Məhkəmə qərarları › İş №2(5-101)-514/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-514/2026

02.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-514/2026 02.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X1maqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair əizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X1maqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizədən göründüyü kimi, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Ərizəçi Bakı şəhəri, Xətai rayonu, Naxımov küçəsi, döngə 2, ev 18 qeydiyyatda olduğu müəyyən edilmiş, ərizəçinin Bakı şəhəri, Sabunçu rayonunda faktiki yaşamasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, hesab edir ki, ərizəçinin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu olduğundan ərizə geri qaytarılmalı və ərizəçiyə hazırkı tələblə bağlı ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X1maqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair əizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, hazırkı tələbi ilə bağlı, o, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edə bilər. Ərizəçi tərəfindən ödənilmiş 100.6 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar