Məhkəmə qərarları › İş №2(5-101)-294/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-294/2026

16.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-294/2026 16.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25037, 25026 və 25046 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409195; ******* coğrafi koordinatlarda, Cavabdeh2 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25037 və 25026 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409192; ******* coğrafi koordinatlarda, Cavabdeh3 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25037, 25026 və 25044 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409202; ******* coğrafi koordinatlarda, cavabdeh X1 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25037 və 25026 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409206; ******* coğrafi koordinatlarda, Cavabdeh5 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25018, 25026 və 25011 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409241; ******* coğrafi koordinatlarda (əhalinin təhlükəsizliyinin təmin olunması, yarana biləcək qəzalardan mühafizə etmək məqsədilə) yerləşən özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən tutularaq "Azneft" İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə forma və məzumununa riayət edilmədən verilmişdir. Belə ki, MPM-in 149.2.2-ci maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır Bundan başqa iddiaçı tərəfindən qeyd edilmiş tələblərə qanunvericiliyin normalarına əsasən bir icraatda baxılması mümkün deyildir. Hazırki iddia ərizəsində göstərilən cavabdehlər və tələblər bir-biri ilə bağlı olmayan tələblər olduğundan onlara bir icraatda baxıla bilməz, yalnız məhkəməyə ayrıca iddia ərizəsi təqdim edilməklə müstəqil ayrıca icraatda baxılmalıdır. Buna görə iddiaçıya iddianı dəqiqləşdirməyi və zəruri sübutları iddia ərizəsinə əlavə etdikdən sonra məhkəməyə müraciət etməsi məsləhət görülür. Azərbaycan Respublikası MPM-nin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırda iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada verilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 qarşı “qanunsuz tikilinin sökulməsi, ərazinin boşaldılması və zəbt olunmus torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar