Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-100)-59/2026 03.03.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi X2 və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi X2 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X5 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Orucova (Baksalıyeva)Natavan Elmağa qızı ilə aralarında bağlanmış xx.xx.2026-cı il tarixli, MŞB/8/2026-00176 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ilə Orucova (Baksalıyeva)Natavan Elmağa qızı arasında Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2026-cı il tarixli MŞB/8/2026-00176 saylı barışıq sazişinə əsasən Tərəflər razılığa gəldilər ki: - nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixinədək X2 yığılan aliment borcu 1346(bir min üç yüz qırx altı) manat təşkil edir və xx.xx.2026-cı il tarixindən başlayaraq X5 hər ay 30(otuz) manat ödəməklə həmin borcu bağlayacaq; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 8(5-95)-2/2026 saylı xx.xx.2026-cı il tarixli qərardada əsasən (Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1211/2018-ci il tarixli qətnaməsinin indeksasiyası ilə bağlı) hər uşağa görə minimal əmək haqqının 1,18 mislində müəyyən edilmiş aliment məbləği azaldılır və xx.xx.2026-cı il tarixindən boşlayaraq X5 hər uşağa görə hər ay müəyyən olunmuş minimum əmək haqqının 0,65 mislində (yəni 2026-cı il üçün 260(iki yüz altmış) manat), ümumilikdə isə hər ay 1,3 mislində ( yəni 2026-cı il üçün 520(beş yüz iyirmi) manat) aliment ödəyəcək. Eyni zamanda həmin barışıq sazişinə əsasən X6 barışıq sazişini aidiyyəti icra qurumuna təqdim etməli idi. Lakin bu günə kimi X6 barışıq sazişini müvafiq icra orqanına təqdim etmədiyinə görə barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında ərizəçi X5 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi X2 vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Orucova (Baksalıyeva)Natavan Elmağa qızı məhkəmə icasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan MŞB/8/2026-00176 saylı xx.xx.2026-cı il tarixli barışıq sazişin məzmunuda qeyd edilmişdir ki, 1.TƏRƏFLƏR: Birinci tərəf: X5 Bu Sazişi imzaladıqdan sonra İkinci tərəf (sabiq həyat yoldaşı) X6 ilə Birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixinədək yığılan aliment borcunun 1.346 (bir min üç yüz qırx altı) AZN təşkil edir və tərəflər təsdiq edilər ki, Birinci tərəf xx.xx.2026-cı il tarixndən başlayaraq İkinci tərəfə hər ay 30 (otuz) AZN ödəməklə (bu sazişin 2-ci bəndində ödəniləcək aliment məbləği ilə eyni müddətdə) həmin borcu bağlamasını öhtəsinə götürür. İkinci tərəf X1nunla razıdır və etiraz etmir. 2.TƏRƏFLƏR: Birinci tərəf: X5 Bakı şəhəri Xəzər rayon Məhkəmasi tərəfindən qəbul edilmiş N-8(5-95)-2/2026 nömrəli xx.xx.2026-cı il tarixli Qərardadda əsasən (Bakı şəhəri Xəzər rayon Məhkəməsinin N- 2(003)-1211/2018-ci il tarixli qətnaməsinin indeksasiyası, ilə bağlı), hər uşağa görə minimal əmək haqqının 1.18 mislində müəyyən edilmiş aliment məbləğini qarşılıqlı razılıq əsasında azaldaraq, xx.xx.2026-cı il tarixdən başlayaraq hər uşaqa görə hər ay müəyyən olunmuş mininmum əmək haqqının 0,65 mislində (yəni 2026cı il üçün 260 AZN) ümumilikdə isə hər ay 1.3 misli həddində (yəni 2026-cı il üçün 520 AZN) müəyyən edilməsinə dair qarşılıqlı razılığa gəliblər. Bu məbləği Birinci tətəfin ona təqdim edəcəyi və Birinci tərəfə məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu saziş şərtləri məlumat üçün İkinci tərəf: X6 aidiyyəti icra qurumuna (icra məmuruna) təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür və icra məmuru tərəfindən qanunvericilikdə nəcərdə tutulmuş addımlar atılması üçün əsasdır. 3.TƏRƏFLƏR: Birinci tərəf: X5 və İkinci tərəf: X1 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Bu saziş üzrə tərəflər öz üzərlərinə götürdükləri öhdəliklərini pozduqda, aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu öz üzərlərində saxlayırlar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 ilə Orucova (Baksalıyeva)Natavan Elmağa qızı arasında mediasiya prosesi nəticəsində xx.xx.2026-cı il tarixdə “1. X5 Bu Sazişi imzaladıqdan sonra İkinci tərəf (sabiq həyat yoldaşı) X6 ilə Birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixinədək yığılan aliment borcunun 1.346 (bir min üç yüz qırx altı) AZN təşkil edir və tərəflər təsdiq edilər ki, Birinci tərəf xx.xx.2026-cı il tarixndən başlayaraq İkinci tərəfə hər ay 30 (otuz) AZN ödəməklə (bu sazişin 2-ci bəndində ödəniləcək aliment məbləği ilə eyni müddətdə) həmin borcu bağlamasını öhtəsinə götürür. İkinci tərəf X1nunla razıdır və etiraz etmir;
2. X5 Bakı şəhəri Xəzər rayon Məhkəmasi tərəfindən qəbul edilmiş N-8(5-95)-2/2026 nömrəli xx.xx.2026-cı il tarixli Qərardadda əsasən (Bakı şəhəri Xəzər rayon Məhkəməsinin N- 2(003)-1211/2018-ci il tarixli qətnaməsinin indeksasiyası, ilə bağlı), hər uşağa görə minimal əmək haqqının 1.18 mislində müəyyən edilmiş aliment məbləğini qarşılıqlı razılıq əsasında azaldaraq, xx.xx.2026-cı il tarixdən başlayaraq hər uşaqa görə hər ay müəyyən olunmuş mininmum əmək haqqının 0,65 mislində (yəni 2026-cı il üçün 260 AZN) ümumilikdə isə hər ay 1.3 misli həddində (yəni 2026-cı il üçün 520 AZN) müəyyən edilməsinə dair qarşılıqlı razılığa gəliblər. Bu məbləği Birinci tətəfin ona təqdim edəcəyi və Birinci tərəfə məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu saziş şərtləri məlumat üçün İkinci tərəf: X6 aidiyyəti icra qurumuna (icra məmuruna) təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür və icra məmuru tərəfindən qanunvericilikdə nəcərdə tutulmuş addımlar atılması üçün əsasdır.
3. X5 və İkinci tərəf: X1 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Bu saziş üzrə tərəflər öz üzərlərinə götürdükləri öhdəliklərini pozduqda, aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu öz üzərlərində saxlayırlar.” barədə barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçi xx.xx.2026-cı il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2026-cı il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X5 Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 ilə Orucova (Baksalıyeva)Natavan Elmağa qızı arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/8/2026-00176 saylı xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. X5 ilə Orucova (Baksalıyeva)Natavan Elmağa qızı arasında mediasiya prosesi nəticəsində bağanmış “1.TƏRƏFLƏR: Birinci tərəf: X5 Bu Sazişi imzaladıqdan sonra İkinci tərəf (sabiq həyat yoldaşı) X6 ilə Birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixinədək yığılan aliment borcunun 1.346 (bir min üç yüz qırx altı) AZN təşkil edir və tərəflər təsdiq edilər ki, Birinci tərəf xx.xx.2026-cı il tarixndən başlayaraq İkinci tərəfə hər ay 30 (otuz) AZN ödəməklə (bu sazişin 2-ci bəndində ödəniləcək aliment məbləği ilə eyni müddətdə) həmin borcu bağlamasını öhtəsinə götürür. İkinci tərəf X1nunla razıdır və etiraz etmir. 2.TƏRƏFLƏR: Birinci tərəf: X5 Bakı şəhəri Xəzər rayon Məhkəmasi tərəfindən qəbul edilmiş N-8(5-95)-2/2026 nömrəli xx.xx.2026-cı il tarixli Qərardadda əsasən (Bakı şəhəri Xəzər rayon Məhkəməsinin N- 2(003)-1211/2018-ci il tarixli qətnaməsinin indeksasiyası, ilə bağlı), hər uşağa görə minimal əmək haqqının 1.18 mislində müəyyən edilmiş aliment məbləğini qarşılıqlı razılıq əsasında azaldaraq, xx.xx.2026-cı il tarixdən başlayaraq hər uşaqa görə hər ay müəyyən olunmuş mininmum əmək haqqının 0,65 mislində (yəni 2026cı il üçün 260 AZN) ümumilikdə isə hər ay 1.3 misli həddində (yəni 2026-cı il üçün 520 AZN) müəyyən edilməsinə dair qarşılıqlı razılığa gəliblər. Bu məbləği Birinci tətəfin ona təqdim edəcəyi və Birinci tərəfə məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu saziş şərtləri məlumat üçün İkinci tərəf: X6 aidiyyəti icra qurumuna (icra məmuruna) təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür və icra məmuru tərəfindən qanunvericilikdə nəcərdə tutulmuş addımlar atılması üçün əsasdır. 3.TƏRƏFLƏR: Birinci tərəf: X5 və İkinci tərəf: X1 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Bu saziş üzrə tərəflər öz üzərlərinə götürdükləri öhdəliklərini pozduqda, aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu öz üzərlərində saxlayırlar.” barədə MŞB/8/2026-00176 saylı xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Faiq Qasımov