Məhkəmə qərarları › İş №2(5-101)-296/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-296/2026

15.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-296/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Əbiİ oğlu tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 24014 və 24029 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409260; ******* coğrafi koordinatlarda; Cavabdeh2 tərəfindən ünvan 2, 2ci mədən küçəsi ünvanında, 24014 və 24029 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409249; ******* coğrafi koordinatlarda; Cavabdeh3 (X1) tərəfindən ünvan 2, 2-ci mədən küçəsi ünvanında, 24029 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409248; ******* coğrafi koordinatlarda; Cavabdeh4 tərəfindən ünvan 2, 2-ci mədən küçəsi ünvanında, 25026, 25044 və 25011 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409225; ******* coğrafi koordinatlarda; Cavabdeh5 tərəfindən ünvan 2, 2ci mədən küçəsi ünvanında, 25009 və 25033 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409281; ******* coğrafi koordinatlarda (əhalinin təhlükəsizliyinin təmin olunması, yarana biləcək qəzalardan mühafizə etmək məqsədilə) yerləşən özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən tutularaq “Azneft” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirdərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir iddia ərizəsində bir-biri ilə əlaqəsi olmayan bir neçə iddia tələbini birləşdirmişdir. Ərizənin məzmunundan da göründüyü kimi cavabdehlərin hər birinə qarşı ayrıca tələb irəli sürülmüş və bu tələblərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Həmin tələblrin hər biri ayrıca iddia tələbi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib edilərək məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar