Məhkəmə qərarları › İş №2(3-9)-989/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-989/2026

10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-989/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, Əsəsdov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İbayev Oqtay Ələmdar oğlu Cavabdeh qarşı alğı-satqı müqaviləsinin şərtlərinin pozulması və ödənilmiş pulun geri qaytarılması tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Qətnamənin surəti ## ###### 2026-cı il tarixdə tərəflərə poçt vasitəsilə çatdırılmışdır. Qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh # #### 2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş və Lənkəran Rayon Məhkəmənin # #### 2026-cı il tarixli qərardadına əsasən apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindəni qaytarılması qərara alınmışdır. Cavabdeh ## ##### 2026-cı il tarixdə qeyd olunan qətnamədən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadına əsasən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli vəsatət və apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh # #### 2026-cı il tarixdə qətnamədən elektron qaydada apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2016cı il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti natamam olduğuna görə məhkəmənin müvafiq qərardadları ilə iki dəfə geri qaytarılmışdır. Hazırda isə o, həmin qərardadlarda qeyd olunan nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti ilə, həmçinin buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətini üzürlü səbəblərdən ötürmüşdür. Ona görə də, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbinin üzrlü sayılaraq müddətin bərpa edilməsini, apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə vəsatətin təmin olunmaması, buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən # #### 2026-cı il tarixdə verilmiş apellyasiya şikayətinin hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılması, Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək üçün ##.##.2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödədiyi 15 manat dövlət rüsumunun Cavabdeh geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən həmin qətnamənin ona rəsmi qaydada verildiyi vaxtdan 3 ay 14 gün keçəndən sonra, qanunvericiliyin tələbinə cavab verməyən apellyasiya şikayətinin geri qaytarılması barədə sonuncu məhkəmə qərardadının çıxarıldığı vaxtdan isə 1 ay 14 gün müddət keçəndən sonra apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd olunan məhkəmə qətnaməsini aldığı vaxtdan 3 ay 14 gün müddət keçəndən sonra, habelə sonuncu məhkəmə qərardadı ilə nöqsanların aradan qaldırılması izah edildiyi vaxtdan 1 ay 14 gün keçəndən sonra apellyasiya şikayəti verməsinin səbəblərini, yəni müddətin keçməsinin hansı üzürlü səbəblərdən baş verdiyini istər hazırkı vəsatətində, istərsə də məhkəmə iclasında verdiyi izahatında mötəbər əsaslarla izah edə bilməmişdir. Qərardaddan Cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin surəti rəsmi qaydada ##.##.2026-cı il tarixdə ona təqdim edilmiş və o da həmin qətnamədən apellyasiya şikayətini # #### 2026-cı il tarixdə vermişdir. Lakin hüquqi savadı olmadığına görə verdiyi apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə verməmişdir. Ona görə də, apellyasiya şikayəti geri qaytarılmışdır. Ondan sonra təkrar apellyasiya şikayətini vermiş, lakin hüquqi savadı olmadığına görə verdiyi apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə verməmişdir. Ona görə də, apellyasiya şikayətləri geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə qətnamədən elektron qaydada apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. İşin hallarından bəlli olur ki, birinci dəfə apellyasiya şikayətini vaxtında vermişdir, lakin hüquqi savadsızlığı nəticəsində apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə verməmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə görə bu Məcəllənin 135.6-cı və 135.8ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beləliklə, məhkəmə tərkibi bildirir ki, iş materiallarına əsasən Cavabdeh Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsini ## ###### 2026-cı il tarixdə əldə etmişdir. MPM-in 135.5-ci maddəsinin tələbləri baxımından prosessual müddətin hesablanması həmin gündən başlanıldığından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ## #### 2026-cı il tarixdə artıq başa çatmışdır. İşdən də göründüyü kimi, Cavabdeh isə qətnaməni yalnız # #### 2026-cı il tarixdə verməklə eyni zamanda prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməmişdir. Əlavə olaraq diqqətə çatdırılır ki, birinci instansiya məhkəməsinin # #### 2026-cı il tarixli qərardadına əsasən apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmışdır. Lakin bu göstərişə baxmayaraq yenidən verilmiş apellyasiya şikayəti (həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə) təkrarən elektron kabinet vasitəsilə təqdim olunmamışdır. Qeyd edilməlidir ki, MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar