Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-374/2026 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin hakimi Süleymanov Cavid Loğman oğlu, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1 Yəhya qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanunsuz tiklilin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1 Yəhya qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanunsuz tiklilin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Yəhya qızı tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında 24029, 25033 və 25020 nömrəli neftqaz quyularının mühafizə zonasında, 39T 409235; ******* coğrafi kordinatlarda, Cavabdeh2 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında 24029, 25020 və 25032 nömrəli neft-qaz quyularının mühafizə zonasında 39T 409219; ******* coğrafi kordinatlarda, Cavabdeh3 tərəfindən, ünvan 1, 2-ci mədən küçəsi ünvanında 24026, 25020 və 25032 nömrəli neft-qaz quyularının mühafizə zonasında 39T 409218; ******* coğrafi kordinatlarda, Cavabdeh4 tərəfindən, ünvan 1, 2-ci mədən küçəsi ünvanında 24041 və 24029 nömrəli neft-qaz quyularının mühafizə zonasında 39T 409205; ******* coğrafi kordinatlarda, Cavabdeh5 tərəfindən, ünvan 1, 2-ci mədən küçəsi ünvanında 24041 və 24029 nömrəli neft-qaz quyularının mühafizə zonasında 39T 409235; ******* coğrafi kordinatlarda (əhalinin təhhlükəsizliyinin təmin olunması, yarana biləcək qəzalardan mühafizə etmək məqsədilə) yerləşən özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması, ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən tutularaq “Azneft” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən bir-biri ilə bağlılığı olmayan tələblər birləşdirilərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı şəxslərə qarşı iddia qaldıraraq qanunsuz tikililərin sökülməsini xahiş etmişdir ki, bu hal iddia ərizəsinin məhkəmənin icraatına qəbulunu mümkünsüz edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, hazırki iddianın xarakterinə uyğun olaraq iş üzrə hər bir cavabdehə münasibətdə araşdırmanın aparılması, o cümlədən məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi zərurəti yarandığı halda ayrı-ayrı cavabdehlərə qarşı tələblərə münasibətdə ekspertizanın təyin edilməsi və keçirilməsi mülki işə baxılması müddətinin lüzumsuz uzanmasına səbəb olacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə bağlılığı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməklə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eyni zamanda bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiаçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1 Yəhya qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanunsuz tiklilin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Süleymanov
Məhkəmə qərarları › İş №2(5-101)-374/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-374/2026
22.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver