Məhkəmə qərarları › İş №2(5-101)-513/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(5-101)-513/2026

09.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-101)-513/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixli bağlanmış barışıq sazişinin təsdiqlənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2012ci il tarixdə, 990 saylı akt qeydi ilə Sabunçu rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Onlar birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Hal-hazırda övladları onunla ünvan 1 ünvanında yaşayır. Hal-hazırda uşaqlar onun ilə birgə ölkə xaricindədirlər. Cavabdeh Maraqlı şəxs 1-ci dəfə notarial qaydada icazə versə də lakin indi o uşaqların onun yanında qalması ilə bağlı notariat qaydada icazə vermir. Atanın psixoloji durum heç ürək açan deyil. X1 birgə yaşayırlar. Uşaqların oturum izni üçün isə onun 1 ay vaxtı qalmışdır. Uşaqların atası Maraqlı şəxs 2 aydan çoxdur ki aliment məbləğini belə ödəmir. xx.xx.2025ci il tarixdə Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X10 yetinlik yaşına çatanadək onun yəni, Ərizəçi ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmalarına, eləcə də onların ümumvətəndaş pasportu almasına etiraz etməmişdir. Onun yazdığı ərizə 3 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiqlənmişdir.Həmin ərizə apostile edilmişdir. Mediasiya prosesi zamanı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında onunla Maraqlı şəxs arasında barışıq sazişi imzalanmışdır. Mediasiya Prosesinə xitam verilməsi haqqında MŞB/8/2024-01727 nömrəli xx.xx.2024-cü il tarixli prpokoldan görünür ki, tərəflər üçtərəfli müqavilə bağlayaraq tam mediasiya sessiyasından keçsələr də cavbdeh tərəf Maraqlı şəxs "nikahın pozulması" hissəsində tələblə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs uşağın Türkiyəyə sərbəst gedibgəlməsinə razılıq verdiyini, bunun notariat qaydasında ərizə ilə təsdiq etdiyini, o cümlədən barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış iki uşağı var: xx.xx.2013-cü il təvəllüdlü X6 xx.xx.2016-cı il təvəllüdlü X10 (AZ İİİ seriyalı 863003 və117724 №-li doğum haqqında şəhadətnamələr). Nikahın pozulması haqqında AZ-İ 540462 nömrəli şəhadətnamədən görünür ki, tərəflər arasında bağlanılmış nikah Sabunçu Rayon Məhkəməsinin 2(008)-6777/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01727 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) aşağıdakı qaydada razılığa gəlirlər: “1. Tərəflər birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X8 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır.

2. Tərəflər ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2024-cü il tarixdən etibarən (bir il müddətində) ona hər ayın 10-dan 15-dək hər uşaq üçün 150 (bir yüz əlli) AZN olmaqla ümumilikdə 300 (üç yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Eyni zamanda İkinci tərəfin xx.xx.2025-ci il tarixindən etibarən hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürduyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. 3.Birinci tərəf: X11 bu Sazişi imzalandıqdan sonra İkinci tərəf X12 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladlan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X13 ilə (uşağların mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən İkinci tərəf atalan Maraqlı şəxs ilə həftə sonları (şənbə və bazar günləri) ünsiyyətdə olmasına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 4 Birinci tərəf: X11 bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə düşən öhdəliklərini pozduğu təqdirdə, aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini tasdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamış, Maraqlı şəxs barışıq sazişinin onun tərəfindən icra edilməsinə dair məhkəməyə sübutlar göndərməmişdir. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında və qanunvericiliklə müəyyən edilmədiyindən sazişin ərizədə göstərilən hissələri təsdiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01727 №-li Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin aşağıda göstərilən bütün hissələri təsdiq edilməlidir: Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X10, Ərizəçi yanında qalmaqla, onların yetkinlik yaşına çatana kimi saxlanılması xx.xx.2024-cü il tarixdən etibarən (bir il müddətində) ona hər ayın 10-dan 15-dək hər uşaq üçün 150 (bir yüz əlli) AZN olmaqla ümumilikdə 300 (üç yüz) AZN məbləğində aliment, xx.xx.2025-ci il tarixindən etibarən hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməlidir. Məhkəmə hesab edir ki, alimentlə bağlı hissədə qətnamə dərhal icra edilməlidir. Eyni ilə X4 imzalandıqdan sonra X12 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X13 ilə (uşağların mənafei nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən ataları Maraqlı şəxs ilə həftə sonları (şənbə və bazar günləri) ünsiyyətdə olmasına şərait yaradılmalıdır. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda və ərizə təmin edildiyindən və maraqlı şəxsdən tələb edildiyindən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilsin: Tərəflər ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X10 Ərizəçi yanında (himayəsində) qalsın. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən (bir il müddətində) ona hər ayın 10-dan 15-dək hər uşaq üçün 150 (bir yüz əlli) AZN olmaqla ümumilikdə 300 (üç yüz) AZN məbləğində aliment, xx.xx.2025-ci il tarixindən etibarən hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilsin. X11 tərəfindən X12 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X13 ilə (uşağların mənafeyi nəzərə alınaraq) xx.xx.2024-cü il tarixdən etibarən ataları Maraqlı şəxs ilə həftə sonları (şənbə və bazar günləri) ünsiyyətdə olmasına şərait yaradılsın. Qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar