Məhkəmə qərarları › İş №2(3-9)-832/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-832/2026

23.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 2(3-9)-832/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr İlham Qoşunәli oğlu Əsәdov (sәdrlik edәn vә mәruzәçi), Cahid Fehruz oğlu İmanov vә X12 ibarәt tәrkibdә, iddiaçılar iddiaçı5 vә başqalarının cavabdehlәr cavabdeh9 vә başqalarına qarşı hüquq müәyyәnedici sәnәdin vә onun nәticәlәrinin lәğvi vә daşınmaz әmlakda payın müәyyәn edilmәsi tәlәbinә dair iddiası üzrә Lәnkәran Rayon Mәhkәmәsinin ## ### 2026-ci il tarixli qәrardadından iddiaçı, eyni zamanda da digәr iddiçılar iddiaçı4 Rasim qızının vә iddiaçı2 nümayәndәsi iddiaçı5 tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 vә X6 cavabdehlәr cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5 Hacıağa oğlu, cavabdeh4, X3, cavabdeh2 vә cavabdeh1 qarşı hüquq müәyyәnedici sәnәdin vә onun nәticәlәrinin lәğvi vә daşınmaz әmlakda payların müәyyәn edilmәsi tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Lәnkәran Rayon Mәhkәmәsinin (hakim M. Qasımov) ## ### 2026-cı il tarixli qәrardadı ilә eyni tәrәflәr arasında, eyni mübahisәyә dair qüvvәyә minmiş mәhkәmә aktı olduğundan, Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmişdir. Qәrardaddan iddiaçı, eyni zamanda da digәr iddiçılar iddiaçı4 Rasim qızının vә iddiaçı2 nümayәndәsi iddiaçı5 şikayәt vermiş, şikayәtindә qәrardadın lәğv edilmәsini, işә mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. İddiaçılar şikayәtini onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normaları pozulmuşdur. Şikayәtdә qeyd edilir ki, mәhkәmә iddia tәlәbinә xitam verilmәsi üçün әsas kimi qanuni qüvvәsini almış Şirvan Apellyasiya Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qәtnamәsinә istinad etmәkdә sәhvә yol vermişdir. Belә ki, Lәnkәran Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli ##.##.2016-cı il tarixli qәtnamәsi ilә hazırki iş üzrә cavabdehlәr cavabdeh9 vә başqalarının hazırda mübahisәlәndirdiklәri hüquq müәyyәnedici sәnәdlәrin etibarsız hesab edilmәsinә dair iddiaları tәmin edilmiş, işә apellyasiya qaydasında baxıldıqdan sonra Şirvan Apellyasiya Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qәtnamәsi ilә hәmin qәtnamә lәğv edilmiş, Ali Mәhkәmәnin qәrarı ilә Şirvan Apellyasiya Mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır. Şikayәtә görә, hazırkı işdә eyni tәrәflәr arasında, eyni predmet barәdә vә eyni әsaslarla iddia olduğu barәdә mәhkәmәnin gәldiyi nәticә sәhvdir, belә ki, indiki iddia ilә әvvәlki iş üzrә iddianın predmeti, iş üzrә tәrәflәr eyni deyil. Şikayәtdә göstәrilir ki, cavabdeh9 vә qeyrilәri o zaman mübahisәlәndirdiklәri hüquqmüәyyәnedici sәnәdlәrin etibarsız hesab edilmәsinә dair iddia vermişlәrsә, onlardan fәrli olaraq hazırda hәmin hüquqmüәyyәnedici sәnәdlәrin etibarsızlığı deyil, lәğvi xahiş edilmişdir. Hazırki tәlәblәrinin әsası ilә qanuni qüvvәyә minmiş qәtnamәnin çıxarılması üçün әsas olmuş iddia tәlәbinin әsası fәrqli olmuşdur. Qanuni qüvvәyә minmiş qәtnamә üzrә tәrәflәrlәr ilә hazırki iddia üzrә tәrәflәrin bir qismi eyni olsa da, hazırki iddia onun subyektiv tәrkibi ilә fәrqlәnir vә hazırki prosesә әvvәlki iş üzrә proseslәrdәn fәrqli olaraq cavabdeh qismindә daha 5 nәfәrcavabdeh6, cavabdeh4, X3, cavabdeh2 vә cavabdeh1 cәlb edilmiş, әvvәlki tәlәblәrdәn başqa 2 yeni tәlәb- Lәnkәran regional ’’ASAN xidmәt" mәrkәzindә notariat ofisi tәrәfindәn reyestrdә 9U 1- 13 nömrә ilә qeyd edilmiş ##.##.2005-ci il tarixli “Qanun üzrә vәrәsәlik hüququ haqqında şәhadәtnamәnin lәğv edilmәsi vә Lәnkәran şәhәri, X1 küçәsi, ev 33 ünvanında yerlәşәn fәrdi yaşayış evinә vә fәrdi yaşayış evinin yerlәşdiyi 0.08183 ha torpaq sahәsinә iddiaçı4, X7, iddiaçı3, iddiaçı2 vә X6 mülkiyyәt hüquqlarının tanınması vә payların müәyyәn edilmәsi barәdә qәtnamә qәbul edilmәsi irәli sürülmüşdür. Şikayәtә baxılmış, Lәnkәran Rayon Mәhkәmәsinin ## ### 2026-ci il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş, işlә birlikdә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasında işә Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin (Azәrbaycan Respublikasının MPM-nin vә ya MPM-in) 397.2-ci maddәsinә әsasәn yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә dinlәnilmәk üçün tәrәflәr çağırılmadan apellyasiya qaydasında baxılacağı barәdә tәrәflәrә müvafiq bildiriş göndәrilmiş, 10 gün müddәtindә şikayәtә qarşı әsaslandırılmış yazılı etiraz vә vәsatәtin Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasına göndәrmәk hüququnun olduğu qarşı tәrәfә bildirilmişdir. Müәyyәn edilmiş müddәt әrzindә şikayәtә qarşı yazılı etiraz vә ya vәsatәt daxil olmamışdır. Mәhkәmә Kollegiyası, mәruzәçini dinlәyib, şikayәtin dәlillәrini vә iş üzrә materialları araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, qәrardad lәğv edilmәlidir. Azәrbaycan Respublikasının MPM-nin 372.7-ci maddәsinin tәlәbinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara әsasәn şikayәt tәmin edilmәlidir. MPM-in 4.1-ci maddәsinә әsasәn bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. MPM-in 4.2-ci maddәsinә әsasәn mәhkәmәyә müraciәt etmәk hüququndan imtina edilmәsi etibarsızdır. İşin hallarından görünür ki, iddiaçılar iddiaçı5 vә başqaları, cavabdehlәr cavabdeh9 vә başqalarına hüquq müәyyәnedici sәnәdin vә onun nәticәlәrinin lәğvi vә daşınmaz әmlakda payların müәyyәn edilmәsinә dair iddia ilә müraciәt etmişlәr. Mәhkәmә iş üzrә icraata xitam verәrkәn Azәrbaycan Respublikasının MPM-nin 261.0.2ci maddәsinә әsaslanmışdır. Azәrbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddәsinә әsasәn, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa iş üzrә icraata xitam verilir. Birinci instansiya mәhkәmәsi iş üzrә icraata xitam verәrkәn tәrәflәr arasında әvvәllәr mәhkәmә mübahisәsinin vә mәhkәmә aktının mövcudluğuna әsaslanmışdır. Belә ki, Lәnkәran Rayon Mәhkәmәsinin ##.##.2016-cı il tarixli tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә cavabdeh9, cavabdeh8 vә cavabdeh7 hazırki iş üzrә iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı5, iddiaçı2 vә iddiaçı1, elәcә dә cavabdeh5 Hacıağa oğluna, Əbilova (Dәnziyeva) Sәkinә Hacıağa qızına, Lәnkәran rayon Notariat Kontoruna vә Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında DƏDR xidmәtinin Lәnkәran Ərazi İdarәsinә qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şәhadәtnamәnin vә “Qeydiyyat vəsiqə”lәrinin etibarsız hesab edilmәsi, miras mülkün vәrәsәlәr arasında paylara uyğun olaraq bölünməsi tələbinə dair iddiaları tәmin edilmiş, miras mülk olmaqla Lәnkәran şәhәri, Sabir küçәsi 35-dә yerlәşәn ev ilә әlaqәdar ## ###### 1987-ci il tarixli *** saylı “Qanun üzrә vәrәsәlik hüququ haqqında şәhadәtnamә”, hәmin şәhadәtnamә әsasında Rayonlararası Texniki İnventarlaşdırma İdarәsi tәrәfindәn verilmiş ## ###### 1988-ci il tarixli ** saylı “Qeydiyyat vәsiqә”si, Lәnkәran şәhәri, Sabir küçәsi 33-dә yerlәşәn ev ilә әlaqәdar mәrhum X4 ailә üzvlәrinin adına verilmiş ## #### 2005-ci il tarixli “Qanun üzrә vәrәsәlik hüququ haqqında şәhadәtnamә” vә Lәnkәran şәhәri, Sabir küçәsi 33-dә yerlәşәn bir mәrtәbәli, 2 otaqlı yaşayış evinin ½ hissәsinin X4 vә ½ hissәsinin X2 adına qeydiyyata alınmasına dair ## #### 2005-ci il tarixli 702 vә hәmin mübahisәli mülkün X4 vәrәsәlәri arasında bölünәrәk qeydiyyata alınmasına dair ## #### 2005-ci il tarixli ***-a nömrәli “Qeydiyyat vәsiqә”lәri etibarsız hesab edilmiş, X2 miras qalmış ünvan 2 (hәr iki ünvan bir küm altında olan evә aiddir) yerlәşәn bir mәrtәbәli, iki otaqlı miras evә, vәrәsәlәr cavabdeh5 Hacıağa oğluna 12/48 hissәdә, Əbilova (Dәnziyeva) Sәkinә Hacıağa qızına 12/48 hissәdә, iddiaçı3, iddiaçı5, iddiaçı2 vә iddiaçı1 hәr birinә münasibәtdә 3/48 hissәdә, cavabdeh9, cavabdeh8 vә cavabdeh7 hәr birinә münasibәtdә 4/48 hissәdә paylar müәyyәn olunmaqla vәrәsәlәr arasında bölünmәsi qәt edilmişdir. Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ## #### 2018ci il tarixli qәtnamәsi ilә apellyasiya şikayәti tәmin edilmiş, Lәnkәran Rayon Mәhkәmәsinin ## ######## 2016-cı il tarixli qәtnamәsi lәğv edilmiş, iddiaçılar cavabdeh9, cavabdeh8 vә cavabdeh7 cavabdehlәr iddiaçı4, cavabdeh5 Hacıağa oğluna, X5, iddiaçı3, iddiaçı5, iddiaçı2, iddiaçı1, Lәnkәran rayon Notariat Kontoruna, Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin Lәnkәran Ərazi İdarәsinә qarşı “qanun üzrә vәrәsәlik hüququ haqqında şәhadәtnamәnin vә qeydiyyat vәsiqәlәrinin etibarsız hesab edilmәsi, miras mülkün vәrәsәlәr arasında paylara uyğun olaraq bölünmәsi” tәlәbinә dair iddiası rәdd edilmişdir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2018-ci il tarixli qәrarı ilә Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının *(***)- ***/**** saylı, ## #### 2018-ci il tarixli qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrә icraata xitam verәrkәn birinci instansiya mәhkәmәsi prosessual hüquq normalarını düzgün tәtbiq etmәmişdir. Birinci instansiya mәhkәmәsi qeyd etmişdir ki, eyni tәrәflәr arasında, eyni mübahisәyә dair әvvәllәr işә baxılmışdır, bu barәdә qanuni qüvvәdә olan qәtnamә vardır. Mәhkәmә Kollegiyası birinci instansiya mәhkәmәsinin mövqeyini әsassız sayır. Azәrbaycan Respublikasının mülki prosessual qanunvericilikdә iddianı fәrdilәşdirәn iki elementi qeyd etmәk lazımdır: iddianın predmeti vә onun əsası. Bu elementlәr nәinki iddianı, hәmçinin iş üzrә prosesin özünü konkretlәşdirmәyә, onun hәcmini, xarakterini, mәhkәmәnin fәaliyyәtinin istiqamәtini vә xüsusiyyәtlәrini müәyyәn etmәyә imkan verir. İlk növbәdә qeyd edilmәlidir ki, iddianın predmeti ilә iddianın obyekti fәrqlәndirilmәlidir. İddianın obyekti- iddiaçının әldә etmәyә çalışdığı maddi nemәtdir: pul mәblәği, qeyri-yaşayış sahәsi, sair konkret әmlak. İddianın obyekti iddianın predmetinә daxildir vә müstәqil әhәmiyyәt kәsb etmir. İddia tәlәbinin artırılması vә ya azaldılması mәsәlәsi qaldırıldığı zaman bütövlükdә iddianın predmeti deyil, yalnız maddi obyektin hәcmi dәyişdirilir. (“Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 228.2-ci maddәsinin Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 53, 149.2.3 vә 218-ci maddәlәri ilә әlaqәli şәkildә şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2016-cı il tarixli Qәrarı). Mülki prosesdә iddianın predmeti dedikdә, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinә qanunla qorunan maraqları, o cümlәdәn bütövlükdә hüquq münasibәtlәrini aid etmәk olar. Birinci instansiya mәhkәmәsi әvvәlki iddia ilә hazırkı iddianın predmetinin eyni olduğuna istinad etmişdir. Kollegiya hesab edir ki, әvvәlki iddia ilә hazırki iddianın predmeti fәrqlidir. İşin hallarından görünür ki, әvvәlki qәtnamә ilә miras әmlakda paylar müәyyәn edildikdәn sonra Şirvan Apellyasiya Mәhkәmәsinin qәtnamәsi ilә hәmin qaydada payların müәyyәn edilmәsi düzgün hesab edilmәmişdir. Bununla yanaşı yeni vәrәslik payların müәyyәn edilmәsi dә hәllini tapmamışdır. Eyni zamanda nәzәrә almaq lazımdır ki, davam edәn münasibәtlәrdә yenidәn payların müәyyәn edilmәsi istisna edilmir. Hazırki halda iddiaçı tәrәf yeni әsasla müraciәt etmiş, arxivdә Vitalik Əbilovun adına vәsiyyәtnamәnin aşkar edildiyini bildirmişdir. 2018-ci il tarixli qәtnamә qәbul edilәrkәn bu sәnәd mәhkәmәnin sәrәncamında olmadığından, ona hüquqi qiymәt verilmәmişdir. Kollegiya hesab edir ki, yalnız qüvvәdә olan mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş faktlar hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmir vә yenidәn sübut edilmir. “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 82.3-cü maddәsinin şәrh edilmәsinә dair” ## ###### 2016-cı il tarixli qәrarında Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi hüquqi mövqeyini belә ifadә etmişdir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 82.3-cü maddәsinin mәnasına görә, bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsindә әks olunmuş, araşdırılmış, qiymәtlәndirilmiş, tәlәbin vә (vә ya) etirazların predmetinә aid olan faktların hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmәsi vә yenidәn sübut edilmәsi yolverilmәzdir. Hәmin Qәrarda qeyd edilir ki, yalnız mәhkәmә tәrәfindәn qanunla nәzәrdә tutulmuş qaydada müәyyәn edilmiş, yoxlanılmış vә qiymәtlәndirilmiş faktlar preyudisial әhәmiyyәt daşıyır. Mülki prosessual qanunvericiliyә görә isә mәhkәmә tәrәfindәn faktların, halların müәyyәn edilmәsi, yoxlanılması vә qiymәtlәndirilmәsi yalnız mәhkәmә aktının әsaslandırıcı hissәsindә öz әksini tapmalıdır. Qәtnamәnin әsaslandırıcı hissәsi baxılan işin mahiyyәti üzrә nәticә çıxarılması üçün әsas yaradaraq mühüm әhәmiyyәt daşıyır. Qәtnamәnin әsaslandırıcı hissәsindә işin mәhkәmә tәrәfindәn müәyyәn edilәn halları, işin halları barәdә mәhkәmәnin әsaslandırıldığı sübutlar vә mәhkәmәnin bu vә ya digәr sübutları vә iclasda iştirak edәn şәxslәrin istinad etdiyi qanun vә hüquqi aktları rәdd etmәk üçün gәtirdiyi dәlillәr, habelә mәhkәmәnin qәtnamә çıxararkәn rәhbәr tutduğu qanunlar vә normativ-hüquqi aktlar göstәrilmәlidir (MPM-in 220.4-cü maddәsi). Göstәrilәnlәr onu demәyә әsas verir ki, birinci instansiya mәhkәmәsi mülki prosessual hüquq normalarını pozmuş vә düzgün tәtbiq etmәmişdir. Bu isә Azәrbaycan Respublikasının MPM-nin 385.1-ci maddәsinә әsasәn mәhkәmә aktının lәğvi üçün әsasdır. Belәliklә, Kollegiya hesab edir ki, şikayәt tәmin edilmәli, qәrardad әsassız olduğundan lәğv edilmәli, mülki işә yenidәn baxılması vә sonrakı prosessual hәrәkәtlәrin yerinә-yetirilmәsi üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. MPM-in 402.2-ci maddәsinә әsasәn aşağıdakı qәrardadlardan kassasiya şikayәti verilә bilәr: apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; iş üzrә icraata xitam verilmәsi barәdә; bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında. Qanunun mәnasına görә digәr qәrardadlardan şikayәt verilmir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә kollegiyası qərara aldı: İddiaçı, eyni zamanda da digәr iddiçılar iddiaçı4 Rasim qızının vә iddiaçı2 nümayәndәsi iddiaçı5 şikayәti tәmin edilsin. Lәnkәran Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qәrardadı lәğv edilsin vә iddiaçılar iddiaçı5 vә başqalarının cavabdehlәr cavabdeh9 vә başqalarına qarşı hüquq müәyyәnedici sәnәdin vә onun nәticәlәrinin lәğvi vә daşınmaz әmlakda payın müәyyәn edilmәsi tәlәbinә dair mülki işә yenidәn baxılması vә sonrakı prosessual hәrәkәtlәrin yerinәyetirilmәsi üçün mülki iş Lәnkәran Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir vә ondan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar