhkəmə araşdırmasına olan inamını sarsıda bilər. İş üzrə çıxarılacaq yekun məhkəmə qərarının obyektivliyinə, bununla da bilavasitə hakimin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul edəcəyinə proses iştirakçıları tərəfindən yarana biləcək şübhələrin olmaması üçün hesab edir ki, hazırkı iddiaya onun sədrliyi ilə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq, düzgün deyildir. Ona görə də hazırkı iş üzrə özü-özünə etiraz edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı İbrahimzadə Feyruz Saleh oğlu hal-hazırda Masallı Rayon Məhkəməsində işləyir. Bu hal birbaşa olaraq hakimlərin qərəzli olmasını özündə ehtiva etməsə də, işə baxan məhkəmənin obyektivliyi və qərəzsizliyi ilə bağlı tərəflərdə, xüsusilə cavabdeh tərəfdə əsaslı şübhə yarada bilər. Məhkəmə hakimiyyətinə ictimai etimadın qorunması və ədalət mühakiməsinin yalnız həyata keçirilməsi deyil, eyni zamanda həyata keçirildiyinin görünməsi prinsipi baxımından belə hallarda işə həmin məhkəmədə baxılması məqsədəuyğun hesab edilə bilməz. Bu səbəbdən hakimlərin özözünə etiraz etməsi və işin başqa məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi insanların pozulmuş hüquq və azadlıqlarının məhkəmə təminatını təsbit edir. “İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə məhkəmələrin müstəqilliyi və qərəzsizliyi insanların ədalətli məhkəmə araşdırması hüququnda ehtiva olunan əsas elementlərdən biridir. Müstəqillik və qərəzsizlik hər bir hakimin milli qanuna əsaslanan haqqını və öhdəliyini, onun daxili ucalığını və bitərəfliyini, öz şəxsiyyətinə və tərəflərin qanun qarşısında bərabərlik hüququna hörmət hissini, təhdidlərə və fidyələrə qarşı dəyanətini ifadə edən anlayışlar olmaqla yanaşı hakimin zahiri müstəqilliyini və qərəzsizliyini əks etdirən mühüm dəyərlərdir. Müəyyən hallarda hakimin prosesin gedişindəki zahiri davranışı belə, məhkəmənin qərəzsizliyini şübhə altına alan hal kimi Avropa Məhkəməsinin araşdırma predmeti və istinad nöqtəsi olur. Hakimin bir tərəfin müraciətlərinə təbəssümlə yanaşması, digər tərəflə fərqli rəftar, bir tərəflə mülayim davranıb, digər tərəfə aqressivlik göstərməsi belə Avropa dəyərləri baxımından hakimin qərəzsizliyini şübhə altında qoyan ciddi faktlar sayılır. “Kraska İsveçrəyə qarşı” işdə (## ##### 1993-cü il) Avropa Məhkəməsi 6-cı maddənin 1-ci bəndinin pozulması barədə nəticəyə gəlməyə çox yaxın idi. Həmin işdə hakimlərdən biri prosesin gedişində öz davranışı ilə tərəflərdən birinə əks mövqedə dayandığını açıq-aydın büruzə verirdi. Yalnız işə 5 nəfər hakimdən ibarət tərkibdə baxılması və bu zaman digər 4 hakimin tərəfsizliyi bu işdə İsveçrə məhkəməsini qərəzli hesab edilməkdən qurtardı. Məhkəmənin müstəqilliyi və qərəzsizliyi çox həssas məsələdir və hətta hakimin gündəlik iş şəraitinin necə təşkil və təmin olunmasından da asılı ola bilər. Bəzən sadəcə zahiri əlamətlərə görə bu dəyərlər şübhə altına alına bilər. Avropa Məhkəməsinin “müstəqil və qərəzsiz məhkəmə” anlayışının həmin aspektləri haqqında təsəvvürləri “Lanqborqer İsveçə qarşı” işdə (## #### 1989-cu il) öz ifadəsini tapmışdır. Həmin işdə məhkəmə qeyd etmişdir ki, “hətta konkret şəxslərin müvafiq işə baxmaq üçün kifayət qədər ixtisası olduqda və onların düzgünlüyünə şübhə etmək üçün heç bir subyektiv əsas olmadıqda belə, vacibdir ki, obyektivlik, qərəzsizlik və müstəqillik zahiri cəhətdən də qorunub saxlanılsın”. Beləliklə, məhkəmə tərkibi göstərilənləri cavabdehin ədalətli məhkəmə araşdırmasına olan inamının sarsılması halının və iş üzrə mahiyyəti üzrə qərar qəbul edilməmişdən öncədən bu pozuntunun qarşısını almaq istəyir. İş üzrə çıxarılacaq yekun nəticədə hakimin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul etmələrinə və ya qəbul edilə biləcək məhkəmə aktına cavabdehdə şübhə yaradacağından hazırkı etiraz təmin edilməli, iş işdə iştirak edən şəxslərin iştirakının asanlaşdırılması baxımından coğrafi cəhətdən yaxın olan (hakimin iş yükü də nəzərə alınmaqla) digər rayon (şəhər) məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özüözünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2005-ci il tarixli * nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. MPM-in 22.5 və 22.6-cı maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. MPM-in 23.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə tərkibi mülki işin tam, hərtərəfli araşdırılması, tərəflərin mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hesab edir ki, tərəflərin gələcəkdə qəbul olunacaq qətnamənin qanuniliyi və əsaslılığına şübhə yaranmaması üçün iddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə hakim X3 öz-özünə etdiyi etiraz təmin olunmalı, mülki iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə - Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərkibi qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə hakim X3 öz-özünə etdiyi etiraz təmin edilsin. İddiaçı İbrahimzadə Feyruz Saleh oğlunun cavabdeh Cavabdeh İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar