Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-833/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Cavabdeh cavabdeh1 iştirakı ilə, Işin halları; Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏMDX DƏDK və RXPHŞ tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Lənkəran şəhəri, X3 24 ünvanda yerləşən 0.0240 ha torpaq sahəsinə və 90 kv.m sahəsi olan fərdi yaşayış evinə payına uyğun konpensasiyanın verilməsi, əgər konpensasiya xerilməzsə onların hərrac yolu ilə satılaraq əldə olunan gəlirin payına uyğun olaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlərdən cavabdeh4 nikahdan əvvəlki soyadı Məmmədova olmuşdur. Iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh5, cavabdeh3 və X5 Elxan Imran oğluna, cavabdeh2 və cavabdeh1 Həsən qızına qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia qaldıraraq ƏMDX DƏDK və RXPHŞ tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı 7/12, cavabdeh5 1/12, cavabdeh3 1/12, X5 1/12, X1 1/12, cavabdeh1 Həsən qızının 1/24 və cavabdeh2 1/24 hissədə paylı mülkiyyətlərində olan ünvan 2 saylı ünvanda, 0.0240 ha torpaq sahəsinin və orada yerləşən 90 kv.m sahəsi olan fərdi yaşayış evinin aralarında faktiki istifadələrinə uyğun olaraq natura qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Onun təmin edilməməsinin əsası isə ekspertin verdiyi rəy olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ## ####### 2024-cü il tarixli, **/**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ##.##.2023 tarixli, 802013134691-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən tərəflərin ümumi mülkiyyətində olmaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin həyətyanı torpaq sahəsində, yəni 0,024 ha torpaq sahəsi və üzərində yerləşən 90 kv.m sahəsi olan fərdi yaşayış evində 7/12 hissədə İddiaçı Mırhəmzə qızının, 1/12 hissədə cavabdeh5, 1/12 hissədə cavabdeh3 və 1/12 hissədə X5 payının naturada ayrılmasının AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində tələblərinə və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Payların naturada bölgüsünün mümkünsüz olduğunu gördükdən sonra yuxarıda qeyd olunmuş “Çıxarış”a əsasən bütün paylı mülkiyyətçilərə pretenziya göndərilərək öz payının onlar tərəfindən almalarını təklif etmişdir. Lakin buna baxmayaraq digər paylı mülkiyyətçilərdən ona heç bir cavab verilməmişdir. Bu səbəbdən də qeyd edilən daşınmaz əmlakın hərrac yoli ilə satılaraq əldə olunan pul vəsaitinin payına uyğun olaraq bölünməsi barədə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı İddiaçı və onun nümayəndəsi Vəkil lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdlər. Məhkəmə iclasına gəlmiş cavabdehlər cavabdeh5 və cavabdeh3 işə mahiyyəti üzrə baxılmasını təkid etdiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclaslarında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mütəxəssisin evə və torpaq sahəsinə qoyduğu qiymətlə razıdır. Məhkəmə iclasında cavabdehlər cavabdeh5 və cavabdeh3 ayrı-ayrılıqda iddianı qəbul edərək iddianın təmin olunmaqla paylı mülkiyyətə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib surətdə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əlavə olaraq ayrı-ayrılıqda bildirmişlər ki, onlar iddiaçının payını almaq istəmirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdehlərə, müstəqil tələb irəli sürməyən 3cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, müstəqil tələb irəli sürən 3-cü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə X4 nümayəndəsi istisna olmaqla, digərləri bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə X4 nümayəndəsi nümayəndə1 məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini göstərib məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürlü sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq islasında cavabdehlər cavabdeh2, X6 və 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ayrı-ayrılıqda iddianı qəbul etməyib paylı mülkiyyətdə olan evin hərracdan satılmasına etiraz etdiklərini, evin qiymətləndirləsi ilə bağlı mütəxəssis rəyi ilə razı olmadıqlarını, alternativ qiymətləndiricinin rəyinin onlarda olmadığını bildirmişlər. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 əlavə olaraq bildirmişdir ki, hazırda ailəsi ilə həmin evdə yaşayır və evin satılması nəticəsində küçəyə atılacaqlar. Onların digər payçıların paylarını almağa maddi imkanları yoxdur. Məhkəmə hazırlıq islasında 3-cü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə X4 nümayəndəsi nümayəndə1 paylı mülkiyyətə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib surətdə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir a) Birinci instansiya məhkəməsində icraat; Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi hərracdan satılması, onların satışdan əldə olunmuş pul vəsaitinin 7/12 hissəsi İddiaçı, 1/12 hissəsi cavabdeh5, 1/12 hissəsi cavabdeh3, 1/12 hissəsi cavabdeh4, 1/12 hissəsi, payları bərabər bölünməklə X1 vərəsələri cavabdeh1 Həsən qızına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X4, 1/24 hissəsi cavabdeh1 Həsən qızına və 1/24 hissəsi cavabdeh2 verilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ilkin satış qiymətinin 222000 (iki yüz iyirmi iki min) manat məbləğində qiymətləndirilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Odur ki, kollegiyadan Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh cavabdeh1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxslər iclasda iştirak etməmiş, həmçinin iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında reyestr nömrəsi 802013134691-***** olan, ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,024 ha torpaq sahəsi və ev mülkiyyət hüququ əsasında İddiaçı 7/12 hissədə, cavabdeh5 - 1/12 hissədə, cavabdeh3 - 1/12 hissədə, X5 - 1/12 hissədə, X1 - 1/12 hissədə, cavabdeh1 Həsən qızının -1/24 hissədə və cavabdeh2 - 1/24 hissədə adlarına dövlət qeydiyyatına alınmışdır. Iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ##.##.2023 tarixli, 802013134691-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən tərəflərin ümumi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsini mülkiyyətçilərin paylarına uyğun olaraq texniki cəhətdən natirada bölgüsü mümkün olmadığı üçün iddia təmin edilməmişdir. Iş materiallarında olan Lənkəran Rayon Qeydiyyat Şöbəsinin ##.##.2024-cü il tarixli arayışından və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, payçılardan olan X1 ##.##.2024-cü il tarixdə ölmüşdür. Iş materiallarında olan nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, mərhum X1 cavabdeh X7 ilə ##.##.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş və sonuncu “Şahmarova” soyadını qəbul etmişdir. Iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 3- cü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X4 ataları mərhum X1r. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evin və həmin evin həyətyanı torpaq sahəsinin bazar dəyəri 222000, likvid dəyəri isə 211000 manat təşkil eləyir.350 manat mütəxəssis xərci “xxxx” MMC-nin bank hesabına ödənilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Işin müəyyən edilmiş hallarından görünür ki, reyestr nömrəsi 802013134691-***** olan, ##.##.2023-cü il tarixdə qeydiyyata alınmış “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,024 ha torpaq sahəsi və ev mülkiyyət hüququ əsasında İddiaçı 7/12 hissədə, cavabdeh5 - 1/12 hissədə, cavabdeh3 - 1/12 hissədə, X5 - 1/12 hissədə, X1 - 1/12 hissədə, cavabdeh1 Həsən qızının -1/24 hissədə və cavabdeh2 - 1/24 hissədə adlarına dövlət qeydiyyatına alınmışdır. Iddiaçılar İddiaçı, cavabdeh5, cavabdeh3 və X5 cavabdehlər X1, cavabdeh2 və cavabdeh1 Həsən qızına qarşı paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia qaldırmış, Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə fərdi yaşayış evinin və həmin evin həyətyanı torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun olaraq texniki cəhətdən naturada bölgüsü mümkün olmadığı üçün iddia təmin edilməmişdir. Göründüyü kimi tərəflərin paylı mülkiyyətlərində olan evlə torpaq sahəsinin naturada bölünməsi qeyri-mümkündür. Iddiaçının özünə məxsus payın cavabdehlər və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər tərəfindən satın almaları ilə bağlı onlara verdiyi təklifi, sonuncular cavablandırmamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə “...Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). ... Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. ... Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ... Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. ... Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda”. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli evlə torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığı və iddiaçının ona məxsus payın cavabdehlər və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər tərəfindən satın alınması tələbinə onların razılıqları olmadığı üçün iddiaçının evlə torpaq sahəsinin hərracda satılması və əldə olunmuş pulun paylara mütənasib bölünməsi tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 220.6-cı maddəsinin tələbinə görə “Bu Məcəllənin 220.3 – 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında həmçinin aşağıdakı hüquqi mövqe açıqlanır: “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3 – 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. ... Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz”. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin “mübahisəli evlə torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığı və iddiaçının ona məxsus payın cavabdeh və 3-cü şəxslər tərəfindən satın alınması tələbinə sonuncuların razılıqları olmadığı üçün iddiaçının evlə torpaq sahəsinin hərracda satılması və əldə olunmuş pulun payına mütənasib bölünməsi tələbi təmin edilməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-833/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-833/2026
14.09.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver