Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-370/2026 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “ Azneft” İstehsalat Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25010, 25009 və 25033 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409281; ******* coğrafi koordinatlarda, Cavabdeh2 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25037, 25034 və 25046 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409175; ******* coğrafi koordinatlarda, Cavabdeh3 (X1) tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25037, 25041 və 25046 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409165; ******* coğrafi koordinatlarda, Cavabdeh4 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25033, 25005 və 24014 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409271; ******* coğrafi koordinatlarda, Cavabdeh5 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 25033, 25005 və 25009 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409283; ******* coğrafi koordinatlarda (əhalinin təhlükəsizliyinin təmin olunması, yarana biləcək qəzalardan mühafizə etmək məqsədilə) yerləşən özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən tutularaq “Azneft” İB-yə ödənilməsixahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsindən də görünür ki, iddiaçı bir neçə cavabdehə qarşı ayrı-ayrı ərazilərdə tikilmiş tikililərin sökülməsinə dair tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, sözügedən tələblərin hər biri ayrı-ayrı cavabdehlərə münasibətdə ayrıca icraat formasında verilməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edirəm ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “ Azneft” İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(5-101)-370/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-370/2026
19.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver