Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-905/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus olmuş “MAZDA CX9” markalı ** MD *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri olaraq 18000 manat, İddiaçı tərəfindən Cavabdeh Asəf oğluna nağd olaraq verilmiş 2000 ABŞ dolları və ödənilmiş 177 manat dövlət rüsumu Cavabdeh Asəf oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmış və Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi qəbul edilmişdir. “Elektron məhkəmə” informasiya sistemi üzərindən Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qiyabi qətnaməsi ## ###### 2025-ci il tarixdə Cavabdeh Asəf oğlunun elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh Asəf oğlu Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə bağlı ərizə verərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı ərizənin verilmə müddətini ötürüldüyündən ərizənin qəbulundan imtina edilmiş, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eləcə də ona apellyasiya şikayəti vermək hüququnun olması izah edilmişdir. Cavabdeh ## ###### 2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən ünvanda yaşamır. Faktiki yaşayış yeri ünvan 1 icra nümayəndəliyinin arayışı ilə təsdiq olunur. Bu səbəbdən məhkəmə bildirişlərinin ona çatdırılmaması obyektiv səbəbdən baş vermiş və məhkəmə bunu araşdırmadan qiyabi baxış keçirmişdir. İcraçının ona göndərdiyi sənəd əsasında məlumatı olmuşdur. Elektron məhkəmə kabinetinə yalnız zərurət yarandıqda daxil olur. İşin mövcudluğunu və son vəziyyətini isə yalnız icraçıdan daxil olmuş məktub vasitəsilə öyrənmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizənin (vəsatətin) təmin edilməməsi, Cavabdeh vəsatətinə əsasən Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina edilməsi, şikayət və ona əlavə edilmiş sənədlərin, habelə şikayətin verilməsi üçün ödənilmiş (qəbz nömrəsi 1959322287) 77,40 manat məbləğdə dövlət rüsumunun Cavabdeh geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, şikayətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz, çünki cavabdeh konkret hal göstərməyərək, yalnız subyektiv mülahizələr təqdim etmişdir. Həmin subyektiv mülahizələr və formal əsaslarla məhkəmə ötürülmüş müddəti üzrlü hesab edə bilməz. Çünki, cavabdeh nə ötürülmüş prosessual müddətin bərpası barədə ərizədə, nə də şikayətdə qeyd etdikləri halları təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. O ki, qaldı cavabdehin yaşayış yeri ilə bağlı apellyasiya şikayətində göstərdiklərinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Digər tərəfdən Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixdə elektron kabinet açmış, məhz hazırkı apellyasiya şikayətini, eləcə də qeyd edilən mülki işlə bağlı ##.##.2025-ci il tarixdə işlə bağlı etirazını Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Cavabdehin elektron şəxsi kabinetinə vaxtında baxmaması müddətin ötürülməsi üzürlü səbəb hesab edilə bilməz. Əgər məhkəmə gedişində cavabdeh faktiki ünvanını dəyişdirmişdirsə, məhkəməyə MPM-in 146-cı maddəsinə əsasən rəsmi qaydada məlumat verməli idi. Məhkəmə tərəfindən MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq dəfələrlə yerli özünüidarə orqanı olan Lənkəran ŞİHB * saylı İcra Nümayəndəliyinə məktub göndərilmiş və cavabdehin ünvanda olmaması barədə yerli özünüidarə orqanı tərəfindən məktub məhkəməyə təqdim olunmuş, eləcə də elektron kabinet yaradıldıqdan sonra sənədlərin həmin kabinetə yerləşdirilməsi təmin edilmişdir. Məhkəmə işə baxılan zaman məsələnin mürəkkəbliyini nəzərə alıb, mülki işə qiyabi icraat qaydasında baxaraq, qiyabi qətnamə qəbul etmişdir və prosessual hərəkətlərin gedişində cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə, habelə məhkəmə aktları barədə məlumat verilməsindən ötrü bütün mümkün hərəkətləri etmişdir. Buna görə də, hazırkı iş üzrə MPM-in ümumi müddəaları tətbiq edilməli, yəni sənədin çatdırılma tarixinin sənədin gücləndirilmiş elektron imza ilə imzalandığı vaxtdan – kabinetə yerləşdirildiyi vaxtdan hesab olunmalıdır. Cavabdeh Asəf oğlu qərardaddan şikayət verərək onun ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin mövcudluğu və gedişi barədə uzun müddət ərzində lazımi qaydada məlumat verilməmiş, yekun məhkəmə aktı isə yaşayış ünvanına göndərilməmişdir. Bu hal onun müdafiə hüququndan faktiki olaraq istifadə etməsinə mane olmuşdur. Bundan əlavə, məhkəmənin sorğuları əsasında icra nümayəndəliyi tərəfindən onun qeyd olunan ünvanda yaşamadığı barədə dəfələrlə məlumat təqdim olunmasına baxmayaraq, həmin hallar məhkəmə tərəfindən lazımi hüquqi qiymətə alınmamışdır. Məhkəmə tərəfindən bildirişlərin və qətnamənin faktiki yaşayış ünvanına göndərilməməsi prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, tərəfin iş üzrə məlumatlandırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Bu isə öz növbəsində prosessual müddətin ötürülməsinin obyektiv və üzrlü səbəblərlə bağlı olduğunu təsdiq edir. Məhkəmə tərəfindən təqdim olunmuş sübutlar, tərəfindən verilmiş izahatlar və irəli sürülmüş hüquqi arqumentlər hərtərəfli, obyektiv və tam şəkildə qiymətləndirilməmişdir. Elektron kabinetinin mövcud olmasına baxmayaraq, sistem barədə məlumatsız olduğuna görə kabinetdən tam şəkildə istifadə edə bilməmişdir. Eelektron məhkəmə kabinetini dostu açmışdır. Lakin kabinetə necə nəzarət edilməli, sənədlərə hardan baxılmalı olduğu barədə heç bir məlumatı olmamışdır. Bu hal da prosessual müddətin ötürülməsinin üzrlü səbəb kimi qəbul edilməsini zəruri edir. Məhkəmə qərardadında prosessual müddətin ötürülməsinin guya onun təqsirindən irəli gəldiyi göstərilsə də, bu nəticə işin faktiki hallarına və mövcud sübutlara uyğun deyildir. Belə ki, iş üzrə məlumatlandırmanın təmin olunmaması, faktiki yaşayış yerinin nəzərə alınmaması və təqdim edilmiş sübutların qiymətləndirilməməsi məhkəmənin gəldiyi nəticənin əsassız olduğunu göstərir. Bundan başqa, işə qiyabi icraat qaydasında baxılması və nəticədə üzərinə mühüm maliyyə öhdəliklərinin qoyulması ədalətli məhkəmə araşdırması prinsiplərinin tam təmin olunmadığını göstərir. Lənkəran Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 10-1.1-10.1.3-cü maddələrinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 135.6-cı maddəsinə əsasən Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Beləliklə, məhkəmə tərkibi bildirir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən Çıxarışdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qiyabi qətnaməsi ## ###### 2025-ci il tarixdə Cavabdeh Asəf oğlunun elektron kabinetinə yerləşdirilmişdir (səh. 137). MPM-in 244-cü maddəsinin tələbləri baxımından cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Bununla belə, qiyabi qətnamənin ləğvi barədə ərizə ## ###### 2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Cavabdeh Asəf oğlu eyni zamanda prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməmişdir. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, ## ###### 2025-ci il tarixdə, yəni mübahisələndirilən qiyabi qətnamənin qəbul edildiyi gün, Cavabdeh Asəf oğlu elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etirazını təqdim etmişdir. Bu hal onun həm məhkəmə icraatından, həm də iş üzrə qəbul edilmiş məhkəmə aktından məlumatlı olduğunu təsdiq edən mühüm hal kimi qiymətləndirilir. Bu baxımdan, onun elektron kabinetdən istifadə edə bilməməsi barədə istinadları iş materiallarında olan sübutlarla təsdiqini tapmır və həmin dəlillər inandırıcı hesab edilə bilməz. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-905/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-905/2026
31.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver