Məhkəmə qərarları › İş №2(5-102)-14/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-14/2026

16.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-14/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli, 02236650 saylı akt üzrə hesablanmış 280.80 (iki yüz səksən manat, 80 qəpik) manat borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, hal – hazırda ünvan 1 ünvanda yaşayır. Qaz sayğacı onun adına qeyd edilmişdir. Sayğaca dair heç bir pozuntu hallarına yol verə bilməz. xx.xx.2019-cu il tarixli AKX- 01098xx/xx-2019 saylı müqaviləyə əsasən istehlakçı odur. Hazırda ərizəsinə əlavə etdiyi "abonent saldosundan” da görünür ki, qalıq və aktlara əsasən mənim 280 manat, 80 qəpik borcum yaranıb. "Azərqaz" İB-nin ******* saylı aktına görə, 29/1710-02165-1 saylı rəyə əsasən ******* nömrəli sayğacın üzərində olan dörd ədəd zavod qurğuşun plombundan 4- cü kəsilib. Qeyd etdiyi məsələ ilə bağlı Cavabdeh İB tərəfindən mənə təqdim edilmiş aktları və tələbnamələri ərizəmə əlavə etmişdir. Hörmətli, məhkəmə qeyd olunanlarla bağlı nəzərinizə çatdirmaq istəyir ki, sayğacın yerləşmə yeri umumi istifadədir, yəni sayğac nə onun həyətində ne də birbaşa onun nəzarəti altında olan yerdədir. Bu hadisəyə qədər qaz sayğacı "smartkart" tipli idi. xx.xx.2022-ci il tarixdə həmin sayğac "Azəriqaz” tərəfindən "mexaniki" sayğacla əvəz olundu. Eyni zamanda diqqətinizə çatdirmaq istəyirəm ki, həmin mexaniki sayğac çox hündür bir yerə quraşdırıldı, hansı ki, onun üçün əlçatmaz sayılan bir yerə. Hazırda onun 71 yaşı var. Onun həmin sayğaca əli çatmır, o səbəb ki, çox hündür və mənim üçün əlçatmaz yerdədir. Aktda yazılıb ki, dördüncü quğuşun plomb kəsilib. Mən bu yaşda o hündür yerdə yerləşən plombu necə kəsə bilərəm?! Göründüyü kimi o, yazılan bu borc məbləği tamamilə əsassızdır. Orada olan əməkdaşları sayğacın dəyişdirilməsi üçün akt tərtib etmişlər və mənə də o akta imza etdirmişlər. Ona imza etdirən zaman sadəcə sağyacın dəyişdirilməsini bildirdimişlər. Sonradan bilmişdir ki, onun adına quraşdırılan sayğaca dair əsassız akt tərtib edilmiş, əsassız olaraq borc hesablanmışdır. Halbuki o və ailəsi tərəfindən sayğaca bu günə kimi heç bir müdaxilə edilməmişdir. Vaxtıvaxtında da istifadə etdiyim qazın pulunu ödəyir. Bu barədə iddia ərizəmə abonentin saldosunda əlavə etmişdir. Ona görə hesab edir ki, akt əsassızdır. Aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, qazın sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Etirazın dəlilləri: məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, sayğaca istehlakçı tərəfindən müfaxilə faktı həqiqətən də mövcud olmuşdur. Yaşlı adam olduğundan və sayğac hündür yerdə yerləşdiyindən ona müdaxilə etməyə fiziki imkanın olmaması iddia ərizəsində qeyd olunmuş olsa da, müdaxilə nəticəsində sayğacın yarasız vəziyyətə salınmasından faydalanan şəxs və şəxslər həmin ünvanda yaşayan şəxslər olmuşdur. Sağac küçədə yerləşdiyi üçün ona mümükün müdaxilələrdən cavabdeh olmadığını qeyd edən istehlakçının dövlət əmlakına ən azından vicdanlı yanaşma kimi öhdəliyi olmuşdur. Axı, istehlakçı aydın şəkildə görürdü və dərk edirdi ki, 2014-cü ildən – 2019-cu ilin iyul ayınadək olan dövr üçün ödənişləri həmin dövr aralığından əvvəlki və sonrakı dövrlərdən kəskin şəkildə fərqlənir. Necə ağlabatan hesab oluna bilər ki: 2014-cü il üzrə - 13 manat 2015-ci il üzrə - 15 manat 20116-cı il üzrə - 10 manat 2017-ci il üzrə - 4 manat 2018-ci il üzrə - 6.50 manat 2019-cu ilin 7 ayı üçün 3 manat ( ünvanda sayğac dəyişdirilənə qədər) ödəniş olmuş, sayğacın dəyişdirildiyi ilin sonrakı cəmin 5 ay ərzində isə 30 manat həcmində qaz istehlak olunmuş olsun? 2020-ci il üzrə 85 manat ödəniş edilmişdir. Göründüyü kimi, sayğaca müdaxilə və müdaxilədən faydalanan şəxsin kimliyi tam aydındır. Sayğaca müdaxilə faktına görə hesablanmış 280.80 manat məbləğdən 2.30 manat hissə artıq ödənilmiş hissə kimi borcdan silinmiş, 25.60 manat hissə isə karta yüklənmiş məbləğdən tutulmuşdur. 280.80 – (2.30+25.60) = 252.50. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 avqust 2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında ******* z/nömrəli sayğacın üzərində olan dörd zavod qurğuşun plombundan 4-ü kəsilib. Sayğacdan qaz keçir aşkar edildi. -Dəymiş ziyanın bərpasına dair 30 avqust 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m³/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m³/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin qəbul edilməklə dəymiş ziyanın həcmi 2808 m3 təşkil etmişdir. -Cavabdeh İB tərəfindən verilmiş **********00150 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı akta əsasən qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 280,80 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 avqust 2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ünvan 2 ünvanında ******* z/nömrəli sayğacın üzərində olan dörd zavod qurğuşun plombundan 4-ü kəsilib. Sayğacdan qaz keçir aşkar edilməsi barədə akt tərtib edilmiş və buna görə ziyan hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi və ya zərər vurulması halı müəyyən edilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində və ya zərər vurulmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuz olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 280,80 (iki yüz səksən manat səksən qəpik) manat İddiaçı-abonent kodu **********00150 saylı abunə hesabından silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 280,80 (iki yüz səksən manat səksən qəpik) manat İddiaçı-abonent kodu **********00150 saylı abunə hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar